Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / 31 iyul 1997-ci il...

31 iyul 1997-ci il...

30.07.2022 [09:39]

Milli Olimpiya Komitəsinin tarixində yeni mərhələ

Mübariz ABDULLAYEV

1997-ci il 31 iyul. Azərbaycan cəmiyyəti, xüsusilə də idmançılar bu tarixi həmişə minnətdarlıq hissi ilə xatırlayırlar. Həmin tarixdə MOK-un növbəti Baş Məclisi komitənin yeni idarə heyətini müəyyənləşdirdi və İlham Əliyev Milli Olimpiya Komitəsinin Prezidenti seçildi. Bu mühüm vəzifəyə İlham Əliyevin seçilməsinin isə məntiqi əsası var idi. O, müstəqil Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edən bir sima idi. İlham Əliyev indiyədək ona həvalə olunan müxtəlif vəzifələrdə özünü bacarıqlı təşkilatçı kimi təsdiqləmişdi. O, çoxşaxəli fəaliyyətində daim milli maraqları öndə tutur, ulu öndər Heydər Əliyevin ideyalarına dərin sadiqlik nümayiş etdirirdi. Bütün bunlar da respublikamızda İlham Əliyevə böyük nüfuz qazandırmışdı. MOK-un Baş Məclisində İlham Əliyevin qurumun Prezidenti seçilməsi də Azərbaycan cəmiyyətinin və idmançıların ona yüksək etimadını və inamını əks etdirirdi. Onun müxtəlif sahələrdə qazandığı uğurlar idman ictimaiyyətində belə bir yüksək inam formalaşdırmışdı ki, məhz İlham Əliyev Azərbaycan idmanını yeni uğurlara daşıyacaq. Belə yüksək inamın ifadəsi olaraq Milli Olimpiya Komitəsinin 2021-ci il 16 dekabr tarixində onlayn formatda keçirilən VIII hesabat-seçki Baş Məclisində Prezident İlham Əliyev yenidən MOK-un prezidenti seçilib.

Yüksək səviyyədə doğrulan ümidlər

İdman ictimaiyyətinin İlham Əliyevə bəslədikləri ümidlər yüksək səviyyədə doğruldu. Bu il Azərbaycanda Milli Olimpiya Komitəsinin yaranmasının 30-cu ildönümü tamam olur. Prezident İlham Əliyev Milli Olimpiya Komitəsinin 30 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Nazirlər Kabinetinə Milli Olimpiya Komitəsi ilə birlikdə Milli Olimpiya Komitəsinin 30 illiyinə dair tədbirlər planını hazırlayıb həyata keçirmək həvalə olunub.

MOK-un üç onilliyi əhatə edən fəaliyyətinə nəzər saldıqda keçilən yolu fərqli mərhələlərə bölə bilərik. Azərbaycanda idmanın inkişafının yeni mərhələsi məhz İlham Əliyevin MOK-un Prezidenti seçilməsindən sonra başlayıb. Müstəqilliyimizin ilk illərində ölkədə digər sahələr kimi, idman da, necə deyərlər, gözdən-könüldən uzaq düşmüşdü. Respublika miqyasında idmanın inkişafı, gənclərin bu sahəyə cəlb edilməsi üçün heç bir stimullaşdırıcı tədbir görülmürdü. Bütün ölkə boyu mövcud idman qurğuları əslində yararsız vəziyyətə düşmüşdü. Maddi-texniki baza mənəvi və fiziki baxımdan tamam köhnəlmişdi. Onların yenilənməsindən, yeni idman qurğularının inşasından isə söhbət belə gedə bilməzdi. Belə ögey münasibət öz növbəsində idmançılarda ruh düşkünlüyü yaradırdı.

İlham Əliyevin MOK-un Prezidenti seçilməsindən sonra qurumun fəaliyyətində yeni mərhələ başladı, ölkənin idman təsərrüfatında böyük canlanma yarandı. Azərbaycanda idman və çoxminli idmançılar ordusu MOK-un yeni Prezidenti İlham Əliyevin simasında öz böyük hamisini tapdı, desək, əsil həqiqəti ifadə etmiş olarıq. MOK-un yeni rəhbərinin milli təəssübkeşliyi, perspektivli idmançılara böyük qayğı ilə yanaşması, klubların, federasiyaların maddi-texniki bazasının möhkəmləndirilməsi bütövlükdə ölkənin idman həyatında yüksəliş dalğası yaratdı. Ölkədə idmana üz tutan gənclərin sayı sürətlə artmağa başladı.

Müasir və güclü idman infrastrukturunun yaradılması

Zəruri infrastruktur yaradılmadan böyük idmanda uğurlar qazanmaq da mümkün deyil. İlham Əliyevin MOK-un Prezidenti seçiləndən sonra böyük diqqət göstərdiyi sahələrdən biri də bütün ölkə boyu müasir idman infrastrukturu yaradılması oldu. İlham Əliyevin paytaxt Bakının qəsəbələrində və regionlarda İdman-Olimpiya Komplekslərinin tikilməsi ilə bağlı irəli sürdüyü təşəbbüs böyük sosial mahiyyət daşıyır. Məmnunluq hissi ilə vuğulamaq istərdik ki, hazırda bu proses respublikanın bütün bölgələrini əhatə edib. Eyni zamanda, MOK-un yeni rəhbərinin səyləri ilə mövcud idman arenalarının yenidən qurulmasına, idman obyektlərinin maddi-texniki bazasının möhkəmləndirilməsinə start verildi.

