Fransanın neokolonist siyasəti ifşa edildi...
04.03.2023 [10:33]
Qoşulmama Hərəkatının sədri Azərbaycandan çağırış - Paris hökuməti üzr istəməlidir
Yaşadığımız XXI əsr demokratiya, sülh və əməkdaşlıq, humanizm prinsiplərinə söykənən zaman kəsiyidir. Təəssüfləndirici haldır ki, hələ də bəzi dövlətlər özlərinin sərsəm iddiaları, neokolonist həvəsləri, müstəmləkəçilik arzuları ilə yaşamaqda davam edir. Bu kimi dövlətlər arxada qalan XIX və hətta XX əsrin ilk yarısında olduğu kimi müstəmləkə qurmaq, insanları bir digər ölkəyə tabeçiliyə zorlamaq kimi niyyətlərindən əl çəkmirlər. Hətta illər öncə törədilsə belə, həmin dövlətlərin həyata keçirdikləri soyqırımıları yaddan çıxmır, unudulmur. Belə ölkələrdən biri və bəlkə də yeganə ölkə məhz Fransadır.
Əslində, Fransanın anti-Azərbaycan siyasətinin bir səbəbi də bundan qaynaqlanır - Qoşulmama Hərəkatına uğurla rəhbərlik edən Azərbaycan daima dünyada artan neokolonizm meyillərinə qarşı çıxışlar edir, bəzi ölkələrin əsarətində qalmış müstəmləkələrin öz azadlıqlarına qovuşması uğrunda səyləri birləşdirir. Bakıda keçirilən Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, təəssüf ki, bu gün biz neokolonializm meylinin artdığını müşahidə edirik: “Tarixi müstəmləkəsizləşdirmə prosesi nəticəsində yaranmış Qoşulmama Hərəkatı bəşəriyyətin bu rüsvayçı səhifəsinin tamamilə aradan qaldırılması istiqamətində səylərini birləşdirməlidir”.
Fransa müstəmləkəçiliyi ən sistemli şəkildə tətbiq edən ölkədir
Qeyd edildiyi kimi, neokolonist arzularından əl çəkməyən Fransa tarixdən dərs götürmək istəmir. Beynəlxalq ekspertlərin də şərhlərinə görə, Fransa müstəmləkəçiliyi ən sistemli şəkildə tətbiq edən ölkədir. Ümumiyyətlə, Fransız müstəmləkə imperiyası
XIX-XX əsrlərdə daha çox təşəkkül tapdı və Fransız müstəmləkə imperiyasının ərazisi 1900-1939-cu illərdə 13 milyon 500 min kvadrat kilometrə çatmışdı. Bu ölçü həm də dünyanın ümumi ərazisinin 10 faizinə uyğun gəlirdi. 1958-ci ildə Afrika müstəmləkələrinə müstəqillik verərək geri çəkilən Fransa özündən asılı gördüyü bəzi ölkələrə hələ də mədəni, iqtisadi və siyasi baxımdan nəzarət edir. Hətta bu nəzarəti tədricən artırmağa çalışan Fransa özündən on minlərlə uzaqda olan torpaqları - məsələn, yeni Kaledinyanı əldən vermək istəmir. Bu haqda az sonra...
Soyqırımılar, zorakılıq, insan (qul) ticarəti...
Fransanın öz müstəmləkələrində hansı addımlarla yadda qaldığı hər kəsə bəllidir. 1524-cü ildən başlanan Fransa müstəmləkəçiliyinin acı nəticələri hələ də yaddan çıxmayıb:
- Afrikanın 35 faizi 300 il Fransanın nəzarətində qalıb;
- Seneqal, Fil Dişi Sahili və Benin kimi ölkələr o illərdə Fransanın qul ticarəti mərkəzləri kimi istifadə edilib və bölgədəki bütün resurslar istismar edilib;
- Əsrlərlə davam edən müstəmləkəçilik dövründə milyonlarla afrikalı həyatını itirdi;
- Bəşər tarixinin ən böyük soyqırımılarından biri sayılan və 800 min insanın həlak olduğu 1994-cü il Ruanda soyqırımında Fransanın rolu olduğu üzə çıxdı - 2008-ci ildə Ruanda hökuməti Fransanı soyqırımına hazırlıqdan xəbərdar olub hutu dəstələrinə kömək edib onlara təlim keçməkdə günahlandırdı;
