Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Dövlətin ali məqsədlərindən biri...

Dövlətin ali məqsədlərindən biri...

23.06.2023 [10:00]

Vətəndaş mənafeyinə xidmət edən sosial siyasət  

Əhalinin rifah halının yaxşılaşdırılması, inklüziv cəmiyyət quruculuğu və bu əsasda vətəndaş məmnunluğunun artırılması hər bir dövlətin funksiyaları sırasında xüsusi yer tutur. Dünya təcrübəsinə nəzər salsaq, görərik ki, inkişaf etmiş ölkələr daha çox həyat səviyyəsinin yüksək olması ilə fərqlənirlər.  Bu baxımdan respublikamızın nümunəsi də diqqət çəkir.  Azərbaycan sosial dövlətdir. Ölkəmizdə sosial sfera dövlətin əsas prioritetlərindən biri kimi müəyyənləşdirilib və ədalətli resurs bölgüsü təmin edilir. Prezident İlham Əliyev müxtəlif auditoriyalardakı çıxışlarında respublikamızın strateji məqsədlərinə diqqət çəkərək bildirib ki, Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində vətəndaşların maraqları dayanır. Ölkəmizin dərinməzmunlu sosial siyasəti bir sıra fərqli çalarlara malikdir və ilk növbədə ardıcıl olması, əhatə dairəsini daim genişlənməsi ilə səciyyələnir.

Sosial sferanın maliyyə təminatının gücləndirilməsi hazırda dünyada yaşanan kataklizmlər fonunda ayrı-ayrı ölkələrdə sosial xərclərdə ixtisarlar aparıldığının, layihələrin təxirə salındığının şahidi oluruq. Respublikamızda isə belə hallar baş vermir. Uğurlu siyasət sayəsində milli iqtisadiyyatımız genişlənir, maliyyə imkanlarımız artır. Buna adekvat olaraq isə sosial sferanın maliyyə təminatı gücləndirilir. Prezident İlham Əliyev müvafiq qurumlara büdcəyə cəlb olunan bütün əlavə vəsaitlərin hamısının sosial sahəyə yönəldilməsi ilə bağlı tapşırıqlar verib. Son illərdə millli iqtisadiyyatımızla bağlı aparılan islahattların daha da gücləndirilməsinin nəticəsi olaraq Dövlət Gömrük Komitəsinin, Dövlət Vergi Xitmətinin xətti ilə büdcəyə böyük həcmlərdə əlavə vəsaitlər cəlb olunub və həmin vəsaitlər də bütünlüklə sosial məqsədlərə yönəldilib.

Bütövlükdə, Azərbaycanın dövlət büdcəsinin sosialyönümlülüyü hər il təmin edilir. Biz büdcədə sosial məqsədlər üçün ayrılan vəsaitlərin ildən-ilə artırıldığının şahidi oluruq. Bu baxımdan 2022-ci ilin dövlət büdcəsi də istisna təşkil etməyib. Bir müddət öncə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə olunan “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrasına dair illik hesabat”ında da qeyd edilir ki, məcmu olaraq sosialyönümlü xərclər 2022-ci il dövlət büdcəsi xərclərinin 36,1 faizini və ya 11576,9 milyon manatını təşkil edib ki, bu da 2021-ci illə müqayisədə 1280,3 milyon manat və ya 12,4 faiz çoxdur. Müqayisə aparmaq üçün son 5 ilin mənzərəsinə diqqət çəkək. 2018-ci ilə nisbətən ötən il sosialyönümlü xərclərin büdcə xərclərində xüsusi çəkisi 4,4 faiz bəndi artıb, məbləğ olaraq isə 4 380,4 milyon manat və yaxud 1,6 dəfə artım olub. 2022-ci ildə sosialyönümlü xərclərə aid olan əməyin ödənişi xərclərinə 7 465,7 milyon manat (2021-ci illə müqayisədə 970,7 milyon manat və yaxud 14,9 faiz çox), sosial ödənişlər üzrə xərclərə 3 550,7 milyon manat (2021-ci illə müqayisədə 309,6 milyon manat və yaxud 9,6 faiz çox), ərzaq məhsullarının alınması və təminatı üzrə xərclərə 466,5 milyon manat (2021-ci illə müqayisədə 69,6 milyon manat və yaxud 17,5 faiz çox), dərman, sarğı ləvazimatlarının və materiallarının alınması xərclərinə 94,1 milyon manat vəsait yönəldilib.

