Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Hökumət hərəkətə keçdi

Hökumət hərəkətə keçdi

27.07.2022 [09:44]

Taxıl istehsalının artırılması məqsədilə

MÜBARİZ

Son vaxtlarda bütün dünya üzrə müşahidə edilən mənfi proseslər, ələlxüsusus da Rusiya-Ukrayna müharibəsi qlobal ərzaq bazarına özünün arzuolunmaz təsirlərini göstərməkdədir. Dünyada ərzaq məhsullarının böyük istehsalçısı olan dövlətlərin - Rusiya və Ukraynanın müharibə tərəflərinə çevrilmələrinin məntiqi nəticəsi olaraq bu ölkələrdən qlobal bazarlara ərzaq təklifləri kəskin şəkildə azalıb. Bu da qıtlığa və ərzaq məhsullarının qiymətlərinin kəskin şəkildə artmasına yol açıb. BMT-nin Baş katibi Antonio Quterreş həyəcan təbili çalaraq bildirib ki, müxtəlif qitələrdə milyonlarla insanın aclıq təhlükəsi ilə üzləşməsi tam realdır.

Azərbaycanın strateji hədəfi

Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin edilməsi, o cümlədən əsas ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi ölkədə həyata keçirilən sosial-iqtisadi siyasətin mühüm istiqamətlərindən birini təşkil edir. Prezident İlham Əliyev müxtəlif auditoriyalar qarşısında çıxışlarında dəfələrlə belə bir fikri diqqətə çatdırıb ki, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi ölkəmizin strateji hədəfləri sırasında yer alır.  Bu məqsədlə aqrar sahəyə dövlət dəstəyi mexanizmləri təkmilləşdirilir və beynəlxalq təcrübəyə əsaslanan yeni dəstək tədbirləri həyata keçirilir. Dövlət-özəl sektor tərəfdaşlığının nəticəsi olaraq son illərdə respublikanın müxtəlif bölgələrində çoxlu sayda iri fermer təsərrüfatları, aqroparklar yaradılıb. Belə təsərrüfatlarda müasir yanaşmaların, səmərəli suvarma sistemlərinin tətbiqinə geniş meydan verilir. Bütövlükdə, respublikamızda aqrar sektor innovativ metodlarla inkişaf etdirilir. Məhsuldarlığın artırılması əsas hədəf kimi müəyyənləşdirilib. Davamlı dövlət dəstəyi və innovativ yeniliklərin tətbiqinə “yaşıl işıq” yandırılması ölkə üzrə aqrar sektorda məhsuldarlığın artması ilə nəticələnib. Bunun da sayəsində Azərbaycanda daxili ərzaq tələbinin yerli istehsal hesabına qarşılanmasında, sözün əsl mənasında, dönüş yaranıb. Artıq respublikamızda bir sıra mühüm pozisiyalar üzrə özünütəminat səviyyəsinin 100 faizə çatması, hətta müəyyən həcmlərdə ixrac imkanlarının yaranması böyük uğurdur.

Məsuliyyətli dövlət olan Azərbaycan yeni geosiyasi reallıqlar və qlobal ərzaq bazarına yaranan təhdidlər fonunda özünün ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə diqqəti daha da artırıb. Ölkəmizdə ərzaq məhsullarının istehsalçıları müxtəlif təşviq tədbirləri ilə əhatə olunublar. Fermerlərə güzəştli kreditlərin verilməsi, onların torpaq vergisi istisna olmaqla, digər bütün növ vergilərdən azad edilmələri, səmərəli subsidiya mexanizminin tətbiq olunması, satış bazarlarına çıxış imkanlarının genişləndirilməsi ərzaq məhsulları istehsalçılarına dövlət dəstəyi mexanizmlərinin tam olmayan siyahısını təşkil edir.

Taxıl istehsalının artırılmasına diqqət

Azərbaycan xalqının mətbəxində çörək əvəzolunmaz ərzaq sayılır. Elə bu səbəbdən də respublikamızda hazırkı geosiyasi reallıqlar fonunda taxıl təminatına diqqət daha da artırılıb. Elə bu günlərdə Prezident İlham Əliyev “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” Fərman imzalayıb. Rəsmi statistikaya görə, Azərbaycanın illik buğda tələbatı 3,5 milyon tondur. Respublikamızda buğdaya olan tələbin 40 faizi idxal hesabına ödənilir. İdxalda ən böyük paya 80 faizlə Rusiya sahib idi. Qazaxıstan da buğda idxal etdiyimiz ölkələr siyahısında olsa da, Rusiya ilə müqayisədə kiçik çəkiyə malik idi. Bütövlükdə, respublikamızın illik buğda idxalı 1 milyon tondan çoxdur. Yuxarıda sadalanan xarici amillər fonunda respublikamıza taxıl idxalı azalsa da, ödəmələrdə artım müşahidə edilir ki, bu da yüksək qiymətlərlə bağlıdır. 2022-ci ilin yanvar-may ayları ərzində Azərbaycana 124 049,4 ABŞ dolları dəyərində 355 625,06 ton buğda idxal edilib. Təhlillər göstərir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkəyə idxal edilən buğdanın dəyəri 24,3% artıb, həcmi isə 9,3% azalıb. Qeyd edək ki, bu ilin ilk beş ayı ərzində buğda idxalı Azərbaycanın ümumi idxalının 2,42%-nə bərabər olub.

