Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Prezident İlham Əliyev Latviyanın ölkəmizdəki səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib

Prezident İlham Əliyev Latviyanın ölkəmizdəki səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib

15.07.2010 [08:32]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Latviyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mixails Popkovsu diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. Dövlətimizin başçısı Mixails Popkovsun ölkəmizdəki diplomatik fəaliyyəti dövründə Azərbaycan ilə Latviya arasında ikitərəfli münasibətlərin inkişaf etdiyini vurğulayıb. Prezident İlham Əliyev ölkələrimiz arasında əməkdaşlığın genişlənməsinin razılıq doğurduğunu deyib və əlaqələrimizin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd edib. Azərbaycana gəldiyi  vaxtları xatırlayan Mixails Popkovs bunun 2005-ci ilin sonuna, Latviya Prezidentinin ölkəmizə ilk rəsmi səfərindən sonraya təsadüf etdiyini bildirib, ötən dövr ərzində  respublikamızda sürətli inkişaf proseslərinin şahidi olduğunu vurğulayıb.
ölkəmizin bu cür yüksək templərlə inkişaf etdiyini tarixdə nadir hadisə kimi qiymətləndirən diplomat Azərbaycan Prezidentinin  rəhbərliyi altında həyata keçirilən islahatların ölkədə yüksək iqtisadi artımın əldə olunmasındakı rolunu qeyd edib və bunun şahidi olmasından məmnunluğunu bildirib.

Paylaş:
Baxılıb: 958 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

4-cü dəfə...

28 Oktyabr 11:13  

Analitik

Analitik

Analitik

Analitik

Mədəniyyət

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31