Dövlət büdcəsində sosial sferanın prioritetliyi 2023-cü ildə də təmin edilir.  Belə ki, cari ilin dövlət büdcəsində sosialyönümlü xərclərə 15 milyard 219 milyon manat vəsaitin yönəldilməsi nəzərdə tutulub. Bu, 2022-ci illə müqayisədə 1 milyard 289 milyon manat və yaxud 9,3 faiz çoxdur. 2023-cü ildə əhalinin sosial müdafiəsi və sosial təminat xərcləri isə 4 milyard 416 milyon manat məbləğində proqnozlaşdırılır.

Əhatə dairəsi genişlənən sosial islahatlar

Son 5 ildə respublikamızın mənzərəsi əhatə dairəsi getdikcə genişlənən sosial məzmulu islahatlarla səciyyələnib. Bu günlərdə ölkəmizdə ilk dəfə baş tutan İnsan Resursları Zirvəsində respublikamızda Prezident İlham Əliyevin imzaladığı çoxsaylı sənədlər əsasında reallaşdırılan sosial islahatlara xüsusi diqqət çəkilib. İnsan resursları sahəsi üzrə mütəxəssislərin bir araya gəldiyi və “Gələcəyə qayıdış” devizi ilə keçirilən tədbirdə insan kapitalına əsaslanan gələcəyə hazırlıqlı cəmiyyətin formalaşmasına zəmin yaratmaqla bağlı aktual müzakirələr aparılıb. Tədbirdə çıxış edən natiqlər Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq ölkəmizdə aparılan sosial islahatlar, sosial ödənişlərdəki ciddi artımlar barədə ətraflı məlumat veriblər. Bildirilib ki, son 5 ildə respublikamızda 4 milyon vətəndaşı əhatə edən 4 sosial islahat paketi icra olunub. Bu dövrdə minimum əməkhaqqında 2,7 dəfə artım olduğu, cəmi 4 il ərzində median əməkhaqqının 2,1 dəfə artdığı qeyd edilib. Həmçinin orta aylıq əməkhaqqında 70 faiz, əməkhaqqı fondunda 2,5 dəfə artım olduğu, digər ödənişlərdəki ciddi artımlar, qeyd olunan sosial islahatlar üçün illik 7 milyard manata yaxın vəsait ayrıldığı diqqətə çatdırılıb. Əmək, məşğulluq, sosial müdafiə üzrə 153 xidmətdən 140-nın və ya 91 faizinin tam elektronlaşdırıldığı, DOST mərkəzləri tərəfindən 1,6 milyon vətəndaşa xidmət göstərildiyi və bu xidmətlərdən vətəndaş məmnunluğunun 98 faiz üzərində olduğu vurğulanıb.

O cümlədən respublikamızda sosial islahatların davamlılığı 2023-cü ildə də təmin edilir. İlin əvvəlindən bəri Prezident İlham Əliyev ölkə vətəndaşların sosial rifahının daha da yaxşılıaşdırılması, eləcə də əməkhaqlarının, pensiyaların və müavinətlərın artırılmasını özündə ehtiva edən çoxsaylı sənədlər imzalayıb. Bu ilin yanvar-aprel aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən 436 min nəfərə sosial müavinət, 370 min nəfərə Prezidentin aylıq təqaüdü ödənilib. Qeyd olunan dövrdə əhaliyə sosial müavinətlər üzrə ötən ilin müvafiq dövrünə nisbətən 23 faiz çox olmaqla 326 milyon manat, Prezident təqaüdləri üzrə 21 faiz çox olmaqla 213 milyon manat ödənilib. Bütövlükdə, cari ilin 4 ayında 46 min, sosial ödənişlərin elektron təyinatına başlandığı 2019-cu ildən isə 475 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.

Həssas qruplardan olan vətəndaşlara qayğı

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva öz fəaliyyətlərində daim vətəndaşların yanında olmaq nümunəsi sərgiləyirlər. Artıq bir ənənə formalaşıb: Ən kritik məqamlarda insanlar onların köməyinə dövlət başçısının və birinci xanımın çatacağını gözləyirlər və bu gözləntilər hər zaman doğrulur. O cümlədən dövlətin sosial siyasətində həssas qrupladan olan insanlara, şəhid ailələrinə və qazilərə hərtərəfli qayğı göstərilməsi istiqaməti xüsusi yer tutur. Prezident, Müzəffər Ali Baş Komandan İlham

Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm tarixi Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə dövlət başçısının tapşırığına əsasən şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları ilə bağlı genişmiqyaslı sosial dəstək paketi icra olunur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən icra olunan bu paket  çərçivəsində ötən dövrdə:

-Şəhidlərin ailə üzvlərindən və müharibə veteranlarından ibarət 103 min şəxsə 115 min aylıq sosial ödəniş təyin olunub, 3 565 şəxsə sığorta ödənişi edilib;

