Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Acnacaqlı cəhdlər...

Acnacaqlı cəhdlər...

06.11.2021 [11:55]

Can verən erməni millətçilərinin son harayı

Rusiyanın iştirakı ilə Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası və demarkasiyası ilə bağlı ehtimal edilən sənədin imzalanması ərəfəsində Ermənistanda daxili siyasi vəziyyət qızışır, millətçilərin və revanşistlərin qalıqları vətəndaşların beynini ovsunlamaqda davam edir.

Belə ki, qonşu ölkədə “milli müqavimət” adlı tədbirə başlamağa hazırlaşırlar. Müxalifətin “Hayastan” bloku noyabrın 8-də Azadlıq meydanında mitinq elan edib.

Keçmiş Qarabağ separatçısı, Ermənistanın ikinci prezidenti Robert Koçaryanın başçılıq etdiyi blokun üzvləri hesab edirlər ki, Nikol Paşinyan  üçtərəfli bəyanatın imzalanmasının ildönümündə ölkənin maraqlarına cavab verməyən yeni sənəd imzalayacaq. Buna görə də Koçaryan hakimiyyət dəyişikliyinə nail olmaq üçün milli müqavimətin formalaşmasına çağırıb.

Maraqlıdır ki, mitinq keçirmək niyyəti elan edildikdən sonra Ermənistanda 1999-cu il oktyabrın 27-də Ermənistan parlamentində terror aktı ilə bağlı işin araşdırması fəal şəkildə bərpa olunub, Ermənistan parlamentinin Koçaryanın göstərişi ilə güllələndiyini göstərən sensasion detallar mətbuatda yer almağa başladı. Ermənistan parlamentinin sədri Alen Simonyan 1999-cu il oktyabrın 27-də törədilmiş terror aktının Qarabağ nizamlanması üzrə “Meğri variantı”nın müzakirələri ilə əlaqəsini istisna etməyib.

“Ermənistan” blokunun fraksiyasının rəhbəri, Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan öz növbəsində fəal şəkildə regionda nəqliyyat dəhlizlərinin açılmasının “dəhşətli nəticələri” ilə soydaşlarını qorxudur.

O, iddia edir ki, yolların açılması faktiki olaraq həm iqtisadi, həm də demoqrafiya baxımından Ermənistan və Qarabağın bloklanmasına gətirib çıxaracaq. Onun sözlərinə görə, onların məqsədi Ermənistanın türkləşməsinə və ermənilərin Qarabağdan qovulmasına yol verməmək üçün xalqın müvafiq səviyyədə milli müqavimətini təşkil etməkdir.

Digər tərəfdən, səlahiyyət müddəti başa çatmaqda olan Ermənistan ombudsmanı Arman Totoyan da indiki hakimiyyətin əleyhinə danışaraq, onları satqınlıqda, nifrət etdiyi türklərə (azərbaycanlılara) işləməkdə ittiham edib. Özünü erməni xalqının maraqlarının yeganə “müdafiəçisi” kimi göstərməyə çalışan A.Tatoyan yüksək səslə bildirdi ki, indiki hakimiyyətin onu əvəz etməyə haqqı yoxdur, çünki onun fikrincə, o, onlara cavabdeh deyil və bu postu istədiyi qədər tuta bilər.

Hakimiyyətə can atmaqdan beyni dumanlanan ombudsman, Azərbaycandan qoşunlarının öz (Azərbaycan) ərazisindən çıxarılmasını, sərhədyanı ərazilərdən Azərbaycan dilində olan yol nişanlarının və reklam lövhələrinin ləğv edilməsini, habelə Ermənistan vətəndaşlarının sülh şəraitində yaşayıb işləməsi üçün ərazilərinin bir hissəsinin onların xeyrinə verilməsini tələb edir.

Ermənistan prezidenti Armen Sarkisyan da faydalı olduğunu sübut etmək üçün xarici səfərləri intensivləşdirməklə siyasi arenada varlığını xatırlatmaq qərarına gəlib.

