/ / Düşünülmüş iqtisadi siyasət və neft strategiyası nəticəsində Azərbaycanın bundan sonrakı inkişaf dövrü də uğurlu olacaq
Düşünülmüş iqtisadi siyasət və neft strategiyası nəticəsində Azərbaycanın bundan sonrakı inkişaf dövrü də uğurlu olacaq
02.06.2010 [08:42]
Dünən yeni inşa olunmuş Bakı Sərgi Mərkəzində XVII Beynəlxalq Xəzər neft, qaz, neftayırma, neft kimyası sərgi və konfransı işə başlayıb. Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər. Dövlətimizin başçısı əvvəlcə Bakı Sərgi Mərkəzinin açılışını bildirən lenti kəsib və bina ilə yaxından tanış olub. Məlumat verilib ki, inşasına 2008-ci ildə başlanmış Sərgi Mərkəzi bütün beynəlxalq standartlara cavab verir. Tikinti-quraşdırma işlərinin gedişində burada 2000-dən çox inşaatçı, o cümlədən 500-ə yaxın əcnəbi mütəxəssis çalışıb. İşlərin ən yüksək sürətlə aparıldığı dövrdə obyektdə çalışan fəhlə və mühəndislərin sayı 3000 nəfərə bərabər olub. Bakı Sərgi Mərkəzinin ümumi sahəsi 9 hektardır. Mərkəzin sərgi sahəsi 12.800 kvadratmetrdir. Mərkəzi binanın ümumi sahəsi 36.163 kvadratmetr, birinci mərtəbənin ümumi sahəsi 31.797 kvadratmetr, ikinci mərtəbənin sahəsi isə 4366 kvadratmetrdir. Kompleksin giriş hissəsində sahəsi 4480 kvadratmetr, hündürlüyü 12 metr olan holl yerləşir. Kompleksdə ofislər, məlumat və mətbuat bölmələri, iclas zalı, yardımçı və texniki otaqlar, sərgi salonlarına və restorana aparan keçidlər yaradılıb. Sərgi Mərkəzi lazımı mühəndis qurğuları və sistemləri ilə təmin edilib. Binanın tikintisində müasir inşaat materiallarından və konstruksiyalarından istifadə olunub. Ərazidə avtomobil dayanacaqları inşa olunub, ətrafda yaşıllıq salınıb. Sərgi Mərkəzinin ərazisində Yaponiyanın “Nichia” firmasının istehsalı olan fırlanan media qülləsi quraşdırılıb. Qüllə üçbucaq formasında elektron tablolu 3 piramidadan ibarətdir. Qüllənin ümumi hündürlüyü 37 metr, hər bir piramidanın çəkisi isə 70 ton təşkil edir. Bu konstruksiya ən müasir reklam məhsulunun yüksək səviyyədə nümayiş etdirilməsinə imkan verir.
Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva XVII Beynəlxalq Xəzər neft, qaz, neftayırma, neft kimyası sərgi və konfransının açılışında iştirak ediblər.
Sərgi və konfransı açan İTE Group Plc şirkətinin baş məsləhətçisi Endryu Vud Bakı Sərgi Mərkəzinin istifadəyə verilməsi münasibətilə təbriklərini çatdırıb. “Bu, Azərbaycan Respublikasının həyata keçirdiyi tədbirlərin, bizim gördüyümüz və görə biləcəyimizi işlərin təntənəsidir”, - deyən Endryu Vud sözü Prezident İlham Əliyevə verib.
Azərbaycan Prezidenti İlham Əliyev açılış mərasimində nitq söyləyib. Dövlətimizin başçısı bildirib ki, Xəzər neft-qaz sərgisi müasir Azərbaycanda keçirilən sərgilərin arasında xüsusi yerə malikdir: “Birinci dəfə bu sərgi 1994-cü ildə keçirilmişdir. O vaxt hələ Azərbaycanda sərgi keçirmək istəyində olan şirkətlərin sayı çox deyildi. Azərbaycan yeni müstəqil dövlət idi. Azərbaycanın gələcəyi haqqında dünyada müxtəlif fikirlər dolaşırdı. Ona görə, bu sərginin 1994-cü ildə keçirilməsi, eyni zamanda, Azərbaycanın neft strategiyasının başlanmasına təsadüf etməsi çox əlamətdar hadisə olmuşdur. Ona görə mən hesab edirəm, bu, çox ədalətli haldır ki, bu möhtəşəm, gözəl Bakı Expo salonunda ilk sərgi məhz Xəzər neft-qaz sərgisidir”.
