Həmişə ZİRVƏDƏ!
13.11.2021 [09:40]
TDƏŞ Türk birliyinin möhkəmlənməsində əsas güc mərkəzinə çevrilib
Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycanın xarici siyasət kursu çoxvektorlu və praqmatik xarakter daşıyır. Milli maraqlara söykənən bu kurs nəticəsində ölkəmiz dünya dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən yaxın tərəfdaş qismində qəbul olunmaqdadır. Azərbaycan üzvü olduğu bütün beynəlxalq təşkilatların fəaliyyətində aktiv iştirak edir, təşkilatdaxili münasibətlərin daha da genişlənməsinə, əməkdaşlığın inkişaf etdirilməsinə töhfələrini verir.
Ölkəmizin qurucularından olduğu Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) ilə münasibətləri də olduqca yüksək səviyyədədir. Qeyd edilməlidir ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəaliyyətinin əsas məqsədi türkdilli ölkələr arasında hərtərəfli əməkdaşlığa yardım etməkdir. Bu təşkilat türkdilli ölkələrin dövlət başçılarının 3 oktyabr 2009-cu il tarixində Naxçıvanda keçirilən Zirvə görüşündə imzalanmış Naxçıvan Sazişinə əsasən yaradılıb. Təşkilatın yaranmasında əsas məqsəd üzv dövlətlər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi, regionda və dünyada sülhün bərqərar edilməsi, xarici siyasət məsələlərinə ortaq yanaşmanın təşviq edilməsi, beynəlxalq terrorizm, separatçılıq, ekstremizm və transmilli cinayətkarlığa qarşı mübarizənin əlaqələndirilməsi, ortaq maraq kəsb edən bütün sahələrdə regional və ikitərəfli əməkdaşlığın gücləndirilməsidir.
Eləcə də TDƏŞ-ə üzv dövlətlər ticarət əlaqələri və investisiyalar üçün əlverişli şəraitin yaradılması, hərtərəfli və balanslaşdırılmış iqtisadi yüksəlişə, sosial və mədəni inkişafa səy göstərilməsi, elm, texnologiya, təhsil və mədəniyyət sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsi, kütləvi informasiya vasitələri arasında əlaqələrin, eləcə də daha geniş miqyasda informasiya mübadiləsinin təşviq edilməsi və hüquqi məlumatların mübadiləsinin, hüquq sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində yaxın əməkdaşlığa malikdir. Bu gün Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan təşkilatın tamhüquqlu üzvdür. Macarıstan və Türkmənistan isə təşkilatda müşahidəçi dövlət qismində təmsil olunacaq. 4 təsisçi ölkədən biri olan Azərbaycan yarandığı gündən etibarən TDƏŞ-lə sıx əməkdaşlıq edir. Təşkilatın təsis edildiyi tarixdən bu günə qədər iqtisadi əməkdaşlıq çərçivəsində bir sıra tədbirlər, iqtisadiyyat, gömrük və nəqliyyat nazirlərinin görüşləri keçirilib.
Tərəfdaşlıqdan strateji əməkdaşlığa yol - gücümüz birliyimizdir
TDƏŞ-in öz vəzifələrini yerinə yetirə bilməsi və qarşıya qoyulan məqsədlərə nail olması üçün Dövlət Başçıları Şurası, Xarici İşlər Nazirləri Şurası, Yüksək Vəzifəli Şəxslər Komitəsi, Ağsaqqallar Şurası, Katiblik, Koordinasiya Komitəsi, Türk Şurasının Budapeştdəki Nümayəndəlik Ofisi fəaliyyət göstərir. Dövlət Başçıları Şurasının iclasına ev sahibliyi edən üzv ölkə növbəti zirvəyə qədər TDƏŞ-ə sədrlik edir. Dünən bu quruma sədrlik Azərbaycandan Türkiyəyə ötürüldü.
