Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Prezident İlham Əliyev Dövlət bayrağı meydanında həyata keçirilən inşaat işlərinin gedişi ilə tanış olub

Prezident İlham Əliyev Dövlət bayrağı meydanında həyata keçirilən inşaat işlərinin gedişi ilə tanış olub

31.03.2010 [10:53]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Dövlət bayrağı meydanına gələrək burada  həyata keçirilən inşaat  işlərinin gedişi ilə tanış olub. Prezident İlham Əliyevin 2007-ci il noyabrın 17-də paytaxtda Dövlət bayrağı meydanının yaradılması haqqında imzaladığı Sərəncamına uyğun olaraq Bakının Bayıl qəsəbəsində - Hərbi Dəniz Qüvvələrinin bazası yaxınlığında Dövlət bayrağı meydanının təməli qoyulub. Dövlətimizin başçısı burada həyata keçirilən inşaat  işlərinin gedişi ilə mütəmadi olaraq maraqlanıb, tikinti sahəsində bir neçə dəfə olub, işlərin yüksək keyfiyyətlə aparılması ilə bağlı müvafiq  tapşırıq və tövsiyələrini verib. Dövlət bayrağı meydanında aparılan tikinti işləri barədə Prezident İlham Əliyevə məlumat verilib. Bildirilib ki, 35 min kvadratmetr ərazisi olan meydanda bütün lazımi infrastrukturun yaradılması nəzərdə tutulur və bu istiqamətdə xeyli işlər görülüb. Qeyd edilib ki, dayağının hündürlüyü 162 metr olan dövlət bayrağının uzunluğu 70, eni 35 metr olmaqla 2450 kvadratmetr sahəni əhatə edəcək. Dövlətimizin başçısı görülən işlərin yüksək standartlara uyğun olaraq həyata keçirilməsi ilə bağlı lazımi tapşırıqlarını verib.

Paylaş:
Baxılıb: 1028 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

4-cü dəfə...

28 Oktyabr 11:13  

Analitik

Analitik

Analitik

Analitik

Mədəniyyət

Ədəbiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31