Heydər Əliyev

Аналитика

Внешняя политика

Актуальное

yeni azerbaycan logo

Ana səhifə / Gündəm / YAP-ın rayon təşkilatlarına yeni sədrlər təyin olunub

YAP-ın rayon təşkilatlarına yeni sədrlər təyin olunub

28.01.2022 [20:30]

Yanvarın 28-də Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin videokonfrans formatında növbəti iclası keçirilib. İclasın müzakirəsinə “Yeni Azərbaycan Partiyasının yerli təşkilatlarının sədrlərinin vəzifəyə təyin edilməsi” məsələsi çıxarılıb.

YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, Yeni Azərbaycan Partiyasının VII Qurultayından sonra partiyanın həyatında yeni mərhələ başlayıb, yeni qəbul olunmuş Nizamnaməyə əsasən partiyanın yeni strukturu müəyyən edilib. Vurğulanıb ki, Nizamnaməyə əsasən partiya strukturunda vəzifə tutan şəxs digər vəzifə daşıya bilməz.

Mərkəzi Aparatın rəhbəri qeyd edib ki, artıq ötən ilin sentyabr ayından partiyanın Bakı şəhəri üzrə təşkilatlatlarının sədrləri öz vəzifələrinin icrasına başlayıblar. Ötən dövr ərzində respublikanın digər şəhər və rayonları üzrə yerli təşkilatların sədrliyinə namizədlərin müəyyənləşdirilməsi ilə bağlı geniş təhlillər, müzakirələr aparılıb və yekun olaraq təklif olunan namizədlərin siyahısı hazırlanaraq əvvəlcədən İdarə Heyətinin üzvlərinə təqdim olunub.

Müzakirələr zamanı çıxış edən YAP İdarə Heyətinin üzvləri Cavid Osmanov, Asif Əsgərli, Ramin Məmmədov, Şahin İsmayılov, Hikmət Babaoğlu, Elmar Qasımov, Anar İsgəndərov və Eldar İbrahimov yerli təşkilatların sədrliyinə layiqli namizədlərin irəli sürüldüyünü qeyd ediblər.

Müzakirələrdən sonra səsvermə keçirilib və aşağıdakı şəxslər yerli təşkilat sədrləri təyin olunub: 

