Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Regionun sabitlik adası

Regionun sabitlik adası

23.01.2024 [10:10]

Son 20 ildə müstəqil Azərbaycan həyatın bütün sahələrində möhtəşəm uğurlara imza atıb. Hazırda dünyada respublikamız kimi dinamik iqtisadi inkişaf templərinə malik olan ölkələrin sayı çox azdır. Milli iqtisadiyyatımız davamlı olaraq genişlənir, ölkənin maliyyə imkanları artır. Öz növbəsində Azərbaycanın iqtisadi müstəqilliyinin tam şəkildə təmin edilməsi respublikamızın siyasi mstəqilliyini şərtləndiir. Bu gün güclü Azərbaycan dövləti milli maraqlarımızı qətiyyətlə qoruyur. Dünyada elə bir güc mərkəzi yoxdur ki, ölkəmizlə şərt dili ilə danışsın.

Bəhs olunan dövrdə respublikamız qarşıya qoyulan bütün hədəflərinə çatıb. Ən böyük uğurumuz isə, şübhəsiz ki, 44 günlük Vətən müharibəsinin və 23 saatlıq antiterror tədbirlərinin nəticəsi olaraq ərazi bütövlüyümüzün və suverenliyimizin təmin olunmasıdır. Bu məsələlər Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq Azərbaycanın gündəliyinin mərkəzində saxlanıldı və nəhayət, tarix boyunca xalqımıza qürur yaşadacaq qələbələr sayəsində qeyd olunan hədəflərə çatdıq.

Sadalanan nailiyyətlər miqyasına və məna tutumuna görə çox böyükdür. Bəs müstəqilliyinin ilk illərində çətinliklərlə, dərin siyasi-iqtisadi böhranla, işğal faktının doğurduğu humanitar fəlakətlə üzləşən Azərbaycan necə toparlandı və ümummilli səciyyə daşıyan məqsədlərinə çatmağa nail oldu? Sualın cavabı olaraq bir neçə fundamental amil sadalamaq mümkündür ki, onların sırasında da ölkəmizdə son 20 ildə Prezident İlham Əliyevin səyləri sayəsində milli təhlükəsizliyin, xalq-iqtidar həmrəyliyinin təmin olunmasının önəmini ayrıca qeyd etmək lazımdır.

Sabitliyin təminatçısı...

Hazırda dünyada yaşanan gərginliklər fonunda sabitlik hər bir ölkə üçün böyük aktuallıq daşıyır. Bir anlığa dünyanın mənzərəsini göz önündə canlandıraq. Sabitliyi pozulan, qarşıdurmaların yaşandığı dövlətlərdə nə görəcəyik? Dağıntılar, sıradan çıxan infrastruktur, qardaş qanının axıdılması, miqrant axını... Vətəndaş həmrəyliyi, iqtidar-xalq birliyi olmayan ölkələrin tipik mənzərəsi məhz bu kimi acı təəssüf doğuran məqamlarla səciyyələnir. Biz qlobal miqyasda cərəyan edən proseslərdən görürük ki, sabitliyi pozulan dövlətlər inkişafdan geri qalır, insanlar xaosdan, anarxiyadan əziyyət çəkirlər.

Dünyanın ayrı-ayrı regionlarında yaşanan gərginliklərlə müqayisədə Azərbaycandakı vəziyyət tamam fərqli bir rakursdan diqqəti çəkir. Belə ki, respublikamız sabitlik və inkişaf adası kimi fərqlənir. Xalqımız öz gələcəyini əmin-amanlıq şəraitində qurur, gələcəyə ümidlə baxır. Prezident İlham Əliyevin bildirdiyi kimi, sabitliyin mövcudluğu Azərbaycanın, gənc nəslin xoşbəxt gələcəyidir. “Uzun illərdir ki, Azərbaycanda sabitlik təmin edilir. Sabitliyin təminatçısı Azərbaycan xalqıdır. Xalqın bizim siyasətə göstərdiyi dəstək bizə güc verir və eyni zamanda, imkan verir ki, islahatları dərinləşdirək və Azərbaycanın uğurlu dayanıqlı inkişafını təmin edək”, - deyə dövlətimizin başçısı bildirib.