- 1945-ci il mayın 8-i Fransanın Əlcəzairdə soyqırımının başladığı tarixdir. Bu soyqırımında 5 milyondan çox müsəlman əlcəzairli həyatını itirdi.
Beləliklə, bu gün özünü “demokratik” elan edən Fransanın çox uzaqda olmayan keçmişində belə neokolonist siyasət yürütməsi ortaya çıxır ki, bu da yolverilməzdir.
Neokolonist siyasət davam edir
Ən təəssüfləndirici hal isə, bu siyasətin hələ də davam etdirilməsidir. Məsələn, Korsikanın azadlıq mübarizəsi Fransa üçün artıq uzun illərdir ki, “baş ağrısına” çevrilib. Eyni zamanda, sərhədlərindən çox uzaqda yerləşən ərazilərə belə iddialarını davam etdirən rəsmi Paris müasir dövrdə müstəmləkə siyasəti yürütməsi ilə seçilir. Qoşulmama Hərəkatı isə Azərbaycanın rəhbərliyi ilə Fransanın bu çirkin siyasətinə qarşı güclü müqavimət nümayiş etdirir. Bakıda keçirilən Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, Qoşulmama Hərəkatı Qəmər Adaları İttifaqının Fransanın müstəmləkə hakimiyyəti altında qalmaqda davam edən Mayot adası üzərində şəksiz suverenliyini həmişə güclü dəstəkləmişdir: “Qoşulmama Hərəkatının təməl sənədlərində əks olunduğu kimi, biz Fransa hökumətini Yeni Kaledoniya xalqının və Fransanın dənizaşırı icma və ərazilərindəki digər xalqların hüquqlarına hörmət etməyə çağırırıq”.
Rəsmi Paris BMT Baş Məclisinin qərarını saymır - Mayot adası Qəmər Adaları İttifaqınındır
Qeyd edək ki, Mayot adası hazırda departament formasında Fransanın nəzarətində olan adadır. Mayot adası və onun ətraf bölgələrinə Qəmər Adaları İttifaqının haqlı iddiaları əsaslıdır - ada əhalisinin sayı 188 422 nəfərdir və etnik tərkib baxımından ada əhalisinin böyük əksəriyyəti qəmərlilərdir. Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi isə Qəmər Adaları İttifaqının Mayot adası üzərində suverenliyini tanıyıb. Fransa isə beynəlxalq hüquqa hörmət göstərməyərək özünün müstəmləkəçilik siyasətindən əl çəkmir - Mayot Adası əsl sahiblərinə təhvil verilmir. Bu isə özünü Avropa demokratiyasının ən əsas dayaqlarından sayan Fransanın əsl xislətini ortaya çıxarmış olur.
Fransanın 17 min kilometr uzaqlıqdakı “koloniyası” - Yeni Kaledoniya
Yeni Kaledoniya da Fransanın Sakit okeanda yerləşən xüsusi inzibati-ərazi qurumu sayılır. Sakit okeanın cənub-qərb hissəsində, Melaneziyada eyni adlı böyük bir ada və bir qrup kiçik ada ilə təmsil olunan Yeni Kaledoniya cənub-qərbdə Avstraliyanın iqtisadi zonası, şimalda Vanuatu və cənub-şərqdə Fici ilə həmsərhəddir, paytaxtı Noumea şəhəridir. Qeyd edək ki, 1774-cü ildə ingilis səyyahı Ceyms Kuk tərəfindən kəşf edilən adaya Şotlandiyanın qədim adının şərəfinə “Yeni Kaledoniya” adı verilib. Sonradan bu ad bütün arxipelaqa tətbiq edilib. Adanın tarixinə gəldikdə isə, avropalıların Yeni Kaledoniyaya aktiv köçü 1840-cı illərdən başlayıb. Bunlar səndəl ağacı tacirləri, habelə ingilis və fransız missionerləri idi. Fransa 1853-cü ildə Yeni Kaledoniya adalarına sahib olduğunu iddia edir və 1864-cü ildən 1896-cı ilə qədər Fransa hökuməti ən ağır cinayətlərə görə məhkum edilmiş cinayətkarları bu koloniyaya göndərir. XIX əsrin sonundan etibarən isə mineral ehtiyatların - nikel, kobalt, xrom, dəmir, manqan, qızıl, qurğuşun və s. hasilatına başlanılır. 