Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Dövlət sahibkarların sosial təşəbbüslərə daha da fəal qoşulmasını istəyir

Dövlət sahibkarların sosial təşəbbüslərə daha da fəal qoşulmasını istəyir

30.03.2010 [08:18]

Prezident İlham Əliyev: Biznesin, sahibkarlığın sosial məsələlərin həllində də iştirakı, hesab edirəm ki, həm iş adamlarına mənəvi bir qida verəcək, həm də ölkəmizin inkişafına səbəb olacaq
Müasir dünya ölkələri öz vətəndaşlarının bütün tələblərini ödəmək məqsədilə sosial dövlət modelinə müraciət edirlər və qarşıya qoyulmuş hədəfə çatmaq üçün qanunvericilikdən tutmuş bütün səviyyələrə qədər hər bir tədbiri həyata keçirirlər. Sosial dövlət özülündə böyük mahiyyət kəsb etməklə, uzun müddət sınaqdan keçirilmiş sosial təminatı həyata keçirən metodlara, funksiyalara malikdir. Əgər sosial dövlətin ənənəvi funksiyalarına ölkənin hədəf və məqsədi kimi baxsaq, bu zaman onun ümumi sosialyönümlü funksiyalarından da danışmaq olar. Sosial funksiyaların ümumi çərçivəsinə baxanda, sosial dövlətin spesifik fəaliyyət istiqamətlərini - spesifik funksiyalarını görə bilərik. Bunlara
- əhalinin yoxsul təbəqəsinin sosial müdafiəsi;
- əməyin müdafiəsi və insanların sağlamlığı;
- ailənin müdafiəsi;
- xüsusi vergi tutmaları, dövlət büdcəsi, xüsusi sosial proqramlar vasitəsilə gəlirin paylaşdırılması yolu ilə sosial qeyri-bərabərliyin aradan qaldırılması;
- fundamental elmi araşdırma və mədəniyyət proqramlarının maliyyələşdirilməsi və dəstəklənməsi;
- işsizliklə mübarizə, əhalinin məşğulluğunu həyata keçirmək və işsizliyə görə müavinətlərin verilməsi və s. daxildir.
Sosial dövlətin mühüm funskiyalarından biri də xeyriyyəçilik fəaliyyətinin genişləndirilməsidir. ümumiyyətlə, cəmiyyətdə sosial qeyri-bərabərliyi aradan qaldırmaq üçün həm dövlət, həm də digər qurumlar vasitəsilə bir çox tədbirlər həyata keçirilir. Amma sosial bərabərliyin əldə olunması istiqamətində dövlətin həyata keçirdiyi tədbirlər istənilən səviyyədə gözlənilən effekti verməyə də bilər. çünki dövlətin cəmiyyətdə sosial ədalətin bərqərar olması və qeyri-bərabərliyin aradan qaldırılması istiqamətində gördüyü iş ictimai dəstək qazanmalı, qeyri-dövlət xətti ilə də işlər görülməlidir. Bu baxımdan da, sosial dövlətin xeyriyyəçilik fəaliyyətinin genişləndirilməsi kimi funksiyası işə düşməlidir.
Bu gün Azərbaycan da inkişaf etmiş ölkə kimi, sosial dövlət qurmaq niyyətini nümayiş etdirir. Əlbəttə, öncədən Azərbaycanın sosial dövlət modelinin Qərbi Avropa, Cənubi Avropa, Skandinaviya və ya ABŞ təcrübəsi əsasında qurulacağını söyləmək çətindir. çünki adlarını sadaladığımız təcrübələr yüz illər ərzində əldə olunub, bugünkü modellər həmin ölkələrin milli adət-ənənələrinə, siyasi sisteminə, siyasi mədəniyyətinə uyğun şəkildə formalaşdırılıb.
Azərbaycan isə cəmi 15 ildir ki, iqtisadi və sosial yüksəlişə doğru addımlayır. Bu baxımdan da, yalnız müəyyən müddətdən sonra Azərbaycanın özünəməxsus xüsusiyyətləri əsasında, qurduğu sosial dövlət modelinin əsas cizgilərini görmüş olacağıq. Amma bu gün Azərbaycan dövlətinin sosial bərabərsizliyin aradan qaldırılması üçün həyata keçirdiyi genişmiqyaslı işləri də qeyd etməmək, əsl ədalətsizlik olar.