  1. Hüseynov Ramiz Ağəli oğlu - YAP Sumqayıt şəhər təşkilatı
  2. Əliyev Abbas İslam oğlu - YAP Abşeron rayon təşkilatı
  3. Quliyev Ayaz Sərvər oğlu - YAP Xızı rayon təşkilatı
  4. Abdullayev Füzuli Tahir oğlu - YAP Ağsu rayon təşkilatı
  5. Muradov Zaur Fazil oğlu - YAP İsmayıllı rayon təşkilatı
  6. Qasımov Qasım Nurməhəmməd oğlu - YAP Qobustan rayon təşkilatı
  7. Qasımlı Tural Şahnəzər oğlu - YAP Şamaxı rayon təşkilatı
  8. Orucov Ramil Mayıl oğlu - YAP Gəncə şəhər təşkilatı
  9. Heydərov Rövlan Nəsib oğlu -  YAP Naftalan şəhər təşkilatı
  10.  Yolçuyev Meydanəli Binəli oğlu - YAP Daşkəsən rayon təşkilatı
  11.  İsmayılov Elçin Şəmil oğlu - YAP Goranboy rayon təşkilatı
  12.  İsayev Vüqar Sabir oğlu - YAP Göygöl rayon təşkilatı
  13.  Bayramov Gündüz Çankay oğlu - YAP Samux rayon təşkilatı
  14.  Əhmədov Rövşən Nağı oğlu - YAP Ağcabədi rayon təşkilatı
  15.  Quliyev Mansur Söhbət oğlu - YAP Ağdam rayon təşkilatı
  16.  Şadlinskaya Faqət Nəcəb qızı - YAP Bərdə rayon təşkilatı
  17.  Həşimova Almaz Ələkbər qızı - YAP Füzuli rayon təşkilatı
  18.  Əliyev Vahid Surxay oğlu - YAP Xocalı rayon təşkilatı
  19.  Hüseynov Vüsal Cavay oğlu - YAP Xocavənd rayon təşkilatı
  20.  Əliyev Təvəkkül Böyükkişi oğlu - YAP Şuşa rayon təşkilatı
  21.  Əsədov Eldar Garay oğlu - YAP Tərtər rayon təşkilatı
  22.  Hacıyev Etibar Cəfər oğlu - YAP Ağstafa rayon təşkilatı
  23.  Nağıyev Rüstəm Vaqif oğlu - YAP Gədəbəy rayon təşkilatı
  24.  Nəbiyev Anar Telman oğlu - YAP Qazax rayon təşkilatı
  25.  Vəliyev Fəxrəddin Vəli oğlu - YAP Şəmkir rayon təşkilatı
  26.  Pənahov Nihad Məmmədtağı oğlu - YAP Tovuz rayon təşkilatı
  27.  Balaqadaşov Məhəmməd Müslüm oğlu - YAP Xaçmaz rayon təşkilatı
  28.  Nəbizadə Fidan Nizami qızı - YAP Quba rayon təşkilatı
  29.  İbramxəlilov David Nurəddin oğlu - YAP Qusar rayon təşkilatı
  30.  Baxşıyev Samir Vadim oğlu - YAP Siyəzən rayon təşkilatı
  31.  Balabəyov Mehdi Eyyub oğlu - YAP Şabran rayon təşkilatı
  32.  Cəfərov Həbib Zərxan oğlu - YAP Astara rayon təşkilatı
  33.  Mirxaslı Mirsüleyman Mirismayıl oğlu - YAP Cəlilabad rayon təşkilatı
  34.  Mirzəyev Malik Soltanağa oğlu - YAP Lerik rayon təşkilatı
  35.  Əmənullayev İqbal Qabil oğlu - YAP Lənkəran şəhər təşkilatı
  36.  Əliyev Seyfəddin Abusət oğlu - YAP Masallı rayon təşkilatı
  37.  Alışov Anar Xalıq oğlu - YAP Yardımlı rayon təşkilatı
  38.  Yusubov Cavanşir Nəriman oğlu - YAP Mingəçevir şəhər təşkilatı
  39.  Rəcəbov Əlişah Rəcəb oğlu - YAP Ağdaş rayon təşkilatı
  40.  Şükürov Sahib Yunis oğlu - YAP Göyçay rayon təşkilatı
  41.  Cəbrayılov Ayaz Akif oğlu - YAP Kürdəmir rayon təşkilatı
  42.  Abdullayeva Şəhla Əhməd qızı - YAP Ucar rayon təşkilatı
  43.  Əliyev Rafiq Vaqif oğlu - YAP Yevlax rayon təşkilatı
  44.  Əliyev İlkin Böyükağa oğlu - YAP Zərdab rayon təşkilatı
  45.  Səfərov Müşfiq Arzuman oğlu - YAP Beyləqan rayon təşkilatı
  46.  Ağayev Səfa Malik oğlu - İmişli rayon təşkilatı
  47.  Şıxəliyev Lütvəli İbrahim oğlu - YAP Saatlı rayon təşkilatı
  48.  Rüstəmov Varis Rüstəm oğlu - YAP Sabirabad rayon təşkilatı
  49.  Balayev Azad Rizvan oğlu - YAP Balakən rayon təşkilatı
  50.  Allahverdiyev Natiq Şükür oğlu - YAP Qax rayon təşkilatı
  51.  Ağasəfov Abil Adil oğlu - YAP Qəbələ rayon təşkilatı
  52.  Məhərrəmov Saleh Calal oğlu - YAP Oğuz rayon təşkilatı
  53.  Mikayılov Daşqın Gündüz oğlu - YAP Şəki şəhər təşkilatı
  54.  Qurbanov Habil Qurban oğlu - YAP Zaqatala rayon təşkilatı
  55.  Fərzəliyev Arif Aydın oğlu - YAP Cəbrayıl rayon təşkilatı
  56.  Misirov Həbib Məhərrəm oğlu - YAP Kəlbəcər rayon təşkilatı
  57.  Rüstəmov Təhmasib İbrahimxəlil oğlu - YAP Qubadlı rayon təşkilatı
  58.  İlyasov İlqar Süleyman oğlu - YAP Laçın rayon təşkilatı
  59.  Quluzadə Natiq Qurban oğlu - YAP Zəngilan rayon təşkilatı
  60.  Qəhrəmanov Zahir Məmmədyar oğlu - YAP Şirvan şəhər təşkilatı
  61.  Qurbanlı Kamil Məhəmməd oğlu - YAP Biləsuvar rayon təşkilatı
  62.  Əmirəslanov Elnur Mehman oğlu - YAP Hacıqabul rayon təşkilatı
  63.  Fərzəliyev Ülvi Cəlil oğlu - YAP Neftçala rayon təşkilatı
  64.  Əhmədov Elmar Ağakişi oğlu - YAP Salyan rayon təşkilatı

YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov yeni təyin olunan yerli təşkilatların sədrlərinə fəaliyyətlərində uğurlar arzulayıb.

İclasda həmçinin, YAP-ın Şəki şəhər təşkilatın sabiq sədri Həsən Həsənov, Gəncə şəhər təşkilatının sabiq sədri, YAP Təftiş Komissiyasının üzvü Naqif Həmzəyev, Abşeron rayon təşkilatının sabiq sədri Bilman Vəliyev çıxış edərək ötən dövr ərzindəki fəaliyyətlərinə verilən müsbət qiymətə görə təşəkkür edib və yeni sədrlərə işlərində nailiyyətlər arzulayıblar.

Eyni zamanda, YAP Füzuli rayon təşkilatının sədri Almaz Həşimova və yeni təyin olunmuş Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov göstərilən yüksək etimada görə təşəkkürlərini ifadə edərək bu etimadı layiqincə doğrultmağa çalışacaqlarını vurğulayıblar.

İclasın sonunda YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov qarşıda dayanan vəzifələrdən danışıb və qeyd edib ki, bu il partiyamızın təsis olunmasının 30 illik yubileyi ilə əlaqədar tədbirlər planı hazırlanır. Yubiley ili çərçivəsində bir çox tədbirlərin keçirilməsi nəzərdə tutulur.

İclasda həmçinin cari məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Paylaş:
Baxılıb: 199 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Siyasət

Analitik

İqtisadiyyat

Xarici siyasət

İqtisadiyyat

Xarici siyasət

İqtisadiyyat

Gündəm

Prezident bu gün

Prezident bu gün

17 May 09:58

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31