Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / İnkişaf edən, zənginləşən Azərbaycanın Lideri

İnkişaf edən, zənginləşən Azərbaycanın Lideri

24.12.2009 [09:59]

Prezident İlham Əliyev Azərbaycanın davamlı iqtisadi inkişafının, uzunmüddətli sabitliyinin, dünya dövlətləri içərisində yüksək nüfuz sahibi və etibarlı tərəfdaş olmasının təminatçısına çevrilib
Azərbaycanın siyasi-iqtisadi, ictimai-sosial, elmi-mədəni inkişafının dərin təməllərini və respublikamızın iqtisadi-siyasi-sosial siyasətinin konseptual əsaslarını yaradan ümummilli lider Heydər Əliyevin siyasi varisi Prezident İlham Əliyev tərəfindən davam etdirilərək daha da zənginləşən bu mükəmməl strategiya keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Prezident İlham Əliyev yeni inkişaf erasının tələblərinə uyğun olaraq respublikamızın tərəqqisi və zənginləşməsi üçün islahatlar kursunun miqyasını daha da dərinləşdirib və Azərbaycanın davamlı iqtisadi inkişafının, uzunmüddətli sabitliyinin, dünya dövlətləri içərisində yüksək nüfuz sahibi və etibarlı tərəfdaş olmasının təminatçısına çevrilib.
Cənab Prezident İlham Əliyev birinci prezidentliyi dövründə respublikamızda ictimai-sosial, iqtisadi-siyasi, mədəni-humanitar bölmələrdə mühüm dəyişikliklərlə müşayiət olunan genişmiqyaslı quruculuq işlərinin davamlı xarakter almasına impuls verən əhəmiyyətli addımlar atıb. 2003-2008-ci illərdə respublikamızın inkişafına zəmin yaradan iqtisadi strategiyanın daha da möhkəmləndirilərək keyfiyyət və kəmiyyət baxımından zənginləşməsi, dinamik iqtisadi artıma, dünya iqtisadiyyatına inteqrasiyanın dərinləşməsinə və maliyyə sabitliyinin qorunmasına dərin təməllər yaradan strateji proqramların gerçəkləşməsi Azərbaycanın siyasi və iqtisadi həyatında yeni üfüqlər açıb. Miqyas baxımından bütün ölkə ərazisini əhatə edən yeni inkişaf konsepsiyası sosial çalarların dərinləşməsi və əhalinin yaşayış imkanlarının hədsiz dərəcədə yaxşılaşmasına təkan vermiş olub. Bu makroiqtisadi konsepsiyanın qarşıdakı illərdə daha da geniş vüsət alması iqtisadi, siyasi və sosial bölmələrdə islahatların bütün komponentləri ilə məzmun baxımından dərinləşməsinə baza yaradıb. Dövlət başçısı İlham Əliyev ölkəmizin iqtisadi həyatında dinamizm elementlərini sürətləndirən tamamilə yeni bir iqtisadi inkişaf modelinin əsasını qoyub.
Kompleks tədbirlər proqramının müəllifi...
ötən illər ərzində əldə olunmuş makroiqtisadi göstəricilər və Azərbaycanın iqtisadi baxımdan dünya liderinə çevrilməsi düşünülmüş iqtisadi strategiyanın davam etdirilməsinin məntiqi nəticəsi sayıla bilər və dövlət başçısının iqtisadi islahatları uzunmüddətli, həmçinin, yeni inkişaf erasının tempinə uyğun aparmaq qətiyyətinin əyani təzahürüdür. Bu tendensiya, eyni zamanda, Prezident İlham Əliyevin böyük xarizmatik şəxsiyyət olmasını, siyasi peşəkarlığını, yüksək idarəetmə məharətini təsdiqləyir.
