Arazdan Murovadək...
15.01.2022 [00:13]
Bütün sərhədlərimiz boyunca möhkəmlənmişik, bu ərazilərdə üçrəngli bayrağımız əzəmətlə dalğalanır
Mübariz
Azərbaycan 44 günlük Vətən müharibəsində işğaldan azad olunmuş ərazilərin bərpasını ayrı-ayrı prioritet istiqamətlər üzrə həyata keçirir. Əsas məsələlərdən biri də qonşu dövlətlərlə üç onillik ərzində işğal altında qalan sərhədlərin möhkəmləndirilməsi ilə bağlıdır. Postmüharibə dövründə bu istiqamətdə böyük iş həcmi yerinə yetirilib. O cümlədən çoxsaylı infrastruktur obyektləri, zastavalar formalaşdırılıb, sərhədçilərin öz xidməti vəzifələrini layiqincə yerinə yetirmələrinə şərait yaradılıb, yüksək texniki təchizat təmin olunub.
Məğlub Ermənistanla 500 kilometrlik sərhəd
Azərbaycanın işğaldan azad olunmuş ərazilərdəki sərhədlərinin möhkəmləndirilməsi istiqamətində işlərə 44 günlük müharibə başa çatandan dərhal sonra başlanılıb. İranla sərhədlərin möhkəmləndirilməsində indiyədək hər hansı bir problem yaşanmayıb. Çünki bu istiqamətdə sərhədlərin keçdiyi xətlər hələ keçmiş sovet dönəmində müəyyənləşdirilib və Azərbaycan müharibədən sonra sərhəd məntəqələrini məhz bəlli xətlər boyunca qurub.
Ermənistanla 500 kilometrlik sərhədlərə gəldikdə isə, burada vəziyyət fərqlidir. Müstəqillik dövründə iki ölkə arasında işğal səbəbinə görə sərhədlər heç vaxt müəyyənləşdirilməyib. Bundan başqa, Ermənistan ayrı-ayrı yerlərdə sərhəd xətlərini Azərbaycanın işğal olunmuş ərazilərinə doğru irəli çəkib. Azərbaycan isə, təbii ki, ermənilərin “çoxbilmişliyi” ilə razılaşmayaraq sərhəd xətlərinin geri çəkilməsini istəyir və buna nail olur. Ümumiyyətlə, Azərbaycan iki ölkə arasında sərhədlərin beynəlxalq səviyyədə qəbul olunan prinsiplər əsasında delimitasiya və demarkasiyasının qısa müddətdə başa çatdırılmasının tərəfdarıdır. Ermənistandakı revanşist qüvvələr isə Azərbaycanın dövlət sərhədlərinin möhkəmləndirilməsi istiqamətində gördüyü işlərə qarşı çıxaraq buna hansı yollarlasa maneçilik törətməyə çalışırlar. Lakin belə cəhdlərin heç bir əsası yoxdur. Dövlət sərhədlərini möhkəmlətmək və onu etibarlı şəkildə qorumaq Azərbaycanın müstəsna hüququdur.
Ötən bir ildə sərhədlərin möhkəmləndirlməsi istiqamətində görülən işlər müxtəlif istiqamətləri əhatə edir. Bunların sırasında Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması üzrə işlər xüsusi yer tutur. Son bir ildə Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərə səfərləri çərçivəsində həm İran, həm də Ermənistanla olan sərhədlərimizin etibarlı şəkildə qorunması üçün yaradılan çoxsaylı yeni hərbi hissə komplekslərinin açılışına qatılıb. Sərhədlərimizin qorunması üçün yaradılan mühüm infrastruktur obyektlərinin hamısı müasir döyüş texnikaları, yüksəkkeçidli nəqliyyat vasitələri, zirehli və avtomobil texnikası, tibb, avtomobillərlə təchiz edilib. Həmçinin yeni istifadəyə verilən hərbi hissə komplekslərində sərhədçilərin öz xidməti vəzifələrini yüksək səviyyədə yerinə yetirmələri, asudə vaxtlarını mənalı keçirmələri, dincəlmələri üçün hər cür şərait yaradılıb.
