Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Moskvada Naxçıvan Muxtar Respublikasının yaranmasının 85 illiyinə həsr olunmuş tədbir keçirilib

Moskvada Naxçıvan Muxtar Respublikasının yaranmasının 85 illiyinə həsr olunmuş tədbir keçirilib

18.12.2009 [09:34]

Leyla Əliyeva: Naxçıvan Azərbaycanın ayrılmaz hissəsidir
Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda Naxçıvan Muxtar Respublikasının yaranmasının 85 illiyinə həsr olunmuş tədbir keçirilib. APA-nın Moskvadakı müxbirinin verdiyi məlumata görə, tədbir Naxçıvan Muxtar Respublikası Ali Məclisinin dəstəyi, Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyi və Azərbaycanın Rusiyadakı səfirliyinin təşkilatçılığı ilə baş tutub.
Tədbirdə çıxış edən səfir Polad Bülbüloğlu mərasimə qatılan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin nümayəndə heyətini Rusiyada yaşayan azərbaycanlılar adından salamlayıb, institutun rəhbərliyinə isə tədbirin təşkilinə görə təşəkkürünü bildirib. O tədbirin keçirilməsi təşəbbüsünün Heydər Əliyev Fonduna, o cümlədən Fondun Rusiyadakı nümayəndəliyinin rəhbəri Leyla Əliyevaya məxsus olduğunu, təşəbbüsün səfirlik tərəfindən dəstəkləndiyini bildirib.
“Naxçıvan Muxtar Respublikası Azərbaycanın bir hissəsidir, bura Azərbaycan və bütün dünyaya Heydər Əliyev kimi bir şəxsiyyət bəxş etmiş torpaqdır. Son illər ərzində Naxçıvanda bütün sahələrə sürətlə inkişaf edir. Naxçıvan Muxtar Respublikasının 85 illiyinin Rusiyada qeyd edilməsi mühüm hadisədir, çünki Rusiya bizim qonşumuz, strateji tərəfdaşımızdır”.
Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin rəhbəri Leyla Əliyeva bu il Naxçıvan Muxtar Respublikasının yaradılmasının 85 illiyinin tamam olduğunu və bu hadisənin yüksək səviyyədə qeyd edildiyini bildirib. O, həmçinin, institutun rəhbərliyinə bu tədbirin təşkilində göstərdiyi köməyə görə təşəkkür edib: “Mədəni və tarixi kökləri, adət və ənənələri öyrənməklə, mövcud reallıqlarla və bir-birimizin uğurları ilə tanış olmaqla qarşılıqlı anlaşma və hörmətə əsaslanan münasibətlər qurmağı öyrənirik. Naxçıvan Azərbaycanın ayrılmaz hissəsidir. Hər şeydən əvvəl bura - tarixi çoxsaylı maraqlı faktlarla zəngin olan, minilliklərə söykənən bir diyardır. Əminəm ki, bu gün Naxçıvanın təbiəti, tarixi və müasir inkişafı haqqında çox şeylər danışılacaq. Siz Muxtar Respublikanın hansı çətinliklərlə üzləşdiyini və naxçıvanlıların bu çətinlikləri necə dəf etdiyini öyrənəcəksiniz. Naxçıvandan çıxan bütün görkəmli azərbaycanlılar hər kəsə məlumdur. Bu gün siz Naxçıvanın müasir simasını görəcəksiniz”.
Tədbirdə Naxçıvan Muxtar Respublikası baş nazirinin müavini Təranə Quliyeva, tarixçi-professor Rudolf İvanov, Milli Məclisin üzvü Elmira Axundova, Moskva Dövlət Universiteti yanında Postsovet Məkanının Tədqiqi Mərkəzinin direktor müavini Aleksandr Karavayev məruzə ilə çıxış ediblər. Daha sonra tamaşaçılar Naxçıvan Muxtar Respublikasının 85 illik yubileyinə həsr olunmuş fotosərgi ilə tanış olublar. İştirakçılar üçün həmçinin Muxtar Respublikaya həsr olunmuş sənədli film nümayiş olunub. Tədbir bədii hissə ilə davam etdirilib, bədii hissədə Naxçıvan Muxtar Respublikasının incəsənət ustalarının çıxış ediblər.

Paylaş:
Baxılıb: 1134 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Laçına gedən yolda...

25 Oktyabr 11:30  

Siyasət

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Dünya

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Oktyabr 08:25  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31