/ / Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllini tapması məsələsində israrlıdır və bir qarış ərazisini belə Ermənistana güzəştə getməyəcək
Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllini tapması məsələsində israrlıdır və bir qarış ərazisini belə Ermənistana güzəştə getməyəcək
08.12.2010 [10:22]
Bütün beynəlxalq görüşlərdə olduğu kimi, ATƏT-in Astana Sammitində də ölkəmizin mövqeyi açıq şəkildə ifadə edilib. Məlum olduğu kimi, hazırda ölkəmiz üçün həlli prioritet əhəmiyyət daşıyan məsələ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Prezident İlham Əliyev Astana Sammitindəki çıxışında diqqəti bu məsələyə yönəldərək Ermənistanın işğalçı siyasətini növbəti dəfə ifşa edib, problemin ərazi bütövlüyü prinsipi çərçivəsində, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun həllinin vacibliyini vurğulayıb. Dövlət başçısı Azərbaycanın işğala məruz qalan tərəf olduğunu bildirərək, dünya birliyini regional təhlükə daşıyan bu məsələyə həssas yanaşmağa çağırıb. Prezident İlham Əliyev Sammitdəki çıxışı zamanı sözügedən münaqişə barədə ətraflı məlumat verib, Azərbaycanın ədalətli mövqeyini müxtəlif dövlətlərin rəhbərlərinin diqqətinə çatdırıb. Eyni zamanda, tədbir çərçivəsində həmsədr ölkələrin və Azərbaycanla Ermənistanın qəbul edilən birgə bəyanatında tərəflər konfliktin sülh yolu ilə ərazi bütövlüyü prinsipinə uyğun həllinə dəvət olunurlar. Bu baxımdan, dövlət başçısının Sammitdə çıxışını və qəbul olunan bəyanatı ölkəmizin növbəti növbəti diplomatik uğuru kimi dəyərləndirmək olar.
Yeri gəlmişkən, sözügedən məsələyə Azərbaycanın rəsmi şəxsləri və siyasi analitiklər də münasibət bildiriblər. Məsələn, xarici işlər nazirinin müavini Araz Əzimov sammitin gedişatını müsbət qiymətləndirib. Onun sözlərinə görə, Astana Sammitinin yekun sənədində münaqişələrin nizamlanmasının əsas prinsipləri əks olunmasa da, tədbir çərçivəsində ATƏT-in fəaliyyətdə olan sədri, Qazaxıstanın xarici işlər naziri Kanat Saudabayev tərəfindən xüsusi bəyanat verilib ki, burada da Helsinki yekun aktının prinsipləri əks olunub. A.Əzimov sözügedən bəyanatın Azərbaycanın xeyrinə olduğunu bildirib: “Bu bəyanat bizim maraqlarımıza uyğun gəlir. çünki öncə münaqişənin həlli üçün təklif etdiyimiz əsas prinsiplər ondan ibarətdir ki, Azərbaycan ölkənin ərazi bütövlüyü çərçivəsində ermənilərə muxtariyyət verəcək modelin işlənməsinə razılıq verib və Helsinki yekun aktında qeyd olunduğu kimi, müqəddəratı təyin etmək hüququ ərazi bütövlüyü prinsipini pozmadan, onunla harmoniya şəklində həyata keçirməlidir”.
Astana Sammitinin yekunları barədə fikir bildirən Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı isə deyib ki, bu tədbir Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda növbəti mərhələni təşkil edir. Azərbaycan diplomatiyasının siyasi, psixoloji, ideoloji cəhətdən Ermənistan diplomatiyasından üstün olduğu bu sammitdə bir daha öz təsdiqini tapdı. Onun sözlərinə görə, Prezident İlham Əliyevin Astana Sammitindəki çıxışı Azərbaycanın münaqişənin sülh yolu ilə həllinə hazır olduğunu nümayiş etdirdi. M.Qurbanlı deyib ki, bu çıxış Azərbaycanın həyata keçirdiyi hücumçu diplomatiya taktikasına söykənirdi və ölkəmizin mənəvi, psixoloji, ideoloji, diplomatik üstünlüyü ilə müşayiət olunurdu. Onun sözlərinə görə, ATƏT-in Minsk qrupunun fəaliyyətində müəyyən çatışmazlıqlar var və bu hər zaman Azərbaycan tərəfindən qeyd olunub. Buna baxmayaraq, Azərbaycan problemin həlli istiqamətində səylərini bundan sonra da davam etdirəcək.