Hazırda ölkəmiz idman infrastrukturu təminatı baxımından dünyanın inkişaf etmiş ölkələrindən geri qalmır.  Ölkəmizin böyük uğurla ev sahibliyi etdiyi birinci Avropa Oyunlarına hazırlıq çərçivəsində həyata keçirilən layihələr respublikamızın idman infrastrukturunu əhəmiyyətli dərəcədə zənginləşdirib. Birinci Avropa Oyunlarına hazırlıq məqsədilə 5 müasir idman qurğusu - Milli Gimnastika Arenası, BMX Veloparkı, Bakı Su İdmanı Mərkəzi, Bakı Atıcılıq Mərkəzi və möhtəşəm Olimpiya Stadionu inşa edilib. Bundan başqa, atletlər kəndi barədə də ən xoş sözləri söyləmək mümkündür.

Azərbaycanı fərqləndirən cəhət ondan ibarətdir ki, respublikamızda idman infrastrukturunun yaradılmasında ən yüksək standartlar tətbiq edilir. İndiyədək istifadəyə verilən idman obyektlərində beynəlxalq səviyyəli yarışları keçirmək üçün bütün imkanlar var.

Yaradılan güclü idman infrastrukturunun sosial əhəmiyyəti də kifayət qədər genişdir. Ölkədə idman-olimpiya komplekslərinin və qurğularının tikintisi və onların ətrafında yaradılan infrastruktur çoxsaylı sosial problemlərin həllinə kömək edir. Paytaxtda və bölgələrdə ən yüksək dünya standartları səviyyəsində inşa edilən idman obyektləri bir tərəfdən gənclərin asudə vaxt keçirmələri, mənəvi cəhətdən kamilləşmələri, fiziki sağlamlıq göstəricilərini yüksəltmələri üçün əvəzolunmaz məkandır. Sayı getdikcə artan bu obyektlərdə keçirilən mötəbər yarışlarda Azərbaycanın himnini səsləndirən, üçrəngli bayrağını qaldıran idmançılar pleyadası yetişir. Digər tərəfdən, idman-olimpiya komplekslərinin və qurğularının tikintisi, onların ətrafında yaradılan infrastruktur artıq böyük təsərrüfat təşkil edir. Bu təsərrüfatda çoxlu sayda yeni iş yerləri açılıb. Soydaşlarımız bu iş yerlərində çalışaraq yüksək əməkhaqqı alırlar və ailələrinin dolanışığını təmin edirlər.

Mötəbər beynəlxalq yarışlara ev sahibliyi

Yaradılan müasir infrastruktur, ölkədəki möhkəm daxili sabitlik, dövlətin güclü siyasi iradəsi və xalqın xoş məramı beynəlxalq idman ictimaiyyətində Azərbaycana böyük inam yaradıb. Bunun nəticəsidir ki, son illərdə respublikamızda Avropa və Dünya çempionatlarının keçirilməsi adi hala çevrilib. 2015-ci ilin yayında Azərbaycan Avropa Oyunlarının keçirilməsində çox yüksək standartlar müəyyənləşdirdi. Respublikamız bütün dünyada məşhur olan və böyük tamaşaçı auditoriyasına malik “Formula-1” yarışlarına uğurla ev sahibliyi edir. 2017-ci ilin birinci yarısında ölkəmizdə İslam Həmrəyliyi Oyunları keçirildi. Oyunlara rekord sayda - 54 ölkəni təmsil edən 3 mindən çox idmançı qatılıb. Müqayisə üçün bildirək ki, İslam Həmrəyliyi Oyunlarına bu qədər ölkənin və idmançının qatılması heç vaxt müşahidə olunmayıb.

Son illərdə respublikamız, həmçinin beynəlxalq şahmat olimpiadasına, qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsinə, gimnastika üzrə beynəlxalq turnirlərə, 41-ci dünya Skaut konfransı və 13-cü dünya Skaut gənclər forumuna ev sahibliyi edib. Ümumiyyətlə, respublikamızda keçirilən və keçiriləcək mötəbər beynəlxalq yarışların siyahısı kifayət qədər uzundur.

Əlamətdar haldır ki, yaradılan müasir infrastruktur müxtəlif idman yarışlarının keçirilməsi coğrafiyasını paytaxtdan bölgələrə doğru genişləndirib. Hazırda Azərbaycanın bölgələrində də yüksək səviyyəli idman yarışlarını keçirmək üçün hər cür şərait var. Bunu biz Birinci Avropa Oyunları ərəfəsində bir daha gördük. Bəhs olunan Oyunlar zamanı avarçəkmə yarışları Mingəçevirdə keçirildi. Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan “Tour d’Azerbaidjan” beynəlxalq velosiped turnirinin marşrutu ölkənin bir sıra regionlarından keçir. Belə misalların sayı kifayət qədər çoxdur.