Azərbaycan taxıl pozisiyası üzrə daxili istehsalın artırılmasını hədəfləyib. Bu məqsədə çatmaq üçün həm taxıl əkini sahələrinin genişləndirilməsi, həm də intensiv metodların tətbiqi ilə məhsuldarlığın artırılması nəzərdə tutulur. Dövlət başçısının imzaladığı Fərmanla buğda yetişdirən fermerlərə istehsal etdikləri məhsulun həcminə görə subsidiyanın ödənilməsi nəzərdə tutulub. Belə ki, respublikamızda gələn ildən başlayaraq 5 il müddətində məhsul subsidiyası tətbiq olunacaq. Bu sənəd subsidiya mexanizminin daha da təkmilləşdirilməsinə xidmət etməklə yanaşı, daha çox məhsul yetişdirən fermerin dövlətdən daha çox pul almasına imkan yaradacaq. Sənədə əsasən, ilkin mərhələdə pilot layihə olaraq, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə bağlanmış müqaviləyə əsasən müasir suvarma sistemlərinin tətbiq edildiyi təsərrüfatlarda ərzaqlıq buğda istehsalı ilə bağlı öhdəlik götürmüş şəxslər tərəfindən istehsal olunan və Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyinə və un dəyirmanlarına təhvil verilən ərzaqlıq buğdaya subsidiya tətbiq ediləcək.

Dövlət başçısının imzaladığı Fərmanda nəzərdə tutulan qaydalar daxili istehsalı artırmaqla idxaldan asılılığın azaldılmasını hədəfləyir. Sənəddə nəzərdə tutulan yeni dəstək mexanizmlərinin həyata keçirilməsi üçün Nazirlər Kabinetinə mühüm tapşırıqlar verilib.

Fərmanın icrası təmin edilir

Sözügedən Fərmanın imzalanmasından cəmi bir neçə gün ötməsinə baxmayaraq, artıq Nazirlər Kabineti sənədin icrası istiqamətində hərəkətə keçib. Bu barədə “Yeni Azərbaycan”a Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda vurğulanır ki, qeyd olunan Fərmanın icrası çərçivəsində Nazirlər Kabineti tərəfindən qəbul edilmiş Sərəncama uyğun olaraq, Kənd Təsərrüfatı Nazirliyi iki ay müddətində Dövlət Ehtiyatları Agentliyi, İqtisadiyyat Nazirliyi, Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi və digər aidiyyəti dövlət orqanları ilə razılaşdırmaqla taxıl haqqında qanunvericiliyin təkmilləşdirilməsi, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Ədliyyə Nazirliyi və digər aidiyyəti dövlət orqanları ilə razılaşdırmaqla isə ərzaqlıq buğda istehsalçılarına müasir təsərrüfatların yaradılması və müasir suvarma sistemlərinin alınması üçün güzəştli şərtlərlə verilən kredit mexanizminin təkmilləşdirilməsi və dövlət zəmanətinin tətbiqi ilə bağlı təkliflər hazırlayaraq Nazirlər Kabinetinə təqdim edəcəkdir.

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən tədbirlərin icrası nəticələrinin təhlilinə dair hesabatın hər il yanvarın 20-dək Nazirlər Kabinetinə təqdim edilməsi nəzərdə tutulur.

Dövlət Ehtiyatları Agentliyi Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyi ilə razılaşdırmaqla ərzaqlıq buğdanın istehsal xərclərini (maya dəyərini) və istehsalçının mümkün qazancını nəzərə almaqla, ərzaqlıq buğdanın dövlət tədarük qiyməti ilə bağlı təkliflərini cari il üzrə iyulun 28-dək, növbəti illər üçün isə hər il iyunun 10-dək Nazirlər Kabinetinə təqdim edəcəkdir.

Paylaş:
Baxılıb: 130 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Prezident bu gün

Prezident bu gün

12 Avqust 10:29

İqtisadiyyat

MEDİA

Gender bərabərliyi

12 Avqust 10:21

Yeni texnologiyalar

Xəbər lenti

4 ildən sonra...

12 Avqust 10:16

Siyasət

Siyasət

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Dünya

Ədəbiyyat

Ədəbiyyat

Sosial

Siyasət

Xəbər lenti

Karantin qayıdacaq?

11 Avqust 10:19

İqtisadiyyat

Prezident bu gün

Prezident bu gün

11 Avqust 10:09

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31