Ölkəmizdə həyata keçirilən layihələr geniş regional əməkdaşlıq üçün möhkəm əsas yaradır
19.06.2010 [11:23]
Artıq uzun illərdir ki, Azərbaycan Cənubi Qafqaz regionunda qurulan iqtisadi əlaqələrin ən fəal iştirakçısıdır. Avropa ilə Asiyanı birləşdirən iqtisadi əməkdaşlıq zəncirinin mühüm halqasını təşkil etməklə ölkəmiz regional əməkdaşlığa böyük töhfələr verir. 1994-cü ildən başlayaraq müstəqil enerji strategiyasını uğurla həyata keçirən Azərbaycan qısa müddət ərzində regionda ən vacib tərəfdaşlardan birinə çevrilib. Təkcə onu qeyd etmək kifayətdir ki, bilavasitə ölkəmizin iştirakı ilə gerçəkləşən Bakı-Tbilisi-Ceyhan (BTC), Bakı-Tbilisi-Ərzurum (BTƏ) neft və qaz layihələri Azərbaycanla yanaşı, bütövlükdə regionun qlobal əhəmiyyətini dəfələrlə artırıb. Bu səbəbdən regionda iqtisadi maraqları olan dövlətlər, ilk növbədə, ölkəmizlə əməkdaşlığa can atırlar. Bu yaxınlarda Türkiyədə baş tutan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin üçüncü zirvə toplantısında çıxış edən Prezident İlham Əliyevin də bildirdiyi kimi, Azərbaycanın enerji sahəsində aktiv fəaliyyəti beynəlxalq əməkdaşlığın möhkəmlənməsində vacib rol oynayır: “Azərbaycan regional əməkdaşlıq məsələlərində mühüm rol oynamağa çalışır. ölkəmizdə başlanılmış və uğurla həyata keçirilmiş müxtəlif layihələr olduqca geniş regional əməkdaşlıq üçün artıq möhkəm əsas yaradır”.
Qeyd edək ki, Azərbaycan regional əməkdaşlığın güclənməsində geniş potensiala sahibdir və bu baxımdan regionda yeni-yeni iqtisadi layihələrin reallaşması istiqamətində atılan addımlar tamamilə qanunauyğundur. Məlum olduğu kimi, bu il respublikada 52 milyon ton neft, 30 milyard kubmetr qaz hasil edilməsi planlaşdırılır ki, bu da ölkəmizin hasilatçı kimi önəminin ildən-ilə artdığını göstərən faktordur. Digər tərəfdən, Azərbaycanın tranzit ölkə kimi əhəmiyyəti də son zamanlar beynəlxalq aləmin diqqət mərkəzindədir. Bu baxımdan, tikintisi davam etdirilən Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolu Avropa ilə Asiyanı birləşdirməklə bərabər, regiondakı ölkələrin və xalqların rifahına da müsbət təsir göstərəcək. Artıq gerçəkləşmiş olan və adlarını sadaladığımız BTC və BTƏ, eləcə də, tikilməkdə olan BTQ xətlərinin hər birinin öz başlanğıcını Azərbaycandan götürməsi sözügedən layihələrin reallaşmasında ölkəmizin fundamental əhəmiyyətini təsdiqləyir. Eyni zamanda, Azərbaycan müasir dövrün ən nəhəng layihələrindən biri olan tarixi İpək Yolunun bərpasına da töhfələr verir. İpək Yolunun mühüm qollarından biri ölkəmizin ərazisindən keçir və bu tarixi yolun bərpasının tam şəkildə reallaşması iki qitənin qovuşağında yerləşən ölkəmizin iqtisadi çəkisini daha da artıracaq. Digər tərəfdən, bir sıra Qərb dövlətlərinin, xüsusən də Avropa ölkələrinin böyük önəm verdiyi NABUCCO layihəsinin gerçəkləşməsi üçün iştirakı ən çox vacib olan ölkələrdən biri Azərbaycandır. Bu mənada respublikamızın əhəmiyyəti daha da artmaqdadır.
