Prezident İlham Əliyev: Bizim üçün Polşa çox vacib tərəfdaş və dost ölkədir
03.03.2020 [09:18]
Dövlətimizin başçısı Polşanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 2-də Polşa Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Rafal Poborskinin etimadnaməsini qəbul edib.
AZƏRTAC xəbər verir ki, səfir Rafal Poborski fəxri qarovul dəstəsinin qarşısından keçib.
Səfir Rafal Poborski deyib: “Cənab Prezident, məni Azərbaycan Respublikasına fövqəladə və səlahiyyətli səfir olaraq akkreditə edən etimadnaməni və sələfimin geri çağırılması ilə bağlı məktubu Sizə təqdim etməkdən şərəf duyuram. Zati-aliləri, ümid edirəm ki, mənim missiyam Azərbaycan və Polşa xalqları arasındakı dostluq münasibətlərini gücləndirəcək”.
Rafal Poborski etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
Sonra dövlətimizin başçısı səfirlə söhbət edib.
Prezident İlham Əliyev deyib: “Xoş gəlmisiniz, cənab səfir, sizi görməyə çox şadam. Azərbaycandakı fəaliyyətinizdə sizə uğurlar arzulayıram. Əminəm ki, sizin görəcəyiniz çox işlər var. Çünki ölkələrimiz arasında münasibətlər inkişaf edir və biz çox güclü siyasi əlaqələr yaratmışıq. Mən məmnunluqla ölkənizə rəsmi səfərimi və Prezident Dudanın Azərbaycana səfərini xatırlayıram. Biz ikitərəfli əməkdaşlığımızla bağlı çoxşaxəli məsələləri müzakirə etmişik. Bu ilin yanvarında biz Davosda görüşümüz zamanı tərəfdaşlığımızın strateji əhəmiyyətini bir daha təsdiqlədik. Bizim üçün Polşa çox vacib tərəfdaş və dost ölkədir. Uzun illər ərzində ölkələrimiz arasında sıx dostluq münasibətləri inkişaf etmişdir. Ötən illər ərzində çoxsaylı təmaslarımız olub. Şadam ki, hazırda biz təkcə siyasi sahədə deyil, iqtisadi sahədə də inkişafı görürük. Bildiyiniz kimi, bizim Mərkəzi Avropa üzrə regional ticarət nümayəndəliyimiz Polşada yerləşir. Bu fakt onu göstərir ki, dünyanın bu regionunda sizin ölkənizi əsas ticarət tərəfdaşımız hesab edirik. Əminəm ki, qarşıdakı illərdə bizim əlaqələrimiz inkişaf edəcək. Prezident Duda ilə birlikdə bu ilin yanvarında gələcək planlarımızı müzakirə etmişik. Mən Sizə uğurlar arzulayıram”.
Səfir Rafal Poborski deyib: “Təşəkkür edirəm, Zati-aliləri. İkitərəfli münasibətlərimiz barədə ətraflı söylədiklərinizdən sonra nəyisə əlavə etmək çətindir. İcazə verin deyim ki, mən dostluq münasibətlərimizi gücləndirmək üçün Prezidentimiz tərəfindən buraya göndərilmişəm. Bilirəm ki, hər iki Zati-alilərinin bir-biri ilə çox yaxşı təmasları var. Siz çox tez-tez görüşürsünüz. Bizim ikitərəfli münasibətlərimizin təməl aspektlərini çox yaxşı vurğulayırsınız. Mən Polşadakı həmkarlarımın köməyi ilə həm ikitərəfli siyasi dialoqumuzun inkişafına töhfə vermək, həm də iqtisadi münasibətləri inkişaf etdirmək üçün əlimdən gələn və mümkün olan hər şeyi etməyə çalışacağam. Hər iki ölkə region üçün çox əhəmiyyətlidir. Biz nəqliyyat qovşaqlarından faydalanmaq üçün çox yaxşı mövqedəyik. Biz çox böyük məmnuniyyətlə Sizin enerji siyasətinizdəki nailiyyətlərin şahidi olmuşuq. Bilirəm ki, bununla bağlı şirkətlərimiz arasında dialoq aparılır. Ümid edirik ki, bu, uğurlu layihələrlə nəticələnəcək, birlikdə hər iki tərəf faydalana biləcək. Əlbəttə, mədəni əlaqələrin və xalqlar arasında təmasların yaradılması sahəsində çox yaxşı perspektivlər mövcuddur. Ümid edirik ki, paytaxtlarımız arasında birbaşa uçuşlar açılacaq. Bu layihənin həyata keçməsi üçün də əlimdən gələni edəcəyəm”.
Görüşdə enerji, nəqliyyat, kənd təsərrüfatı, mədəniyyət, turizm və digər sahələrdə əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50