Dünya ölkələrinin və Azərbaycanın təcrübəsinə istinad etməklə bir zəruri həqiqət məqamını  xüsusi qeyd etməliyik. Bu, lider amilinin böyük roludur. Elə liderlər var ki, məhz onların günahı, səbatsızlığı, səriştəsizliyi, populizmi nəticəsində rəhbərlik etdikləri ölkələr siyasi bataqlığa düşür və oradan çıxa bilmirlər. Ölkəmizin dünyadakı təlatümlər dənizində sabitlik və inkişaf adasına çevrilməsi kimi müstəsna nailiyyətə məhz Liderimizin - Prezident İlham Əliyevin rəhbərliyi ilə nail olunub. Azərbaycanda heç bir dövlətdə rast gəlinməyəcək reallıq formalaşıb. Bu reallıq ondan ibarətdir ki, ölkədə bütün sosial təbəqələrin nümayəndələri İlham Əliyevi özünə daha yaxın sanır və ona güvənir. Yenə də məhz ölkəmizə xas olan nadir bir cəhətdir ki, Prezidentin ifadə etdiyi fikirlər, verdiyi vədlər cəmiyyətdə etalon kimi qəbul olunur və onların həyata keçiriləcəyinə heç bir şübhə yeri qalmır. Bu isə artıq milli güc anlamına gəlir. Cəmiyyətdə Prezident İlham Əliyevə olan belə sarsılmaz inam Onun imzası ilə sözünün eyni çəkiyə malik olmasının nəticəsidir. İndiyədək elə bir hal olmayıb ki, İlham Əliyev verdiyi vədin arxasından geri dönsün. Eyni zamanda, biz ən çətin məqamlarda- zəlzələlər, daşqınlar, yanğınlar, digər belə təbii fəlakətlər zamanı Prezidentin insanların köməyinə gəldiyinin şahidi oluruq. Azərbaycanın dövlət başçısının həyatının xoş günlərini, yubileylərini həssas qruplardan olan insanlarla bir yerdə keçirməyi ənənəyə çevirməsi dünyada çox az rast gəlinən son dərəcə ibrətamiz bir nümunədir.

Siyasi partiyaların ümummilli ideyalar ətrafında konsolidasiyası

Ölkədə fəaliyyət göstərən siyasi partiyaların ümummilli ideyalar ətrafında konsolidasiyası da Azərbaycanı fərqləndirən üstün cəhətlərdən biridir. Prezident İlham Əliyevin təşəbbüsü ilə siyasi münasibətlərdə dialoq mühitinin təşviq olunması dövlət başçısının demokratik dəyərlərə sadiqliyinin təzahürüdür. Bunun nəticəsində də açıq siyasi dialoq ölkənin siyasi gündəliyini xarakterizə edən əsas amillərdən birinə çevrilib. Dövlətimizin başçısının tapşırığına uyğun olaraq, Prezident Administrasiyasının nümayəndələri tərəfindən 2020-ci il fevral ayından etibarən üzvlərinin sayından, ölkə ərazisini əhatə vəziyyətindən, siyasi çəkisindən və hər hansı digər amildən asılı olmayaraq ölkədəki bütün siyasi partiya rəhbərləri ilə görüşlərin keçirilməsi ənənəsi formalaşıb ki, bu da özünün müsbət nəticələrini verir. 16 dekabr 2022-ci il tarixində qəbul olunmuş “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanunu siyasi partiyalar müstəvisində sistemli münasibətlərin mövcudluğunu, habelə  demokratik fəaliyyət meyarlarını müəyyən edib. Ölkədə həmrəyliyin daha yüksək səviyyədə təmin edilməsi məqsədilə həmçinin vətəndaş cəmiyyətinin təmsilçiləri ilə müntəzəm görüşlər keçirilir. Davamlı dövlət qayğısının nəticəsidir ki, bu gün ölkəmizdə ümummilli ideyalar ətrafında birləşən güclü vətəndaş cəmiyyəti, böyük könüllülər ordusu formalaşıb. Onlar ən müxtəlif məsələlərdə həmişə öndə olmağa və nümunə göstərməyə çalışıprlar.