Dövlətimizin başçısı İlham Əliyev bildirib ki, əgər 1994-cü ildə Ulu öndər Heydər Əliyev tərəfindən o qətiyyətli addımlar atılmasaydı və “Əsrin kontraktı” imzalanmasaydı, bəlkə də Azərbaycanın inkişafı tam başqa istiqamətdə davam edərdi: “Əsrin kontraktı”nın imzalanması ilə Azərbaycan nəinki Xəzər hövzəsinin böyük, zəngin resurslarını dünya şirkətləri üçün açdı, eyni zamanda, Azərbaycanın uzunmüddətli və uğurlu inkişafını təmin etdi”.
“Neft strategiyasının uğurlu icrası Azərbaycanı dünyaya bir etibarlı tərəfdaş kimi təqdim etdi” - deyən, Prezident İlham Əliyev bildirib ki, Azərbaycan xarici şirkətlərlə artıq 16 ildir ki, uğurla əməkdaşlıq edir: “Bu əməkdaşlıq qarşılıqlı maraqlar əsasında qurulubdur və həm xarici tərəfdaşlara, həm də Azərbaycana böyük mənfəət gətiribdir. İşlərin əvvəlində isə bu planların reallaşması üçün bütün səylər göstərilmişdir. ümid edirəm ki, Azərbaycanın bundan sonrakı inkişaf dövrü də uğurlu olacaqdır. 1994-cü ildə “Əsrin kontraktı”nın imzalanmasından sonra 1996-cı ildə “Şahdəniz” qaz yatağı üzrə kontrakt imzalanmışdır. O illərdə qaz amili, ümumiyyətlə, dünya neft və enerji siyasətində o qədər də mühüm yer tutmurdu. O layihəyə investisiyalar və kreditlər cəlb etmək o qədər də asan məsələ deyildi. Ancaq bu gün dünya enerji siyasətində deyə bilərəm ki, bu yanaşmada müəyyən və böyük dərəcədə dəyişiklik edildi. Qaz amili daha da mühüm rol oynamağa başlamışdır və nəinki iqtisadi maraqları təmin edir, eyni zamanda, bəzi hallarda enerji təhlükəsizliyi məsələlərinə də məhz qaz amili çox mühüm təsir göstərir”.
Prezident İlham Əliyev deyib ki, bu gün Azərbaycanın neft və qaz hasilatı nəinki ölkəmizin tələbatını ödəyir, eyni zamanda, bizim üçün çox böyük ixrac resursu da təşkil edir: “Bu il Azərbaycanda neft hasilatı 52 milyon ton səviyyəsində gözlənilir. Qaz hasilatı təxminən 30 milyard kubmetrə bərabər olacaqdır ki, bu, Azərbaycanın daxili tələbatından 3 dəfə çoxdur. Təbii ki, Azərbaycan enerji resurslarını neft və qaz kəmərləri ilə müxtəlif istiqamətlərə ixrac edir. İxrac coğrafiyamız ildən-ilə genişlənir və mən tam əminəm ki, biz yeni bazarlara da çıxacağıq. çünki yeni bazarlarda Azərbaycanın təbii resurslarına ehtiyac vardır. Bizim də marağımız ondadır ki, neft-qaz potensialımızı maksimum dərəcədə realizə edə bilək. Bugünkü hasilat demək olar ki, ixrac imkanlarımızdan daha da çoxdur. Ancaq biz elə etməliyik ki, hasilatımızla daxili tələbat və ixrac imkanlarımız bərabərlik təşkil etsin. Buna nail olmaq üçün əlbəttə ki, bizə yeni bazarlar lazımdır. Yaxud da ki, mövcud olan bazarların genişləndirilməsi lazımdır. Azərbaycan hər iki istiqamətdə çox düşünülmüş, çox dəqiq və məqsədyönlü siyasət aparır. Məhz bu siyasətin nəticəsində bu gün Azərbaycan o ölkələrdəndir ki, heç bir istiqamətdən asılı deyildir”.
