Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Prezident İlham Əliyev Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumunun iştirakçılarından ibarət nümayəndə heyətini qəbul edib

Prezident İlham Əliyev Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumunun iştirakçılarından ibarət nümayəndə heyətini qəbul edib

23.01.2010 [05:00]

Dövlətimizin başçısı bu tədbirin Azərbaycan ilə Rusiya arasında uğurla inkişaf edən münasibətlərin müxtəlif sahələrdə, o cümlədən, humanitar sahədə əməkdaşlığın genişləndirilməsinə xidmət etdiyini bildirib
Prezident İlham Əliyev dünən Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumunun iştirakçılarından ibarət nümayəndə heyətini qəbul edib.
Prezident İlham Əliyev Bakıda keçirilən Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumunun əhəmiyyətini vurğulayıb. Dövlətimizin başçısı bu tədbirin Azərbaycan ilə Rusiya arasında uğurla inkişaf edən münasibətlərin müxtəlif sahələrdə, o cümlədən, humanitar sahədə əməkdaşlığın genişləndirilməsinə xidmət etdiyini bildirib.
ölkələrimiz arasında münasibətlərin dinamik şəkildə inkişaf etdiyini deyən Prezident İlham Əliyev Azərbaycan və Rusiya ictimaiyyətinin müxtəlif təbəqələrinin bu əlaqələrin dərinləşməsi prosesinə fəal cəlb olunmasının əhəmiyyətini vurğulayıb.
Humanitar sahədə də əməkdaşlığın fəal surətdə daim genişləndiyini deyən  dövlətimizin başçısı bildirib ki, bu sahədə əldə olunan təcrübənin bundan sonra da davam etdirilməsi önəmlidir və Azərbaycanda keçirilən Forum ümumilikdə əlaqələrimizin daha da möhkəmlənməsi işinə təkan verəcək.
Prezident İlham Əliyev vurğulayıb ki, ikitərəfli münasibətlərimiz geniş sahələri əhatə edir və bu münasibətlərin daha da inkişaf etdirilməsi üçün böyük potensial var.
Dövlətimizin başçısı vətəndaş cəmiyyətləri, həmçinin, kütləvi informasiya vasitələri arasında qarşılıqlı əlaqələrin əhəmiyyətli olduğunu bildirərək, bu sahədə əməkdaşlığın dövlətlərin siyasi xəttinin müəyyənləşdirilməsində də mühüm olduğunu bildirib. Qeyd edib ki, ölkələrimiz arasındakı dostluq əlaqələri iqtisadi münasibətlərin inkişafında da mühüm rol oynayır.
Prezident İlham Əliyev Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumunun Azərbaycanın humanitar sahədə əldə etdiyi nailiyyətlərlə yaxından tanış olmaq üçün yaxşı fürsət yaratdığını bildirib və ölkəmizin MDB məkanında humanitar əməkdaşlıq proseslərində fəal iştirak etdiyini diqqətə çatdırıb.
Görüşdə Prezident İlham Əliyev Azərbaycan ilə Rusiya arasında mədəni əməkdaşlıq və qarşılıqlı əlaqələrin möhkəmləndirilməsindəki xüsusi xidmətlərinə görə “İTAR-TASS” Agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana “Dostluq” ordenini təqdim edib.
Mixail Qusman onu ali ordenlə təltif etdiyinə görə Azərbaycan Prezidentinə təşəkkür edib. Rusiyanın mədəniyyət naziri Aleksandr Avdeyev, Rusiya Prezidentinin Beynəlxalq Mədəni Əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy, yazıçı Eduard Topol, Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər üzrə komitəsinin birinci müavini Leonid Slutski, SSRİ-nin Xalq artisti İosif Kobzon, Rusiya Dövlət Humanitar Universitetinin rektoru, Rusiya-Azərbaycan Dostluq Cəmiyyətinin rəhbəri Yefim Pivovar, Rusiya Federasiyası Federasiya Şurasının iqtisadi siyasət, sahibkarlıq və mülkiyyət məsələləri üzrə komitəsinin müavini Andrey Xazin Forumun təşkilinə və yüksək qonaqpərvərliyə görə, Azərbaycan Prezidentinə təşəkkür ediblər. Onlar Forumun iki ölkə arasında münasibətlərin inkişafında mühüm əhəmiyyətə malik olduğunu bildirərək onun gələcəkdə də davam etdirilməsinin əhəmiyyətindən danışıblar.

Paylaş:
Baxılıb: 1083 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31