Ölkə fındıq bağı, dövlət fındıq qəbulu məntəqəsi, hakimiyyət isə fındıq deyil...
13.12.2021 [17:29]
Elçibəy: Yekə-yekə danışırsan, amma Aparatın qabağına 300 adam yığa bilmirsən
Siyasət təkcə maraqların təmin olunması vasitəsi deyil, həm də ağıl, mədəniyyət və mənəviyyat işidir. Ona görə də haqlı olaraq siyasi mədəniyyət və siyasi əxlaq ağıllı siyasətin tərkib hissəsi kimi dəyərləndirilir. İqtidar və ya müxalifət düşərgəsində yer almasından asılı olmayaraq, hər bir siyasətçinin, yaxud siyasi qüvvənin əsas keyfiyyəti məhz milli əxlaq təfəkkürünə – siyasi mənəviyyata malik olmaq, davranışlarını bu prinsiplər əsasında tənzimləməkdir. Bu səpkidə ayrı-ayrı ölkələrin təcrübəsinə diqqət yetirdikdə müxtəlif mənzərənin şahidi oluruq. Elə Azərbaycan nümunəsi də özündə bir çox mühüm məqamları ehtiva edir.
Müstəqilliyin ilk illərindən bu zamana qədər olan mənzərəyə - qət edilən yola nəzər saldıqda görürük ki, ölkədaxili proseslərdə, ictimai-siyasi, o cümlədən iqtidar-müxalifət münasibətlərində tamamilə yeni situasiya yaranıb. Xüsusilə də, parlamentdə təmsil olunan və olunmayan siyasi partiyalarla dialoq prosesinə start verilməsi, yeni konfiqurasiyanın formalaşması siyasi mühitin sağlamlaşdırılması, milli birliyin gücləndirilməsi, o cümlədən siyasi mədəniyyətin inkişafı baxımından mühüm əhəmiyyətə malikdir. Təbii ki, bu, hakimiyyətin siyasi ehtiyacından və maraqlarından deyil, dövlətçilik mənafeyindən irəli gələn bir prosesdir. Ona görə də milli maraqları - dövlətin strateji mənafelərini üstün tutan siyasi qüvvələr islahatlar kursunun tərkib hissəsi olan dialoq təşəbbüsünü təqdir edirlər, eyni zamanda, ölkədaxili siyasi münasibətlərin yeni mərhələsini müsbət qiymətləndirirlər. Amma və lakin...
Hakimiyyətin mənbəyi xalqdır, yoxsa xarici dövlətlər?
Öz çirkin obrazı ilə siyasi palitranı eybəcərləşdirməyə çalışan “siyasətçi”lərə də rast gəlinir. Demaqogiya vasitəsilə ucuz populizm qazanmağa çalışan və sağlam siyasətçi obrazı formalaşdıra bilməyən Müsavat partiyasının sədri Arif Hacılı da belələrindəndir. Fəaliyyəti virtual platformada XX əsrin 90-cı illərinin düşüncəsi ilə hay-küy salmaqdan, kütləyə hesablanmış mənasız çıxışlar etməkdən - “siyasi nitq mədəniyyəti”ni nümayiş etdirməkdən ibarət olan Hacılının hər sözü – cümləsi, hər addımı – hərəkəti nonsensdir desək, qətiyyən yanılmarıq.
O, bir müddət öncə ölkədə siyasi mədəniyyətin formalaşmadığını iddia etmişdi. Yəqin ki, özünü və 90-cı illərdə Azərbaycanda xaos yaratmış cəbhədaşlarını nəzərdə tutaraq belə bir qənaətə gəlib. Çünki hakimiyyətdə olduğu zaman parlamenti “siyasi çayxana” kimi idarə edən - ölkəni idarə edə bilməyən AXC-Müsavat cütlüyünün tarixin tozlu arxivindəki dosyesinə nəzər saldıqda onların hansı siyasi mədəniyyət və siyasi əxlaq səviyyəsinə malik olduqları aydın görünür. Elə Arif Hacılının parlamentdə hirs-hikkə və xüsusi ədayla etdiyi çıxışlar onun təmsil olunduğu “siyasi qəbilə”nin hansı dünyagörüşünün daşıyıcısı olduğunu aşkara çıxır. Məsələn, onun “bəzi deputatlar ucqar rayonlardan gəliblər, Bakıda olan vəziyyəti başa düşmürlər” fikrini xüsusi şərh etməyə ehtiyac yoxdur – ingilislər demiş, “no comment”. Və yaxud o zaman hakimiyyətdə təmsil olunan, indi isə hakimiyyətə iddia edən bir siyasətçinin “Biz hakimiyyətə gəlməyimizi xarici dövlətlərlə razılaşdırmışıq” deməyi bu düşərgə təmsilçilərinin siyasət anlayışının, xalqın iradəsinə və dövlət idarəetməsinə yanaşmasının nədən ibarət olduğunu göstərir. Özünü “demokratik düşərgə nümayəndəsi” adlandıran bir “siyasətçi”nin demokratiya anlayışı, görünür, “hakimiyyətin mənbəyi xalq – xalqın iradəsi deyil, xarici dövlətlərin razılığıdır” düşüncəsi səviyyəsindədir. Bu fakt indi ağız dolusu qanunun aliliyindən, hüququn üstünlüyündən danışanların elə birbaşa Ana Qanuna – Konstitusiyaya hörmətsizliyidir. Bu “fikir” vaxtilə nəinki sadə vətəndaşlar, hətta müxalif siyasətçilər tərəfindən də haqlı narazılıq və ikrah hissi ilə qarşılanmışdı. Yeri gəlmişkən, AMİP-in qurucusu və ilk sədri olan Etibar Məmmədov bizimlə söhbətində konkret rəqəm dedi və Arif Hacılının xarici dövlətlərin razılığı ilə hakimiyyətə gəldiklərini ifadə etdiyini bildirdi.
