Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Prezident İlham Əliyev Macarıstanın ölkəmizdəki səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib

Prezident İlham Əliyev Macarıstanın ölkəmizdəki səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib

13.07.2010 [08:16]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Macarıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Jeno Boroşu diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. Dövlətimizin başçısı səfirin Azərbaycandakı diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişafına göstərdiyi səyləri yüksək qiymətləndirib. Azərbaycan ilə Macarıstan arasında münasibətlərin inkişafının razılıq doğurduğunu vurğulayan Prezident İlham Əliyev bu əlaqələrin gələcəkdə daha da genişlənəcəyinə ümidvar olduğunu bildirib. Səfir Jeno Boroş Azərbaycandakı diplomatik fəaliyyəti dövründə ölkəmizin günbəgün sürətli inkişafının şahidi olduğunu deyib və əldə edilən bütün bu nailiyyətlərə görə dövlətimizin başçısını təbrik edib. İki ölkə arasında əməkdaşlığa xidmət etməkdən məmnun olduğunu bildirən Jeno Boroş ölkəmizdəki fəaliyyəti dövründə Azərbaycan və macar xalqlarının bir-birinə oxşar cəhətlərini müşahidə etdiyini də vurğulayıb. Macarıstana səfərini xatırlayan dövlətimizin başçısı münasibətlərimizin yaxşı səviyyədə olduğunu vurğulayaraq Macarıstan ilə sıx tərəfdaşlıq əlaqələrinin  bundan sonra da davam etdiriləcəyinə əminliyini ifadə edib.

Paylaş:
Baxılıb: 978 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

4-cü dəfə...

28 Oktyabr 11:13  

Analitik

Analitik

Analitik

Analitik

Mədəniyyət

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31