Vaşinqton təqdir edir
20.05.2022 [22:11]
ABŞ Prezidentindən Azərbaycan Liderinə məktub
Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Cozef Baydenin Prezident İlham Əliyevə Müstəqillik Günü münasibətilə təbrik məktubunda mühüm məsələlər və məqamlar öz əksini tapıb.
Uzunmüddətli əməkdaşlıq bəhrəsini verir
Ölkəsi ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd edildiyini xatırladan ABŞ Prezidenti “Ötən 30 il ərzində enerji mənbələrinin şaxələndirilməsi və beynəlxalq təhlükəsizlik sahələrində əməkdaşlığımız tarixin mühüm anında öz bəhrəsini verir, Azərbaycan Avropa və dünya bazarlarının təhlükəsizliyinin təmin olunması və sabitləşdirilməsində önəmli rol oynayır” ,- deyə vurğulayıb. Burada bir neçə məqam xüsusilə diqqəti cəlb edir:
- Azərbaycan ötən müddət ərzində enerji təhlükəsizliyi sahəsində etibarlı tərəfdaş kimi özünü təsdiqləyib: yeni neft-qaz strategiyasında enerji nəqli marşrutlarının şaxələndirilməsini əsas prioritetlərdən biri kimi müəyyənləşdirən Azərbaycan bu gün regional və qlobal enerji təhlükəsizliyinə mühüm töhfələr verir. Regionda mühüm kommunikasiya-logistika mərkəzinə çevrilən Azərbaycan Avrasiyanın enerji xəritəsini yenidən dizayn etməkdədir. Nəhayət, ölkəmizin təşəbbüsləri və liderliyi ilə enerji layihələrinin reallaşdırılması Xəzər hövzəsi regionunun geosiyasi statusunun yüksəlməsinitəmin edib. Bu isə digər tərəfdaş dövlətlər kimi ABŞ tərəfindən də müsbət qiymətləndirilir – yüksək dəyərləndirilir;
- Yeni reallıqlar fonunda Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında rolu artır. Cozef Bayden bu gerçəkliyi “tarixin mühüm anı” kimi təsvir edir. Şübhəsiz ki, bu ifadə Şərqi Avropada müharibə, Cənubi Qafqazda isə postmüharibə vəziyyətinin hökm sürdüyü bir vaxtda yeni dünya nizamının formalaşdığı şəraiti ifadə edir. Əlbəttə, bəzilərinin III Dünya, bir sıra ekspertlərin isə I Avropa müharibəsi adlandırdıqları Rusiya-Ukrayna savaşı şəraitində və sonrakı mərhələdə “qoca qitə”nin enerji təhlükəsizliyi həyati-strateji əhəmiyyət daşıyır. Avropanın alternativ mənbələrə ehtiyacının olduğu, demək olar ki, hər gün ifadə edilir. Buna görə də etibarlı tərəfdaş olan Azərbaycanla əməkdaşlığın dərinləşdirilməsi daha da aktuallaşır. Ölkəmizə inam və etimad sonsuzdur. Çünki Azərbaycan uzun müddətdir ki, Avropa bazarında etibarlı enerji təchizatçısıdır və prosesdə hər hansı fasilə olmayıb. Respublikamızın təbii qazının qiyməti digər mənbələrdən daxil olan qazdan ucuzdur. Eyni zamanda, Cənub Qaz Dəhlizi alternativ mənbə kimi çox mühüm əhəmiyyətə malikdir. Bu isə həm enerji təhlükəsizliyi, həm də regional iqtisadi sabitlik və inkişaf məsələsidir.
Azərbaycanın rolu yüksək dəyərləndirilir
ABŞ Prezidentinin toxunduğu digər mühüm məqam Azərbaycanın Ukrayna məsələsində önəmli və faydalı təşəbbüsləri, beynəlxalq təhlükəsizliyə töhfələridir. “Azərbaycanın Ukraynanın suverenliyinə dəstəyi, habelə Ukraynaya göstərdiyi humanitar və enerji sahəsində yardımı vacib ismarış verir. Biz, həmçinin Sizin terrorizmə qarşı qlobal mübarizəyə verdiyiniz əhəmiyyətli töhfələrinizi təqdir edirik” ,- deyə Cozef Bayden qeyd edir.
Ümumiyyətlə, Ukrayna böhranının aradan qaldırılmasında ABŞ daxil olmaqla bir sıra ölkələrin rəsmiləri Azərbaycanın təşəbbüslərini xüsusi vurğulayırlar. Bu, bir neçə məqamı ifadə edir:
- İkinci Qarabağ müharibəsi zamanı olduğu kimi, hazırda da həm regionumuzda, həm də Avrasiyada sülh, sabitlik - təhlükəsizlik, əməkdaşlıq və inteqrasiya məsələləri Azərbaycan Prezidenti ilə müzakirə olunur;
