Prezident İlham Əliyev "Qlobal enerji mənzərəsi" mövzusunda iclasda iştirak edib
29.01.2010 [12:09]
AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, İsveçrənin kurort şəhərində açılmış 40-cı Dünya İqtisadi Forumunun illik toplantısı işini davam etdirir. Forumda müasir dövrün siyasi-iqtisadi problemlərinin, qlobal inkişafın doğurduğu əsas çətinliklərin həlli üçün işgüzar tərəfdaşlığın genişlənməsinə yardım məsələləri müzakirə olunur. Toplantıda 100-dək ölkədən 2500-dən çox nümayəndə, o cümlədən dövlət və hökumət başçıları, tanınmış şirkətlərin təmsilçiləri, iqtisadçılar, ekspertlər, beynəlxalq təşkilatların, KİV-lərin rəhbərləri iştirak edirlər.
Builki toplantı “Dünyanın vəziyyətini yaxşılaşdır: yenidən düşün, yenidən planlaşdır və yenidən qur” devizi altında keçirilir. Dünyanın vəziyyətinin yaxşılaşdırılması, mövcud problemlərin həlli qlobal əməkdaşlığın həyata keçirilməsini tələb edir. Bu isə öz növbəsində hökumət, biznes, media, elm, din, incəsənət, vətəndaş cəmiyyəti daxil olmaqla, bütün sahələrin təmsilçilərinin sıx əməkdaşlıq etmələri zərurətini yaradır. Bu məqsədlə Dünya İqtisadi Forumunun illik toplantısı qarşıdan gələn dörd on illik üçün qlobal gündəliyin formalaşdırılması məqsədi ilə ictimai həyatın bütün sahələrindən olan rəhbərləri öz işinə cəlb edib.
Dünən Forumun “Qlobal enerji mənzərəsi” mövzusunda iclası keçirilib.
Böyük əhəmiyyətə malik bu iclasda Azərbaycan Prezidenti İlham Əliyev iştirak edib.
Forumun əsas tədbirlərindən olan “Qlobal enerji mənzərəsi” mövzusunda iclası Kembric Enerji Tədqiqatları Assosiasiyasının sədri Daniel Yergin açaraq Prezident İlham Əliyevə və digər qonaqlara minnətdarlıq edib. Azərbaycan Prezidenti İlham Əliyev iclasda çıxış edib, ölkəmizdə energetika sahəsində görülən işlərdən danışıb.
Dövlətimizin başçısı ölkəmizin qlobal enerji təhlükəsizliyində oynadığı roldan söhbət açaraq deyib ki, Azərbaycan aparılmış düzgün siyasət nəticəsində və tərəfdaşların birgə səyi ilə beynəlxalq əhəmiyyətli layihələr həyata keçirib. Hazırda Azərbaycanın enerji daşıyıcıları müxtəlif istiqamətlərə nəql olunur. Bunun üçün boru kəmərləri infrastrukturu yaradılıb.
Prezident İlham Əliyev Azərbaycanın dünya qaz bazarında rolunun artdığını vurğulayaraq deyib ki, ölkəmizin ehtiyatları təsdiq olunmuş qaz yataqları kifayət qədər çoxdur. Hazırda Azərbaycan qazı qonşu ölkələrə ixrac olunur. Halbuki bu ölkələrin bəzilərində Azərbaycandakından daha çox qaz hasil edilir. Biz qaz ixracını şaxələndirməyə davam edəcəyik.
Dövlətimizin iqtisadi inkişafı haqqında danışan Prezident İlham Əliyev deyib ki, son 6 ildə Azərbaycan dünyada ən sürətlə inkişaf edən ölkələrdən biridir. Həyata keçirilmiş islahatlar nəticəsində iqtisadiyyatın bazar prinsipləri əsasında inkişafı təmin edilib. Hazırda ölkənin ümumi daxili məhsulunda özəl sektorun payı 85 faiz təşkil edir. Böhrana baxmayaraq, 2009-cu ildə də Azərbaycan inkişafını davam etdirib. ötən il Azərbaycanda ümumi daxili məhsul 9,3 faiz, sənaye istehsalı isə 8,6 faiz artıb. Bundan başqa, Azərbaycanın milli valyutası dəyərdən düşməyib.
İclasda bp şirkətinin baş icraçı direktoru Toni Heyvord, “Saudi Aramko” şirkətinin prezidenti Xalid Al-Falih, “Royal Dutch Shell” şirkətinin idarə heyətinin sədri Peter Vozer, “The Dow Chemical” şirkətinin idarə heyətinin sədri Endrü Liveris, “Total” şirkətinin direktorlar şurasının sədri Tyerri Desmartes mövzu ilə bağlı fikirlərini bildiriblər.
Xəbər lenti
Hamısına baxDünya
08 İyun 17:19
Maraqlı
08 İyun 16:30
YAP xəbərləri
08 İyun 16:10
YAP xəbərləri
08 İyun 15:57
YAP xəbərləri
08 İyun 15:42
Siyasət
08 İyun 15:41
YAP xəbərləri
08 İyun 15:33
Dünya
08 İyun 15:27
YAP xəbərləri
08 İyun 15:13
Dünya
08 İyun 15:09
Dünya
08 İyun 14:48
Dünya
08 İyun 14:34
İdman
08 İyun 14:30
Dünya
08 İyun 14:26
Dünya
08 İyun 14:05
Xəbər lenti
08 İyun 14:05
Dünya
08 İyun 13:38
Dünya
08 İyun 13:10
Sosial
08 İyun 12:55
Dünya
08 İyun 12:51
Dünya
08 İyun 12:45
Dünya
08 İyun 12:25
İqtisadiyyat
08 İyun 12:21
Sosial
08 İyun 12:20
YAP xəbərləri
08 İyun 12:09
Dünya
08 İyun 11:42
YAP xəbərləri
08 İyun 11:34
İdman
08 İyun 11:19
İqtisadiyyat
08 İyun 11:02
Elm
08 İyun 11:01
Dünya
08 İyun 10:57
Sosial
08 İyun 10:56
Dünya
08 İyun 10:22
Dünya
08 İyun 09:45
YAP xəbərləri
08 İyun 09:27
Dünya
08 İyun 09:17
Dünya
08 İyun 08:50
Dünya
08 İyun 08:25
Dünya
08 İyun 07:46
Dünya
08 İyun 07:30
Hadisə
07 İyun 23:42
Dünya
07 İyun 22:30
Siyasət
07 İyun 21:23
Dünya
07 İyun 20:17
Dünya
07 İyun 19:31
Sosial
07 İyun 18:34
Sosial
07 İyun 17:12
Siyasət
07 İyun 16:13
Dünya
07 İyun 15:40
Dünya
07 İyun 14:27
Dünya
07 İyun 13:31
Dünya
07 İyun 12:25
Dünya
07 İyun 11:19
Dünya
07 İyun 10:21
Dünya
07 İyun 09:50
Hadisə
07 İyun 08:39
Dünya
06 İyun 21:43
Dünya
06 İyun 20:35
YAP xəbərləri
06 İyun 19:31
Dünya
06 İyun 19:17
Siyasət
06 İyun 18:58
Dünya
06 İyun 18:22
Dünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22