Sırf mərasim funksiyalarını yerinə yetirərən iflasa uğramış dövlətin prezidenti, siyasi ambisiyalarını örtülü şəkildə ifadə edərək, prezident idarəetmə formasının qaytarılmasının tərəfdarı olduğunu bildirmişdi. Eyni zamanda Sarkisyan tələsik əlavə edib ki, heç bir halda özünü nəzərdə tutmur və hətta respublikada konstitusiya dəyişilərsə və yeni əsas qanun prezident idarəetmə formasını nəzərdə tutarsa, istefaya getməyə belə hazırdır. Xatırladaq ki, Armen Vardanoviçin müharibədən sonrakı dövrdə 2018-ci ilin aprelində əsas qanuna edilən dəyişikliklərdən sonra itirilmiş səlahiyyətlərin bir hissəsini geri qaytarmaq üçün Konstitusiyaya yenidən baxılmasına nail olmaq cəhdləri uğursuz başa çatdı. Görünür, “Vətəndaş müqaviləsi” partiyası yerli özünüidarə orqanlarına keçirilən son seçkilərdə uğursuzluğa düçar olduqdan sonra Sarkisyan ruhlanıb və yenidən Ermənistanın baş naziri ilə hakimiyyət uğrunda yarışmaq qərarına gəlib.

Başa düşmək lazımdır ki, Ermənistanın baş naziri Nikol Paşinyan indi populyarlığını itirir, cəmiyyətin əhəmiyyətli hissəsi baş nazirdən məyusdur. Bunun fonunda onun rəqibləri bu cür bəyanatlar verməklə özlərinə siyasi xallar qazanırlar və Ermənistan cəmiyyətində parçalanmasına töhvə verirlər.

Amma, lap başda qeyd etdiyim “milli müqavimət”ə qayıdaq. “Hayastan” blokunun ölkənin hazırkı rəhbərliyinin bütün qərarlarına müqavimət yaradılması ilə bağlı bəyanatı, əslində, təxribatdır və indiyənə qədər tam formalaşmamış bir dövlətin əsaslarına qarşı açıq demarşdır. “Qarabağ klanı”nın fraksiyası üç hədəfə əsaslanır– Ermənistanın türkləşməsinə qarşı, ermənilərin Qarabağdan qovulması ilə və Ermənistanda mövcud hakimiyyətlə mübarizə.

Onların bəyan etdikləri məqsədlər əvvəldən əsassız və qeyri-mümkündür. Birincisi, Ermənistanın türkləşməsindən əsər-əlamət yoxdur və bu heç kimə lazım deyil. İkincisi, Qarabağdakı erməniləri heç kim öz evlərindən qovmur, Azərbaycan öz ərazilərini qanuni yolla geri qaytarıb və öz ərazisində yaşayan ermənilərə Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq vətəndaşlıq almağı, sağlam və mehriban yaşamalarını təklif edir.

Bu məqsədlər, görünür, üçüncü, əsas olan məqsədi dəstəkləmək üçün səsləndirilir. Keçmiş hakim qüvvələr hakimiyyətə qayıtmağa can atırlar və bunun üçün indiki hakimiyyəti istənilən günahda, o cümlədən olmayan günahlarda ittiham etməyə hazırdırlar.

Seyran Ohanyanın nəqliyyat dəhlizləri açılsa, Ermənistan və Qarabağın daha da təcrid olunacağı, belə desək, Ankara və Bakının öz təsirləri ilə Ermənistanı əzəcəyi ilə bağlı açıqlamaları tamamilə cəfəngiyyatdır. Bədxah general və hərbi cinayətkar tamamilə unudub ki, məhz Ermənistanda 30 ildir ki, bağlı kommunikasiyaların məınfi nəticələri barədə bağırırdılar. İndi dinc həyata qayıtmaq, yollar açmaq fürsəti yarananda Ohanyan birdən-birə bunun əleyhinə çıxır.

Qarabağ Azərbaycandır və özünü təcrid etmək, bloklamaq Bakının maraqlarına uyğun deyil. Amma Ermənistana Zəngəzur dəhlizi və digər nəqliyyat kommunikasiyalarının açılması regionun digər ölkələrindən heç də az sərfəli deyil.

Təsadüfi deyil ki, Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı Azərbaycanla kommunikasiyaların açılmasının zəruriliyini etiraf edib. "Keçən ilki üçtərəfli bəyanat kommunikasiyaların açılmasını nəzərdə tutur və Ermənistan bu ideyanı dəstəkləyir. Bu o deməkdir ki, vaxtilə mövcud olan dəmir yolları və avtomobil yolları açılmalı və regionun bütün ölkələri üçün əlçatan olmalıdır", - deyə Nikol Paşinyan bildirib.