Onu da vurğulamaq yerinə düşər ki, ölkəmizdən fərqli olaraq, Ermənistan sammitdə qeyri-konstruktivliyi ilə yadda qalıb. Əksər ekspertlərin də vurğuladıqları kimi işğalçı ölkənin prezidenti Serj Sarkisyanın çıxışı danışıqlar prosesinə növbəti dəfə dağıdıcı təsir göstərmək, Dağlıq Qarabağ münaqişəsinin həllinə yönələn cəhdləri heçə endirmək məqsədi daşıyıb. Sözügedən məsələyə münasibət bildirən Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun sözlərinə görə, böyük dövlətlər mövqelərini ortaya qoyaraq bildiriblər ki, problemin sülh yolu ilə həlli üçün ölkələr bir-birinə güzəştə getməlidirlər. Lakin Ermənistan münaqişənin həllində maraqlı olmadığını bir daha göstərdi: “Təəssüf ki, biz bunu görmədik, Ermənistan tərəfi mübahisə mövzusu olan məsələləri qabardaraq məsələnin həllindən yayındı”.
Ə.Həsənov onu da əlavə edib ki, münaqişənin sülh yolu ilə həlli Ermənistanın konstruktiv mövqe nümayiş etdirəcəyi təqdirdə mümkün olacaq. Əks təqdirdə, Azərbaycan öz torpaqlarını güc yolu ilə azad etmək məcburiyyətində qalacaq.
Azərbaycan Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov isə deyib ki, Astana bəyanatında əksini tapan məsələlər Ermənistanın münaqişənin həlli ilə bağlı qeyri-konstruktiv rol oynamasını məhdudlaşdıracaq. Şöbə müdiri onu da əlavə edib ki, dünya birliyinin ATƏT-in Astana Sammitindən gözləntiləri tam şəkildə özünü doğrultmayıb. Onun sözlərinə görə, Avropada təhlükəsizliyi təmin etməli və bununla bağlı ciddi tədbirlər görməli olan təşkilatın son iclasında yalnız uzun müzakirələrdən sonra çətinliklə qərar qəbul edilib.
Bütün bunlardan sonra bir daha qeyd etmək yerinə düşər ki, istənilən halda, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllini tapması məsələsində israrlıdır və bir qarış ərazisini belə Ermənistana güzəştə getməyəcək. Astana Sammiti isə ölkəmizin öz mövqeyində qəti olduğunu bir daha göstərdi. Bu isə o deməkdir ki, işğalçı Ermənistan və beynəlxalq ictimaiyyət münaqişənin tezliklə həllinin vacibliyini dərk etməlidir.
Hülya MƏMMƏDLİ
Xəbər lenti
Hamısına baxDünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04
Elanlar
24 Aprel 17:00
Elm
24 Aprel 16:27
Dünya
24 Aprel 16:22
Siyasət
24 Aprel 16:19
Sosial
24 Aprel 15:48
YAP xəbərləri
24 Aprel 15:45
Sosial
24 Aprel 15:27
Sosial
24 Aprel 15:09
YAP xəbərləri
24 Aprel 14:37
Siyasət
24 Aprel 14:16
İqtisadiyyat
24 Aprel 13:55
Sosial
24 Aprel 13:52
YAP xəbərləri
24 Aprel 13:42
İdman
24 Aprel 13:28
Sosial
24 Aprel 13:00
Siyasət
24 Aprel 12:54
Sosial
24 Aprel 12:35
Gündəm
24 Aprel 12:20
Siyasət
24 Aprel 12:20
İqtisadiyyat
24 Aprel 12:18
Gündəm
24 Aprel 12:17
Gündəm
24 Aprel 12:16
YAP xəbərləri
24 Aprel 12:06
Gündəm
24 Aprel 11:52
YAP xəbərləri
24 Aprel 11:51
Siyasət
24 Aprel 11:50
Siyasət
24 Aprel 11:42
Siyasət
24 Aprel 11:36
Gündəm
24 Aprel 11:14
Gündəm
24 Aprel 10:56
İqtisadiyyat
24 Aprel 10:34
Gündəm
24 Aprel 10:33
Hadisə
24 Aprel 10:31
Sosial
24 Aprel 10:27
Hadisə
24 Aprel 10:27
İqtisadiyyat
24 Aprel 10:17
Sosial
24 Aprel 10:05
Dünya
24 Aprel 10:04
İqtisadiyyat
24 Aprel 09:52
Ədəbiyyat
24 Aprel 09:30
Analitik
24 Aprel 09:15
Yeni texnologiyalar
24 Aprel 08:59
Müsahibə
24 Aprel 08:32
Gündəm
24 Aprel 08:17