- Azərbaycan təkcə Cənubi Qafqazın lider ölkəsi - regional güc mərkəzi deyil. Azərbaycan hazırda Xəzər-Qara dəniz strateji xəttində və Avrasiya geosiyasətində diplomatik trafikin ən vacib və mühüm halqalarından biridir;
- Mükəmməl geosiyasət bilicisi, təcrübəli siyasətçi və dövlət xadimi İlham Əliyevin strateji təmkinə, milli maraqlara əsaslanan, müasir geosiyasi çağırışlara adekvat cavab verən xarici siyasət kursu nəticəsində Azərbaycan hətta bir-biri ilə əks mövqelərdə dayanan strateji qütblər - güc mərkəzləri ilə yaxşı münasibətlərə malikdir, dünyada etibarlı, perspektivli və bərabərhüquqlu tərəfdaş kimi tanınır - qəbul edilir;
- Avrasiyada sülh, sabitlik – təhlükəsizlik və əməkdaşlıq məsələlərində açar rolunu oynayan geosiyasi koordinatlardan biri Azərbaycandır.
İndi vaxtıdır... ümid zamanı, yaxud Bakının mövqeyi dəstəklənir
ABŞ Prezidenti regionda yeni reallıqlara və etimad quruculuğu məsələsinə diqqəti cəlb edərək qeyd edir ki, indi Cənubi Qafqazda davamlı sülhə nail olmaq üçün mühüm imkana bəslənən ümid zamanıdır: “Amerika Birləşmiş Ştatları bütün Qafqaz və Trans-Xəzər regionunun çiçəklənməsinə imkan verəcək Azərbaycan ilə Ermənistan arasında diplomatik təmasların intensivləşdirilməsinə və Azərbaycanın iqtisadi, nəqliyyat və insanlararası əlaqələrinin qurulmasına kömək etməyə hazırdır”.
Bu da öz növbəsində bir sıra gerçəkliklərin üzərinə işıq salır:
- Şərqi Avropada "yeni dünya düzəninə keçid" kimi dəyərləndirilən Rusiya-Ukrayna savaşının davam etdiyi vaxtda və şəraitdə geosiyasi diqqət yenə də Cənubi Qafqaza və regionun diplomatiya paytaxtı olan Bakıya yönəlib. Bunun əsas səbəbi odur ki, 44 günlük müharibədə qələbə qazanaraq 100 illik regional geosiyasi arxitekturanı dəyişən Azərbaycan regionda dayanıqlı sülh, etibarlı təhlükəsizlik və çoxtərəfli əməkdaşlıq mühiti formalaşdırıb. Bu isə yeni regional nizam deməkdir;
- Regionda kommunikasiyaların bərpası, yeni əməkdaşlıq platformasının yaradılması təkcə region dövlətləri deyil, həm də bölgədənkənar qüvvələr, o cümlədən ABŞ kimi güc mərkəzləri üçün cəlbedici, faydalı və önəmlidir;
- Baydenin “indi Cənubi Qafqazda davamlı sülhə nail olmaq üçün mühüm imkana bəslənən ümid zamanıdır” cümləsi Prezident İlham Əliyevin “indi Cənubi Qafqaz üçün sülhə, təhlükəsizliyə və sabitliyə sadiqlik nümayiş etdirməyin vaxtıdır” cümləsi ilə üst-üstə düşür – bir-birini tamamlayır. Bu isə o deməkdir ki, Vaşinqton Bakının mövqeyini – strateji baxışlarını birmənalı şəkildə dəstəkləyir.
Məktubun geostrateji məzmunu...
Bütövlükdə, tarixin mühüm anında ABŞ Prezidentinin Azərbaycanın Liderinə göndərdiyi təbrik məktubunun geostrateji məzmunu ifadə edir:
- Regional güc mərkəzi olan Azərbaycanın nüfuzlu dövlət olmasını, etibarlı tərəfdaş kimi tanınmasını;
- Yeni dünya nizamına keçid şəraitində və perspektivdə Azərbaycanın nəinki Cənubi Qafqazın, hətta Avrasiyanın önəmli – açar rola malik dövlətlərindən biri olduğunu;
- ABŞ-ın Azərbaycan ilə əməkdaşlığa böyük önəm verməsini, güclü tərəfdaşlığı yüksək qiymətləndirməsini. Cozef Baydenin ABŞ-ın ölkəmizin müstəqilliyi və suverenliyinə dəstəyini bir daha ifadə etməsi, “qarşıdan gələn illər və onilliklərdə münasibətlərimizi daha da genişləndirmək arzusundayıq” söyləməsi isə Vaşinqtonun Bakıya bu gün üçün və perspektivə yönəlik pozitiv baxışını əks etdirir.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına bax
Dünya
29 İyun 11:13