O da məlumdur ki, Azərbaycan iqtisadi inkişaf səviyyəsinə görə Cənubi Qafqaz regionunda aparıcı dövlətdir. Respublikamızın iqtisadi gücünün artması daxili istehsalın həcmini artırmaqla bərabər, yerli şirkətlərin imkanlarının da genişlənməsinə səbəb olub. Azərbaycan şirkətləri beynəlxalq səviyyədə iri korporasiyalarla əməkdaşlıq qurulması, başqa ölkələrin iqtisadiyyatına investisiyaların yatırılması, xarici ölkələrin iş adamları ilə uzunmüddətli əlaqələrin yaradılması və inkişaf etdirilməsi istiqamətində son illər ərzində zəngin təcrübə toplayıb. Bu da ölkəmizin qlobal miqyasda iqtisadi əhəmiyyətini artıran amillərdən biridir.
Heç də təsadüfi deyil ki, Azərbaycanın hərtərəfli düşünülmüş və uğurla həyata keçirilən xarici iqtisadi siyasəti beynəlxalq aləmdə də yüksək qiymətləndirilir, respublikamızın regional iqtisadi əməkdaşlıqdakı aparıcı mövqeyi nüfuzlu dövlətlərin başçıları tərəfindən də etiraf olunur. Regionda yeni nəhəng iqtisadi layihələrin əsasının qoyulmasını, Azərbaycanın iqtisadi fəaliyyət imkanlarının artmasını nəzərə aldıqda, tam əminliklə söyləmək olar ki, ölkəmizin regional əməkdaşlığın möhkəmləndirilməsində rolu bundan sonra da artacaq.
H.MƏMMƏDLİ
Xəbər lenti
Hamısına baxDünya
08 İyun 23:32
Dünya
08 İyun 23:17
Müsahibə
08 İyun 22:45
Dünya
08 İyun 22:31
Dünya
08 İyun 22:18
Elanlar
08 İyun 22:01
Dünya
08 İyun 21:50
Sosial
08 İyun 21:29
İqtisadiyyat
08 İyun 21:10
Dünya
08 İyun 20:42
İdman
08 İyun 20:35
Dünya
08 İyun 20:17
YAP xəbərləri
08 İyun 20:02
Dünya
08 İyun 19:50
Dünya
08 İyun 19:23
Hadisə
08 İyun 19:05
Dünya
08 İyun 18:35
Dünya
08 İyun 17:19
Maraqlı
08 İyun 16:30
YAP xəbərləri
08 İyun 16:10
YAP xəbərləri
08 İyun 15:57
YAP xəbərləri
08 İyun 15:42
Siyasət
08 İyun 15:41
YAP xəbərləri
08 İyun 15:33
Dünya
08 İyun 15:27
YAP xəbərləri
08 İyun 15:13
Dünya
08 İyun 15:09
Dünya
08 İyun 14:48
Dünya
08 İyun 14:34
İdman
08 İyun 14:30
Dünya
08 İyun 14:26
Dünya
08 İyun 14:05
Xəbər lenti
08 İyun 14:05
Dünya
08 İyun 13:38
Dünya
08 İyun 13:10
Sosial
08 İyun 12:55
Dünya
08 İyun 12:51
Dünya
08 İyun 12:45
Dünya
08 İyun 12:25
İqtisadiyyat
08 İyun 12:21
Sosial
08 İyun 12:20
YAP xəbərləri
08 İyun 12:09
Dünya
08 İyun 11:42
YAP xəbərləri
08 İyun 11:34
İdman
08 İyun 11:19
İqtisadiyyat
08 İyun 11:02
Elm
08 İyun 11:01
Dünya
08 İyun 10:57
Sosial
08 İyun 10:56
Dünya
08 İyun 10:22
Dünya
08 İyun 09:45
YAP xəbərləri
08 İyun 09:27
Dünya
08 İyun 09:17
Dünya
08 İyun 08:50
Dünya
08 İyun 08:25
Dünya
08 İyun 07:46
Dünya
08 İyun 07:30
Hadisə
07 İyun 23:42
Dünya
07 İyun 22:30
Siyasət
07 İyun 21:23
Dünya
07 İyun 20:17
Dünya
07 İyun 19:31
Sosial
07 İyun 18:34
Sosial
07 İyun 17:12
Siyasət
07 İyun 16:13
Dünya
07 İyun 15:40
Dünya
07 İyun 14:27
Dünya
07 İyun 13:31
Dünya
07 İyun 12:25
Dünya
07 İyun 11:19

