Qardaş Türkiyədən mühüm mesaj...
16.08.2023 [10:30]
Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və humanitar səyləri dəstəklənməli, vəziyyəti gərginləşdirən hərəkətlərə yol verilməməlidir
Mübariz FEYİZLİ
Qardaş Türkiyə keçmiş Dağlıq Qarabağ münaqişəsinin həllində və postmüharibə mərhələsində başlayan sülhyaratma prosesində Azərbaycanın beynəlxalq hüquqa və ədalət prinsipinə əsaslanan haqlı mövqeyinə davamlı dəstək verir. Dost ölkə o mövqedən çıxış edir ki, regionda uzunmüddətli qalıcı sabitliyin və təhlükəsizliyin təmin olunması üçün Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasının və iki ölkə arasında sərhədlərin müəyyənləşdirilməsinin alternativi yoxdur. Məğlub Ermənistan qalib Azərbaycanın sülh təşəbbüslərini qəbul etməli, özünün əsassız iddialarına, o cümlədən də revanşizm cəhdlərinə nəhayət, son qoymalıdır. Qardaş Türkiyə bütün məsələlərdə Azərbaycanın yanında yer aldığı kimi, ölkəmizin Laçın yolu ilə bağlı narahatlığını da bölüşür. Bu günlərdə Türkiyə Xarici İşlər Nazirliyi Laçın yolu ilə bağlı ayrıca bəyanat qəbul edib. “Türkiyə Laçın yolu ilə bağlı uzun müddətdir davam edən müzakirələri yaxından izləyir və Azərbaycanın bu məsələ ilə bağlı haqlı narahatlığını anlayır”, - deyə sənəddə qeyd olunub.
Azərbaycan suveren hüquqları çərçivəsində məqsədyönlü addımlar atır
Məlumdur ki, məğlub Ermənistan Laçın-Xankəndi yolunu manipulyasiya predmetinə çevirib. Postmüharibə mərhələsində respublikamız erməni əhalinin Laçın-Xankəndi yolu vasitəsi ilə sərbəst gedib-gəlməsinə bütün şəraiti, təhlükəsizlik mühitini təmin etmişdi. Lakin Ermənistan bundan sui-istifadə edərək bəhs olunan marşrutdan respublikamızın ərazisinə silah-sursat, minalar daşınmasını həyata keçirdi. Bu marşrutla tez-tez xarici ölkələrdən Xankəndinə Azərbaycanın razılığı alınmadan çağırılmamış qonaqlar təşrif gətirir və onlar burada separatizmə rəfvac verən çağırışlar edirdilər. Təbii ki, Azərbaycan suverenliyimizə zidd olan bu cür davranışlara dözə bilməzdi. Ermənistanın üçtərəfli Bəyanatın müddəalarına uyğun olmayan belə fəaliyyətinin qarşısı alınmalı idi. Beləliklə, Azərbaycan suveren hüququndan istifadə etməklə cari ilin aprel ayında Həkəri çayı üzərində sərhəd-keçid məntəqəsi qurdu. Sərhəd-keçid məntəqəsinin fəaliyyəti tamamilə şəffaf şəkildə tənzimlənirdi. Bütün zəruri avadanlıqla təchiz olunan məntəqədən Beynəlxalq Qırmızı Xaç Komitəsinin, sülhməramlı kontingentin və ermənilərin sərbəst keçidi təmin olunurdu. Təbii ki, zəruri yoxlamaların aparılması şərti ilə. Lakin Ermənistan yenə də manipulyasiyalara, pozuculuq əməllərinə əl atdı. Əvvəlcə sərhəd-keçid məntəqəsi atəşə tutuldu. Təxribat zamanı Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu yaralandı. Bir qədər sonra isə sərhəd-keçid məntəqəsindən Qırmızı Xaç Komitəsinin avtomobillərində qaçaqmalçılıq yüklərinin daşınmasına cəhdlər göstərildi. Azərbaycan tərəfi isə iyunun ortalarında və iyulun əvvəlində törədilən təxribatlara baxmayaraq, yenə də erməni sakinlərin məntəqədən humanitar məqsədlər üçün keçidinə şərait yaradıb. Eyni zamanda, respublikamız erməni sakinlərinin ehtiyaclarının qarşılanması üçün Ağdam-Xankəndi yolundan istifadənin mümkün olduğunu diqqətə çatdırılıb.
Azərbaycanın Xankəndinə yüklərin daşınması üçün Ağdam-Xankəndi yolunu təklif etməsi ölkəmizin öz suverenliyini, milli maraqlarını qətiyyətlə qorumasını və humanist yanaşmasını əks etdirir. Qarabağda yaşayan erməni sakinlər Azərbaycan vətəndaşlarıdırlar. Onların hüquqlarının qorunmasına Konstitusiya ilə hər cür təminatlar verilir. Ağdam-Xankəndi marşrutundan istifadə olunması reinteqrasiya proseslərini sürətləndirəcək.
