Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Qəbələ İkinci Beynəlxalq musiqi festivalının təntənəli rəsmi açılışı olub

Qəbələ İkinci Beynəlxalq musiqi festivalının təntənəli rəsmi açılışı olub

31.07.2010 [03:57]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Qəbələdə keçirilən İkinci Beynəlxalq musiqi festivalının dünən təntənəli rəsmi açılışı olub.
Prezident İlham Əliyev, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva və ölkəmizdə səfərdə olan YUNESKO-nun baş direktoru xanım İrina Bokova mərasimdə iştirak ediblər.
Mərasim iştirakçıları dövlətimizin başçısını, xanımını və YUNESKO-nun baş direktorunu hərarətlə qarşılayıblar.
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva festivalın açılışında çıxış edib.
ölkəmizin dilbər güşələrindən birində - Qəbələdə qonaqları salamlayan Mehriban xanım bildirib ki, bu gözəl şəhər dünyanın ən qədim sivilizasiyalarından birinin - Qafqaz Albaniyasının paytaxtı olub və hər bir dövr, hər bir mədəniyyət burada öz izini qoyub. “Buraya qədəm qoyan hər bir insan əsrlərin nəfəsini hiss edir. Hazırda dünya xəritəsində Qafqaz Albaniyası olmasa da, Qəbələ mədəniyyətin paytaxtı kimi çıxış edir”, - deyən Azərbaycanın birinci xanımı bildirib ki, bu günlərdə hamımızı bir amil - musiqi birləşdirir.
Mehriban xanım Əliyeva YUNESKO-nun baş direktoru xanım İrina Bokovaya Azərbaycana gəldiyinə və bu festivalda iştirakına görə təşəkkür edib. O, Azərbaycan-YUNESKO əməkdaşlığının əhəmiyyətini vurğulayaraq bu əlaqələrin çoxşaxəli olduğunu deyib. Prezident İlham Əliyevə gərgin iş qrafikinə baxmayaraq, festivalın rəsmi açılışına qatıldığına görə minnətdarlıq edən Azərbaycanın birinci xanımı musiqiçiləri də salamlayıb və bu musiqi bayramının ilk növbədə onların sayəsində baş tutduğunu diqqətə çatdırıb.
Mərasimdə çıxış edən YUNESKO-nun baş direktoru xanım İrina Bokova festivala uğurlar arzulayıb. Azərbaycana səfərindən məmnun olduğunu deyən İrina Bokova bu beynəlxalq festival üçün Qəbələnin möhtəşəm səhnə olduğunu vurğulayıb. “Bu festival Azərbaycanın zəngin musiqi irsi ilə tanışlığa şərait yaradır”, -  deyən xanım Bokova  YUNESKO prinsiplərini hər zaman yüksək tutduqlarına görə Azərbaycan Prezidentinə və Mehriban xanım Əliyevaya təşəkkür edib.
Qəbələ Beynəlxalq musiqi festivalının əhəmiyyətindən danışan YUNESKO-nun baş direktoru deyib ki, bu bayram Azərbaycan musiqisinin ruhunu əks etdirir və gələcəkdə qəlblərin və düşüncələrin bir araya gəlməsi üçün bu cür tədbirlər mühüm əhəmiyyət daşıyır. “Azərbaycan müxtəlif mədəniyyətlərin qovuşduğu məkandır və bu festival da həmin mədəniyyətləri ən yüksək səviyyədə təqdim edəcəkdir”, - deyən İrina Bokova Mehriban xanım Əliyevanın mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsindəki xidmətlərini yüksək qiymətləndirib.
İrina Bokova YUNESKO-nun “Qızıl Motsart” medalını Mehriban xanım  Əliyevaya təqdim edib.
Azərbaycan mədəniyyətinə həsr olunan videoçarx nümayiş etdirilib.
Sonra konsert proqramı olub.
London Kral Filarmonik Orkestrinin ifasında Azərbaycan və Avropa bəstəkarlarının əsərləri səslənib. Konsetdə Dmitri Yablonski, Yuri Başmet, Emilio Ponsı, Xloe Hanslip, Fərhad Bədəlbəyli çıxış ediblər.
Gecənin sonunda Qəbələnin yay səmasını möhtəşəm atəşfəşanlıq əlvan rənglərə boyayıb.

Paylaş:
Baxılıb: 1007 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

4-cü dəfə...

28 Oktyabr 11:13  

Analitik

Analitik

Analitik

Analitik

Mədəniyyət

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31