/ / Prezident İlham Əliyev Dənizkənarı Milli Parkda "Park Bulvar" ticarət və istirahət mərkəzinin açılışında iştirak edib
Prezident İlham Əliyev Dənizkənarı Milli Parkda "Park Bulvar" ticarət və istirahət mərkəzinin açılışında iştirak edib
21.07.2010 [04:36]
Dünən paytaxtda, Dənizkənarı Milli Parkda “Park Bulvar” ticarət və istirahət mərkəzinin açılışı olub.
Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri açılış mərasimində iştirak ediblər.
Mehriban xanıma, qızları Leyla və Arzuya gül dəstələri təqdim olunub.
Dövlətimizin başçısı açılışı bildirən lenti kəsib və mərkəzlə yaxından tanış olub.
Məlumat verilib ki, tikintisinə 2006-cı ildə başlanılmış mərkəzin tamamlanmış sahələrinin bu ilin ilk aylarından icarəçilərə verilməsinə başlanıb. Müasir standartlara uyğun inşa edilmiş mərkəzin binası 4 yerüstü və 2 yeraltı mərtəbədən ibarətdir. “Park Bulvar”ın yaradılmasında əsas məqsəd ziyarətçilərin ticarət imkanlarını, əyləncəsini və maariflənməsini yüksək səviyyədə təşkil etmək, paytaxt sakinləri və şəhərimizin qonaqlarına, turistlərə unudulmaz təəssürat bəxş etməkdir.
Birinci və ikinci mərtəbə ilə tanışlıq zamanı bildirilib ki, bu qatlarda Avropanın və dünyanın tanınmış brendlərinin məhsullarının təqdim olunduğu mağazalar, kafelər yerləşir.
Prezident İlham Əliyev və ailə üzvləri üçüncü mərtəbədə uşaqlar üçün “Happy Land” oyun-əyləncə məkanına baxıblar. Burada oyuncaqlar, attraksionlar, karusellər, rəngli işıq effektləri balacalara xoş anlar bağışlayır. Valideynlər rahat alış-veriş etmələri üçün balacaları uşaq otağında qoya bilərlər. Xüsusi təlim keçmiş personal uşaqların qayğısına qalacaq. Dövlətimizin başçısının nəvələri karusellərdə əyləniblər.
Bu mərtəbədə, həmçinin türk, rus, italyan, çin, Meksika mətbəxi restoranları, habelə Azərbaycan mətbəxinin nümunələrini təqdim edən “Kabab-park” restoranı yerləşir.
Prezident İlham Əliyev və xanımı yay kafesindən Bakının dəniz mənzərəsini seyr ediblər. Dövlətimizin başçısına və xanımına Dənizkənarı Milli Parkda aparılan abadlıq və quruculuq işləri barədə məlumat verilib.
Dördüncü mərtəbədəki “Zeytun” restoranında canlı musiqi sədaları altında milli yeməklərimiz təqdim olunur. Bu mərtəbədə 3D sistemi ilə işləyəcək 6 kinozalın yaradılması prosesi başa çatmaq üzrədir. Bundan başqa, boulinq mərkəzi, fotostudiya, Tusi-Bohm planetariumu fəaliyyət göstərir. Bütün yaş təbəqələri üçün nəzərdə tutulmuş planetarium maarifləndirmə funksiyasını daşıyır. 60 tamaşaçı yeri olan planetariumda kosmosa aid cizgi və sənədli filmlər nümayiş olunacaq.
Dövlətimizin başçısı mərkəzin dəniz mənzərəli VİP restoranlarında yaradılan şəraitlə də tanış olub.
Məlumat verilib ki, mərkəzdə gözəllik salonu, supermarket, 500 avtomobillik dayanacaq, dərzi, quru təmizləmə və digər xidmətlər təqdim olunur. “Park Bulvar” ticarət və istirahət mərkəzinin istifadəyə verilməsi, ümumilikdə 700 yeni iş yerinin açılması deməkdir.
“Park Bulvar”ın maketi ilə tanış olan Prezident İlham Əliyev yaradılan şəraitdən razı qaldığını bildirib.
Xəbər lenti
Hamısına baxSosial
08 İyun 21:29
İqtisadiyyat
08 İyun 21:10
Dünya
08 İyun 20:42
İdman
08 İyun 20:35
Dünya
08 İyun 20:17
Dünya
08 İyun 19:50
Dünya
08 İyun 19:23
Hadisə
08 İyun 19:05
Dünya
08 İyun 18:35
Dünya
08 İyun 17:19
Maraqlı
08 İyun 16:30
YAP xəbərləri
08 İyun 16:10
YAP xəbərləri
08 İyun 15:57
YAP xəbərləri
08 İyun 15:42
Siyasət
08 İyun 15:41
YAP xəbərləri
08 İyun 15:33
Dünya
08 İyun 15:27
YAP xəbərləri
08 İyun 15:13
Dünya
08 İyun 15:09
Dünya
08 İyun 14:48
Dünya
08 İyun 14:34
İdman
08 İyun 14:30
Dünya
08 İyun 14:26
Dünya
08 İyun 14:05
Xəbər lenti
08 İyun 14:05
Dünya
08 İyun 13:38
Dünya
08 İyun 13:10
Sosial
08 İyun 12:55
Dünya
08 İyun 12:51
Dünya
08 İyun 12:45
Dünya
08 İyun 12:25
İqtisadiyyat
08 İyun 12:21
Sosial
08 İyun 12:20
YAP xəbərləri
08 İyun 12:09
Dünya
08 İyun 11:42
YAP xəbərləri
08 İyun 11:34
İdman
08 İyun 11:19
İqtisadiyyat
08 İyun 11:02
Elm
08 İyun 11:01
Dünya
08 İyun 10:57
Sosial
08 İyun 10:56
Dünya
08 İyun 10:22
Dünya
08 İyun 09:45
YAP xəbərləri
08 İyun 09:27
Dünya
08 İyun 09:17
Dünya
08 İyun 08:50
Dünya
08 İyun 08:25
Dünya
08 İyun 07:46
Dünya
08 İyun 07:30
Hadisə
07 İyun 23:42
Dünya
07 İyun 22:30
Siyasət
07 İyun 21:23
Dünya
07 İyun 20:17
Dünya
07 İyun 19:31
Sosial
07 İyun 18:34
Sosial
07 İyun 17:12
Siyasət
07 İyun 16:13
Dünya
07 İyun 15:40
Dünya
07 İyun 14:27
Dünya
07 İyun 13:31
Dünya
07 İyun 12:25
Dünya
07 İyun 11:19
Dünya
07 İyun 10:21
Dünya
07 İyun 09:50
Hadisə
07 İyun 08:39
Dünya
06 İyun 21:43
Dünya
06 İyun 20:35
YAP xəbərləri
06 İyun 19:31
Dünya
06 İyun 19:17
Siyasət
06 İyun 18:58