Azərbaycanın belə ədalətli və humanist yanaşması fonunda Ermənistanın rəsmiləri, həmçinin Xankəndidə yuva salan separatçılar Həkəri çayı üzərində nəzarət-keçid məntəqəsinin qurulmasını və nəzarət tədbirlərinin gücləndirməsini beynəlxalq birliyin diqqətinə əyri güzgüdən təqdim edir və yanlış rəy formalaşdırılması üçün dəridən-qabıqdan çıxırlar. Ermənistan Azərbaycan ərazisindən tam çıxarılmamış silahlı qüvvələrin ehtiyaclarını təmin və təchiz etməkdən, habelə Azərbaycanın təbii sərvətlərini qanunsuz olaraq istismar etməkdən məhrum olması reallığı ilə barışmayıb. Bu səbəbdən, məğlub ölkə bütün dünyada təbliğat kampaniyasına başlayıb, sərhəd-buraxılış məntəqəsinin normal fəaliyyəti, eləcə də Azərbaycanın Qarabağ bölgəsinə yüklərin çatdırılması üçün “Ağdam-Xankəndi” yolu kimi digər marşrutlardan istifadə edilməsinə qarşı bir sıra hərbi və digər maneələr törədib. Ermənistanın Azərbaycanın suveren hüquqlarından istifadə etməsini “blokada” kimi təqdim etməyə çalışmasına, nəzarət-buraxılış məntəqəsinin aradan qaldırılması barədə qərar qəbul etmək üçün Beynəlxalq Ədalət Məhkəməsinə müraciət etməsinə baxmayaraq, məhkəmə 6 iyul tarixli qərarında bu tələbi yekdilliklə rədd edib. Beynəlxalq ictimaiyyət kimi, qardaş Türkiyə də Azərbaycanın öz suverenliyi çərçivəsində atdığı addımları tam qanunauyğun hesab edir. “Təəssüf ki, Azərbaycanın uzun müddətdir yüksək səslə səsləndirdiyi bu narahatlıqlar nəzərə alınmadı və nəticədə Azərbaycan öz suveren hüquqları çərçivəsində məqsədəuyğun hesab etdiyi tədbirləri həyata keçirdi”, - deyə Türkiyə XİN-in bəyanatında vurğulanıb.
Laçın yolu ilə bağlı Azərbaycana qarşı tənqidlərə heç bir əsas yoxdur
Qeyd etmək yerinə düşər ki, bu yaxınlarda, bir sıra intensiv məsləhətləşmələr və “məkik diplomatiyası” səylərindən sonra nəhayət Qarabağ bölgəsinə humanitar yüklərin müxtəlif marşrutlarla çatdırılması, həmçinin Azərbaycanın xüsusi nümayəndəsi ilə yerli erməni sakinlərinin nümayəndələri arasında görüşün təşkili ilə bağlı razılıq əldə edilmişdi. Lakin bu razılaşma da revanşistlərin və separatçıların günahı ucbatından pozuldu. Ermənistanın Azərbaycandan razılıq almadan Laçın yolu ilə Xankəndinə yük göndərməyə cəhd göstərməsi, bu məqsədlə iki ölkə arasındakı şərti sərhədlərin yaxınlığında TIR-lar cəmləşdirməsinin heç bir izahı yoxdur. Baş nazir Nikol Paşinyan Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edib. Bu çərçivədə beynəlxalq vasitəçilərin iştirakı ilə Praqada, Brüsseldə və Vaşinqtonda müəyyən razılaşmalar əldə olunub. Belə olan halda Ermənistanın davranışları, Laçın yolu ilə bağlı iddialar səsləndirməsi və beynəlxalq təşkilatları, ayrı-ayrı ölkələri öz ambisiyalarına ortaq etməyə çalışması tamamilə absuddur. Bu, beynəlxalq hüququn arxa plana keçirilməsi, müstəqil dövlətin suveren hüquqlarına hörmətsizlik göstərilməsi anlamına gəlir. Bütün bu kimi məqamlara istinad edən Türkiyə Azərbaycanın atdığı addımları dəstəkləyir. Türkiyə XİN-in bəyanatında oxuyuruq: “Türkiyə bu fikirdədir ki, Laçın yolu ilə bağlı Azərbaycana qarşı tənqidlərə heç bir əsas yoxdur. Hazırda Laçın yolundan tibbi keçidlərin təmin edilməsi, eləcə də yüklərin daşınması üçün əlverişli olan digər marşrutlar Azərbaycan tərəfinin vicdanla maksimum səy göstərdiyini deməyə əsas verir”.
