İlk böyük və şərəfli missiya
26.10.2023 [10:31]
İlham Əliyev: O vaxt müstəqilliyimizin cəmi 20 yaşı tamam olmuşdu
12 il öncə...
Azərbaycan 155 ölkənin dəstəyi ilə TŞ-nin qeyri-daimi üzvü seçilib
Azərbaycanın son 20 ildə qlobal siyasi məkanda oynadığı rol, qazandığı mövqe olduqca yüksəkdir. Regional əməkdaşlıqların inkişafına verdiyimiz töhfə, qlobal çağırışlar istiqamətindəki təşəbbüslərimiz, eyni zamanda bölgədə sabitləşdirici amilə çevrilməmiz yeni dövrdə Azərbaycanın siyasi çəkisini müəyyənləşdirən komponentlərdən sayılır. Bunun nəticəsidir ki, ölkəmiz aparıcı beynəlxalq təsisatların fəaliyyətində uğurla iştirak edir, beynəlxalq aləmin sözün, imzasına dəyər verilən dövlətlərindən sayılır.
Bu mənada, Azərbaycanın BMT müstəvisində üzvlüyü xüsusi qeyd edilməlidir. Sovet İttifaqının dağılması ilə müstəqil subyekt kimi beynəlxalq mühitə ilk addımlarını atan müstəqil Azərbaycan 1992-ci ildə BMT üzvlüyünə qəbul olunsa da, 1993-cü ildən sonra platforma çərçivəsində fəaliyyəti ilə diqqəti cəlb etdi. Ulu öndər Heydər Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində Azərabycan dünya birliyi tərəfindən tanındı, əməkdaş kimi dəyərləndirildi - məhz Heydər Əliyevin Azərbaycanı beynəlxalq arenada tanıtması qarşıdakı dövrlərdə “Əsrin müqaviləsi” kimi qlobal bir layihənin ərsəyə gəlməsini təmin etdi. 2003-cü ildən sonrakı dövrdə isə Azərbaycan-BMT münasibətləri eyni inkişaf tempi üzrə davam etdirildi.
Təbii ki, dövlətçilik tariximizin ən mühüm hadisələrindən biri 2011-ci il oktyabrın 24-də Azərbaycanın BMT Baş Məclisinin plenar iclasında gizli səsvermənin nəticələrinə əsasən 2012-2013-cü illərdə Şərqi Avropa bölgəsini qurumun Təhlükəsizlik Şurasında təmsil edəcək qeyri-daimi (müvəqqəti) üzv seçilməsi sayılmalıdır. Ölkəmizin 155 dövlətin dəstəyi ilə BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi yüksək beynəlxalq nüfuzun göstəricisi, Prezident İlham Əliyevin strateji diplomatiya siyasətinin nəticəsi idi. 2012-ci il yanvarın 1-də isə Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi səlahiyyətlərinin icrasına başladı. Bunun ardınca həmin il may ayının 4-də Nyu-Yorkda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə BMT Təhlükəsizlik Şurasının yüksək səviyyəli iclası keçirildi - iclasda Azərbaycanın təşəbbüsü ilə “Terror aktlarının beynəlxalq sülh və təhlükəsizliyə yaratdığı təhdidlər” mövzusunda müzakirələr aparıldı. Prezident İlham Əliyev çıxışında Ermənistanın ölkəmizə qarşı yönəlmiş terrorçu siyasətini ifşa edərək prinsipial mövqeyini bir daha dünyanın ən mötəbər qurumunun tribunasından dünya ictimaiyyətinə çatdırdı. Ölkəmiz 2013-cü ilin oktyabr ayında da BMT TŞ-ya sədrlik etdi. Bütövlükdə, Azərbaycan BMT TŞ-yə sədrlik müddətini uğurla həyata keçirildi. Bu dövrdə dünyanı narahat edən bir sıra mühüm məsələlər BMT TŞ-nın gündəliyinə daxil edildi və səmərəli müzakirələr aparıldı, müvafiq qərarlar verildi, sənədlər qəbul edildi. Azərbaycanın BMT TŞ-nin qeyri-daimi üzvü kimi sərgilədiyi fəaliyyət və atdığı addımlar 2011-ci ilin oktyabrında ölkəmizin quruma üzvlüyünə səs verən 155 ölkənin etimadının doğruldulmasına yol açdı.
Azərbaycan BMT TŞ-dəki fəaliyyəti ilə humanizm dəyərlərinə, dünyanın müxtəlif regionlarındakı münaqişələrin aradan qaldırılması üçün göstərilən səylərə verdiyi önəmi ortaya qoya bildi. Bütövlükdə, ölkəmizin bu quruma hər iki sədrliyi müddətində:
- Ümumilikdə, qurumun 59 açıq və qapalı iclası keçirilib;
- 7 qətnamə;
- Şura sədrinin 3 bəyanatı;
-13 mətbuat bəyanatı qəbul edilib.
Öz çıxışlarında həmin günlərə toxunan Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan 2011-ci ildə 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilmişdir: “Yəni bu, özlüyündə böyük bir göstəricidir. Birinci növbədə, ona görə ki, biz ilk dəfə bu böyük, şərəfli missiyaya nail olduq və o vaxt müstəqilliyimizin cəmi 20 yaşı tamam olmuşdu. Digər tərəfdən, bu, Azərbaycanın beynəlxalq nüfuzuna bilavasitə dəlalət edən amillərdən biri idi. Çünki dünya birliyinin mütləq əksəriyyəti bizə inandı, bizə etimad göstərdi və bizə öz səsini vermişdi”.
Bəli, ötən dövrdə, xüsusilə 2020-ci il Vətən müharibə dövründən ötən 3 ildə Azərbaycan yenə də BMT-nin fəaliyyətində mühüm rolu, mühüm təşəbbüsləri ilə seçilir. Beynəlxalq münasibətlər sistemində önəmli yerə malik BMT-nin yeni dövr üçün islahatlara ehtiyacının olduğu bir dönəmdə Azərbaycan bu qurumun fəaliyyətni yüksək dəyərləndirir, humanizm və insan hüquqlarının qorunması istiqamətində elan edilən prioritetlərinə sədaqət nümayiş etdirir...
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

