Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Hövsan aerasiya stansiyasının əsaslı yenidənqurmadan sonra açılışı olub

Hövsan aerasiya stansiyasının əsaslı yenidənqurmadan sonra açılışı olub

26.12.2009 [10:08]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib
Dünən əsaslı şəkildə yenidən qurulmuş Hövsan aerasiya stansiyasının açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib. Baş nazirin müavini Abid Şərifov dövlətimizin başçısına məlumat verib ki, Bakının çirkab sularının 60 faizi Hövsan aerasiya stansiyasında təmizlənərək dənizə axıdılır. Uzun illər istismarda olan avadanlığın köhnəlməsi və Xəzərin ekoloji təmizliyinə diqqətin artırılması stansiyanın yenidən qurulması zərurətini yaradıb. Dövlətimizin başçısının tapşırığına əsasən 2007-ci ilin sonlarından stansiyanın tamamilə yenidən qurulması prosesinə başlanıb. Stansiyanın ərazisində yeni  qurğular tikilib, avadanlıq tamamilə təzələnib. Prezident İlham Əliyevin sərəncam və göstərişlərinə əsasən yenidən qurulan bu stansiya nəhəng infrastruktur layihələrindən biridir. Dövlətimizin başçısı stansiyanın idarəetmə mərkəzi ilə tanış olub. Prezident İlham Əliyev əvvəlcə Zığ nasos və Hövsan aerasiya stansiyalarındakı avadanlığın əvvəlki və indiki vəziyyətini  əks etdirən fotostendə baxıb, Abşeron yarımadasının kanalizasiya sistemi qurğularının yerləşməsi sxemi ilə tanış olub. “Azərsu” ASC-nin prezidenti Nizaməddin Rzayev dövlətimizin başçısına Hövsan aerasiya stansiyasının təmizləmə prosesinin texnoloji sxemi barədə məlumat verib. Qeyd olunub ki, stansiya tam avtomatlaşdırılıb.
Prezident İlham Əliyevə stansiyada yeni tikilmiş və yenidən qurulmuş, eyni zamanda, tikintisi nəzərdə tutulan təmizləyici qurğular və nasos stansiyaları barədə də məlumat verilib.
Dövlətimizin başçısı stansiyanın baş planı ilə də tanış olub. Bildirilib ki, stansiya mərkəzləşdirilmiş idarəetmə sistemi ilə işləyir və çirkab suyunun mexaniki, bioloji və kimyəvi zərərsizləşdirilməsi proseslərinə tam nəzarət olunur. Hər hansı bir nasazlıq monitorda dərhal qeydə alınır.
Prezident İlham Əliyevə Abşeron yarımadasındakı süni göllərin ekoloji durumunun yaxşılaşdırılması və çirkab sularının, həmçinin, sahil boyu dənizə  zərərli axıntıların qarşısının alınması və təmizlənməsi üçün lokal sutəmizləyici qurğuların tikilməsi, Bakı kəndlərinin kanalizasiya sisteminin yaradılması haqqında da ətraflı məlumat verilib.
Prezident İlham Əliyev idarəetmə mərkəzindən yeni stansiyanı işə salıb. Sonra dövlətimizin başçısı stansiyada aparılmış yenidənqurma işləri ilə tanış olub. Məlumat verilib ki, paxtaxtın kanalizasiya suları stansiyaya giriş kamerasından daxil olur, sonra barmaqlıqlar sexinə ötürülür.
Suyu irihəcmli yad cisimlərdən təmizləyən bu sex ən müasir texnologiya əsasında tamamilə təzələnib, köhnə avadanlıq yenisi ilə əvəz olunub. Sexi elektrik enerjisi ilə qidalandıran ayrıca məntəqə yaradılıb. çirkab suları buradan qumdan təmizləmə sexinə ötürülür. Burada quraşdırılmış yeni texnologiya çirkab sularının ən xırda mikroorqanizmlərə qədər təmizlənməsinə imkan verir. Dövlətimizin başçısına məlumat verilib ki, stansiyada suyun bioloji təmizlənməsini təmin etmək üçün hər birinin 36 min kubmetr tutumu olan iki çən quraşdırılıb. Sonrakı mərhələdə su dearatorlarda qazdan təmizlənir və təkrar dövretmə prosesi həyata keçirilir. Prezident İlham Əliyev durulducu hovuzlara da baxıb. Dövlətimizin başçısına məlumat verilib ki, suyun durulduculara ötürülməsi üçün xüsusi kanal çəkilib. Durulducu hovuzlarda lilin və suyun üzündəki maddələrin təmizlənməsi üçün xüsusi nasoslar quraşdırılıb. Stansiyaya lilqurutma sexi və kompressor binası da daxildir. Stansiyanın ayrı-ayrı qurğuları ilə tanışlıq zamanı dövlətimizin başçısına məlumat verilib ki, yenidənqurma işləri zamanı 2 saylı Zığ nasos stansiyasından Hövsan aerasiya stansiyasına uzunluğu 5 min metrdən çox olan şüşə lifli yüksək təzyiqli boru xətti çəkilib. Tikinti işləri ilə yanaşı, stansiyanın ərazisinin abadlaşdırılmasına da xüsusi diqqət yetirilib, geniş sahədə asfalt-beton işləri görülüb, yeni yaşıllıq zolaqları salınıb. Stansiyanın işıqlandırma sistemi tamamilə yeniləşdirilib. Əsaslı yenidənqurma işləri başa çatdıqdan sonra stansiyanın sutkalıq gücü 480 min kubmetrdən 640 min kubmetrə çatıb.
Hövsan aerasiya stansiyasının işçiləri və inşaatçılarla görüşən Prezident İlham Əliyev kompleksdə aparılan yenidənqurma işlərindən razılığını bildirərək deyib: “Yaxşı yaratmısınız. Gərək yaxşı da istismar edəsiniz ki, Bakı şəhərinin bütün ekoloji problemləri həllini tapsın. Dünən ağacəkmə prosesinə başladıq, bu gün Hövsan aerasiya stansiyasının işə salınmasında iştirak edirik. Bütün bunlar onu göstərir ki, ekologiya məsələlərinə çox böyük diqqət göstərilir. Vaxtilə icrasına başlanmış bu böyük layihə artıq başa çatdı. Beləliklə, Bakının bütün kanalizasiya məsələləri yaxın zamanlarda həll olunacaqdır. çox işlər görülüb, hələ çox işlər görülməlidir. Növbəti 2-3 ildə ətraf qəsəbələr daxil olmaqla bütün şəhərin su-kanalizasiya məsələləri tamamilə həll olunacaqdır. Təbrik edirəm, sizə yeni uğurlar arzulayıram. Sağ olun”.
Sonda xatirə şəkli çəkdirilib.

Paylaş:
Baxılıb: 1271 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Laçına gedən yolda...

25 Oktyabr 11:30  

Siyasət

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Dünya

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Oktyabr 08:25  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31