Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
11.10.2019 [09:42]
Oktyabrın 10-da Aşqabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov ilə görüşü olub.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Prezident İlham Əliyev, Prezident Qurbanqulu Berdiməhəmmədov və MDB İcraiyyə Komitəsinin sədri-icra katibi Sergey Lebedev birgə foto çəkdiriblər.
Sonra Prezident İlham Əliyevin və Prezident Qurbanqulu Berdiməhəmmədovun görüşü olub.
Prezident Qurbanqulu Berdiməhəmmədov deyib: “İlham Heydər oğlu, icazə verin Sizi Türkmənistanda, Aşqabadda salamlayım və bizim dəvətimizi qəbul edib MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün gəldiyinizə görə Sizə dərin təşəkkürümü bildirim. Düşünürəm ki, xalqlarımızın rifahı naminə tərəfdaşlığın səmərəliliyini artırmaq üçün yaxşı imkanımız olacaq. Sizi bir daha salamlayıram. Xoş gəlmisiniz!”.
Prezident İlham Əliyev deyib: “Sağ olun, hörmətli Qurbanqulu Məlikquluyeviç. Dəvət üçün sağ olun. Göstərilən qonaqpərvərliyə görə sağ olun. Qardaş Türkmənistan torpağına gəlməyə həmişə şadıq. Mənim keçənilki səfərimi, sizinlə görüşümü və imzaladığımız sənədləri xatırlayıram. Düşünürəm ki, o vaxt biz rekord göstərdik, 20-dən çox sənəd imzaladıq. Bu, iki qonşu ölkə arasında münasibətlərin xarakterini və ruhunu əks etdirir. Əlbəttə, MDB dövlət başçılarının sabahkı Zirvə Görüşü çoxtərəfli əməkdaşlığın daha da möhkəmlənməsi üçün böyük əhəmiyyət kəsb edir. Bu mühüm beynəlxalq tədbirin gözəl təşkil edilməsi münasibətilə Sizi təbrik etmək, Sizə, qardaş Türkmənistan xalqına ən xoş arzularımı bildirmək, yeni zəfərlər, qələbələr diləmək istərdim”.
Prezident Qurbanqulu Berdiməhəmmədov: “Sağ olun, İlham Heydər oğlu. Mən, həmçinin Xəzəryanı ölkələrin Birinci İqtisadi Forumuna verdiyiniz dəstəyə və onun işində fəal iştirak etdiyinizə görə Sizə dərin təşəkkürümü bildirmək istərdim. Siz bilirsiniz ki, forum sərgi ilə də müşayiət olundu. Sizin ölkənizin demək olar ki, hamının diqqətini cəlb edən yaxşı stendi var idi. Siz bu forumun keçirilməsində də böyük rol oynamısınız. Ona görə, icazə verin bu həssas diqqətə və yaxşı iştiraka görə Sizə təşəkkürümü bildirim. Bu, bizim ortaq təşəbbüsümüz idi, ümumiyyətlə, ideya genişdir. Sizə açıq deməliyəm, orada iki ölkə fəal iştirak edib - Türkmənistan və Azərbaycan. Əsas diqqət məhz tranzit-nəqliyyat dəhlizləri məsələlərinə ayrılmışdı. Beləliklə, icazə verin bir daha Sizə təşəkkürümü bildirim”.
Prezident İlham Əliyev: Çox sağ olun.
Xəbər lenti
Hamısına baxDünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29
Dünya
26 May 16:28