Bundan başqa, TDƏŞ bir sıra əlaqəli orqan və təşkilatlarla da mühüm koordinasiyaya malikdir. Məhz bu amil türkdilli dövlətlər arasında müvafiq sahələr üzrə əməkdaşlığın daha da möhkəmlənməsinə öz töhfələrini verir. Bunların sırasında 1993-cü ildə təsis edilmiş TÜRKSOY, 2008-ci ildən fəaliyyətə başlamış TÜRKPA, 2010-cı ildə təsis edilmiş və 22-23 avqust 2012-ci il tarixlərində TDƏŞ-in Bişkekdə keçirilmiş II Zirvə Görüşündə beynəlxalq status qazanmış Türk Akademiyası, Nizamnaməsi Bişkekdə keçirilmiş II Zirvə Görüşündə imzalanmış Türk Mədəniyyəti və İrsi Fondu, 2011-ci ildə yaradılmış və türkdilli ölkələr arasında iqtisadi əməkdaşlığın dərinləşdirilməsinə töhfə verən Türk Biznes Şurası və 2019-cu ildə təsis edilmiş, üzv ölkələrin işgüzar dairələri, ticarət və sənaye palataları vasitəsilə türkdilli ölkələr arasında iqtisadi əməkdaşlığın dərinləşdirilməsini həyata keçirən Türk Ticarət və Sənaye Palatası xüsusi yer tutur.
7 görüş, 7 istiqamət - hədəf inkişafdır
Türkdilli ölkələr arasında münasibətlərin daha da dərinləşməsinə, əlaqələrin möhkəmlənməsinə, o cümlədən strateji müttəfiqlik səviyyəsinə çatmasında mühüm rola malik TDƏŞ-in dünən İstanbulda keçirilən Zirvə Görüşünə qədər Almatı, Bişkek, Qəbələ, Bodrum, Nur-Sultan (Astana), Çolpan-Ata və Bakı olmaqla yeddi zirvə görüşü keçirilib. “İqtisadi əməkdaşlıq” mövzusuna həsr olunan və 2011-ci ilin 20-21 oktyabrında keçirilən birinci Zirvə Görüşü Almatı şəhərində, “Təhsil, elm və mədəniyyət sahəsində əməkdaşlıq” mövzusuna həsr olunan və 2012-ci ilin 22-23 avqustunda reallaşan II Zirvə Görüşü Bişkek şəhərində baş tutub. Üçüncü Zirvə Görüşü isə 15-16 avqust 2013-cü il tarixlərində Azərbaycanın qədim Qəbələ şəhərində keçirilib və “Nəqliyyat və bağlantı” mövzusuna həsr olunub.
TDƏŞ-in dördüncü Zirvə Görüşü “Turizm sahəsində əməkdaşlıq” mövzusunda 4-5 iyun 2014-cü il tarixlərində Bodrum şəhərində, beşinci Zirvə Görüşü 10-11 sentyabr 2015-ci il tarixlərində “Media və informasiya sahəsində əməkdaşlıq” mövzusunda Nur-Sultan (Astana) şəhərində reallaşıb. “Gənclər və İdman” mövzusuna həsr olunmuş altıncı Zirvə Görüşü 2018-ci ilin sentyabrın 3-də Çolpan-Ata şəhərində baş tutub. Azərbaycanın sədrliyi qəbul etdiyi yeddinci Zirvə Görüşü isə 2019-cu ilin oktyabrın 15-nə təsadüf edib. Bakı şəhərində keçirilən bu Zirvə Görüşü “Kiçik və Orta Sahibkarlığın Dəstəklənməsi” mövzusuna həsr olunub.