Ölkənin idman həyatında böyük yüksəliş dalğası

MOK-un yeni rəhbərinin diqqəti və qayğısı tezliklə idmançılarımızın mötəbər beynəlxalq yarışlarda bir-birinin ardınca parlaq qələbələr qazanmaları ilə nəticələndi.  İdmançılarımızın olimpiadalarda, beynəlxalq səviyyəli mötəbər yarışlarda qazandıqları uğurlar sayəsində   Azərbaycan dünyada idman ölkəsi kimi tanınmağa başladı.

2015-ci ilin yayında Bakıda keçirilən birinci Avropa Oyunları bütövlükdə Azərbaycan idmanının təntənəsinə çevrildi, desək, əsl həqiqəti ifadə etmiş olarıq. Dünyanın 50 ölkəsindən təxminən 6 min idmançının qatıldığı birinci Avropa Oyunlarında Azərbaycan idmançıları 21 qızıl, 15 gümüş və 20 bürünc medal qazanmağa müvəffəq oldular. Yarışlarda respublikamız Almaniya, Fransa, Böyük Britaniya, İtaliya, Ukrayna, Türkiyə kimi  yüksək idman nailiyyətləri olan ölkələri geridə qoyaraq Rusiyadan sonra qitə ikincisi oldu.

İdmançılarımızın olimpiadalarda çıxışları da getdikcə daha uğurlu olur. İndiyədək müstəqil Azərbaycanın idmançıları olimpiadalarda 50-dən çox medal qazanmağa nail olublar. İdmançılarımız ən yaxşı nəticələri isə Rio-2016 Olimpiadasında  qazanıblar. Belə ki, Braziliyanın paytaxtında keçirilən Olimpiadada  56 atletlə təmsil olunan Azərbaycan komandası 18 (1 qızıl, 7 gümüş və 10 bürünc) medal qazanıb və bu göstərici ilə Olimpiadanı 39-cu sırada başa vurub.

Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarında da uğurlar seriyasını davam etdirib. İdmançılarımız İslamiadada  qazandıqları qələbələrlə Azərbaycanın güclü idman dövləti olduğunu bir daha təsdiqləyiblər. Xatırladaq ki, Oyunlarda idmançılarımız 75 qızıl, 50 gümüş, 37 bürünc medal qazanaraq komanda hesabında birinci oldular. Bu, böyük tarixi qələbədir.

İdmançılarımız uğurlar seriyasını 2022-ci ildə də davam etdirirlər. Bu il əvvəlcə gənc güləşçilərimiz U-23 Avropa çempionatında komanda hesabında qalib oldular. Bunun ardınca Azərbaycan milli komandası Macarıstanda keçirilən Güləş üzrə Avropa çempionatında tarix yazaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxmağa nail oldu. Güləş üzrə Avropa çempionatında iştirak edən Azərbaycan millisinin üzvlərini qəbul edən Prezident İlham Əliyev əldə olunan uğuru yüksək dəyərləndirərək vurğulayıb: “16 medal qazanmış idmançılar bir daha Azərbaycanın idman şöhrətini yüksəklərə qaldırmışlar. Bu medalların birini qadın idmançımız qazandı, qalanlarını isə sərbəst güləş və yunan-Roma güləşi üzrə komandalarımız. Beləliklə, həm sərbəst güləş, həm yunan-Roma güləşi üzrə komandalarımız Avropada birinci oldular. Bu, böyük qələbədir, böyük nailiyyətdir. Avropada birinci olmaq, istənilən idman növündə birinci olmaq böyük uğur hesab edilə bilər. Əlbəttə ki, bir daha Azərbaycan güləşçilərimiz bizim güləşimizi təbliğ etmişlər, çünki güləş bizim ənənəvi idman növümüzdür. Güləşin çox böyük ənənələri vardır və bu ənənələr yaşayır”.

Bütün bu sadalanan faktlar göz önündə Azərbaycanın müasir mənzərəsini canlandırır.  Deyilənlərdən də göründüyü kimi, həm dövlət, həm də Milli Olimpiya Komitəsi səviyyəsində göstərilən hərtərəfli qayğı və diqqət sayəsində respublikamız qısa müddətdə yüksək səviyyəli idman ölkəsinə çevrilib ki, burada MOK-un və qurumun Prezidenti İlham Əliyevin müstəsna rolu vardır.

Paylaş:
Baxılıb: 122 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Dünya

Xəbər lenti

Xarici siyasət

İqtisadiyyat

İqtisadiyyat

İqtisadiyyat

Prezident bu gün

Prezident bu gün

18 Avqust 10:30

Siyasət

Bu da sübut!

18 Avqust 10:29

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Gündəm

Xəbər lenti

Xəbər lenti

Sosial

Xəbər lenti

Sümük köçü

17 Avqust 10:47

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31