/ / “Xarıbülbül” IX Beynəlxalq Musiqi Festivalı: Xan qızı Natəvanın sarayı önündə Azərbaycan bəstəkarlarının əsərləri səslənib
“Xarıbülbül” IX Beynəlxalq Musiqi Festivalı: Xan qızı Natəvanın sarayı önündə Azərbaycan bəstəkarlarının əsərləri səslənib
15.05.2026 [13:46]
Şuşada “Xarıbülbül” IX Beynəlxalq Musiqi Festivalı davam edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən festivalın ikinci gününün ilk musiqi təqdimatı Xan qızı Natəvanın sarayının qarşısında keçirilib. Burada Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konsert təşkil olunub.
“Romans və mahnı səhəri” adlı konsert proqramında görkəmli bəstəkarlar Arif Məlikov, Cahangir Cahangirov, Fikrət Əmirov, Qara Qarayev, Oqtay Kazımi, Süleyman Ələsgərov, Tofiq Quliyev, Üzeyir Hacıbəyli və Vasif Adıgözəlovun sevilən əsərləri səslənib.
Dillər əzbəri olan həmin bəstələri gənc istedadlı musiqiçilər Aqşin Abdullayev, Elnarə Məmmədova, Həmid Abdulov, İsmayıl Zeynalov, Mara Hüseynova ifa ediblər.
İncəsənət xadimləri və tamaşaçılar festival ilə bağlı təəssüratlarını AZƏRTAC-la bölüşüblər. Əməkdar artist Aqşin Abdullayev Şuşada çıxış etməyin onun üçün xüsusi məna daşıdığını vurğulayıb. O bildirib ki, “Xarıbülbül” Musiqi Festivalının Azərbaycanın musiqi beşiyi sayılan Şuşada yenidən keçirilməsi böyük əhəmiyyət kəsb edir. Aqşin Abdullayev torpaqlarımızın azad olunmasından sonra Azərbaycan musiqisinin Xan qızı Natəvanın sarayının önündə səsləndirilməsini tarixi hadisə kimi dəyərləndirib, konsertin yüksək ovqatda keçdiyini qeyd edib.
Müğənni İsmayıl Zeynalov "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalında ilk dəfə iştirak etdiyini vurğulayaraq, bu dəvətin onda unudulmaz təəssüratlar yaratdığını diqqətə çatdırıb. Qeyd edib ki, Şuşanın özünəməxsus zəngin atmosferi və təkrarolunmaz koloriti belə mötəbər tədbirlərə xüsusi ruh qatır. İsmayıl Zeynalovun sözlərinə görə, festival həm ifaçılar, həm də tamaşaçılar üçün parlaq və yaddaqalan anlarla zəngindir, Şuşa isə öz tarixi əzəməti ilə bu cür musiqi bayramlarına ən çox yaraşan məkan, əsl sənət məbədidir.
Qarabağ Universitetinin tələbəsi Kənan Mehdizadə də festivalın iştirakçısı olmaqdan böyük məmnunluq duyduğunu ifadə edib. O, zəngin konsert proqramı çərçivəsində Azərbaycan bəstəkarlarının ölməz əsərlərini canlı dinləməyin gənclər üçün unudulmaz və xoş anlar yaşatdığını vurğulayıb. Kənan Mehdizadə bu mötəbər sənət bayramının yüksək səviyyədə təşkilinə görə təşkilatçılara minnətdarlığını çatdırıb.
Xəbər lenti
Hamısına baxDünya
06 İyun 21:43
Dünya
06 İyun 20:35
YAP xəbərləri
06 İyun 19:31
Dünya
06 İyun 19:17
Dünya
06 İyun 18:22
Dünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55
YAP xəbərləri
05 İyun 13:49
Siyasət
05 İyun 13:21
Sosial
05 İyun 12:36
Siyasət
05 İyun 12:23
Gündəm
05 İyun 12:11