Digər tərəfdən, həmin vaxt Ali Məclisin tribunasında ölkənin taleyi ilə bağlı alovlu çıxış edən Arif Hacılı heç rəsmi vəzifəsində belə özünü doğrulda bilmirdi. Bir məqama diqqət yetirək: 15 iyun 1993-cü il tarixində Heydər Əliyev Ali Məclisin Sədri seçildiyi zaman ovaxtkı prezident Əbülfəz Elçibəy Prezident Aparatının qarşısına mitinq təyin etmişdi. Həmin vaxt Arif Hacılı Prezident Aparatında Ərazi idarəetmə şöbəsinin müdiri idi. Yəni mitinqin təşkili işinə o rəhbərlik edirdi, daha doğrusu, edə bilmirdi. Belə ki, Əbülfəz Elçibəy mitinqdən sonra Hacılıya xitabən “yekə-yekə danışırsan, amma Aparatın qabağına 300 adam yığa bilmirsən”,-deyə bildirmişdi. Doğru dur, xalqın inam və etimad ünvanı olan Heydər Əliyevin yüksək nüfuzu AXC-Müsavat cütlüyünün hansısa uğur qazanmasını istisna edirdi. Amma bütün hallarda bu fakt hələ də yekə-yekə danışan, böyük amibisiyalar və iddialarla yaşayan Arif Hacılının kiçik siyasətin belə adamı olmadığını, nəinki siyasətdə, heç təşkilati işlərdə də özünü doğrultmadığını göstərir...
Ölkə fındıq bağı, dövlət fındıq qəbulu məntəqəsi, hakimiyyət isə fındıq deyil...
Reallıqlar göstərir ki, zaman digər “siyasi yoldaş”ları kimi Arif Hacılını da dəyişdirə bilməyib, o, elə həmin düşüncə və ağıldadır, yəni eyni “arif adam”dır. Hacılı hələ də hansısa əlamətdar gündə “yürüşə çıxmağın” məqsədini qaydaları – asayişi pozmaq, polis nəfərləri ilə mübahisə etmək kimi dərk edir və s. Yeri gəlmişkən, Hacılının sonuncu dəfə “siyasi gündəm”ə gəlməsi məhz Zaqatala rayonunda sadə və kasıb bir insanın kiçik fındıq bağına göz dikməsi ilə bağlı olub. Amma vətəndaşın ondan qanuni şikayət verməsi ilə Hacılının oxu daşa dəyib. O zaman “hakimiyyətə gəlmək üçün 9 dövlətdən razılıq alan” Hacılı indi Zaqatalada kiçik fındıq bağında şəxsi hakimiyyətini qurmaq üçün sadə vətəndaşdan razılıq ala bilməyib...
“İdarəetmə təsəvvürü və qabiliyyəti” fındıq təsərrüfatı idarə etməkdən o yana keçməyən Hacılıdan, şübhəsiz ki, bundan artığını gözləmək olmaz. “Legitimlik, şəffaf seçki” sözlərini dilindən düşürməyən A.Hacılı vaxtilə seçkiləri saxtalaşdıraraq ələ keçirdiyi “Müsavat”ı da elə özgə malından ibarət şəxsi təsərrüfat kimi idarə edir. Partiyanın ali qurumu hesab etdikləri Divan-kresloda oturub-uzanıb qoz-fındıq hesabatı aparan Arif əfəndinin “Müsavat”ında hansı vəziyyətin hökm sürdüyünü elə öz üzvləri ifadə və etiraf edirlər. Bir müddət öncə “Müsavat”dakı vəziyyətə görə Hacılı kəskin tənqid edən partiya üzvlərində biri “Arif Hacılı karyerası üçün bütün dostlarını xərcləməyi bacaran adamdır. Son beş ildə partiya hansı vəziyyətdədirsə, hansı vəziyyətə salınıbsa, bundan sonra da elə qalacaq. Arif Hacılı, sadəcə, başqan olmağı düşünür. Partiyanın qabağa getməsini, uğur qazanmasını heç düşünmür”,-deyə yazmışdı.