İqtisadiyyat naziri Vaan Kerobyan isə parlamentin daimi komissiyalarının birgə iclasında dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib ki, nəqliyyat kommunikasiyalarının bloklanması nəticəsində Ermənistan iqtisadiyyatı qısa müddətdə 30% artacaq.

Lakin hazırkı Ermənistan hakimiyyəti öz rəqiblərinin açıq-aşkar cinayətkar, qanqster xarakterini nəzərə alaraq, son dərəcə ehtiyatı bəyanatlar verməyə məcburdur. Yəni Ermənistan Respublikasının milli maraqlarına riayət etmək ideyası ön plana çıxır, lakin eyni zamanda, rəsmi İrəvanın artıq regionun blokadadan çıxarılması planlarının həyata keçirilməsinə xüsusi müqaviməti yoxdur.

Koçaryan, Ohanyan və digərləri ittihamlarının effekt verəcəyini gözləyə, kütləni ayağa qaldırıb, Ermənistanın müharibədə məğlubiyyətinin ildönümündə onları meydana çıxarıb, Paşinyandan nəsə tələb etməyə başlaya bilərmi?

İndiyədək müxalifətin bu cür cəhdləri o qədər də uğurlu olmayıb, yəni bu qəbildən olan etiraz aksiyaları az sayda iştirakçı ilə seçilirdi. Erməni xalqı bu cür etiraz aksiyalarına getmək istəmədiyinə görə, keçmiş hakim qüvvələrinin bu cür narahatlıqları bölüşmür.

Xatırladaq ki, apreldə keçirilən növbədənkənar parlament seçkilərində “Ermənistan” bloku hakim partiyaya uduzmuşdu. Baxmayaraq ki, o zaman RA-nın Ermənistanın 44 günlük müharibədə məğlubiyyəti ilə bağlı xatirələr daha təzə idi. Ermənistan müxalifəti faktiki olaraq bütün seçki platformasını bunun üzərində qurmağa çalışıb.

O, ölkənin Baş nazirinə qarşı vətənə xəyanətdə ittihamlar üçün sərəncamlarında olan bir dəstə mediadan fəal şəkildə istifadə edirdi. Müxalifətin mitinqlərində isə Nikol Paşinyanın ünvanına“kapitulyant” sözünü və “türk agenti” ifadəsini tez-tez eşitmək olardı. Nəticədə nə alındı? Bu taktika uğursuz oldu. Ermənistan vətəndaşlarının “keçmişlər”-in hakimiyyətə qayıdışını görmək istəməməsi 44 günlük müharibədə məğlubiyyətlə bağlı məyusluqdan daha güclü oldu. Burada Paşinyanın qələbəsi daha çox indiki baş nazirin qələbəsi deyil, heç nə təklif edə bilməyən əvvəlki elitanın məğlubiyyətidir. Yəni onların mənfi reytinqləri o qədər yüksəkdir ki, bu, onlara Paşinyan üçün belə çətin vəziyyətdə belə hakimiyyətə gəlməyə imkan vermədi. Buna görə də, indi də bütün bu mitinqlərin heç bir nəticə verməyəcəyinə ehtimal etmək üçün bütün əsaslar var.

Koçaryan, Sarkisyan, Ohanyan və başqaları artıq Ermənistanın acınacaqlı keçmişidir və artıq çoxdandır ki, onlar ictimai rəyin lideri deyil. Tarixin çarxını dayandırmaq mümkün deyil və Ermənistanda baş verənlər getdikcə azalan və son təsirlərini itirən, can verən millətçi qalıqlarının son harayından başqa bir şey deyil. Erməni müxalifətinin qaçılmaz bir şeyin qarşısını almaq üçün bütün bu cəhdləri gülünc və acınacaqlı görünür.

Ermənistanın yeni bir yolu var - bu, qonşularla sülh olmadan mümkün olmayan iqtisadi inkişaf və rifahdır. Buna baxmayaraq, bu baş verməsə, o zaman Ermənistanın bir dövlət olaraq onu uçuruma aparan siyasətinin qüsurunu dərk etməyə çox az vaxtı qalıb.

T.Ağaverdiyev

Paylaş
Baxılıb: 159 dəfə

Xəbər lenti

Hamısına bax

Prezident bu gün

04 Dekabr 00:11

Prezident bu gün

03 Dekabr 09:59

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31