Yaradılan müasir infrastruktur sayəsində Azərbaycan sərhədçiləri işğaldan azad edilmiş bütün ərazilərdə dövlət sərhədlərinin etibarlı şəkildə qorunmasını təmin edirlər. Prezident İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına verdiyi müsahibəsində sərhədlərimizdə möhkəmlənmək üçün hansı çətinliklərin dəf edildiyindən ətraflı bəhs edib. Mürəkkəb relyef şəraiti, bir sıra ərazilərin indiyədək heç vaxt məskunlaşmaması, soyuq havalar, qarşı tərəfdən gözlənən diversiya əməlləri bu çətinliklərin tam olmayan siyahısını təşkil edir. Lakin Azərbaycan müharibə başa çatandan sonra ilk vaxtlarda bəlkə də mümkünsüz görünəni bacardı və Ermənistanla olan bütün sərhədləri nəzarətə götürməyə nail oldu. Hazırda işğaldan təmizlənən bütün ərazilərdəki sərhədlərimiz boyunca üçrəngli bayrağımız əzəmətlə dalğalanır. “O tərəfdən bizim işçilərə müntəzəm olaraq atəş açılır. Ermənistan əfsuslar olsun ki, İkinci Qarabağ müharibəsindən axıra qədər dərs çıxarmayıb. Ona görə çox çətin bir şəraitdə bunu bacardıq və biz bu gün bütün sərhədboyu əsas məntəqələrdə yerləşdik. Nəinki yerləşdik, eyni zamanda, orada xidmət aparmaq üçün biz müasir infrastruktur qurduq. Çünki orada hava çox soyuqdur və xidmət aparmaq çox çətindir. Qarın qalınlığı bəlkə də 3-4 metrdir. İndi isə həm təchizat, həm ərzaq, həm də yollar, elektrik xətləri çəkilib və orada biz indi normal xidmət aparırıq, amma erməni postlarına baxdıqda görürük ki, bunlar nə dərəcədə acınacaqlı vəziyyətdədir. Yəni, çadırlarda məskunlaşıblar və üşüyə-üşüyə, dona-dona orada güc-bəlaynan qalırlar. Ona görə yollar və elektrik xətləri həm də bu məqsəd üçün lazımdır. Çünki biz bu sərhədlərə çıxmalıydıq, bu sərhədi qorumalıydıq və bu gün buna nail olmuşuq - sərhədboyu Arazdan Murov dağına qədər”, - deyə dövlətimizin başçısı yuxarıda bəhs olunan müsahibəsində bildirib.
Yollar bizi sərhədlərə aparır
İşğaldan azad edilmiş ərazilərdə yaradılan yol-nəqliyyat infrastrukturu da Azərbaycanın dövlət sərhədlərində möhkəmlənməsi üçün yeni imkanlar yaradır. Qeyd edək ki, son bir ildə işğaldan azad olunmuş ərazilərdə sərhədlərə gedən 700 kilometr uzunluğunda yolların inşası həyata keçirilib. Prezident İlham Əliyev bəhs olunan müsahibəsində yolların çəkilməsindən ətraflı söhbət açıb. Xatırladıb ki, Kəlbəcər və Laçın rayonlarının Ermənistanla həmsərhəd olan hissələrində sovet vaxtında heç bir yaşayış məntəqəsi olmayıb, on kilometrlərlə sərhəddən içəriyə doğru məsafədə heç kim yaşamayıb, heç bir yol olmayıb. Fikirlərinə davam edən dövlətimizin başçısı vurğulayıb: “Oktyabr ayından qar yağmağa başlayır, may ayında əriyir. İndi təsəvvür edin, biz qısa müddət ərzində hansı işləri görməliydik? Deyə bilərəm ki, bunu bir çoxları bilmir. Təkcə o bölgələrdə - Kəlbəcər, Laçın, Zəngilan, Qubadlı - Ermənistanla həmsərhəd olan yerlərdə biz 700 kilometrə yaxın yol çəkmişik. Yəni, bu, xidməti yol sayıla bilər, hərbi yol sayıla bilər. Mövqelərə gedən yoldur, sərhədlərə gedən yoldur, yüksək dağlara, təpələrə gedən yoldur. Texnikanı gətirməliydik, mütəxəssisləri gətirməliydik”.
Bütövlükdə, Azərbaycan elə sərhədlər qurmağa çalışır ki, buradan heç quş da səkə bilməsin. Bu günlərdə Kəlbəcər və Tovuz istiqamətində Ermənistan silahlı qüvvələrinin növbəti təxribat cəhdlərinin qarşısının qətiyyətlə alınması, qarşı tərəfin postlarının darmadağın edilməsi bir daha təsdiq?əyir ki, sərhədlərimiz etibarlı şəkildə qorunur.
Xəbər lenti
Hamısına baxGündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07