“Azərbaycan investisiyalar üçün çox məqbul, çox cəlbedici ölkədir” - söyləyən dövlətimizin başçısı İlham Əliyev vurğulayıb ki, 1995-ci ildən bu günə qədər ölkə iqtisadiyyatına 82 milyard dollar investisiya qoyulub: “Onların, demək olar ki, yarısı neft-qaz sektoruna qoyulmuşdur. Əlbəttə ki, neft strategiyamızın ilk illərində investisiyalar daha çox neft-qaz sektoruna qoyulurdu. Bu, bəzi ekspertləri narahat edirdi ki, “Holland sindromu” yaşana bilər. Azərbaycan iqtisadiyyatı da birtərəfli qaydada inkişaf edə bilər. Ancaq bizim düşünülmüş siyasətimiz və konkret addımlarımız göstərdi ki, Azərbaycanın seçdiyi yol düzgün yoldur. Bu gün Azərbaycan iqtisadiyyatı şaxələndirilmiş iqtisadiyyatdır. Əgər ümumi investisiya portfelinin yarısı qeyri-neft sektoruna qoyulubsa, bu onu göstərir ki, Azərbaycanda qeyri-neft sektoru da çox cəlbedici bir sahədir. Qeyri-neft sektoruna qoyulan həm xarici, həm daxili investisiyalar, həm dövlət büdcəsindən, həm də özəl sektordan ayrılan vəsait yeni bir vəziyyət yaratdı. Bu gün Azərbaycan enerji, yəni neft-qaz amilindən daha da az asılı vəziyyətdədir və getdikcə bu asılılıq daha da azalacaqdır”.
Prezident İlham Əliyev, həmçinin, bildirib ki, bu gün Azərbaycan iqtisadiyyatı 2010-cu ildə də yüksək templərlə inkişaf edir: “Bütün bu işlərin təməlində düşünülmüş iqtisadi siyasətlə bərabər, şübhəsiz ki, neft strategiyamız dayanır. Bir daha qayıdıram 15 il bundan əvvəlki dövrə. Əgər o illərdə o cəsarətli və məqsədyönlü, qabağa hesablanan addımlar atılmasaydı, bu gün Azərbaycanın vəziyyəti tam başqa ola bilərdi. Həm iqtisadi, eyni zamanda, siyasi vəziyyət də başqa ola bilərdi. çünki, sirr deyil ki, iqtisadi imkanlar məhdud olan yerdə siyasi təşəbbüsləri irəli sürmək, öz milli maraqlarını maksimum dərəcədə müdafiə etmək və öz prinsipial müstəqil siyasətini aparmaq çox çətin olur. Bu gün iqtisadi müstəqilliyimiz, böyük valyuta ehtiyatlarımız, iqtisadiyyatımızın uğurlu inkişafı bizə əlavə güc verir. O güc ki, bu gün bizə lazımdır. çünki, biz hələ ki, gənc müstəqil dövlətik. Baxmayaraq ki, Azərbaycan iqtisadiyyatı artıq öz keçid dövrünü başa vurdu. Biz artıq keçid iqtisadiyyatı ölkəsi deyilik. Biz inkişaf edən iqtisadiyyatıq və bunu mötəbər beynəlxalq maliyyə qurumları da görür, təsdiqləyir. Böhran ilində Azərbaycanın kredit reytinqinin artırılması özlüyündə bir göstəricidir. Biz bütün bu imkanlardan istifadə edib gələcəyə baxmalıyıq, gələcək planlarımızı bu gün tutmalıyıq. Belə də edirik. Həm energetika sahəsində, neft-qaz sahəsində, həm də qeyri-neft sahəsində bizim uzunmüddətli strategiyamız, planlarımız, konkret addımlar paketi vardır. Biz öz siyasətimizi proqram üzrə qururuq. Buna görə, Azərbaycan həm böhrandan ən az itkilərlə çıxmış ölkədir, həm də siyasi sabitlik baxımından Azərbaycanda vəziyyət çox