KTMT missiyası “davası” davam edir...
09.02.2023 [10:19]
Ermənistan Rusiyanın təkidlərinə inanmır
Rəsmi İrəvanın BMT sülhməramlısı arzuları da çin olmadı
Rusiya ilə Ermənistan arasındakı siyasi gərginliklər yeni mərhələyə qədəm qoyub. Belə ki, hələ ötən ildən KTMT çərçivəsindəki “anlaşılmazlıqlarla” başlayan bu “davanın” kökündə təşkilatın rəsmi İrəvana “yardım etməsi”, daha doğrusu, etməməsi məsələsi dayanır. Ötən ilin sentyabrında erməni təxribatlarının qarşısının Azərbaycan Ordusu tərəfindən alınmasının ardından Ermənistan davamlı olaraq KTMT-dən əraziyə hərbi qüvvə, olmayan “sərhədi” qorumaq üçün kontingent göndərməyi, missiya yollamağı tələb edirdi. Amma bunların heç biri baş vermədi. KTMT-də təmsil olunan ölkələr regiona hər hansı bir hərbi müdaxilənin əleyhinə oldular. Ermənistan isə onların bu mövqeyini Azərbaycanla dostluqları ilə əlaqələndirdi.
İndiki halda isə, Ermənistan Rusiyaya “acıq vermək” üçün özünün “Qərb yolu” seçdiyini addımbaşı biruzə verir. Avropa İttifaqının monitorinq missiyasının Ermənistana göndərilməsi məsələsi buna misaldır. Təbii ki, rəsmi İrəvan Rusiyanın məsələdən qıcıqlandığını görür. Bununla belə...
Məsələnin mahiyyətinə gəldikdə, Rusiya Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşması prosesindəki rolu Qərbə vermək istəmir. Bu baxımdan, onlar Ermənistan üzərindəki nüfuzlarını geri qaytarmağa çalışırlar. Rusiya anlayır ki, Azərbaycan qalib ölkədir və onun mövqeyi bəllidir. İndiki halda Moskvanın regiona nüfuz etməsinin yeganə yolu Ermənistandır. Bu baxımdan da, Rusiya KTMT-nin müşahidə missiyasının Ermənistana göndərilməsində israrlıdır.
KTMT ölkələri Azərbaycanı müdafiə edir...
Bir neçə gün öncə Rusiyanın xarici işlər naziri Sergey Lavrov telejurnalist Dmitri Kiselyova müsahibəsində bildirib ki, Rusiya münaqişənin diplomatiya yolu ilə həlli üçün çoxsaylı variantlar təklif edib. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) missiyasının Ermənistanla Azərbaycan sərhədində yerləşdirilməsi təklifi aktual olaraq qalır, İrəvan maraqlı olarsa, o, yerləşdirilə bilər. “Bu çətin vəziyyətdə KTMT-nin Ermənistan və Azərbaycan sərhədində sülhməramlı missiyasının yerləşdirilməsi planını hazırlaması çox mühüm nailiyyət idi. Bu təklif hələ də müzakirə olunur. Əgər bizim erməni müttəfiqlərimiz, dostlarımız hələ də onunla maraqlanırsa, bu missiya cəmi bir-iki günə yerləşdirilə bilər”, - deyə Lavrov bildirib.
O vurğulayıb ki, erməni tərəfi bunda tələsməsə də, plan çoxdan hazırlanıb. “Nəticədə, artıq İrəvanda keçirilən sammitdə biz müvafiq qərarın mətnini tamamladıq. Lakin erməni həmkarlar bu qərarın onlara Azərbaycanın hərəkətlərinin qəti şəkildə orada qınanacağı təqdirdə lazım olacağını bildirdilər. Ümumiyyətlə, heç də hamı buna hazır deyildi”, - deyən Lavrov qeyd edib ki, bu, xüsusən də Qarabağ münaqişəsinin tarixinin onilliklərə getməsi ilə bağlıdır.
Bu məqamda arayış verək ki, ötən il İrəvanda keçirilən iclasda Ermənistanın baş nazirinin KTMT-yə qarşı irəli sürdüyü narazılıqlar heç bir ölkə tərəfindən ciddi qəbul edilməmişdi. Tam əksinə, sədrliyi Ermənistandan təhvil alan Belarusun prezidenti Aleksandr Lukaşenko bildirmişdi ki, ölkəsinin KTMT sədrliyi dövründə prioritetlərindən biri Azərbaycan və Ermənistan arasında münaqişənin həlli olacaq. Belarus Prezidenti məsələnin həllində Azərbaycan rəhbərliyinin istəklərinin əsas olduğunu bir daha qəti şəkildə bildirmişdi. Beləliklə də, Ermənistanın qurumda anti-Azərbaycan ab-havası yaratmaq istəyi fiaskoya uğramışdı. Çünki Ermənistan KTMT üzvü olsa belə, üzv ölkələrin seçimi bəllidir. KTMT-də Azərbaycanın dostları Ermənistandan daha çoxdur.
Simonyan təkzib edir - Üzr istəyirəm...
