Almaniya-Azərbaycan əlaqələri dərin təməllər üzərində inkişaf edir
04.02.2010 [10:20]
Azərbaycanla Almaniya arasında ilbəil dərinləşərək daha sıx dinamika alan siyasi-iqtisadi münasibətlər yeni inkişaf erasının tələblərinə uyğun keyfiyyət və kəmiyyət çalarları ilə zənginləşməkdədir. Hər iki ölkə ötən əsrin sonlarından başlayaraq bir sıra mühüm sazişlər imzalamaqla əlaqələrin inkişafına əhəmiyyətli dərəcədə zəmin yaradıblar. ümummilli lider Heydər Əliyevin Almaniyaya səfərləri ölkələr arasında qarşılıqlı siyasi-iqtisadi əlaqələrə təkan vermiş olub. Ulu öndərin təşəbbüsü ilə yaradılan hökumətlərarası komissiyaların fəaliyyətə başlaması bütün sahələr üzrə sıx münasibətlərin daha da dərinləşməsinə impuls verib.
Prezident İlham Əliyevin Avropa İttifaqı ölkələri ilə, xüsusilə də Avropanın ən inkişaf etmiş ölkəsi olan Almaniya ilə səmimi dostluq münasibətlərinə əsaslanan qarşılıqlı əməkdaşlığı intensivləşdirməsi respublikamızın etibarlı tərəfdaş kimi mövqeyinin daha da möhkəmlənməsinə səbəb olub. Yeni inkişaf mərhələsinə qədəm qoyan Azərbaycan-Almaniya münasibətləri son illərdə siyasi-iqtisadi mahiyyət kəsb etməklə yanaşı, humantiar, sosial, elm, təhsil, səhiyyə, idman, turizm, infrastruktur sahələrini əhatə edərək əməkdaşlığın dinamizmini daha da sürətləndirib. Tərəflər arasında sıx təmasların geniş xarakter alması ikitərəfli əlaqələrlə bərabər, Avropa strukturları çərçivəsində əməkdaşlığın miqyasına da öz müsbət təsirini göstərib. Son illər dünyanın enerji təminatında Azərbaycanın mövqeyinin möhkəmlənməsi Almaniya hökumətini respublikamızla daha dərin təməllərə əsaslanan əməkdaşlığa vadar edir.
Almaniya özünün enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın təşəbbüskarı olduğu enerji marşrutlarının əhəmiyyətini xüsusi dəyərləndirir və ölkəmizin yanacaq resurslarından faydalanmaq niyyətini bəyan edir. Rəsmi Berlin Baltikyanı ölkələri də əhatə edən Odessa-Brodı-Qdansk və Xəzər-Qara dəniz-Baltik enerji layihələrini dəstəkləyir. Almaniya indiyədək keçirilən beynəlxalq enerji sammitlərində hökumət başçısı səviyyəsində təmsil olunub və həmişə Azərbaycanın zəngin iqtisadi resurslarının nəqlini nəzərdə tutan tranzit marşrutlarının reallaşmasının tərəfdarı olduğunu açıqlayıb. Almaniya Federal Hökumətinin yüksək vəzifəli məmurlarının ölkəmizə səfərləri zamanı respublikamızla enerji sahəsində əlaqələrin gücləndirilməsi təklif edilib. Berlin İqtisadi Araşdırmalar İnstitutunun enerji məsələləri üzrə aparıcı eksperti Klaudia Kemferd hesab edir ki, Almaniya özünün təbii qaz təminatını həll etmək üçün Xəzər regionundakı yanacaq ehtiyatlarının Qərbi Avropaya nəqlini nəzərdə tutan etibarlı enerji marşrutunun çəkilişi istiqamətində səylərini artırmalıdır. Almaniya Mərkəzi Asiya ölkələrindən Xəzərin dibi ilə Azərbaycan ərazisindən keçməklə Avropa İttifaqı ölkələrinə təbii qazın ötürülməsini təmin edən boru xəttinin reallaşması üçün maliyyə dəstəyi göstərməyə də razı olduğunu bəyan edib.
Azərbaycanı neft və qaz ölkəsi ilə yanaşı, iri sənaye dövləti kimi qiymətləndirən Almaniya respublikamızdakı mövcud sənaye potensialından yararlanmaq niyyətini bəyan edib. Alman şirkətləri hazırda sənayenin bir sıra bölmələrində iri investisiya layihələri həyata keçirirlər. Sənaye və Energetika Nazirliyi ilə Almaniyanın İqtisadiyyat və Texnologiyalar Nazirliyi arasında uzunmüddətli əməkdaşlıq proqramına əsasən, almanlar ölkəmizdə maşınqayırma, metallurgiya, energetika və qeyri-neft sənayesi sahəsində birgə layihələr həyata keçirəcək. Almaniya hökuməti ölkəmizdə alternativ enerji mənbələrinin istifadəsi ilə bağlı layihələrə də böyük önəm verir və bu istiqamətdə bir sıra layihələrin həyata keçirilməsi nəzərdə tutulur.
