Yeni dövrün strateji hədəfi
18.01.2024 [10:10]
Azərbaycanı davamlı və dayanıqlı inkişaf edən ölkəyə çevirmək!
Ölkəmiz fevralın 7-də keçiriləcək Prezident seçkilərinə hazırlaşır. Bu, müstəqil Azərbaycanın tarixində bütün respublika ərazisində baş tutacaq ilk Prezident seçkiləridir. Beləliklə, ölkəmizin həyatında yeni dönəm başlayır. Yeni Azərbaycan Partiyası (YAP) növbəti yeddi ilə partiyanın Sədri İlham Əliyevin Azərbaycan Respublikasının Prezidentliyinə namizədliyini irəli sürüb və bu təşəbbüs ölkəmizdə fəaliyyət göstərən çoxsaylı ictimai təşkilatlar tərəfindən dəstəklənib. Azərbaycan Respublikası Prezident seçkiləri ilə əlaqədar seçki qanunvericiliyinə uyğun olaraq yanvarın 15-dən seçkiqabağı təşviqat mərhələsi başlayıb.
Bu günlərdə bütün ölkə ərazisində prezident seçkiləri ilə əlaqədar YAP tərəfindən namizədliyi irəli sürülmüş İlham Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşlər keçirilir. Həmin görüşlərdə seçicilər YAP-ın namizədinə böyük hörmət və inamlarını ifadə edirlər və qətiyyətlə bildirirlər ki, onların seçimi məhz İlham Əliyevlə bağlı olacaqdır. Seçicilərin İlham Əliyevə dərin inamlarının əsasında Onun Azərbaycanın dövlət başçısı kimi uğurlu fəaliyyəti dayanır. Son 20 ildə Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük nailiyyətlərə imza atıb. Seçicilər o mövqedən çıxış edirlər ki, növbəti strateji mərhələdə də Azərbaycanın idarəçilik sükanının arxasında məhz İlham Əliyev kimi təcrübəli və müdrik dövlət başçısı dayanmalıdır.
Güclü Lider amili
Mövcud tarixi-siyasi şəraitdən, siyasi sistemin xüsusiyyətindən asılı olmayaraq, liderlik fenomeni milli dövlətin formalaşmasında və inkişafında həlledici rola malikdir. Müstəqilliyimizin ilk illərində Azərbaycan xalqı sınanmış oğlu Heydər Əliyevin liderliyi ilə çətinlikləri dəf etməyə nail oldu. 20 il bundan əvvəl - 2003-cü ilin 15 oktyabr tarixində keçirilmiş seçkilərdə isə seçicilərin 76 faizdən çoxu Ulu Öndərin ən layiqli davamçısı olan İlham Əliyevə səs verdi. Xalq istəyirdi ki, Heydər Əliyevin əsasını qoyduğu siyasət bundan sonra da davam etdirilsin və İlham Əliyev bu missiyanı şərəflə yerinə yetirdi.
2003-cü il 15 oktyabr tarixində keçirilən seçkilərdə İlham Əliyevin bütün digər namizədləri arxada qoyaraq qalib gəlməsini şərtləndirən digər bir amil bilavasitə Onun özünün xarizması və həmin dövrədək Ona həvalə olunan müxtəlif vəzifələrdə uğurla çalışması, etimadı yüksək səviyyədə doğrultması ilə bağlı idi. Hər dövr siyasətçilərdən fərqli keyfiyyətlər tələb edir. Əminliklə deyə bilərik ki, müasir dövr siyasətçilərinə verilən bütün tələblər İlham Əliyevdə cəmləşib. Yüksək intellekt, yaxşı təhsil, idarəetmədə mükəmməl təcrübə, siyasi konyukturanı bilməsi, ən əsası isə xalqa yaxınlığı, milli maraqlarımıza sadiqliyi Onu seçkilərə qatılan digər namizədlərdən fərqləndirirdi. Onun keçdiyi yol qürurverici idi. O, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun məzunu və müəllimi olmuşdu. Rusiya paytaxtında böyük bir şirkət qurmuşdu. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xarici iqtisadi əlaqələr üzrə vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti vəzifələrində çalışmışdı. Azərbaycanlı seçicilər Onun Milli Məclisin deputatı, Avropa Şurasının Parlament Assambleyasındakı daimi nümayəndə heyətimizin başçısı olarkən əldə etdiyi uğurları yaxşı xatırlayırdılar.
