Sülhə atılan güllə
20.06.2023 [10:10]
Müharibənin məğlub tərəfi olan Ermənistan üçtərəfli Bəyanatla üzərinə götürdüyü öhdəliklərdən yayınmaq, bütövlükdə, sülh prosesinə əngəllər yaratmaq üçün müxtəlif manipulyasiya cəhdləri edir. İki ölkə arasındakı şərti sərhədlər boyunca, həmçinin Rusiya sülhməramlı kontingentinin müvəqqəti xidmət apardığı Azərbaycan ərazilərində Ermənistan silahlı birləşmələri tərəfindən təxribatlara əl atılması bunun əyani ifadəsidir. Belə təxribatlardan birini Ermənistan ordusu iyunun 15-də “Laçın” dövlət sərhəd-buraxılış məntəqəsində törədib. Qarşı tərəfdən atılan snayper atəşi nəticəsində Azərbaycan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu, gizir Elşən Rüstəmov bədən xəsarəti alıb. Hazırda müvafiq müalicə prosesi keçən gizir Elşən Rüstəmovun vəziyyəti stabildir və həyatı üçün təhlükə yoxdur.
Azərbaycanın suveren hüququ, Ermənistanın əsassız dəhliz iddiaları
Ermənistan üçtərəfli Bəyanatdakı digər şərtlər kimi, Laçın dəhlizi ilə bağlı öhdəliyini də yerinə yetirmək istəmir və manipulyasiyalara əl atırdı. Belə ki, öz ərazisinə düşən 7 kilometrlik yolun inşasını süni şəkildə ləngidir, təxribatlarla prosesi uzatmağa çalışdı. Ötən ilin avqust-sentyabr aylarında baş verənlər İrəvanın oyun oynadığını, Bakının isə qətiyyətli addımlarla bu oyunu pozduğunu tarixə yazdı. Azərbaycan yeni yolu nəzərdə tutulan 3 ilə yox, bir il yarıma inşa etdi və sülhməramlıların yeni marşruta köçməsi tələbini irəli sürdü.
Yeni yolun istifadəyə verilməsindən sonra Laçının döyüşsüz geri qaytarılması çox doğru olaraq Qarabağda suverenliyimizin təmin edilməsi məsələsində əsas mərhələlərdən biri kimi dəyərləndirilir. Bundan sonra Qarabağda hərbi və strateji üstünlük böyük ölçüdə Azərbaycanın xeyrinə dəyişdi, xüsusilə yolda vizual nəzarətin güclənməsi ermənilərin qeyri-qanuni fəaliyyətlərinin də ifşasına şərait yaratdı. Təsdiq olundu ki, ermənilər Laçın yolundan Qarabağa silah-sursat, canlı qüvvə daşıyır, Azərbaycan daxilində qanunsuz “ordu” formalaşdırırlar. O cümlədən, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərimizdəki mədənlərin qanunsuz istismarı nəticəsində təbii sərvətlərimiz Ermənistana bu yolla daşınırdı. Təbii ki, məğlub Ermənistanın bu qəbildən olan davranışları Azərbaycan cəmiyyətində etirazlar yaradırdı. Azərbaycanlı ekoloqlar və vətəndaş cəmiyyətinin təmsilçiləri ötən il dekabrın 12-də Laçın-Xankəndi yolunda dinc etiraz aksiyasına başladılar. Bundan sonra ermənilər Qarabağa Ermənistandan silah-sursat daşınmasını torpaq yollarla reallaşdırmağa cəhdlər göstərdilər. Kosmosdan çəkilən görüntülər onların bu çirkin əməllərini də ifşa etdi. Beləliklə, dəhliz manipulyasiyalarını dayandırmayan separatçıların və Ermənistandakı revanşistlərin suverenliyimizə xələl gətirən əməllərinin qarşısı qətiyyətlə alınmalı idi və bunu Azərbaycan etdi. Beynəlxalq hüquq normalarına istinad edən respublikamız cari il aprelin 23-də Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-keçid məntəqəsi qurdu. Ermənilər sərhəd-keçid məntəqəsinin qurulmasını beynəlxalq ictimaiyyətə əyri güzgüdən təqdim etməyə çalışırlar. İddia olunur ki, guya Azərbaycan Qarabağ iqtisadi rayonunda yaşayan erməni əsilli vətəndaşları blokadada saxlayır. Belə iddiaların heç bir əsası yoxdur. İki ölkə arasındakı sərhəddə nəzarət-buraxılış məntəqəsinin qurulması Azərbaycanın suveren hüququdur.