Əlavə şərhə ehtiyac yoxdur: görünən odur ki, bu gün özünü “onlayn meydanların alovlu natiqi” qiyafəsində təsəvvür və təqdim edən, xalqı, dövləti, iqtidarı, müxalifəti, hətta öz partiyadaşlarını hədəfə çevirməyə çalışan Arif Hacılı nəinki iqtidarda olmaq, hətta reallıqları dərk etmək iqtidarında deyil. Yəni onun timsalında “Arif adam”a bir işarə bəs deyil... Digər tərəfdən, Hacılı hər halda ölkənin findıq bağı, dövlətin fındıq qəbulu məntəqəsi, hakimiyyətin isə fındıq olmadığını bilməmiş olmaz!
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxİdman
26 Oktyabr 23:19
Dünya
26 Oktyabr 22:36
İdman
26 Oktyabr 21:42
Maraqlı
26 Oktyabr 20:32
Dünya
26 Oktyabr 19:17
Analitik
26 Oktyabr 18:41
Dünya
26 Oktyabr 18:36
Maraqlı
26 Oktyabr 17:45
İdman
26 Oktyabr 16:28
Dünya
26 Oktyabr 16:22
Dünya
26 Oktyabr 15:24
Dünya
26 Oktyabr 14:36
Hadisə
26 Oktyabr 13:19
Dünya
26 Oktyabr 12:31
Dünya
26 Oktyabr 11:20
Dünya
26 Oktyabr 10:59
İdman
26 Oktyabr 10:23
Dünya
26 Oktyabr 09:57
Hadisə
25 Oktyabr 23:21
Sosial
25 Oktyabr 22:36
Dünya
25 Oktyabr 21:38
Maraqlı
25 Oktyabr 20:25
YAP xəbərləri
25 Oktyabr 19:48
Elm
25 Oktyabr 18:20
YAP xəbərləri
25 Oktyabr 17:52
Maraqlı
25 Oktyabr 17:15
YAP xəbərləri
25 Oktyabr 16:43
Dünya
25 Oktyabr 16:22
İqtisadiyyat
25 Oktyabr 15:49
Dünya
25 Oktyabr 15:36
Dünya
25 Oktyabr 14:55
Dünya
25 Oktyabr 14:21
YAP xəbərləri
25 Oktyabr 13:45
Dünya
25 Oktyabr 13:19
Gündəm
25 Oktyabr 13:02
Siyasət
25 Oktyabr 12:56
YAP xəbərləri
25 Oktyabr 12:35
Siyasət
25 Oktyabr 12:19
Siyasət
25 Oktyabr 11:45
YAP xəbərləri
25 Oktyabr 11:36
Gündəm
25 Oktyabr 11:30
Siyasət
25 Oktyabr 11:26
Siyasət
25 Oktyabr 11:22
Gündəm
25 Oktyabr 11:07
Siyasət
25 Oktyabr 10:51
İqtisadiyyat
25 Oktyabr 10:27
Ədəbiyyat
25 Oktyabr 09:54
Dünya
25 Oktyabr 09:36
Analitik
25 Oktyabr 09:12
MEDİA
25 Oktyabr 08:49
Dünya
25 Oktyabr 08:29
Ədəbiyyat
25 Oktyabr 08:25
Dünya
25 Oktyabr 08:08
Siyasət
25 Oktyabr 08:02
Gündəm
25 Oktyabr 00:30
YAP xəbərləri
24 Oktyabr 23:47
YAP xəbərləri
24 Oktyabr 23:14
İqtisadiyyat
24 Oktyabr 22:53
YAP xəbərləri
24 Oktyabr 22:35
YAP xəbərləri
24 Oktyabr 22:33
Hadisə
24 Oktyabr 22:28
YAP xəbərləri
24 Oktyabr 22:18
YAP xəbərləri
24 Oktyabr 22:09
Dünya
24 Oktyabr 21:45
YAP xəbərləri
24 Oktyabr 21:31
Maraqlı
24 Oktyabr 21:10
Siyasət
24 Oktyabr 20:59
Sosial
24 Oktyabr 20:50
YAP xəbərləri
24 Oktyabr 20:26
Dünya
24 Oktyabr 20:17