Xəbər lenti
29 İyun 11:09

Xəbər lenti
29 İyun 11:05

Xəbər lenti
29 İyun 11:03

Turizm
29 İyun 10:44

Sosial
29 İyun 10:30

Xəbər lenti
29 İyun 10:25

Analitik
29 İyun 10:21

Xarici siyasət
29 İyun 10:17

Prezident bu gün
29 İyun 10:17

MEDİA
29 İyun 10:14

Siyasət
29 İyun 10:09

Xarici siyasət
29 İyun 10:06

Xəbər lenti
29 İyun 10:03

Siyasət
29 İyun 10:02

İqtisadiyyat
29 İyun 10:00

Siyasət
29 İyun 09:58

Siyasət
29 İyun 09:49

Turizm
29 İyun 09:46

Siyasət
29 İyun 09:40

Gündəm
29 İyun 09:32

Xəbər lenti
29 İyun 09:21

Xəbər lenti
29 İyun 09:10

Dünya
29 İyun 00:06

Xəbər lenti
28 İyun 20:10

Xəbər lenti
28 İyun 19:04

Xəbər lenti
28 İyun 19:02

Xəbər lenti
28 İyun 17:58

Xəbər lenti
28 İyun 17:55

Xəbər lenti
28 İyun 17:47

Xəbər lenti
28 İyun 17:41

Xəbər lenti
28 İyun 17:14

Xəbər lenti
28 İyun 17:12

Xəbər lenti
28 İyun 16:43

Gündəm
28 İyun 15:40

İdman
28 İyun 15:35

Xəbər lenti
28 İyun 15:10

Siyasət
28 İyun 14:44

Xəbər lenti
28 İyun 14:42

Xəbər lenti
28 İyun 13:41

Xəbər lenti
28 İyun 13:03

Xəbər lenti
28 İyun 12:52

Xəbər lenti
28 İyun 12:20

Xəbər lenti
28 İyun 12:10

Mədəniyyət
28 İyun 12:02

Xəbər lenti
28 İyun 11:15

Xarici siyasət
28 İyun 11:12

Xəbər lenti
28 İyun 11:03

Turizm
28 İyun 10:43

Xəbər lenti
28 İyun 10:41

Prezident bu gün
28 İyun 10:14

Xəbər lenti
28 İyun 09:59

Dünya
28 İyun 09:37

İqtisadiyyat
28 İyun 09:21

Xəbər lenti
28 İyun 09:19

Dünya
27 İyun 18:54

Xəbər lenti
27 İyun 18:16

Xəbər lenti
27 İyun 17:00

Xəbər lenti
27 İyun 16:33

Dünya
27 İyun 15:43

Gündəm
27 İyun 13:44

Xəbər lenti
27 İyun 12:03

Siyasət
27 İyun 11:41

Xəbər lenti
27 İyun 11:36

Xəbər lenti
27 İyun 11:27

İqtisadiyyat
27 İyun 11:23

Xəbər lenti
27 İyun 11:17

Xəbər lenti
27 İyun 11:15

Xəbər lenti
27 İyun 11:12

Siyasət
27 İyun 11:08