Ermənistanın təxminən 30 il ərzində davam etdirdiyi işğalçılıq siyasəti ilk növbədə bu ölkənin özünə böyük ziyan vurub. Forpost dövlət bütün transmilli layihələrdən kənarda qalıb və dalan ölkəyə çevrilib. Bu ölkənin postmüharibə mərhələsində revanşizm cəhdlərindən əl çəkməməsi ermənilər üçün yeni və daha böyük fəlakətlərə yol aça bilər. Türkiyə XİN yaydığı bəyanatda Ermənistana çağırış edilir. “Bizim Ermənistandan gözləntimiz təxribat xarakterli addımlardan çəkinmək, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanımaq, Qarabağda erməni əhalisinin ehtiyaclarını ödəmək üçün Ağdam-Xankəndi və digər alternativ yollardan istifadəni dəstəkləmək, eləcə də Azərbaycanın erməni əhalisini reinteqrasiya etmək səylərinə dəstək verməkdir.
Türkiyə hesab edir ki, regionda sülh və sabitliyin təmin edilməsi üçün dost və qardaş Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və humanitar səyləri dəstəklənməli, vəziyyəti gərginləşdirən hərəkətlərə yol verilməməlidir”, - deyə bəyanatda vurğulanıb.
Xəbər lenti
Hamısına baxHadisə
25 Oktyabr 23:21
Sosial
25 Oktyabr 22:36
Dünya
25 Oktyabr 21:38
Maraqlı
25 Oktyabr 20:25
YAP xəbərləri
25 Oktyabr 19:48
Elm
25 Oktyabr 18:20
YAP xəbərləri
25 Oktyabr 17:52
Maraqlı
25 Oktyabr 17:15
YAP xəbərləri
25 Oktyabr 16:43
Dünya
25 Oktyabr 16:22
İqtisadiyyat
25 Oktyabr 15:49
Dünya
25 Oktyabr 15:36
Dünya
25 Oktyabr 14:55
Dünya
25 Oktyabr 14:21
YAP xəbərləri
25 Oktyabr 13:45
Dünya
25 Oktyabr 13:19
Gündəm
25 Oktyabr 13:02
Siyasət
25 Oktyabr 12:56
YAP xəbərləri
25 Oktyabr 12:35
Siyasət
25 Oktyabr 12:19
Siyasət
25 Oktyabr 11:45
YAP xəbərləri
25 Oktyabr 11:36
Gündəm
25 Oktyabr 11:30
Siyasət
25 Oktyabr 11:26
Siyasət
25 Oktyabr 11:22
Gündəm
25 Oktyabr 11:07
Siyasət
25 Oktyabr 10:51
İqtisadiyyat
25 Oktyabr 10:27
Ədəbiyyat
25 Oktyabr 09:54
Dünya
25 Oktyabr 09:36
Analitik
25 Oktyabr 09:12
MEDİA
25 Oktyabr 08:49
Dünya
25 Oktyabr 08:29
Ədəbiyyat
25 Oktyabr 08:25
Dünya
25 Oktyabr 08:08
Siyasət
25 Oktyabr 08:02
Gündəm
25 Oktyabr 00:30
YAP xəbərləri
24 Oktyabr 23:47
YAP xəbərləri
24 Oktyabr 23:14
İqtisadiyyat
24 Oktyabr 22:53
YAP xəbərləri
24 Oktyabr 22:35
YAP xəbərləri
24 Oktyabr 22:33
Hadisə
24 Oktyabr 22:28
YAP xəbərləri
24 Oktyabr 22:18
YAP xəbərləri
24 Oktyabr 22:09
Dünya
24 Oktyabr 21:45
YAP xəbərləri
24 Oktyabr 21:31
Maraqlı
24 Oktyabr 21:10
Siyasət
24 Oktyabr 20:59
Sosial
24 Oktyabr 20:50
YAP xəbərləri
24 Oktyabr 20:26
Dünya
24 Oktyabr 20:17
Siyasət
24 Oktyabr 20:13
YAP xəbərləri
24 Oktyabr 20:06
Dünya
24 Oktyabr 19:51
YAP xəbərləri
24 Oktyabr 19:15
İdman
24 Oktyabr 19:06
YAP xəbərləri
24 Oktyabr 18:50
YAP xəbərləri
24 Oktyabr 18:46
Gündəm
24 Oktyabr 17:30
YAP xəbərləri
24 Oktyabr 17:25
Dünya
24 Oktyabr 16:53
Siyasət
24 Oktyabr 16:52
YAP xəbərləri
24 Oktyabr 16:51
YAP xəbərləri
24 Oktyabr 16:50
YAP xəbərləri
24 Oktyabr 16:49
YAP xəbərləri
24 Oktyabr 16:46
YAP xəbərləri
24 Oktyabr 16:19
Dünya
24 Oktyabr 16:14
YAP xəbərləri
24 Oktyabr 16:05