müsbətdir. Bu ümumi vəziyyət ölkəmizə investisiyaların axınını gücləndirir. Bu gün Azərbaycanda sərmayə təkcə neft-qaz sektoruna qoyulmur - turizm, infrastruktur, mehmanxanalar, sosial obyektlər, belə gözəl sərgi salonları. Bu sərgi salonu dünya miqyasında seçilən, gözəlliyi və funksional mahiyyəti ilə fərqlənən sərgi salonlarından biridir. Bu gün biz bu gözəl, möhtəşəm salonda bu tədbiri keçiririk. Azərbaycan iqtisadiyyatına qoyulan investisiyalar Azərbaycan xalqına xidmət edir. Nə qədər çox vəsait qoyularsa, iqtisadiyyatımız o qədər də çox artacaq, iş yerləri açılacaq və insanların rifah halı yaxşılaşacaqdır. Biz bundan sonra da öz siyasətimizi bu vaxta qədər apardığımız yollarla inkişaf etdirəcəyik. ölkəmizin iqtisadi potensialının maksimum şaxələndirilməsi üçün əlavə tədbirlər görüləcəkdir”.
Böyük Britaniyanın Azərbaycandakı səfiri xanım Kerolin Braun Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Devid Kameronun tədbirin iştirakçılarına təbrik məktubunu oxuyub.
Gürcüstanın energetika nazirinin birinci müavini xanım Məryəm Valişvili sərgi-konfransın yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə təşəkkür edib. O, Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin sərgi və konfrans iştirakçılarına müraciətini çatdırıb.
Birləşmiş Ərəb Əmirliklərinin energetika naziri Məhəmməd bin Dhayen əl-Həmli Bakıda keçirilən sərgi-konfransın əhəmiyyətini vurğulayaraq deyib ki, ölkəsi ilə Azərbaycan arasında münasibətlər güclüdür.
Məhəmməd bin Dhayen əl-Həmli dünyada neft hasilatının ən qədim mərkəzlərindən biri olan Azərbaycanda belə mühüm bir konfransda iştirak etmək üçün dəvət olunduğuna görə minnətdarlığını bildirib. O, Azərbaycanın müxtəlif guşələrinə səfər etmək, xalqımızın mədəniyyətini və adət-ənənələrini daha yaxından öyrənmək arzusunu diqqətə çatdırıb.
Türkiyənin energetika və təbii ehtiyatlar nazirinin müavini Yusuf Yazar tədbirdə çıxış edərək bildirib ki, neft-qaz sektorunda fəaliyyət göstərən ən böyük şirkətləri bir araya gətirən konfrans və sərgi Azərbaycanın iqtisadi inkişafının göstəricisidir.
Türkiyə-Azərbaycan əlaqələrinə də toxunan Y.Yazar deyib ki, Azərbaycan və Türkiyə arasındakı dostluq enerji sahəsindəki əlaqələrdən daha əvvəl mövcuddur.
ABŞ Dövlət Departamentinin Avrasiya enerji məsələləri üzrə xüsusi elçisi Riçard Morninqstar Bakıda gördüyü dəyişikliklərdən məmnun qaldığını, yeni Sərgi Mərkəzinin istifadəyə verilməsini isə müsbət dəyişikliklərin rəmzi olduğunu diqqətə çatdırıb. O, xalqımızın ümummilli lideri Heydər Əliyevin xidmətləri sayəsində Azərbaycanın bugünkü inkişafa çatdığını vurğulayaraq, Birləşmiş Ştatlar ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətini vurğulayıb və ABŞ-ın dövlət katibi xanım Hillari Klintonun Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubunu oxuyub.