Sülh prosesini pozmaq cəhdi
“Laçın” sərhəd-buraxılış məntəqəsində baş vermiş insident Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı məqsədyönlü təxribatıdır və çox doğru olaraq sülhə atılan güllə kimi dəyərləndirilir. Baş verən təxribatla bağlı bəzi məqamlara diqqət çəkək.
- Birincisi, “Laçın” sərhəd-buraxılış məntəqəsində hərbi qulluqçumuza snayper atəşi açılması və digər ərazilərdə tez-tez təxribatlar törədilməsi bilavasitə Ermənistan hakimiyyətinin sülh prosesində qeyri-ardıcıl mövqe tutmasının nəticəsidir. Qalib Azərbaycan postmüharibə mərhələsində heç bir ilkin şərtlər irəli sürmədən sülh sazişinin imzalanmasına, iki ölkə arasında sərhədlərin demarkasiya və delimitasiya olunmasına böyük səy göstərir. Respublikamız qarşı tərəfə beş bənddən ibarət sülh paketi təqdim edib. Bəhs olunan sənəd beynəlxalq hüquq normaları və prinsipləri əsas götürülməklə hazırlanıb. Ermənistan isə adekvat yanaşma sərgiləmir. Baş nazir Nikol Paşinyan vasitəçilərin iştirakı ilə keçirilən tədbirlərdə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etsə də, praktiki müstəvidə sülhə nail olunması və proseslərin irəliləməsi üçün addım atmağa tələsmir. Ermənistanın indiyədək üçtərəfli Bəyanatla üzərinə götürdüyü öhdəliklərdən yayınması bunun təsdiqidir.
- İkinci məqam Ermənistandakı revanşistlərin fəallaşması faktorudur. Belə qüvvələr həm iqtidarda, həm də müxalifət daxilində mövcuddurlar. Bir tərəfdən, revanşistlər 44 günlük müharibənin nəticələrini sinirə bilmirlər və hansısa utopik xülyalarla yaşayırlar. Digər tərəfdən, Ermənistandakı ayrı-ayrı qüvvələr baş nazir Nikol Paşinyanın son açıqlamalarını ona qarşı silah kimi istifadə etməyə çalışırlar. Belə qüvvələrin, həmçinin orduda da “lövbər” saldıqları istisna deyil. Revanşistlər təxribatlara əl atmaqla həm də Ermənistan hakimiyyətinə bir növ əzələ nümayiş etdirirlər.
- Üçüncü məqam təxribatlarda kənar qüvvələrin əlinin olması ehtimalı ilə bağlıdır. Son vaxtlarda Azərbaycanla Ermənistan arasında gedən danışıqlar, sülh prosesinin intensivləşməsi üçüncü qüvvələri ciddi narahat edir. Sərhəd-keçid məntəqəsində törədilən təxribatın məhz sülh prosesinə zərbə vurmaq məqsədilə üçüncü qüvvələr tərəfindən törədildiyinə yüksək əminlik var. Nəzərə almaq lazımdır ki, hazırda cərəyan edən proseslər Qarabağda yaşayan ermənilərin cəmiyyətimizə inteqrasiyası üçün yaxşı zəmin yaradıb və qarşıdan gələn dövrdə bu istiqamətdə irəliləyiş olması qaçılmazdır. Vəziyyətin bu istiqamətdə inkişafı üçüncü qüvvələrin maraqları ilə üst-üstə düşmür. Ermənistanın müxtəlif strukturlarında, o cümlədən hərbi sahədə mövqeləri güclü olan bu qrup hər vəchlə sülhün bərqərar edilməsinə, ermənilərin inteqrasiyasına, bölgədə sabitliyin və təhlükəsizliyin təmin olunmasına zərbə vurmağa çalışırlar.
Erməni əsilli Azərbaycan vətəndaşları...
Öz növbəsində Azərbaycan Ordusu baş vermiş təxribata qəti cavabını verib. Belə ki, 15 iyun 2023-cü il tarixdə “Laçın” sərhəd-buraxılış məntəqəsi istiqamətində Dövlət Sərhəd Xidmətinin şəxsi heyətinə atəş açaraq hərbi qulluqçumuzu yaralamış Ermənistan ordusunun iki snayperi cavab tədbirləri nəticəsində zərərsizləşdirilib.
Eyni zamanda, Azərbaycanın müvafiq orqanları məsələ ilə bağlı cinayət işi qaldırıblar və “Laçın” nəzarət-buraxılış məntəqəsindən bəzi zəruri hallar istisna olmaqla keçid dayandırılıb.
