/ / Tahir Budaqov: “Hasilat Sənayesində Şəffaflıq” Portalı statistika potensialının artırılması sahəsində görülən işlərin növbəti bir nümunəsidir
Tahir Budaqov: “Hasilat Sənayesində Şəffaflıq” Portalı statistika potensialının artırılması sahəsində görülən işlərin növbəti bir nümunəsidir
19.10.2021 [19:37]
“Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün tətbiqində pilot ölkə olmaqla Azərbaycan Respublikası hasilat sənayesində şəffaflıq və hesabatlılıq üzrə beynəlxalq səyləri daim dəstəkləyib. Ölkəmiz hasilat sənayesində şəffaflığı ən yüksək səviyyədə təşviq edərək 2003-cü ildə "Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü"nə qoşulub, 2005-ci ildə dünyada ilk dəfə şəffaflıq təşəbbüsü üzrə hesabat açıqlayıb. Hasilat sənayesi üzrə şəffaflıq məsələlərinə ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən daim xüsusi önəm verilib, bu barədə müvafiq fərman və sərəncamlar imzalanıb”. Bu fikirləri Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov oktyabrın 19-da keçirilən “Hasilat Sənayesində Şəffaflıq” Portalının təqdimat mərasimi zamanı jurnalistlərə açıqlamasında deyib.
Tahir Budaqov bildirib ki, dövlət başçısının “Hasilat sənayesində şəffaflığın və hesabatlılığın artırılması ilə bağlı əlavə tədbirlər haqqında” 2017-ci il 5 aprel tarixli Fərmanı ilə aidiyyatı dövlət qurumlarının yüksək vəzifəli şəxslərindən ibarət Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiya yaradılıb. Fəaliyyət göstərdiyi müddət ərzində Dövlət Statistika Komitəsinin nümayəndəsinin də iştirak etdiyi Komissiya hasilat sənayesi üzrə şəffaflığın təmin edilməsi məqsədilə lazımi tədbirləri həyata keçirib və bu sahədə hazırlanmış hesabatları mütəmadi dərc edərək ictimaiyyəti məlumatlandırıb.
Komitə sədri qeyd edib ki, "Hasilat sənayesində şəffaflıq üzrə hesabatlılığın tətbiqi ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 28 iyul tarixli Fərmanı ilə hasilat sənayesində şəffaflıq üzrə hesabatlılığı və bu sahədə dövlət orqanlarının fəaliyyətini əlaqələndirmək, ölkəmizdə hasilat sənayesində şəffaflıq üzrə hesabatların davamlı toplanmasını və toplanmış hesabatlar əsasında statistika məlumatlarının ictimaiyyətə açıqlanmasını təmin etmək Dövlət Statistika Komitəsinə həvalə edilib.
Onun sözlərinə görə, ötən dövr ərzində Dövlət Statistika Komitəsi hasilat sənayesində şəffaflıq üzrə hesabatların toplanması və ictimaiyyətə açıqlanmasını təmin etmək məqsədilə bir sıra tədbirlər həyata keçirib: “Görülmüş işlərin yekunu olaraq bu gün təqdim olunan “Hasilat Sənayesində Şəffaflıq” Portalının hazırlanması təmin edilib. Hesab edirəm ki, hazırlanmış bu portal son dövrlərdə statistika potensialının artırılması sahəsində görülən işlərin növbəti bir nümunəsidir. Bu gün təqdim edilən Portal Dövlət Statistika Komitəsinin digər informasiya ehtiyatları ilə uzlaşdırılıb və düşünürəm ki, Portal hasilat sənayesində statistik məlumatlarla ictimaiyyəti, o cümlədən dövlət qurumlarını, özəl sektoru, elm və təhsil müəssisələrini, vətəndaş cəmiyyəti institutlarını, kütləvi informasiya vasitələrinı, regional və beynəlxalq təşkilatları təmin etmək üçün əlverişli informasiya mühiti yaradacaq. Portal həmçinin hasilat sənayesinin səmərəli idarə edilməsində, bu sahədə davamlı və uzunmüddətli şəffaflıq mexanizmlərinin qurulmasında, habelə yüksək hesabatlılığın təmin edilməsində əhəmiyyətli rol oynayacaq”.
Xəbər lenti
Hamısına baxDünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32