1946-cı ildə Yeni Kaledoniya Fransanın xaricdəki ərazisi “statusu” qazanır. 1980-ci və 1990-cı illərin əvvəllərində adaya müstəqilliyin verilməsi şüarı altında aborigen əhali (melaneziyalılar) tərəfindən təşkil edilmiş üsyanlar başlayır. 1987-ci ilin sentyabrın 13-də Yeni Kaledoniyanın müstəqilliyi ilə bağlı ilk referendum keçirilir. İlk referendum Fransanın təqibləri və hədələri ilə baş tutmur - seçicilərin cəmi 59 faizi səsvermədə iştirak edir. Seçkiyə gələnlər isə güclü təzyiq altında ayrılmaya tərəfdar olmadığını bildirir - cəmisi 1,7 faiz müstəqilliyə səs verir.
Fransızsayağı demokratiya - pandemiya dövründə referendum...
1998-ci ildə imzalanan Noumea Sazişinə görə isə 20 ildən sonra ərazinin sakinləri iki il fərqlə müstəqillik məsələsi ilə bağlı üç referendum keçirmək hüququ əldə edir. Sazişdə nəzərdə tutulan referendumlardan birincisi 2018-ci il noyabrın 4-də keçirilib. Bu səsvermə “dövlət səlahiyyətlərinin Yeni Kaledoniyaya verilməsi, tam məsuliyyət daşıyan beynəlxalq status və vətəndaşlığın təşkili” ilə bağlı idi. İkinci müstəqillik referendumu isə 4 oktyabr 2020-ci ildə keçirilib. Üçüncü referenduma gəldikdə isə... Qoşulmama Hərəkatının Bakı sammitində çıxış edən Yeni Kaledoniyanın Xarici məsələlər üzrə daimi müvəkkili Mikael Forrest deyib ki, onlar pandemiya dövründə də Fransanın kolonial siyasəti ilə üzləşiblər: “2021-ci ilin dekabrında yerli hökumətimiz şəhərlərdə və kəndlərdə pandemiya ilə mübarizə apardığı bir zamanda, Fransanın təzyiqi ilə ölkəmizdə referendum keçirildi. Halbuki bu, pandemiya dövründə doğru deyildi. Biz əmin olmalıyıq ki, dialoq vasitəsilə gələcəkdə Yeni Kalendoniya tam suverenliyini təmin etməyə nail olacaq, ölkəmiz suveren olacaq”.
Beləliklə, Fransanın naqis siması növbəti dəfə üzə çıxır - bütün dünya qlobal pandemiya dövründə insanların sağlamlığını düşünürkən, onlar siyasi oyunbazlıqla məşğul imişlər. Beləliklə, rəsmi Parisin bundan sonra hansı məsuliyyətlə “beynəlxalq hüquq” haqqında danışacağı böyük suallar doğurur...
Fransa üzr istəməlidir...
XXI əsrdə belə özünün “müstəmləkəçilik, təcavüzkarlıq” siyasətindən əl çəkməyən Fransanın addımları müasir beynəlxalq münasibətlər sisteminə ziddir - bu, zorakılıq və təcavüzü özündə əks etdirir. Eyni zamanda, müstəmləkə saxlamaq kimi çirkin arzular Fransanın qeyri-demokratik xislətindən xəbər verir. Etdiyi bütün cinayətlərə görə Fransa üzr istəməlidir. Bu tələb Bakıda keçirilən Qoşulmama Hərəkatının Zirvə Sammitində səsləndi. Prezident İlham Əliyevin bildirdiyi kimi, Fransanın Avropadan kənarda idarə etdiyi ərazilər fransız müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır: “Biz, həmçinin Fransanı Afrika, Cənub-Şərqi Asiya və digər ərazilərdə Qoşulmama Hərəkatının üzvü olan ölkələrə qarşı müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə, eləcə də soyqırımı aktlarına görə üzr istəməyə və məsuliyyətini etiraf etməyə çağırırıq”.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına bax 
                    YAP xəbərləri
28 Oktyabr 13:21
 