Bakı bəyannaməsi - COVİD-19 pandemiyasına qarşı beynəlxalq mübarizənin təmin edilməsi istiqamətində ilk addım
Azərbaycanın sədrliyi dönəmi qurumun bir sıra istiqamətlər üzrə effektiv addımları ilə seçilib. Xüsusi olaraq qeyd edilməlidir ki, ötən dövrün mühüm bir hissəsi qlobal pandemiyaya təsadüf etdiyi üçün, bir sıra görüşlər və toplantılar məhz videokonfranslar vasitəsilə baş tutub. Yeri gəlmişkən, TDƏŞ-in Dövlət Başçıları Şurasının 2020-ci ilin aprelin 10-da baş tutmuş Fövqəladə Zirvə Görüşü xüsusi əhəmiyyət daşıyıb. Videokonfransda “COVID-19 pandemiyası ilə mübarizədə həmrəylik və əməkdaşlıq” mövzusunda keçirilən Fövqəladə Zirvə Görüşündə “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Fövqəladə Zirvə Görüşünün Bakı Bəyannaməsi” qəbul olunub. Dövlət Başçıları Şurası tərəfləri pandemiya ilə mübarizədə elmi, yenilikçi, texnoloji və tibbi potensialları tam səfərbər etməklə təlimatlandırıb. Fövqəladə Zirvə Görüşünün qərarlarının icrasını təmin etmək məqsədilə TDƏŞ-ə üzv və müşahidəçi ölkələrin səhiyyə, nəqliyyat, iqtisadiyyat, gömrük və miqrasiyadan məsul qurumlarının rəhbərlərinin videokonfrans vasitəsilə iclasları keçirilib. Sözügedən iclaslar zamanı qəbul edilmiş qərarların icrası ilə bağlı işlər aidiyyəti qurumlar arasında təsis olunmuş mexanizmlər çərçivəsində davam etdirilib. Qeyd edək ki, məhz bu görüş COVİD-19 pandemiyasına qarşı beynəlxalq mübarizənin təmin edilməsi istiqamətində ilk addım olub.
Bu ilin martın 31-də isə TDƏŞ-in qeyri-rəsmi Zirvə Görüşü keçirilib ki, bu görüşdə Türkistan Bəyannaməsi qəbul edilib. Bununla yanaşı, Qazaxıstanın Türkistan şəhəri Türk Dünyasının “Mənəvi paytaxtı” elan olunub.
Türk dünyası hər zaman Azərbaycanı dəstəkləyir...
TDƏŞ Ermənistan və Azərbaycan arasında mövcud olmuş münaqişə ilə bağlı hər zaman qətiyyətli mövqeyi ilə seçilib. Qurum bütün dövrlərdə Azərbaycanın haqlı mövqeyini dəstəkləyib. TDƏŞ katibliyi 2020-ci ilin iyul ayında baş vermiş Tovuz hadisələri və 27 sentyabr tarixindən başlayaraq Ermənistan tərəfindən həyata keçirilən təxribatlarla bağlı mütəmadi olaraq bəyanatlar verərək, bu təxribatları pisləyib. Bundan başqa, TDƏŞ Baş katibi Bağdad Amreyev 2020-ci ilin 20 oktyabr tarixində Gəncə şəhərində olub, Ermənistan tərəfindən Gəncənin raket atəşinə tutulması ilə bağlı Türk dünyası adından həmrəyliyi nümayiş etdirən bəyanatla çıxış edib. Eyni zamanda, TDƏŞ nümayəndə heyəti işğaldan azad edilmiş ərazilərə səfər də edib.
TDƏŞ-in dünən keçirilən Zirvə görüşündə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının adının “Türk Dövlətləri Təşkilatı”na dəyişdirilməsi haqqında Qərar, Türkmənistana Türk Dövlətləri Təşkilatında müşahidəçi statusunun verilməsi haqqında Qərar, Azərbaycan Respublikası Prezidentinin “Türk Dünyasının Ali Ordeni” ilə təltif edilməsi haqqında Qərar, Türk Şurası VIII Zirvə Görüşünün Bəyannaməsi, “Türk dünyasına baxış - 2040” sənədinin qəbulu ilə bağlı Qərar, “Türk dünyasının birliyinə verdiyi töhfələrə görə” Türk Dövlətləri Təşkilatının Əlişir Nəvai adına Beynəlxalq Mükafatı haqqında Qərar, Türk Dövlətləri Təşkilatında müşahidəçi status haqqında qaydalara dair Qərar, Türk Dövlətləri Təşkilatında tərəfdaşlıq statusunun təsis edilməsi haqqında Qərar, Türk Dövlətləri Təşkilatının fəxri sədrinin hüquqları haqqında Qaydalara dair Qərar, Türk Şurası Baş katibinin fəaliyyət müddətinin uzadılması və Baş katibin müavinlərinin təyinatları haqqında Qərar, Türk Dövlətləri Təşkilatının İnvestisiya Fondunun yaradılmasının tamamlanması haqqında Qərar imzalandı.