Norveç Krallığı Xarici İşlər Nazirliyinin Xəzər regionu və Orta Asiya energetika məsələləri ilə bağlı xüsusi məsləhətçisi xanım Elizabet Valaas çıxışında sərgi-konfransın əhəmiyyətini vurğulayıb.
Açılış mərasimindən sonra Prezident İlham Əliyev sərginin pavilyonları ilə tanış olub. Dövlətimizin başçısı əvvəlcə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) ekspozisiyasına baxıb. Prezident İlham Əliyev Neft daşlarının 60 illiyini, “Əsrin müqaviləsi”ni, ARDNŞ-in axtarış-kəşfiyyat işlərini, neft və qaz hasilatını, emalını, qazmada nanotexnologiyaların tətbiqini, “Azərikimya” və “Azəriqaz” istehsalat birliklərinin fəaliyyətini əks etdirən stendlərə, Azərbaycanın təbii qaz təchizatının sxeminə baxıb. Dövlətimizin başçısına şirkətin sosial inkişaf, təhsil, ekologiya və digər sahələrdə həyata keçirdiyi layihələr barədə məlumat verilib.
Sonra Prezident İlham Əliyev “bp-Azərbaycan”, “Total”, ENİ, “Petkim”, TPAO, RWE, “Statoyl”, “Gastech İnternational Fz.Co”, “Tekfen” şirkətlərinin ekspozisiyaları ilə tanış olub.
Xatırladaq ki, təməli “Əsrin müqaviləsi” ilə eyni vaxtda - 1994-cü ildə qoyulan sərgidə 17 il ərzində dünyanın 70-dən artıq ölkəsindən beş mindən çox şirkət iştirak edib. Azərbaycan dövlətinin başçısının bilavasitə dəstəyi ilə keçirilən XVII Xəzər neft, qaz, neftayırma, neft kimyası sərgi və konfransında isə dünyanın 25 ölkəsindən təxminən 280 şirkət təmsil olunur. Sərginin ekspozisiya sahəsi ötən illə müqayisədə 15 faiz artıb. Sərgi sahəsinin 40 faizdən çoxu dünyanın nüfuzlu şirkətləri tərəfindən tutulub. Bu şirkətlərin əksəriyyəti Xəzər neft və qaz sərgisinin daimi iştirakçılarıdır. Sərgi çərçivəsində iştirakçı şirkətlər tərəfindən seminarlar və təqdimatlar keçiriləcək.
ümumilikdə, sərgi ekspozisiyası iki geniş zalı, eləcə də kompleksə bitişik meydançanı əhatə edir. Azərbaycanda 2010-cu ilin “Ekologiya ili” elan edilməsi ilə əlaqədar olaraq, müxtəlif ekoloji layihələri əks etdirən alternativ enerji sektoru builki sərgi və konfransın xüsusi mövzusudur. Sərgi ziyarətçiləri yataqların hazırlanması və işlənilməsi, dünyanın aparıcı istehsalçılarının qazma avadanlığı və texnikaları, neft və qazın nəqli, saxlanılması və emalı bölmələri, eləcə də bir çox sahələrdə fəaliyyət göstərən şirkət və dövlət müəssisələri ilə tanış edir. Sərgi iyunun 4-dək davam edəcək.
Sərgi çərçivəsində 400-dən çox nümayəndənin iştirak edəcəyi konfransın proqramına Azərbaycan, Gürcüstan, ABŞ, Türkiyə və çexiyanın sənaye nazirlikləri nümayəndələrinin, eləcə də neft və qaz sektorunda fəaliyyət göstərən bir sıra şirkət və struktur rəhbərlərinin məruzələri daxil edilib. Tədbirdə xüsusi diqqət Xəzər hövzəsinin təbii ehtiyatlarına və Azərbaycanın tranzit ölkə kimi artan roluna yönəldiləcək. Konfrans “Avropanın enerji geosiyasəti və Azərbaycanın rolu” mövzusuna həsr edilmiş sessiya ilə açılacaq. Burada regional və milli neft şirkətlərinin yüksək vəzifəli nümayəndələri tərəfindən strateji məsələlərin xülasəsini əks etdirən əyani təqdimatlar keçiriləcək. Konfransın ikinci günü Xəzər hövzəsində enerji resurslarının kəşfiyyatı və hasilatı perspektivlərinə, eləcə də bu gün çox aktual olan “Xəzər regionunun qaz infrastrukturu. Kəmərlərin geosiyasiliyi” mövzusuna həsr ediləcək.