                    YAP xəbərləri
28 Oktyabr 12:39
 
                    Gündəm
28 Oktyabr 12:14
 
                    Sosial
28 Oktyabr 12:03
 
                    İqtisadiyyat
28 Oktyabr 11:57
 
                    İqtisadiyyat
28 Oktyabr 11:56
 
                    Hadisə
28 Oktyabr 11:55
 
                    Gündəm
28 Oktyabr 11:52
 
                    Siyasət
28 Oktyabr 11:37
 
                    Gündəm
28 Oktyabr 11:23
 
                    Gündəm
28 Oktyabr 11:22
 
                    Gündəm
28 Oktyabr 11:21
 
                    Gündəm
28 Oktyabr 11:19
 
                    Siyasət
28 Oktyabr 11:13
 
                    Analitik
28 Oktyabr 10:56
 
                    Siyasət
28 Oktyabr 10:46
 
                    MEDİA
28 Oktyabr 10:34
 
                    Analitik
28 Oktyabr 10:17
 
                    Dünya
28 Oktyabr 10:14
 
                    Siyasət
28 Oktyabr 10:13
 
                    Analitik
28 Oktyabr 09:49
 
                    Analitik
28 Oktyabr 09:34
 
                    Analitik
28 Oktyabr 09:15
 
                    Mədəniyyət
28 Oktyabr 08:51
 
                    Ədəbiyyat
28 Oktyabr 08:25
 
                    İdman
27 Oktyabr 23:19
 
                    Siyasət
27 Oktyabr 22:56
 
                    YAP xəbərləri
27 Oktyabr 22:43
 
                    Dünya
27 Oktyabr 22:16
 
                    Dünya
27 Oktyabr 21:58
 
                    YAP xəbərləri
27 Oktyabr 21:30
 
                    Dünya
27 Oktyabr 21:10
 
                    İdman
27 Oktyabr 20:49
 
                    YAP xəbərləri
27 Oktyabr 20:36
 
                    Sosial
27 Oktyabr 20:15
 
                    Hadisə
27 Oktyabr 19:54
 
                    Dünya
27 Oktyabr 19:32
 
                    YAP xəbərləri
27 Oktyabr 19:18
 
                    YAP xəbərləri
27 Oktyabr 18:46
 
                    YAP xəbərləri
27 Oktyabr 17:34
 
                    Sosial
27 Oktyabr 17:13
 
                    Siyasət
27 Oktyabr 16:46
 
                    Gündəm
27 Oktyabr 16:34
 
                    Gündəm
27 Oktyabr 16:28
 
                    Sosial
27 Oktyabr 16:27
 
                    Gündəm
27 Oktyabr 16:24
 
                    Gündəm
27 Oktyabr 16:23
 
                    Maraqlı
27 Oktyabr 16:20
 
                    YAP xəbərləri
27 Oktyabr 16:01
 
                    Dünya
27 Oktyabr 15:42
 
                    YAP xəbərləri
27 Oktyabr 15:30
 
                    Dünya
27 Oktyabr 15:29
 
                    YAP xəbərləri
27 Oktyabr 15:00
 
                    YAP xəbərləri
27 Oktyabr 14:47
 
                    YAP xəbərləri
27 Oktyabr 14:42
 
                    Elanlar
27 Oktyabr 14:41
 
                    YAP xəbərləri
27 Oktyabr 14:40
 
                    YAP xəbərləri
27 Oktyabr 14:40
 
                    YAP xəbərləri
27 Oktyabr 14:38
 
                    YAP xəbərləri
27 Oktyabr 14:37
 
                    Dünya
27 Oktyabr 14:30
 
                    Sosial
27 Oktyabr 14:19
 
                    Sosial
27 Oktyabr 14:16
 
                    YAP xəbərləri
27 Oktyabr 14:08
 
                    Dünya
27 Oktyabr 13:24
 
                    YAP xəbərləri
27 Oktyabr 13:05
 
                    Dünya
27 Oktyabr 12:53
 
                    Dünya
27 Oktyabr 12:29
 
                    YAP xəbərləri
27 Oktyabr 12:11
 
                    YAP xəbərləri
27 Oktyabr 12:10
 
                             
                    
 
                        