Almaniya Azərbaycanla iqtisadi əlaqələrin miqyasını daha da genişləndirmək niyyətindədir. Birgə əlaqələrin pozitiv xarakter almasında Almaniya-Azərbaycan İqtisadi Birliyinin (DAFF) və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) da rolu yüksək dəyərləndirilə bilər. Eyni zamanda, hər iki ölkənin tanınmış şirkətlərinin nümayəndələrinin iştirakı ilə hər il keçirilən biznes-forumlar işgüzar əlaqələrin dərinləşməsinə öz töhfəsini verməkdədir. Tərəflər tikinti, kənd təsərrüfatı, infrastruktur, tibb, nəqliyyat, maşınqayırma, qaz, neft-kimya avadanlıqları, əczaçılıq, elektrik, soyutma-isitmə sistemləri, toxuculuq, kommunal təsərrüfat, yüngül sənaye və digər sahələr üzrə yeni əməkdaşlıq layihələrinin reallaşması barədə razılığa gəlib.
Almaniya ilə respublikamız arasında ticarət partnyorluğunun vəziyyəti müsbət tendensiyalarla müşayiət olunmaqdadır. Avropa İttifaqı ölkələri sırasında Azərbaycanla ticarət əlaqələrinin səviyyəsinə görə, Almaniya üçüncü yerdə dayanır. 2009-cu ildə ölkələr arasında ticarət dövriyəsinin həcmi 650 milyon dollara yaxın olub. Bir neçə ildir ki, respublikamızın rəqabət qabiliyyətli məhsullar istehsal edən iri şirkətləri Almaniyaya mal ixrac edir. Almaniyada hər il keçirilən sərgidə ölkəmizə məxsus şirkətlərin kənd təsərrüfatı və yeyinti sənayesi məhsulları nümayiş olunur. Azərbaycanın 10-dan çox iri şirkəti ötən ay Almaniyada keçirilmiş “Beynəlxalq Yaşıl Həftə - 2010” sərgisində iştirak edib.
Almaniya Azərbaycanın ümumdünya Ticarət Təşiklatına üzvlüyünü dəstəkləyir və ölkəmizin bu quruma daxil olmasında texniki kömək göstərmək niyyətini bildirib.
Elbrus CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxİdman
27 Oktyabr 23:19
Siyasət
27 Oktyabr 22:56
YAP xəbərləri
27 Oktyabr 22:43
Dünya
27 Oktyabr 22:16
Dünya
27 Oktyabr 21:58
YAP xəbərləri
27 Oktyabr 21:30
Dünya
27 Oktyabr 21:10
İdman
27 Oktyabr 20:49
YAP xəbərləri
27 Oktyabr 20:36
Sosial
27 Oktyabr 20:15
Hadisə
27 Oktyabr 19:54
Dünya
27 Oktyabr 19:32
YAP xəbərləri
27 Oktyabr 19:18
YAP xəbərləri
27 Oktyabr 18:46
YAP xəbərləri
27 Oktyabr 17:34
Sosial
27 Oktyabr 17:13
Siyasət
27 Oktyabr 16:46
Gündəm
27 Oktyabr 16:34
Gündəm
27 Oktyabr 16:28
Sosial
27 Oktyabr 16:27
Gündəm
27 Oktyabr 16:24
Gündəm
27 Oktyabr 16:23
Maraqlı
27 Oktyabr 16:20
YAP xəbərləri
27 Oktyabr 16:01
Dünya
27 Oktyabr 15:42
YAP xəbərləri
27 Oktyabr 15:30
Dünya
27 Oktyabr 15:29
YAP xəbərləri
27 Oktyabr 15:00
YAP xəbərləri
27 Oktyabr 14:47
YAP xəbərləri
27 Oktyabr 14:42
Elanlar
27 Oktyabr 14:41
YAP xəbərləri
27 Oktyabr 14:40
YAP xəbərləri
27 Oktyabr 14:40
YAP xəbərləri
27 Oktyabr 14:38
YAP xəbərləri
27 Oktyabr 14:37
Dünya
27 Oktyabr 14:30
Sosial
27 Oktyabr 14:19
Sosial
27 Oktyabr 14:16
YAP xəbərləri
27 Oktyabr 14:08
Dünya
27 Oktyabr 13:24
YAP xəbərləri
27 Oktyabr 13:05
Dünya
27 Oktyabr 12:53
Dünya
27 Oktyabr 12:29
YAP xəbərləri
27 Oktyabr 12:11
YAP xəbərləri
27 Oktyabr 12:10
İqtisadiyyat
27 Oktyabr 11:58
İqtisadiyyat
27 Oktyabr 11:57
Hadisə
27 Oktyabr 11:56
Dünya
27 Oktyabr 11:36
Dünya
27 Oktyabr 11:10
YAP xəbərləri
27 Oktyabr 11:03
Hadisə
27 Oktyabr 10:55
Dünya
27 Oktyabr 10:21
Dünya
27 Oktyabr 09:40
İdman
27 Oktyabr 09:13
Dünya
27 Oktyabr 08:52
Hadisə
27 Oktyabr 08:25
Dünya
27 Oktyabr 07:14
İdman
26 Oktyabr 23:19
Dünya
26 Oktyabr 22:36
İdman
26 Oktyabr 21:42
Maraqlı
26 Oktyabr 20:32
Dünya
26 Oktyabr 19:17
Analitik
26 Oktyabr 18:41
Dünya
26 Oktyabr 18:36
Maraqlı
26 Oktyabr 17:45
İdman
26 Oktyabr 16:28
Dünya
26 Oktyabr 16:22
Dünya
26 Oktyabr 15:24
YAP xəbərləri
26 Oktyabr 14:36