Ermənistan isə Rusiyaya qarşı mövqeyini dəyişmək istəmir. Ölkə parlamentinin spikeri Alen Simonyan KTMT missiyasının Ermənistan sərhədinə göndərilməsinin mümkünlüyünə şübhə etdiyini bildirib. “Üzr istəyirəm, amma bu ehtimalın mövcudluğuna əmin deyiləm. Çünki həmin müsahibədə təşkilatda öz maraqları olan müxtəlif ölkələrin təmsil olunduğu da qeyd olunub. Və həmin ölkələrdən birinin bu məsələyə veto qoymayacağına əmin deyiləm”, - deyə Simonyan vurğulayıb. Spikerin sözlərindən aydın olur ki, Ermənistan KTMT-də Azərbaycanın sözünün daha çox eşidildiyini dərk edir - məhz bu səbəbdən də Ermənistanın KTMT qarşısında qaldırdığı əsassız iddiaların heç biri həyata keçməmişdi. Xatırladaq ki, rəsmi İrəvan KTMT-dən guya Azərbaycanın Ermənistana “təcavüzü” ilə bağlı sənəd qəbulunu tələb etmişdi - tələb yerinə yetirilməişdi. Ötən ilin noyabrın 23-də keçirilən iclasda isə Ermənistan iki sənədə - son bəyannaməyə və Ermənistana yardım göstərilməsinə dair bəyanata imza atmamışdı. Baş nazir Nikol Paşinyan bəyan etmişdi ki, təşkilatın Azərbaycan “təcavüzünə” siyasi qiymət verməkdən imtina etməsi səbəbindən sənədləri imzalamayacaq.
BMT sülhməramlıları ideyası real deyil...
Eyni zamanda, son vaxtlara qədər 10 noyabr razılaşması ilə regiona yerləşdirilən Rusiya sülhməramlılarının işindən razılıq edən Ermənistan artıq BMT sülhməramlılarını “arzulayır”. Bu məsələ də Rusiya ilə İrəvan arasında açıq qalan məsələlərdən sayılır. Bununla bağlı Rusiya Xarici İşlər Nazirliyinin Beynəlxalq Təşkilatlar Departamentinin direktoru Petr İliçev bildirib ki, BMT sülhməramlılarının Qarabağa göndərilməsi ideyası real deyil. Regionda sülhün və təhlükəsizliyin bərpası vəzifəsini Rusiya sülhməramlı kontingenti effektiv şəkildə həll edir. O bildirib ki, bölgədə sabitliyin yeganə təminatçısı Rusiya sülhməramlı kontingentidir: “Kontingentə BMT mandatı verməyə ehtiyac yoxdur, çünki Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il tarixli bəyanatında sülhməramlıların fəaliyyəti aydın şəkildə müəyyən edilib. Yəni, tərəflər arasında konsensus var”.
XİN rəsmisi bildirib ki, Rusiya sülhməramlı kontingenti Qarabağda sülh və təhlükəsizliyin təminatı ilə bağlı bütün vəzifələrinin öhdəsindən layiqli şəkildə gəlir.
Göründüyü kimi, Ermənistan bütün vasitələrdən istifadə etməyə çalışsa da, “oxu” daşa dəyir. Ermənistanın bütün yolları qapanıb:
- Regionda BMT-nin hər hansı bir missiyasının fəaliyyəti və ya iştirakı yalnız Azərbaycanın razılığı və icazəsi ilə mümkündür;
- Rusiya sülhməramlılarına isə indiki halda BMT sülhməramlısı statusunun verilməsi ağlasığmazdır.
Ukrayna ilə Rusiya arasındakı hərbi münaqişənin fonunda Qərbin Kreml qüvvələrinə “sülhməramlı statusu” verərək onu təmsil etməsinə razı olması məntiqli sayıla bilməz. Bütövlükdə, Qərb dünyası Rusiyaya qarşı 10-a yaxın iqtisadi sanksiya tətbiq edib. Rusiya demək olar ki, real şəkildə dünyadan təcrid edilmə vəziyyətini yaşayır. Bir sıra siyasi analitiklər Rusiyanın NATO ilə qarşıdurmasına bir addımın qaldığı fikrindədirlər. Avropanın ən aparıcı təsisatları, BMT-nin insan hüquq və azadlıqlarının müdafiəsi ilə məşğul olan qurumları Rusiyanı terroru himayə edən dövlət kimi tanıyır. Avropanın aparıcı dövlətləri Rusiyanı terror ölkəsi kimi tanımaqla bağlı qətnamələr qəbul edib. Belə olan halda, Rusiyanın regiondakı müvəqqəti silahlı kontingentinə “BMT sülhməramlısı” statusu “arzulamaq” nə dərəcədə normaldır?
Nəticə etibarı ilə Ermənistanın atacağı ən real addım sülh müqaviləsinin imzalanmasının tezləşdirilməsini təmin etməkdir. Əks halda Azərbaycan qəti tədbir görmək hüququnu özündə saxlayır. Bu, beynəlxalq hüquqda da özünü tövsif edir. Ermənistan və ya onun qondarma qurumu unutmamalıdır ki, Azərbaycan dövləti 44 gün ərzində onların illərlə “ümid bağladığı” ordunu darmadağın etdi. “Dəmir yumruq” öz sözünü dedi və Ermənistan kapitulyasiyaya uğradı. Növbəti belə zərbə isə artıq nəinki qondarma qurumu sıradan çıxara, hətta Ermənistan üçün böyük faciələrə yol aça bilər.
P.İsmayılov
Xəbər lenti
Hamısına bax 
                    Hadisə
25 Oktyabr 23:21
 