Müxtəlif ölkələrin timsalında daim şahidi oluruq: Liderlər vədlər verərək hakimiyyətə gəlirlər. Lakin çox keçmir ki, verilən vədlərin sabun köpüyündən başqa bir şey olmadığı üzə çıxır. Hakimiyyət olimpinə yüksələn liderlər verdikləri vədləri yerinə yetirə bilmirlər və onlara qarşı cəmiyyətdə əks-münasibət yaranır, populyarlıq, etimad göstəricisi sürətlə aşağı düşür. Prezident İlham Əliyevə gəldikdə isə, biz başqa mənzərənin şahidi oluruq. Birinci prezidentliyi dönəmindən sonra İlham Əliyevə seçicilərin inamı nəinki azalmadı, əksinə daha da artdı və bu da özünü sonrakı seçkilərin nəticələrində əyani şəkildə göstərdi. Seçkilərdən seçkilərə İlham Əliyevə xalqın inamı daha da artırdı ki, bu da dünya təcrübəsində çox nadir hallarda rast gəlinən bir haldır. Sual yaranır: İlham Əliyevə seçici inamının getdikcə daha da yüksəlməsinin sirri nədədir? Cavab sadə və birmənalıdır-İlham Əliyevin bir Lider kimi gördüyü işlər. Prezident İlham Əliyev 2003-cü il oktyabrın 31-də dövlət başçısı kimi ilk dəfə and içəndə demişdi: “Mən hər bir azərbaycanlının Prezidenti olacağam”. Son 20 ilin nəticələri bir daha təsdiqləyir ki, İlham Əliyev hər bir azərbaycanlının Prezidenti olmağı bacarıb.
Ən mürəkkəb məsələlərin həllinə nail olmaq mümkündür
Prezident İlham Əliyev son 20 ildə Azərbaycan siyasi sisteminə rasional siyasi davranış modeli, məntiqi mühakimələrə və analitik təhlilə əsaslanan, mütərəqqi, pozitiv, milli məqsədlərə xidmət edən siyasi fəaliyyət nümunəsi gətirib. Onun çoxvektorlu fəaliyyəti və davranışı çox doğru olaraq üstün siyasi mədəniyyət, milli mənəviyyatımıza uyğun siyasi əxlaq standartı, milli siyasi etika nümunəsi kimi qəbul olunaraq təqdir edilir. Ötən dövrdə biz müxtəlif taleyüklü məsələlərə yanaşmalarda, həlledici qərarların verilməsində Prezident İlham Əliyevin Özünün təbirincə desək, nəyi necə etməyi hamıdan yaxşı bildiyini şahidi olmuşuq.
İlham Əliyev ölkəmiz və xalqımız üçün müstəsna önəm daşıyan milli ideyalar müəyyənləşdirir və cəmiyyəti bu ideyalar ətrafında birləşdirir. Şübhə yoxdur ki, növbəti mərhələdə də belə olacaq. Artıq 2024-cü il fevralın 7-də keçiriləcək Azərbaycan Respublikası Prezidenti seçkilərində YAP-ın namizədi İlham Əliyevin seçki platforması təqdim olunub. Burada xüsusi olaraq vurğulanır ki, 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra İlham Əliyevin rəhbərliyi ilə xalqımız misilsiz nailiyyətlərə imza atıb. Son 20 ildə həyata keçirilmiş ardıcıl və məqsədyönlü siyasi kurs ölkəmizin sürətli və dayanıqlı inkişafını, güclü iqtisadi potensialın formalaşmasını, müasir cəmiyyət quruculuğunu, vətəndaşların rifahını, təhlükəsizlik və müasir ordu quruculuğu kimi məsələlərin effektiv həllini təmin edib, ölkəmizin beynəlxalq nüfuzu yüksəlib, dünyada strateji əhəmiyyəti artıb.
Prezident İlham Əliyevin müəyyənləşdirdiyi və ətrafında cəmiyyətin sıx konsolidasiyasına nail olduğu ən mühüm milli ideya - işğal faktına son qoyulması, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası idi. Dövlət başçımız bu ümummilli ideyanı daim Azərbaycanın gündəliyinin mərkəzində saxlayırdı. Hədəfə çatmaq üçün bütün vasitələrdən istifadə olunurdu. Bir tərəfdən, dövlət başçımız siyasi müstəvidə gərgin fəaliyyət ortaya qoyur, Azərbaycanın ərazi bütövlüyü və suverenlik kimi fundamental məsələlərlə bağlı prinsipial yanaşmalarını qətiyyətlə beynəlxalq birliyin diqqətinə çatdırırdı. Eyni zamanda, praktiki müstəvidə digər variantlara da hazırlıq aparılırdı - iqtisadiyyat gücləndirilir, maliyyə imkanları artırılır və bu əsasda müasir, güclü ordu quruculuğu həyata keçirlirdi. Prezident İlham Əliyevin siyasi-diplomatik və praktiki müstəvidə ölkənin gücləndirilməsi, cəmiyyətin səfərbər edilməsi siyasəti bizim ümummilli hədəflərimizə çatmağımızı şərtləndirdi. İlham Əliyevin seçki platformasında da qeyd olunduğu kimi, 2020-ci il sentyabrın 27-də Ermənistanın davamlı hərbi təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsində əldə edilmiş tarixi Zəfər və 2023-cü il sentyabrın 19-20-də həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində 30 il ərzində xalqımızın qarşısında duran ən mühüm problem - Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün tam bərpası məsələsi həll edilmişdir.