Prezident İlham Əliyev ən yeni tarixin qarşıya qoyduğu siyasi-sosial sifarişlərin yerinə yetirilməsi üçün kompleks tədbirlər proqramının müəllifi kimi siyasi-iqtisadi sabitliyin möhkəmlənməsinə baza yaradıb. ölkədə hökm sürən sabitliyin möhkəmlənməsini inkişaf üçün başlıca şərt hesab edən dövlət başçısı bu meyarın qorunmasını dövlət siyasətinin əsas prioritetlərindən biri kimi qarşıya məqsəd qoyub. Prezident İlham Əliyev həmişə - həm birinci dəfə prezident olduğu müddətdə, həm də ikinci dəfə prezident seçildikdən sonra bu prinsipi tam yetkin formada möhkəmləndirərək Azərbaycanın regionda ən stabil dövlət olmasını sübut edib. “O yerdə ki, sabitlik yoxdur, xarici sərmayənin gəlməsi mümkün deyildir. O yerdə ki, sabitlik yoxdur, insanlarda inamsızlıq yaranır. Ona görə xalqımızın ümummilli lideri bunu dəfələrlə bəyan etmişdir və biz də bu siyasətə sadiqik ki, Azərbaycanın uğurlu, hərtərəfli inkişafı üçün ictimai-siyasi sabitlik qorunmalı, möhkəmlənməlidir. Kim bu sabitliyi pozmaq istəsə, öz layiqli cavabını alacaqdır”.
Prezident İlham Əliyev ölkənin iqtisadi inkişafına yeni dinamizm elementləri, respublikamızın hərtərəfli sosial-iqtisadi tərəqqisinə nail olmaq üçün tamamilə yeni strategiyanı, makroiqtisadi konsepsiyanı reallaşdırmağa nail olub. Həmin iqtisadi hədəflər “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda öz əksini tapıb. Dövlət başçısı bu proqramı gerçəkləşdirməklə bölgələrin bərabər və tarazlı şəkildə inkişaf etməsinə impuls verib və bütün rayonlarda kompleks tədbirlərin həyata keçirilməsinə nail olub. Qeyd olunan sənədin uğurla icra olunması regionlardakı mövcud əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadə edilməsinə və son nəticədə bütün rayonların simasının dəyişməsinə, bölgələr arasında iqtisadi tarazlığın bərpa olunmasına, rayonların sosial həyatında müşahidə olunan fərqin aradan qaldırılmasına, yeni iş yerlərinin yaradılmasına, əhalinin məşğulluğunun təmin edilməsinə, bütövlükdə isə bütün rayonların sosial həyatında ciddi dəyişikliklərə gətirib çıxarıb. Bu proqram regionların sosial-iqtisadi inkişafına yol açmaqla yanaşı, ümumilikdə, Azərbaycanın iqtisadi inkişafına təkan verərək makroiqtisadi sabitliyin möhkəmlənməsinə baza yaratmış olub.
Regionların inkişafı dövlət başçısının fəaliyyətinin ana xəttinə çevrilib...
Prezidentliyinin birinci beşilliyində regionların inkişafını fəaliyyətinin ana xəttinə çevirən İlham Əliyev ikinci dəfə dövlət başçısı postuna seçildikdən sonra da bu sahəyə diqqəti gücləndirib. 2003-2008-ci illərdə ölkənin ümumi inkişafında yüksək effekt verən bu konsepsiyanı davam etdirmək üçün dövlət başçısı 2009-cu ilin aprel ayında həmin siyasətin məntiqi davamı olaraq 2009-2013-cü illərə dair “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nı təsdiq edib. Yeni proqram iqtisadi və sosial prinsipləri özündə əks etdirməklə iqtisadiyyatın lokomotivinə çevrilən qeyri-neft sektorunun sıçrayışlı inkişafını təmin edən fundamental sənəd hesab olunur.
2009-cu ilin ötən ayları ərzində Bakı şəhəri və onun qəsəbələrində, rayon mərkəzləri və ucqar yaşayış məntəqələrində həyata keçirilmiş sosial-iqtisadi inkişaf layihələri və genişmiqyaslı islahatlar onu göstərir ki, yeni proqramın icrasının ilk ili çox uğurlu olub. Cari ildə geniş və əhatəli layihələrin həyata keçirilməsi bütün bölgələrin yaşayış ərazilərində kompleks tədbirlərin reallaşması ilə yadda qalıb. Dövlət Proqramına uyğun olaraq makroiqtisadi inkişafın sürətlənməsi, ölkə iqtisadiyyatının bütün sahələrində dinamizmin yüksəlməsinə zəmin yaradan davamlı tədbirlərin həyata keçirilməsi, regionlarda iş yerlərinin yaradılması ilə bağlı konkret layihələrin icra olunması, infrastruktur təminatı ilə əlaqədar işlərin gerçəkləşməsi nəzərdə tutulduğundan da yüksək səviyyədə yerinə yetirilib.