Hazırda dövlət tərəfindən yoxsulluğun aradan qaldırılması, yüksək kvalifikasiyalı iş yerlərinin açılması, əməkhaqlarının, pensiyaların, müavinətlərin artırılması, insanların yüksək səviyyəli istirahətinin təşkil edilməsi üçün qəbul olunmuş Dövlət Proqramları əsasında böyük işlər görülür və bu tədbirlərin də müsbət effektini əhalinin həyat səviyyəsinin yüksəlməsinin timsalında görürük. Əlbəttə, bu sadaladıqlarımız dövlət xəttilə həyata keçirilən tədbirlərdir. Amma Azərbaycan mentalitetinə görə, ölkəmizdə messenatlıq, xeyriyyəçilik kimi təcrübələrin həyata keçirildiyinin də tez-tez şahidi oluruq. Eyni zamanda, bu gün Azərbaycanın imkanlarının artması, qeyri-neft sektorunun sürətlə inkişaf etməsi həmin xeyriyyəçilik əməllərinin həyata keçirilməsinə münbit şərait yaradır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransdakı çıxışı zamanı sahibkarların sosial təşəbbüslərə daha da fəal qoşulmalarının vacibliyini önə çəkib: “Artıq bunu etmək üçün imkanlar vardır. Beş il bundan əvvəl bəlkə də bunu tələb etmək düzgün olmazdı. Ancaq bu gün Azərbaycanda çox böyük, regional, yəni, transmilli mahiyyət daşıyan şirkətlər vardır. Onların böyük dövriyyələri, böyük kapitalı vardır. Mən bunu ancaq alqışlayıram. Yəni, biznesin, sahibkarlığın sosial məsələlərin həllində də iştirakı, hesab edirəm ki, həm iş adamlarına mənəvi bir qida verəcək, həm də ölkəmizin inkişafına səbəb olacaq. Bu proseslər gedir və xüsusilə, bölgələrdə sahibkarlar öz maliyyə resurslarını məktəblərin tikintisi sahəsində işə salırlar. Mən istərdim ki, bu işlər başqa sahələrdə də, əlbəttə ki, imkan daxilində görülsün. Bu işlər, əlbəttə ki, məcburi xarakter daşıya bilməz. Ancaq mən hesab edirəm ki, imkanlı firmalar, şirkətlər, iş adamları ağır vəziyyətdə yaşayanlara əl uzatsalar yaxşı olar”.
Göründüyü kimi, dövlətimizin başçısı böyük imkanları olan insanların, firmaların, şirkətlərin cəmiyyətimizin maddi vəziyyətinə görə, zəif təbəqəsinə yardım etməsini könüllü, lakin əhəmiyyətli fəaliyyət kimi dəyərləndirir.
Düzdür, bəzən könüllü olaraq, həyata keçirilən xeyriyyəçilik fəaliyyətləri sırf reklam xarakteri daşıdığı üçün cəmiyyət tərəfindən birmənalı şəkildə qəbul edilmir. çünki bu xeyriyyəçiliyi edən subyektlər hansısa məqsədi güddüyündən onların bu işi davamlı xarakter daşımır və çox məhdud olur. Amma dövlət istəyir ki, bu gün imkanı geniş olan biznes subyektləri həm maddi, həm də müxtəlif istiqamətli xeyriyyə tədbirləri həyata keçirsinlər. Bununla da, dövlətin sosial siyasətinə müəyyən mənada kömək etmiş olsunlar. Məsələn, hər hansısa bir şirkət şəffaf şəkildə müəyyənləşdirilmiş bir neçə aztəminatlı ailənin mühüm məsələlərlə bağlı təchizatını üzərinə götürə bilər. Eyni zamanda, müəyyən şirkətlər təhsil almaq arzusunda olan, lakin maddi imkanı olmayan gəncləri öhdəliklərinə ala bilərlər. Digər tərəfdən, bu gün Azərbaycan iqtisadiyyatından, özəl sektorda yaradılmış münbit şəraitdən faydalanan və xeyli gəlir götürən şirkətlər qeyri-dövlət KİV-lərinə də dolayısı ilə maddi yardım edə bilərlər. Məsələn, onlar reklam, elan və digər anonsları dövlət deyil, bu gün Azərbaycan mətbuatında söz sahibi olan, oxunan, ictimaiyyət tərəfindən qəbul edilən qeyri-dövlət mətbuat orqanlarında dərc etməklə həmin qəzet redaksiyalarının maddi vəziyyətinə müsbət təsir göstərmiş olarlar. Yəni, həmin gəlir redaksiyanın işçi heyətinin maddi vəziyyətinin yaxşılaşmasına və əks reaksiya kimi həmin heyətin işinə daha yaradıcı yanaşmasına gətirib çıxaracaq. Bununla da, həmin şirkətlər dövlətin sosial siyasətinin həyata keçirilməsinə öz müsbət töhfələrini vermiş olacaqlar.
ümumiyyətlə, imkanı olan biznes subyektləri cəmiyyətdə maddiyyatla bağlı bir çox problemlərin həllinə yardım etmələri birbaşa dövlət siyasətinə xidmət, yardım kimi dəyərləndirilir. Buna görə də, xeyriyyəçilik Azərbaycanda geniş miqyas almalıdır ki, cəmiyyətimizdə sosial qeyri-bərabərliyi hiss edən bir insan belə qalmasın.
Ramil VƏLİBƏYOV

Paylaş:
Baxılıb: 1043 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

4-cü dəfə...

28 Oktyabr 11:13  

Analitik

Analitik

Analitik

Analitik

Mədəniyyət

Ədəbiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31