Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycan ilə Slovakiya arasında səmərəli əməkdaşlığın qurulması üçün yaxşı potensial var

Azərbaycan ilə Slovakiya arasında səmərəli əməkdaşlığın qurulması üçün yaxşı potensial var

16.03.2010 [10:57]

Prezident İlham Əliyev Slovakiyanın xarici işlər naziri Miroslav Layçakın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Slovakiyanın xarici işlər naziri Miroslav Layçakın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlətimizin başçısı Slovakiyanın xarici işlər naziri Miroslav Layçakın ölkəmizə ilk səfərinin uğurlu olacağına ümidvar olduğunu bildirib və bu səfərin Azərbaycan ilə Slovakiya arasında bir çox sahələrdə səmərəli əməkdaşlıq üçün yaxşı perspektivlər açacağını vurğulayıb. Prezident İlham Əliyev bunun üçün qarşılıqlı maraqların və yaxşı potensialın mövcud olduğunu da qeyd edib. Dövlətimizin başçısı səfər zamanı keçirilən görüşlərin ikitərəfli münasibətlərin inkişafının əsas  istiqamətlərinin müəyyən edilməsi baxımından səmərəli olacağına əminliyini ifadə edib. Slovakiyanın xarici işlər naziri Miroslav Layçak Azərbaycanın həm regional, həm siyasi, həm iqtisadi, həm də energetika baxımından aparıcı dövlətlərdən biri olduğunu vurğulayıb. O, Azərbaycan Prezidentinin regionda gedən proseslərlə bağlı fikirlərinin Slovakiya tərəfi üçün önəmli olduğunu qeyd edib. Daha sonra nazir bildirib ki, səfərinin əsas məqsədi ikitərəfli münasibətlərin intensivləşdirilməsindən ibarətdir. ölkələrimiz arasında siyasi əlaqələrin səviyyəsindən razılığını ifadə edən Miroslav Layçak Slovakiya ilə Azərbaycanın dost ölkələr olduğunu vurğulayıb.

Paylaş:
Baxılıb: 1101 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31