Prezident İlham Əliyev proqram çərçivəsində həyata keçirilən layihələrin və verilən tapşırıqların icra vəziyyətini daim nəzarətdə saxlayır, davamlı olaraq respublikanın rayonlarına səfər edir. ölkə başçısının regionlara və Bakı şəhərinin rayonlarının kənd və qəsəbələrinə səfərləri mütəmadi xarakter daşıyır. Dövlət başçısı bölgələrdə və paytaxtda yeni infrastruktur obyektlərinin təməlqoyma və açılış mərasimlərində iştirak edir.
Bölgələrə davamlı səfərlər intensivləşib...
Dövlət başçısı 2009-cu ilin əvvəllərindən indiyədək Mingəçevir, Yevlax, Bərdə, Gədəbəy, Şəmkir, Gəncə, Göygöl, Naxçıvan, Hacıqabul, Quba, Qusar, İsmayıllı, Ağsu, Goranboy, Şamaxı rayonlarına səfərlər edib və ən mühüm infrastruktur obyektlərinin, sosial, təhsil, mədəniyyət, səhiyyə, idman və digər bölmələrdə inşa olunan müəssisələrin tikintisinin vəziyyəti ilə yaxından tanış olub. Prezident İlham Əliyevin rayonlara səfərləri çərçivəsində Mingəçevirdə “River side” mehmanxanasının, Yevlaxda “EL-TV” regional televiziya şirkətinin, “İnter Qlass” Açıq Səhmdar Cəmiyyətinin şüşə məmulatları zavodunun, “Qaradağ Sement” ASC-də yeni sobanın, Gədəbəy qızıl-mis zavodunun, Gəncədə “Ramada Plaza” mehmanxanasının, Naxçıvan şəhərində “Badamlı” mineral sular zavodunun, “Şahdağ” Elektrik Stansiyasının, Hacıqabulda kərpic zavodunun açılış və təməlqoyma mərasimlərində iştirak edib. Dövlət başçısı, həmçinin, bir sıra infrastruktur və nəqliyyat obyektlərinin tikintisinin və bərpasının vəziyyəti ilə də yaxından tanış olub. Cənab Prezident Bakı-Quba-Rusiya dövlət sərhədi avtomobil yolunun 16-cı kilometrində körpü tipli yolötürücünün, Heydər Əliyev prospektindəki dəmiryol körpüsünün yanındakı ikinci yardımçı körpü-tunelin, Heydər Əliyev prospekti ilə Ağa Nemətulla küçəsinin kəsişməsində yerləşən tunel tipli yol ötürücüsünün, Bakıda beynəlxalq avtovağzal kompleksinin, Xırdalan dairəsində tunel tipli yolötürücünün, Şəmkir çayı üzərində inşa ediləcək dəryaçanın və həmin rayonda Olimpiya İdman Kompleksinin, Masazır qəsəbəsi yaxınlığındakı körpünün, Naxçıvan-Sədərək avtomobil yolunun, Bilgəh-Sumqayıt avtomobil yolunun, Babək prospektindəki yeni yol qovşağının, Milli Məclisin yeni korpusunun, Bakı Metropoliteninin “İçərişəhər” stansiyasının, Xətai və Babək prospektlərinin kəsişməsində tikilən körpü-tunelin, Heydər Əliyev prospektindəki yeni tunel yolunun və yeraltı piyada keçidinin, Beynəlxalq Muğam Mərkəzinin, Müasir İncəsənət Muzeyinin, Mingəçevirdə Heydər Əliyev muzeyinin, Suraxanı rayonunda Heydər Əliyev Mərkəzinin, Naxçıvan şəhərində Heydər Əliyev Sarayının, akademik Zərifə Əliyeva adına Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunun, Talassemiya Mərkəzinin, Bərdə şəhərində Müalicə-Diaqnostika mərkəzinin, Gədəbəydə Aşıq Musiqi Məktəbinin, Göygöl mədəniyyət və istirahət parkının, Nizami Gəncəvinin abidəsində aparılan yenidənqurma işlərinin, Bakı Tennis Akademiyasının, Psixonevroloji Uşaq Evinin, Mərkəzi Klinik Xəstəxananın ambulatoriyasının, əsaslı yenidənqurmadan sonra istifadəyə verilmiş Təzəpir məscid kompleksinin, Gimnastika Kompleksinin, Şahbuz rayon mərkəzi xəstəxanasının yeni binasının, Şərur rayonunda Olimpiya İdman Kompleksinin, Naxçıvan şəhərində Doğum Mərkəzinin, Milli Onkologiya Mərkəzinin cərrahiyyə korpusunun, Bəstəkarlar İttifaqının binasının, Hacıqabulda Uşaq Tibb Mərkəzinin istifadəyə verilməsi, Şamaxıda yeni məişət və elektrotexnika məhsulları zavodlarının açılış və təməlqoyma mərasimlərində də iştirak edib. Bütün bunlar Prezident İlham Əliyevin regionların inkişafı ilə bağlı aparılan işləri yaxından izləməsinin və qayğısının məntiqi nəticəsi kimi qiymətləndirilə bilər.