-1997-ci il avqustun 2-dək hərbi xidmətdə aldığı xəsarətlə bağlı əlilliyi olan 17 164 şəxs üzrə birdəfəlik ödəmə verilib;

-Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olanlara yönələn sosial ödənişlərin hər il  artırılması təmin edilib, müharibə veteranlarına aylıq təqaüd təyin edilib;

-Müharibə ilə əlaqədar əlilliyi olan 1920 şəxs 36 868 reabilitasiya vasitəsi, bu kateqoriyadan olan 414 şəxs 431 ədəd yüksək texnologiyalı müasir protezlə təmin olunub;

-Şəhid ailələrinin üzvlərindən və müharibə iştirakçılarından ibarət 17,7 min şəxsin məşğulluğu təmin edilib, o cümlədən 9,9 min şəxs özünüməşğulluq proqramına cəlb olunub;

-Vahid əlaqələndirmə mərkəzlərində şəhid ailələri üzvlərindən və müharibə iştirakçılarından ibarət 83,7 min şəxsə xidmətlər göstərilib və  s.

Postmüharibə dövründə qeyd olunan sosial dəstək paketi ümumilikdə 124 min şəxsi əhatə edərək, onlara dəstək yönümlü 285 min xidmət göstərilib.

Mənzil təminatı proqramı

Azərbaycanın şəhid ailələrinə və qazilərə qayğı siyasətinin mühüm bir istiqamətini onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması təşkil edir. Respublikamız dünya üzrə müharibədə həlak olan hərbçilərin ailələrini və qaziləri dövlət vəsaiti ilə tikilən mənzillərlə təmin edən azsaylı ölkələr sırasında yer alır. Respublikamızda şəhid ailələrinin və müharibə əlillərinin mənzillərlə təmin olunması proqramı uğurla həyata keçirilir. Xatırladaq ki, Prezident İlham Əliyev 25 yanvar 2021-ci il tarixində “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncam imzalayıb. Bu sənəd 2020-ci ildə Ordumuzun həyata keçirdiyi hərbi əməliyyatlar zamanı şəhidlik zirvəsinə yüksələn qəhrəmanlarımızın ailələrinin və bu müharibə ilə əlaqədar əlilliyi müəyyən edilən şəxslərin də mənzil və ya fərdi evlərlə təminatını nəzərdə tutur.

Müvafiq proqrama uyğun olaraq ölkəmizdə 2025-ci ilədək 11 min şəhid ailəsinin və qazinin mənzillərlə təmin edilməsi nəzərdə tutulub. Ölkəmizdə şəhid ailələrinin, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminat proqramı 5 dəfə genişlənib, onlara 4760 mənzil və fərdi ev, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 324 avtomobil təqdim edilib. Ümumilikdə, ötən dövrdə bu kateqoriyalardan olanlara 13 560 mənzil və fərdi ev, müharibə ilə əlaqədar əlilliyi olanlara 7500-dən çox avtomobil verilib.

420 şəxsə müasir protez...

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin yüksək texnologiyalı xüsusi idman protezləri ilə də təmin olunması planlaşdırılır. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən “Yeni Azərbaycan”a daxil olan məlumatda bildirilib.

Bununla əlaqədar Danimarkanın “Levitate” şirkətinin Türkiyə və Azərbaycan üzrə təmsilçisi olan “Bionic Center Prosthetics Orthotics” tərəfindən bir qrup müharibə ilə əlaqədar əlilliyi olan şəxsin iştirakı ilə xüsusi idman protezlərinin sınağı keçirilib. Sınaq işləri müsbət nəticələnib və müharibə veteranları bu protezlərin idmanla məşğul olmaq üçün etibarlı və rahat, uyğun olduğunu bildiriblər.

Bundan əvvəlki mərhələdə 2020-ci ilin dekabr ayından bəri nazirlik tərəfindən müharibə ilə əlaqədar əlilliyi olan 420 şəxs 438 ədəd yüksək texnologiyalı müasir protezlə təmin edilib. Elektron diz oynaqları ilə təhciz olunan yüksək texnologiyalı protezlər aktivlik və funksionallığı ilə seçilir.

Xüsusi idman protezləri isə yüksək texnologiyalı protezlərə quraşdırılmaqla, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin qaçış və digər bir çox idman oyunlarında daha sərbəst və aktiv şəkildə, rahat hərəkətlər etməsinə şərait yaradacaq. Gələn ildən aktiv həyat sürən amputantların mərhələli şəkildə  idman protezləri ilə təminatı işlərinə başlanması nəzərdə tutulur.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 864 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31