Azərbaycan Prezidenti İlham Əliyev Nüvə Təhlükəsizliyi Sammitində nitq söyləyib
29.03.2012 [23:43]
Xəbər verdiyimiz kimi, martın 26-27-də Koreya Respublikasının paytaxtı Seul şəhərində Nüvə Təhlükəsizliyi Sammiti keçirilib.
Sammitin martın 27-də keçirilən birinci plenar iclasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev nitq söyləyib: “Hörmətli cənab Prezident.
Hörmətli həmkarlar.
Əvvəlcə bu mühüm tədbiri təşkil etdiyinə və Sammitdə iştirak üçün Azərbaycana göndərdiyi dəvətə görə Koreya Respublikasının Prezidentinə təşəkkürümü bildirmək istəyirəm.
Azərbaycan qlobal nüvə təhlükəsizliyinə mühüm əhəmiyyət verir və Beynəlxalq Nüvə Terrorçuluğu Aktlarının Aradan Qaldırılması Konvensiyası və Nüvə Materiallarının Fiziki Qorunması kimi mühüm beynəlxalq sazişlərə qoşulmuşdur.
Azərbaycan nüvə təhlükəsizliyini təmin edən norma və standartların formalaşdırılması işində Beynəlxalq Atom Enerjisi Agentliyinin oynadığı rolu vacib hesab edir. ölkəmiz nüvə təhlükəsizliyinin müxtəlif aspektləri ilə bağlı Agentliklə uğurlu əməkdaşlıq qurmuşdur. Biz mövcud uğurlu əməkdaşlığı 2008-ci ildə təsis etdiyimiz Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi vasitəsilə daha da genişləndirmək əzmindəyik.
Nüvə silahının yayılma təhlükəsini və coğrafi mövqeyimizi nəzərə alaraq Azərbaycan, ərazisindən nüvə qaçaqmalçılığı üçün tranzit marşrutu kimi istifadəsi edilməsi hallarının qarşısının alınmasına xüsusi əhəmiyyət verir. Azərbaycan beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıq edərək yüksək standartlara əsaslanan möhkəm qanunverici baza vasitəsilə ixraca nəzarət üçün güclü sistem yaratmışdır. Bu sistem nüvə qaçaqmalçılığının qarşısının alınmasında özünü etibarlı mexanizm kimi doğruldur.
Əfsuslar olsun ki, qonşu Ermənistan tərəfindən torpaqlarımızın 20 faizinin davamlı işğalı səbəbindən beynəlxalq səviyyədə tanınmış cənub sərhədimizin 130 kilometrinə və Ermənistan ilə olan sərhədimizin böyük hissəsinə heç bir nəzarət mövcud deyildir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində həmin ərazilər artıq 20 ildir ki, Ermənistanın işğalı altındadır. Həmin torpaqlarda Ermənistan azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparmışdır. Ermənistan BMT-nin Təhlükəsizlik Şurasının bütün işğalçı qüvvələrin Azərbaycan ərazisindən qeyd-şərtsiz və dərhal çıxarılmasını tələb edən dörd qətnaməsinə məhəl qoymur.
Azərbaycan coğrafi şəraitini və ətraf mühit üçün baş verə biləcək transsərhəd fəsadları nəzərə alaraq, mülki məqsədlər üçün nüvə qurğularının təhlükəsizliyini və etibarlılığını möhkəmləndirmək məqsədilə göstərilən səyləri tam dəstəkləyir. Bu yaxınlarda sunami nəticəsində “Fukusima” Atom Elektrik Stansiyasında baş vermiş dəhşətli qəzaya çox ciddi şəkildə yanaşılmalıdır. Azərbaycan Ermənistanın 1976-cı ildə fəaliyyətə başlamış və hazırda köhnəlmiş “Metsamor” Atom Elektrik Stansiyasından olduqca narahatdır. Metsamor stansiyası bütöv region və yaxınlıqda olan qonşular üçün potensial fəlakət mənbəyidir. O, son illərini yaşayan reaktorun soyudulması üçün zəruri olan su resurslarının çatışmadığı yüksək dərəcəli seysmik zonada yerləşir. Avropa İttifaqı Şərqi Avropa və keçmiş Sovet İttifaqında tikilmiş 66 sovet reaktoru arasında “Metsamor” reaktorunu “ən köhnəlmiş və ən etibarsız” hesab etmişdir. Hesabatda “Metsamor” “bütöv region üçün təhlükə” adlandırılır.
Bununla belə, biz nüvə enerjisi qurğusunu tikməyi arzulayan tərəfə səlahiyyətləri verəcək regional nüvə təhlükəsizliyini və etibarlılığını müəyyənləşdirən rejimlərin tətbiq edilməsini təklif edirik. Bu halda öz qonşularından razılığın alınması, həmin sahələrin etibarlılığı və təhlükəsizliyi barədə məlumatların şəffaf şəkildə mübadiləsi, yoxlamaların qəbulu və risklərə görə kompensasiyanın ödənilməsi kimi prosedurlar nəzərdə tutula bilər.
Azərbaycanın qoşulduğu Nüvə Terrorçuluğuna Qarşı Qlobal Mübarizə Təşəbbüsü və Prinsiplər Toplusu çərçivəsində beynəlxalq razılaşmanın və əməkdaşlığın daha da möhkəmləndirilməsinə çalışaraq, biz may ayında BMT-nin Təhlükəsizlik Şurasında sədrliyimiz zamanı yüksək səviyyəli müzakirələrin keçirilməsini planlaşdırırıq. Bu, antiterrorçuluq, o cümlədən nüvə terrorçuluğuna qarşı mübarizə kimi geniş məsələlər ətrafında müzakirələr üçün münasib fürsət olacaqdır.
Sağ olun”.
Zirvə görüşündə dünya liderləri nüvə terrorizminin qarşısının alınması üzrə uzunmüddətli və səmərəli beynəlxalq əməkdaşlıq məsələsində yeni səylər haqqında fikir mübadiləsi aparıblar. çıxışlarda bildirilib ki, ölkələrin rəhbərlərinə elə bir qurumun təşkili vacibdir ki, burada ən yaxşı təcrübəni bölüşmək və götürülən öhdəliklərin reallaşmasına kömək göstərmək mümkün olsun.
Sammit iştirakçıları məsələ ilə bağlı son iki ildə əldə edilən irəliləyişə baxmayaraq, nüvə terrorizmi təhlükəsinin hələ də mövcud olduğunu və bu təhlükənin qarşısının alınması üçün dünyanın düzgün istiqamətdə irəlilədiyini bildiriblər.
Müzakirələrdə atom energetikası obyektlərində terror təhlükəsinin qarşısının alınması, yüksək zənginləşdirilmiş uran və plutonium kimi xammalın istifadəsini minimuma endirməklə bağlı məsələlərə də toxunulub.
İclasın yekununda liderlər birgə foto çəkdiriblər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Koreya Respublikasına işgüzar səfəri martın 27-də başa çatıb.
Seulun Gimpo Beynəlxalq Aeroportunda Prezident İlham Əliyevi Koreya Respublikasının yüksək vəzifəli dövlət və hökumət rəsmiləri yola salıblar.
Dövlətimizin başçısı dünən Bakıya qayıdıb.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
03 İyul 18:28
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
YAP xəbərləri
02 İyul 14:24
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57