Hazırda həm ölkəmizdə, həm də regionumuzda yaranmış yeni reallıqlar aydın şəkildə göstərir ki, düşünülmüş, qətiyyətli, prinsipial və milli maraqlara əsaslanan siyasət, bacarıqlı və səmərəli idarəçilik, cəmiyyətin vahid məqsəd və milli ideya ətrafında sıx birliyi və həmrəyliyi sayəsində ən mürəkkəb məsələlərin həllinə nail olmaq mümkündür.
Bu gün Azərbaycan xalqı formalaşmış yeni reallıqlar mühitində inamla və qürurla öz inkişafının növbəti mərhələsinə qədəm qoyub. İlham Əliyevin təqdim olunan seçki platformasında qeyd edilib ki, yeni dövrdə qarşıda duran strateji vəzifələrimiz müstəqilliyimizi, əldə olunmuş nailiyyətləri daha da möhkəmləndirmək, Azərbaycanı davamlı və dayanıqlı inkişaf edən ölkəyə çevirməkdir.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxGündəm
03 Fevral 10:57
Siyasət
03 Fevral 10:33
Gündəm
03 Fevral 10:29
İqtisadiyyat
03 Fevral 10:18
Analitik
03 Fevral 09:54
Hadisə
03 Fevral 09:36
Analitik
03 Fevral 09:31
İqtisadiyyat
03 Fevral 09:15
Analitik
03 Fevral 08:50
Mədəniyyət
03 Fevral 08:27
Gündəm
03 Fevral 08:10
Dünya
02 Fevral 23:36
YAP xəbərləri
02 Fevral 23:12
İqtisadiyyat
02 Fevral 22:51
Dünya
02 Fevral 22:37
YAP xəbərləri
02 Fevral 22:19
Dünya
02 Fevral 21:53
YAP xəbərləri
02 Fevral 21:23
İqtisadiyyat
02 Fevral 21:08
Sosial
02 Fevral 20:50
YAP xəbərləri
02 Fevral 20:35
Sosial
02 Fevral 20:19
Gündəm
02 Fevral 20:15
Dünya
02 Fevral 20:12
Dünya
02 Fevral 19:49
Xəbər lenti
02 Fevral 19:32
YAP xəbərləri
02 Fevral 19:16
YAP xəbərləri
02 Fevral 18:28
YAP xəbərləri
02 Fevral 16:55
Gündəm
02 Fevral 16:39
Elanlar
02 Fevral 16:25
Dünya
02 Fevral 16:21
Dünya
02 Fevral 15:21
İdman
02 Fevral 15:07
Sosial
02 Fevral 14:54
Sosial
02 Fevral 14:51
Hadisə
02 Fevral 14:51
YAP xəbərləri
02 Fevral 14:26
Dünya
02 Fevral 14:17
YAP xəbərləri
02 Fevral 14:08
YAP xəbərləri
02 Fevral 14:07
YAP xəbərləri
02 Fevral 14:03
YAP xəbərləri
02 Fevral 13:57
YAP xəbərləri
02 Fevral 13:49
YAP xəbərləri
02 Fevral 13:25
YAP xəbərləri
02 Fevral 12:44
YAP xəbərləri
02 Fevral 12:41
İqtisadiyyat
02 Fevral 12:23
İqtisadiyyat
02 Fevral 12:22
Hadisə
02 Fevral 12:22
Dünya
02 Fevral 12:21
Sosial
02 Fevral 12:21
YAP xəbərləri
02 Fevral 12:08
YAP xəbərləri
02 Fevral 12:07
YAP xəbərləri
02 Fevral 11:59
YAP xəbərləri
02 Fevral 11:48
Dünya
02 Fevral 11:45
Gündəm
02 Fevral 11:41
Dünya
02 Fevral 11:19
Siyasət
02 Fevral 11:11
YAP xəbərləri
02 Fevral 11:07
Gündəm
02 Fevral 10:57
Dünya
02 Fevral 10:56
Dünya
02 Fevral 10:23
YAP xəbərləri
02 Fevral 10:01
YAP xəbərləri
02 Fevral 09:59
Dünya
02 Fevral 09:41
Gündəm
02 Fevral 09:40
Gündəm
02 Fevral 09:29
YAP xəbərləri
02 Fevral 09:26