Prezident İlham Əliyev sərgi ilə tanışlıqdan sonra Fəxri qonaqlar kitabını imzalayıb, sərgi-konfransın işinə uğurlar arzulayıb.
Xəbər lenti
Hamısına baxDünya
28 Oktyabr 23:41
Siyasət
28 Oktyabr 23:20
Dünya
28 Oktyabr 22:41
İqtisadiyyat
28 Oktyabr 22:30
Sosial
28 Oktyabr 22:18
YAP xəbərləri
28 Oktyabr 22:09
Dünya
28 Oktyabr 21:55
İdman
28 Oktyabr 21:27
Sosial
28 Oktyabr 21:15
Dünya
28 Oktyabr 20:46
İqtisadiyyat
28 Oktyabr 20:34
İqtisadiyyat
28 Oktyabr 20:18
Dünya
28 Oktyabr 19:51
Dünya
28 Oktyabr 19:23
Dünya
28 Oktyabr 19:10
Hadisə
28 Oktyabr 18:37
Siyasət
28 Oktyabr 17:49
Siyasət
28 Oktyabr 17:48
Siyasət
28 Oktyabr 17:48
YAP xəbərləri
28 Oktyabr 17:29
Sosial
28 Oktyabr 17:23
YAP xəbərləri
28 Oktyabr 17:13
Sosial
28 Oktyabr 17:11
Dünya
28 Oktyabr 16:25
Siyasət
28 Oktyabr 16:24
Siyasət
28 Oktyabr 16:23
Gündəm
28 Oktyabr 15:54
Gündəm
28 Oktyabr 15:53
Gündəm
28 Oktyabr 15:52
Dünya
28 Oktyabr 15:45
YAP xəbərləri
28 Oktyabr 15:29
YAP xəbərləri
28 Oktyabr 15:28
Gündəm
28 Oktyabr 15:23
İqtisadiyyat
28 Oktyabr 14:47
YAP xəbərləri
28 Oktyabr 14:45
Mədəniyyət
28 Oktyabr 14:40
Gündəm
28 Oktyabr 14:38
Sosial
28 Oktyabr 14:37
Sosial
28 Oktyabr 14:35
Gündəm
28 Oktyabr 13:48
YAP xəbərləri
28 Oktyabr 13:21
YAP xəbərləri
28 Oktyabr 12:39
Gündəm
28 Oktyabr 12:14
Sosial
28 Oktyabr 12:03
İqtisadiyyat
28 Oktyabr 11:57
İqtisadiyyat
28 Oktyabr 11:56
Hadisə
28 Oktyabr 11:55
Gündəm
28 Oktyabr 11:52
Siyasət
28 Oktyabr 11:37
Gündəm
28 Oktyabr 11:23
Gündəm
28 Oktyabr 11:22
Gündəm
28 Oktyabr 11:21
Gündəm
28 Oktyabr 11:19
Siyasət
28 Oktyabr 11:13
Analitik
28 Oktyabr 10:56
Siyasət
28 Oktyabr 10:46
MEDİA
28 Oktyabr 10:34
Analitik
28 Oktyabr 10:17
Dünya
28 Oktyabr 10:14
Siyasət
28 Oktyabr 10:13
Analitik
28 Oktyabr 09:49
Analitik
28 Oktyabr 09:34
Analitik
28 Oktyabr 09:15
Mədəniyyət
28 Oktyabr 08:51
Ədəbiyyat
28 Oktyabr 08:25
İdman
27 Oktyabr 23:19
Siyasət
27 Oktyabr 22:56
YAP xəbərləri
27 Oktyabr 22:43
Dünya
27 Oktyabr 22:16
Dünya
27 Oktyabr 21:58