Böhrana qarşı mükəmməl konsepsiya...
Prezident İlham Əliyevin yüksək idarəetmə qabiliyyətinin və iqtisadiyyatda islahatların davamlılığını təmin etmək məharətinin ən bariz nümunəsini dünya iqtisadi böhranı zamanı həyata keçirilən mükəmməl iqtisadi konsepsiyanın uğurlu nəticələrinə diqqət yetirməklə görmək olar. Cənab İlham Əliyevin ikinci dəfə prezidentlik fəaliyyətinin başlanğıcı dünyanı bürüyən qlobal maliyyə böhranının şiddətli dövrünə təsadüf edib və bu dövrdə ən inkişaf etmiş dövlətlərin siyasi liderləri böhran meyillərinin ölkə iqtisadiyyatına zərərli təsirlərinin qarşısını ala bilməyiblər. Amerikanın və Avropanın ən inkişaf etmiş dövlətlərində iqtisadi fəallıq 5 dəfədən çox aşağı düşüb və iqtisadi geriləmə 2009-cu ilin birinci yarısınadək davam edib. Azərbaycan iqtisadiyyatı isə böhran meyillərinə məruz qalmayıb.
2009-cu ildə respublikamız inkişaf tempinin qorunub saxlanması sosial-iqtisadi-infrastruktur bölmələrində layihələrin davamlılığını təmin etməklə yanaşı, qarşıdakı illərdə iqtisadi tərəqqiyə zəmin yaradıb. Dövlət başçısının müəyyənləşdirdiyi iqtisadi siyasətin başlıca hədəfləri makroiqtisadi sabitliyin möhkəmlənməsi, davamlı inkişafın intensiv xarakter alması, iqtisadi bölmələrdə fəallığın təmin edilməsi, maliyyə bazarının canlandırılması, investisiya qoyuluşlarının davam etdirilməsi, əhalinin sosial şəraitinin yaxşılaşması və digər iqtisadi ssenariləri əhatə edir və bu hədəflərin yerinə yetirilməsi gözlənilən uğurlu nəticələrin əldə olunmasına səbəb olub. ötən bir ilin iqtisadi mənzərəsi onu göstərir ki, Azərbaycan makroiqtisadi və maliyyə sisteminin möhkəmliyini qoruyub saxlamaqla yanaşı, həyata keçirilən uğurlu pul-kredit siyasəti və valyuta bazarı üzrə digər preventiv tədbirlər nəticəsində valyuta bazarını da böhran dalğasından xilas edib.
ölkəmizdəki yüksək inkişaf tempi Dünya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, “Fitç İbka” “Standard ənd Poor’s” kimi ən nüfuzlu iqtisadi qurumların, reytinq agentliklərinin, eləcə də “Financial Times”, “The Economist” kimi iqtisadi nəşrlərin hesabat və qiymətlərində öz müsbət əksini tapmaqdadır. Həmin qurumlar Azərbaycan hökumətinin həyata keçirdiyi iqtisadi və sosial islahatların mühüm nəticələrini təqdir edir, respublikamızın inkişaf dinamikasına görə dünya miqyasında əsas aparıcı dövlətlərdən olacağını bildirirlər.
Dövlətin gəlirləri ilk növbədə, əhalinin sosial rifahının yüksəlməsinə yönəlib...