                    Sosial
25 Oktyabr 22:36
 
                    Dünya
25 Oktyabr 21:38
 
                    Maraqlı
25 Oktyabr 20:25
 
                    YAP xəbərləri
25 Oktyabr 19:48
 
                    Elm
25 Oktyabr 18:20
 
                    YAP xəbərləri
25 Oktyabr 17:52
 
                    Maraqlı
25 Oktyabr 17:15
 
                    YAP xəbərləri
25 Oktyabr 16:43
 
                    Dünya
25 Oktyabr 16:22
 
                    İqtisadiyyat
25 Oktyabr 15:49
 
                    Dünya
25 Oktyabr 15:36
 
                    Dünya
25 Oktyabr 14:55
 
                    Dünya
25 Oktyabr 14:21
 
                    YAP xəbərləri
25 Oktyabr 13:45
 
                    Dünya
25 Oktyabr 13:19
 
                    Gündəm
25 Oktyabr 13:02
 
                    Siyasət
25 Oktyabr 12:56
 
                    YAP xəbərləri
25 Oktyabr 12:35
 
                    Siyasət
25 Oktyabr 12:19
 
                    Siyasət
25 Oktyabr 11:45
 
                    YAP xəbərləri
25 Oktyabr 11:36
 
                    Gündəm
25 Oktyabr 11:30
 
                    Siyasət
25 Oktyabr 11:26
 
                    Siyasət
25 Oktyabr 11:22
 
                    Gündəm
25 Oktyabr 11:07
 
                    Siyasət
25 Oktyabr 10:51
 
                    İqtisadiyyat
25 Oktyabr 10:27
 
                    Ədəbiyyat
25 Oktyabr 09:54
 
                    Dünya
25 Oktyabr 09:36
.jpg&width=120) 
                    Analitik
25 Oktyabr 09:12
 
                    MEDİA
25 Oktyabr 08:49
 
                    Dünya
25 Oktyabr 08:29
 
                    Ədəbiyyat
25 Oktyabr 08:25
 
                    Dünya
25 Oktyabr 08:08
 
                    Siyasət
25 Oktyabr 08:02
 
                    Gündəm
25 Oktyabr 00:30
 
                    YAP xəbərləri
24 Oktyabr 23:47
 
                    YAP xəbərləri
24 Oktyabr 23:14
 
                    İqtisadiyyat
24 Oktyabr 22:53
 
                    YAP xəbərləri
24 Oktyabr 22:35
 
                    YAP xəbərləri
24 Oktyabr 22:33
 
                    Hadisə
24 Oktyabr 22:28
 
                    YAP xəbərləri
24 Oktyabr 22:18
 
                    YAP xəbərləri
24 Oktyabr 22:09
 
                    Dünya
24 Oktyabr 21:45
 
                    YAP xəbərləri
24 Oktyabr 21:31
 
                    Maraqlı
24 Oktyabr 21:10
 
                    Siyasət
24 Oktyabr 20:59
 
                    Sosial
24 Oktyabr 20:50
 
                    YAP xəbərləri
24 Oktyabr 20:26
 
                    Dünya
24 Oktyabr 20:17
 
                    Siyasət
24 Oktyabr 20:13
 
                    YAP xəbərləri
24 Oktyabr 20:06
 
                    Dünya
24 Oktyabr 19:51
 
                    YAP xəbərləri
24 Oktyabr 19:15
 
                    İdman
24 Oktyabr 19:06
 
                    YAP xəbərləri
24 Oktyabr 18:50
 
                    YAP xəbərləri
24 Oktyabr 18:46
 
                    Gündəm
24 Oktyabr 17:30
 
                    YAP xəbərləri
24 Oktyabr 17:25
 
                    Dünya
24 Oktyabr 16:53
 
                    Siyasət
24 Oktyabr 16:52
 
                    YAP xəbərləri
24 Oktyabr 16:51
 
                    YAP xəbərləri
24 Oktyabr 16:50
 
                    YAP xəbərləri
24 Oktyabr 16:49
 
                    YAP xəbərləri
24 Oktyabr 16:46
 
                    YAP xəbərləri
24 Oktyabr 16:19
 
                    Dünya
24 Oktyabr 16:14
 
                    YAP xəbərləri
24 Oktyabr 16:05
 
                             
                    
 
                        