Cəmiyyətimizin tələbi belədir ki, Ermənistan təxribata görə bütün məsuliyyəti öz üzərinə götürməyənə qədər sərhəd-buraxılış məntəqəsinin fəaliyyətində dəyişiklik edilməməlidir. Ermənistan hakimiyyəti Laçın dəhlizi ilə bağlı əsassız iddialarına son qoymalı və baş vermiş təxribatın əmrini verən şəxslərin tapılıb üzə çıxarılmasını təmin etməlidir. Bu və digər təxribatlara görə bütün məsuliyyət məğlub ölkənin hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
Digər tərəfdən, Ermənistan rəhbərliyi Azərbaycanın “Laçın” sərhəd-keçid məntəqəsi yaratması səbəbindən Rusiya sülhməramlı kontingentinin müvəqqəti xidmət göstərdiyi ərazilərdə guya humanitar böhran yaşandığı barədə iddialar səsləndirir. Belə iddiaların heç bir əsası yoxdur. Etnik azlığın təmsilçiləri Azərbaycan qanunlarını və vətəndaşlığını qəbul edəcəkləri təqdirdə onların Ermənistana gediş-gəlişlərinə də böyük dərəcədə lüzum qalmayacaq. Erməni əsilli Azərbaycan vətəndaşları özlərinin gələcək həyatlarını Azərbaycanla inteqrasiya edərək quracaqlar. Doğru və ədalətli olan yol məhz budur!
MÜBARİZ
Xəbər lenti
Hamısına baxDünya
03 Fevral 20:13
Dünya
03 Fevral 19:51
Dünya
03 Fevral 19:39
Dünya
03 Fevral 19:25
Dünya
03 Fevral 18:20
YAP xəbərləri
03 Fevral 17:40
YAP xəbərləri
03 Fevral 17:36
Xəbər lenti
03 Fevral 17:28
YAP xəbərləri
03 Fevral 17:28
Siyasət
03 Fevral 17:25
Siyasət
03 Fevral 16:01
Gündəm
03 Fevral 15:56
Xəbər lenti
03 Fevral 15:54
Elanlar
03 Fevral 15:20
Sosial
03 Fevral 14:52
Dünya
03 Fevral 14:52
Dünya
03 Fevral 14:50
Dünya
03 Fevral 14:19
Sosial
03 Fevral 13:46
Sosial
03 Fevral 13:25
Sosial
03 Fevral 12:44
Xəbər lenti
03 Fevral 12:44
Sosial
03 Fevral 12:13
Sosial
03 Fevral 12:12
Sosial
03 Fevral 12:11
İqtisadiyyat
03 Fevral 12:10
İqtisadiyyat
03 Fevral 12:09
Analitik
03 Fevral 11:45
Siyasət
03 Fevral 11:34
Siyasət
03 Fevral 11:19
Gündəm
03 Fevral 10:57
Siyasət
03 Fevral 10:33
Gündəm
03 Fevral 10:29
İqtisadiyyat
03 Fevral 10:18
Analitik
03 Fevral 09:54
Hadisə
03 Fevral 09:36
Analitik
03 Fevral 09:31
İqtisadiyyat
03 Fevral 09:15
Analitik
03 Fevral 08:50
Mədəniyyət
03 Fevral 08:27
Gündəm
03 Fevral 08:10
Dünya
02 Fevral 23:36
YAP xəbərləri
02 Fevral 23:12
İqtisadiyyat
02 Fevral 22:51
Dünya
02 Fevral 22:37
YAP xəbərləri
02 Fevral 22:19
Dünya
02 Fevral 21:53
YAP xəbərləri
02 Fevral 21:23
İqtisadiyyat
02 Fevral 21:08
Sosial
02 Fevral 20:50
YAP xəbərləri
02 Fevral 20:35
Sosial
02 Fevral 20:19
Gündəm
02 Fevral 20:15
Dünya
02 Fevral 20:12
Dünya
02 Fevral 19:49
Xəbər lenti
02 Fevral 19:32
YAP xəbərləri
02 Fevral 19:16
YAP xəbərləri
02 Fevral 18:28
YAP xəbərləri
02 Fevral 16:55
Gündəm
02 Fevral 16:39
Elanlar
02 Fevral 16:25
Dünya
02 Fevral 16:21
Dünya
02 Fevral 15:21
İdman
02 Fevral 15:07
Sosial
02 Fevral 14:54
Sosial
02 Fevral 14:51
Hadisə
02 Fevral 14:51
YAP xəbərləri
02 Fevral 14:26
Dünya
02 Fevral 14:17
YAP xəbərləri
02 Fevral 14:08