P. Sadayoğlu
Xəbər lenti
Hamısına baxDünya
27 Oktyabr 07:14
İdman
26 Oktyabr 23:19
Dünya
26 Oktyabr 22:36
İdman
26 Oktyabr 21:42
Maraqlı
26 Oktyabr 20:32
Dünya
26 Oktyabr 19:17
Analitik
26 Oktyabr 18:41
Dünya
26 Oktyabr 18:36
Maraqlı
26 Oktyabr 17:45
İdman
26 Oktyabr 16:28
Dünya
26 Oktyabr 16:22
Dünya
26 Oktyabr 15:24
Dünya
26 Oktyabr 14:36
Hadisə
26 Oktyabr 13:19
Dünya
26 Oktyabr 12:31
Dünya
26 Oktyabr 11:20
Dünya
26 Oktyabr 10:59
İdman
26 Oktyabr 10:23
Dünya
26 Oktyabr 09:57
Hadisə
25 Oktyabr 23:21
Sosial
25 Oktyabr 22:36
Dünya
25 Oktyabr 21:38
Maraqlı
25 Oktyabr 20:25
YAP xəbərləri
25 Oktyabr 19:48
Elm
25 Oktyabr 18:20
YAP xəbərləri
25 Oktyabr 17:52
Maraqlı
25 Oktyabr 17:15
YAP xəbərləri
25 Oktyabr 16:43
Dünya
25 Oktyabr 16:22
İqtisadiyyat
25 Oktyabr 15:49
Dünya
25 Oktyabr 15:36
Dünya
25 Oktyabr 14:55
Dünya
25 Oktyabr 14:21
YAP xəbərləri
25 Oktyabr 13:45
Dünya
25 Oktyabr 13:19
Gündəm
25 Oktyabr 13:02
Siyasət
25 Oktyabr 12:56
YAP xəbərləri
25 Oktyabr 12:35
Siyasət
25 Oktyabr 12:19
Siyasət
25 Oktyabr 11:45
YAP xəbərləri
25 Oktyabr 11:36
Gündəm
25 Oktyabr 11:30
Siyasət
25 Oktyabr 11:26
Siyasət
25 Oktyabr 11:22
Gündəm
25 Oktyabr 11:07
Siyasət
25 Oktyabr 10:51
İqtisadiyyat
25 Oktyabr 10:27
Ədəbiyyat
25 Oktyabr 09:54
Dünya
25 Oktyabr 09:36
Analitik
25 Oktyabr 09:12
MEDİA
25 Oktyabr 08:49
Dünya
25 Oktyabr 08:29
Ədəbiyyat
25 Oktyabr 08:25
Dünya
25 Oktyabr 08:08
Siyasət
25 Oktyabr 08:02
Gündəm
25 Oktyabr 00:30
YAP xəbərləri
24 Oktyabr 23:47
YAP xəbərləri
24 Oktyabr 23:14
İqtisadiyyat
24 Oktyabr 22:53
YAP xəbərləri
24 Oktyabr 22:35
YAP xəbərləri
24 Oktyabr 22:33
Hadisə
24 Oktyabr 22:28
YAP xəbərləri
24 Oktyabr 22:18
YAP xəbərləri
24 Oktyabr 22:09
Dünya
24 Oktyabr 21:45
YAP xəbərləri
24 Oktyabr 21:31
Maraqlı
24 Oktyabr 21:10
Siyasət
24 Oktyabr 20:59
Sosial
24 Oktyabr 20:50
YAP xəbərləri
24 Oktyabr 20:26

