“Türk Əsri” “nin Astanası...
03.11.2023 [10:00]
TDT-nin builki Zirvə görüşü yubiley xarakterlidir
Qazaxıstanın paytaxtı Astana şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) 10-cu yubiley zirvə görüşü start götürür. “Türk əsri!” şüarı altında keçiriləcək sammitin mühüm prioritetləri də bəllidir - iqtisadiyyat, ticarət, nəqliyyat və gömrük kimi sahələrdə əməkdaşlıq, birgə layihələr və bu kimi məsələrə əsas müzakirə predmeti olacaq. Sədrliyin Özbəkistandan Qazaxıstana keçəcəyi bu toplantı qurumun gələcək inkişaf trayektoriyası üçün mühüm perspetkivlər vəd edir.
Xatırladaq ki, Türk Dövlətləri Təşkilatı və ya keçmiş adı ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) 3 oktyabr 2009-cu ildə Naxçıvan şəhərində imzalanan Naxçıvan müqaviləsi ilə Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan arasında qurulmuş olan beynəlxalq təşkilatdır. Özbəkistan 30 aprel 2018-ci ildə ovaxtkı TDƏŞ-ə qatılma niyyətinin olduğunu açıqlamış və 14 sentyabr 2019-cu ildə də Türk Şurasına üzv olmuşdu. 2021-ci ilin noyabrın 12-də Türkiyənin İstanbul şəhərində baş tutan Sammitdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının adının Türk Dövlətləri Təşkilatı olaraq dəyişdirilməsinə qərar verilib. Macarıstan və Türkmənistan isə qurumda müşahidəçi dövlət statusunda çıxış edirlər və yaxın zamanda TDT-yə tam üzvlük tələbini etmələri gözlənilir.
Türkiyə təsdiqlədi...
Yeri gəmilşkən, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında” Naxçıvan Sazişinə dəyişikliklər edilməsinə dair Protokolu təsdiqləyib. Dövlət başçısı bununla bağlı qərar imzalayıb. Sazişə dəyişikliklər edilməsinə dair Protokol 2022-ci il noyabrın 11-də Səmərqənd şəhərində imzalanıb. 3 oktyabr 2009-cu il tarixində imzalanmış Naxçıvan Sazişinin 21-ci bəndinə uyğun olaraq hazırkı Protokol Sazişin ayrılmaz tərkib hissəsidir və Sazişə müəyyən olunan qaydada dəyişikliklər və əlavələr edir. Həmin dəyişikliklərdən biri, 12 noyabr 2021-ci il tarixli qərarla “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası”nın adını “Türk Dövlətləri Təşkilatı”na dəyişdirilməsini (TDT) və bununla əlaqədar Sazişdə müvafiq dəyişikliklər edilməsini nəzərdə tutur.
Xatırladaq ki, “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında” Naxçıvan Sazişinə dəyişikliklər edilməsinə dair Protokolun təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu Prezident İlham Əliyev tərəfindən bu ilin mayın 1-də imzalanıb.
Orta dəhlizə maraq artır...
2022-ci ilin noyabrında baş tutmuş Səmərqənd sammitindən ötən dövr ərzində təşkilatın işində mühüm yeniliklər nəzərə çarpmaqdadır. Ümumiyyətlə, dünyada baş verən proseslərin yeni imkanlar yaratması fonunda Şərqə, xüsusilə də Mərkəzi Avropa - Cənubi Qafqaz xəttinə maraq və geosiyasi diqqət artmaqdadır. Bu konyukturanın TVT-yə vəd etdiyi imkanlar isə xüsusilə seçilir - təşkilat tərəfindən imzalanan Ticarətin Asanlaşdırılması Strategiya Sənədi, Sadələşdirilmiş Gömrük Dəhlizi və Beynəlxalq Kombinə Yük Daşımalarına dair sazişlər çoxtərəfli əlaqələrin inkişafı üçün mühüm baza formalaşdırır. Orta və uzunmüddətli perspektiv üçün əlaqələrin daha da davamlı olması üçün isə yeni strategiyaların hazırlanması da gündəmdədir. Xatırladaq ki, hələ İstanbul Zirvə Toplantısında qəbul edilən “Türk Dünyası 2040 Vizyonu” sənədi uzunmüddətli perspektiv üçün əhəmiyyətli bir addım sayılır - bu sənəd TDT-nin uzunmüddətli perspektivdə inkişafının yol xəritəsi sayılır.
Bu, eyni zamanda, Orta Dəhliz layihəsinin yeni inkişaf mərhələsini formalaşdırır ki, gələcək perspektivdə bunun da detalları göz oxşayacaq - Azərbaycanın regional sabitliyə verdiyi töhfələr Şərq-Qərb tranziti üzərində yerləşən TDT-nin əhəmiyyətini artıran amillər qismində çıxış edir.
Əlaqələrin möhkəmləndirilməsi...
Qazaxıstanın sədrliyi dönəmində artıq start verilmiş strukturlaşma prosesinin daha da inkişaf etdiriləcəyi də istisna deyil. Buraya daha çox hərbi strukturların inteqrasiyasının gücləndirilməsi, müdafiə sahəsində əməkdaşlığın artırılması kimi məqamlar əlaəv oluna bilər - təsadüfi deyil ki, bu ilin sentyabrında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin Fövqəladə halların idarə edilməsi üzrə nazirlərinin ikinci iclası keçirilib. Bu tədbirin əsas məqsədi də Təşkilata üzv ölkələrin fövqəladə halların idarə edilməsi üzrə cavabdeh qurumları arasında mövcud əlaqələrin inkişaf etdirilməsi, fövqəladə hallar zamanı birgə və koordinasiyalı fəaliyyətin təşkilinə nail olunması məsələlərinin müzakirəsi və təşkilat çərçivəsində Mülki Müdafiə Mexanizminin yaradılması haqqında Saziş layihəsinin müzakirəsi idi. Bu kimi tədbirlər isə qarşıdakı illərdə türk xalqları və dövlətləri arasında həmrəyliyin möhkəmləndirilməsi istiqamətində yeni çağırışlar formalaşdırır.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Dünya
04 May 20:17
Gündəm
04 May 20:11
Dünya
04 May 19:50
Gündəm
04 May 19:41
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17

