Növbəti mərhələdə içməli su, kanalizasiya problemləri prioritet olacaq
14.04.2010 [09:26]
ölkəmizin həm iqtisadi, həm də siyasi və başqa sahələrdə əldə etdiyi nailiyyətlər bütün problemlərin həllinə şərait yaradır, dövlətin imkanlarını gücləndirir. Bu məsələlərdə qəbul olunmuş dövlət proqramlarının müstəsna rol oynadığı bir həqiqətdir. O da məlumdur ki, artıq “Regionların sosial iqtisadi inkişafı Dövlət Proqramı” (2004-2008) uğurla icra olunub və ikinci proqramın icrasına başlanıb. Nəzərdə tutulub ki, 2013-cü ilə qədər əsas iqtisadi, infrastruktur və sosial məsələlər öz həllini tapsın. Növbəti mərhələdə içməli su, kanalizasiya problemləri prioritet olacaq. Azərbaycan Prezidenti İlham Əliyev Şirvan şəhərinə səfəri zamanı ictimaiyyət qarşısında çıxışı zamanı bəyan edib ki, 2013-cü ilə qədər bütün şəhər və rayonlarımızın su-kanalizasiya problemləri həllini tapacaq.
Yeri gəlmişkən, qeyd edək ki, əhalinin içməli su probleminin həlli dövlət proqramları ilə yanaşı, “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üzrə Kompleks Tədbirlər Planı”nda da öz əksini tapıb. Həmin plana uyğun olaraq, içməli su problemi olan bir çox rayonlarda modul tipli sutəmizləyici qurğular işə düşüb. Prezident İlham Əliyev tərəfindən 2007-ci il 20 iyun tarixində təsdiq olunmuş “Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması ilə əlaqədar bəzi tədbirlər haqqında” Sərəncamdan irəli gələn tədbirlərin icrası nəticəsində Kür və Araz çaylarının suyundan içməli su kimi istifadə edən bir sıra yaşayış məntəqələrinin ekoloji cəhətdən təmiz su ilə təmin edilməsi nəzərdə tutulub. Sərəncamın icrası nəticəsində keyfiyyətli su imkanları məhdud olan 100 kənddə modul tipli sutəmizləyici qurğuların quraşdırılması hesabına 166 min kənd əhalisinə verilən su ümumdünya Səhiyyə Təşkilatının normalarına uyğun təmizlənəcək.
Görülən işlərə baxmayaraq, hələ də ölkəmizdə kanalizasiya probleminin mövcudluğu sirr deyil. Nəinki ucqar ərazilərdə, hətta Bakı və onun bir neçə kilometrliyində yerləşən qəsəbə və şəhərlərdə də ciddi kanalizasiya problemləri mövcuddur. Prezident İlham Əliyevin bu qism çatışmazlıqların növbəti mərhələdə həllini tapacağı barədə dedikləri bu problemlərlə baş-başa qalanlar üçün ümiddir. Bu ümidin isə əsasında indiyədək görülən tədbirlər dayanır. Artıq məlum olduğu kimi, kanalizasiya ilə bağlı problemlərə iki ildir ki, start verilib. Belə ki, Tədbirlər Planına uyğun olaraq, 2007-2009-cu illərdə ayrılan vəsait hesabına D200-1200 mm, uzunluğu 71196 p/m kanalizasiya xətləri, D500 mm, uzunluğu 7000 p/m su xətləri çəkilib. ümumi gücü 180000 kub metr/sutka olan 8 ədəd kanalizasiya nasos stansiyası tikilərək istifadəyə verilib.
Bakı buxtasına şəhərin mərkəzindən, Milli Park ərazisində 5 istiqamətdən Xəzər dənizinə 135000 kub metr/sutka kanalizasiya suları axıdılırdı. Görülən işlər nəticəsində Milli Park ərazisindən buxtaya buraxılan çirkab suların qarşısı alınıb.
Böyükşor gölü ətrafında yerləşən yaşayış məntəqələrindən və sənaye obyektlərindən gölə axıdılan çirkab sularının 70 faizdən çoxunun qarşısı alınıb. Artıq Bül-bülə gölü ətrafındakı yaşayış məntəqələrindən gölə axıdılan çirkab suyunun da miqdarı azalıb. Ərazidə yeni kanalizasiya xətlərinin də çəkilişinə başlanıb. İşlərin icrasını həyata keçirən “Azərsu” Səhmdar Cəmiyyətində görülən işlərin bu ilin sonunadək tam nəticə verəcəyi və axıdılan çirkab suyunun qarşısının tamamilə alınacağı bildirilib.
Hövsan açıq kanalının qapalı tipdə yenidən qurulması, 32-ci kanal adlanan açıq kanalizasiya xəttinin qapalı vəziyyətə salınması başa çatıb.
Sumqayıt şəhərindən və ətraf yaşayış massivlərindən Xəzər dənizinə axıdılan çirkab sularının qarşısını almaq məqsədi ilə Kanalizasiya Təmizləyici Qurğular Kompleksinin tikinti işlərinə başlanıb.
Buzovna, Xətai rayonunun Naximov yaşayış massivinin və onun ətrafında yerləşən yeni salınmış məntəqələrdən Xəzər dənizinə axan çirkab suların qarşısının alınması məqsədi ilə yeni kanalizasiya şəbəkəsi, Şüvəlan qəsəbəsində kanalizasiya kollektor şəbəkəsi qurulub. Zabratda isə indiyədək kanalizasiya sistemi olmadığından kanalizasiya şəbəkəsinin qurulmasına başlanıb. Hövsan Aerasiya Stansiyası yenidən qurulub. “Azərsu” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi A.Rüstəmov deyib ki, bu ilin sonunadək Tədbirlər Planı üzrə nəzərdə tutulan işlər yekunlaşacaq və Xəzəri çirkləndirən axınların böyük bir qisminin qarşısı alınacaq.
RUHİYYƏ
Xəbər lenti
Hamısına baxGündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Hərbi
11 İyul 10:52
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45