İlham Əliyev cənablarının başlıca məqsədi dövlətə və dövlətçiliyə, xalqa və vətəndaşa xidmət göstərməklə ölkənin inkişafına, hər bir vətəndaşın sosial tərəqqisinə nail olmaq, bu müvəffəqiyyətin və qalibiyyətin təntənəsindən xalqla birlikdə qürur duymaqdır. Bu müvəffəqiyyət, bu uğurlar, təntənə ötən 6 ildə istər siyasi, istər iqtisadi, istərsə də mədəni-sosial bölmələrdə özünü ehtiva edir. Dövlət başçısı qəti qərarlar qəbul etməklə xalqın vəziyyətinin yaxşılaşması və rifah halının yüksəlməsi üçün mühüm sosial tədbirləri gerçəkləşdirməkdədir. ümumiyyətlə, sosial tərəqqi Prezident İlham Əliyevin fəaliyyətində başlıca prioritetlərdən birini təşkil edir və ötən bir il ərzində dövlətin kapital resurslarının böyük bir hissəsinin bu sahəyə yönəldilməsi bu strategiyanın uğurlarını şərtləndirmiş olur. ötən müddətdə dövlətin gəlirləri ilk növbədə, sosial kateqoriyaların maddi rifahının yüksəlməsinə və sosial infrastrukturların yaxşılaşdırılmasına yönəlib. Bunun nəticəsidir ki, son 6 ildə minimum əməkhaqqı 9 dəfəyə yaxın artırılaraq 75 manata çatdırılıb. Pensiyaların baza hissəsi də ilbəil artırılıb və orta aylıq pensiya məbləği 75 manata bərabərdir. ötən müddətdə tələbələrin təqaüdləri 20 dəfəyə qədər qaldırılıb. Orta aylıq əmək haqqı 4 dəfə artıb və hazırda bu rəqəm 300 manatdan yüksəkdir. Əhalinin pul gəlirləri isə 4 dəfədən çox artıb. Təkcə 2009-cu ilin ötən 11 ayı üzrə əhalinin pul gəlirləri 12 faiz artıb. 2006-cı ildən ölkəmizdə tətbiqinə başlanılan ünvanlı dövlət sosial yardımı sisteminin icrası isə on minlərlə aztəminatlı ailənin vəziyyətinin yaxşılaşmasına səbəb olub. Hazırda 150 minə yaxın ailə ünvanlı yardımla əhatə olunub. Bütün bu tədbirlər yoxsulluğun əhəmiyyətli dərəcədə azalmasına imkan verib. Yoxsulluq səviyyəsi bir neçə il əvvəl 49 faizə bərabər idisə, hazırda bu rəqəm 13 faizdən də aşağıdır. Son bir ildə iqtisadi siyasətlə paralel şəkildə aparılan sosial islahatların geniş xarakter alması ölkənin ümumi inkişafına və əhalinin sosial müdafiəsinin güclənməsinə impuls verib.
İlham Əliyev böyük siyasi xadim kimi dövlət idarəetmə sistemində və xarici siyasətdə digərlərinə nümunə ola biləcək ənənənin müəllifi kimi diqqəti cəlb edir. Azərbaycanın bölgədə siyasi sabitliyin, təhlükəsizliyin, iqtisadi inkişafın təmin olunması üçün təşəbbüskarlığı və digər dövlətlərə örnək olması bilavasitə Prezident İlham Əliyevin adı ilə bağlıdır. Prezidentin daxili və xarici siyasətdə açıq və çevik xətt nümayiş etdirməsi digər ölkələrlə ikitərəfli münasibətlərin formatına da yeni çalarlar verib. Prezident İlham Əliyevin bu barədə mövqeyi qəti və lakonikdir: “Azərbaycanın mövqeyi birmənalıdır. Biz bütün ölkələrlə ikitərəfli formatda qarşılıqlı maraq, qarşılıqlı hörmət, bir-birimizin işinə qarışmamaq prinsiplərini üstün tuturuq və görürük ki, hətta bəzi hallarda bir-biri ilə o qədər də yaxın münasibəti olmayan ölkələrlə də Azərbaycanın münasibətləri yaxşıdır”. Azərbaycanın geosiyasi və iqtisadi resurslarından rasional düşüncə ilə istifadə edən dövlət başçısı İlham Əliyev bu çevik addımları ilə respublikamızın strateji tərəfdaş, qarşılıqlı əməkdaşlıq üçün əhəmiyyətli bir ölkəyə çevrilməsini təmin edib. Bu tendensiya ilbəil dərin xarakter almaqdadır və Azərbaycan bütünlüklə dünya miqyasında faydalı əməkdaşlıq üçün açıq dövlət olduğunu təsdiqləyib.
“Yeni Azərbaycan”
Analitik Qrupu

Paylaş:
Baxılıb: 1109 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Laçına gedən yolda...

25 Oktyabr 11:30  

Siyasət

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Dünya

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Oktyabr 08:25  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31