44 günlük Vətən müharibəsi günlərində dünya Azərbaycan cəmiyyətinin ümummilli ideyalara sadiqliyinin şahidi oldu. Müharibə günlərində bütün xalqımız Ordu və dövlət başçısı ilə sıx həmrəylik nümayiş etdirdi. Vətən müharibəsi zamanı siyasi partiyaların Ali Baş Komandan İlham Əliyevə dəstək ifadə edən birgə bəyanat və müraciətlər imzalamaları milli məsələlərdə ölkədə hər hansı fikir ayrılığının istisna olunduğunu göstərdi. Bu sırada biz “Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü və dövlət sərhədinin Tovuz istiqamətində törətdiyi təxribatları ilə əlaqədar”, “Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatına dair”, “Fransa Senatında Dağlıq Qarabağdakı qondarma qurumun tanınması məsələsinə baxılması ilə bağlı”, “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanması ilə əlaqədar” bəyanatları, həmçinin “Dağlıq Qarabağ məsələsində Fransanın mövqeyinə dair” və müharibə dövründə 16 beynəlxalq təşkilata Azərbaycan ziyalılarının və vətəndaş cəmiyyəti üzvlərinin (o cümlədən 50 siyasi partiyanın) müraciətlərini xüsusi olaraq qeyd edə bilərik.

Milli təhlükəsizliyə daxili risk amili yoxdur

Dəyişən qlobal və regional təhlükəsizlik mühitinə müxtəlif amillərin artan təsiri ilə əlaqədar Azərbaycanın milli maraqlarına mümkün təhdidlərin adekvat cavablandırılması və ölkənin davamlı inkişafı üçün zəruri şəraitin təmin edilməsi əsas prioritetlərdən biri kimi müəyyənləşdirilib. Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasət bu sahədə qarşıda duran vəzifələrin yüksək səviyyədə həllini təmin edib, Azərbaycan qlobal və regional təhlükəsizliyə, sülhün və ədalətin qorunmasına, davamlı inkişaf üçün əməkdaşlığa mühüm töhfə verən ölkəyə çevrilib. Milli təhlükəsizlik sahəsində ölkəmizin qarşısında duran kompleks vəzifələrin son 20 il ərzində tam və effektiv həllinin nəticəsi olaraq Azərbaycan Ermənistanın 30 illik işğalçılıq siyasətinə son qoyub. Bununla da milli təhlükəsizliyimizə, xalqımıza, ərazi bütövlüyümüzə və suverenliyimizə qarşı ən böyük təhdid aradan qaldırılıb.  

Bu gün milli təhlükəsizlik siyasətinin bütün istiqamətləri üzrə - xarici siyasət, hərbi, ictimai, iqtisadi, sosial, ekoloji, informasiya, milli, dini və digər sferalarda vəzifələrin tam yerinə yetirilməsi dövlətimizin və cəmiyyətimizin mümkün təhdidlərdən etibarlı müdafiəsini təmin edir. Buna görə də Azərbaycanda daxili təhlükə mənbələri mövcud deyildir, əsas təhdid və təhlükələr ölkə sərhədləri xaricində formalaşır. Yeri gəlmişkən, xaricdəki erməni lobbisinə bağlı olan azərbaycanafob qüvvələr zaman-zaman respublikamızda da rəngli inqilablar ssenarilərini reallaşdırmağa cəhdlər göstəriblər. Lakin belə ssenariləri respublikamızda reallaşdırmaq əsla mümkün deyil. Azərbaycan dövlətinin, müvafiq qurumların gördüyü tədbirlər və cəmiyyətimizin sərt təpkiləri sayəsində suverenliyimizə, tarixi nailiyyətlərimizə təhdid yaradan belə cəhdlərin qarşısı qətiyyətlə alınır.

Azərbaycanın qarşıdakı strateji mərhələdə də ölkənin milli təhlükəsizliyinə təhdid yaradan halların qarşısının qətiyyətlə alınacağına heç bir şübhə yoxdur. Yeni Azərbaycan Partiyasının (YAP) Azərbaycan Respublikasının Prezidentliyinə namizədliyini irəli sürdüyü partiyanın Sədri İlham Əliyevin cəmiyyətdə rəğbətlə qarşılanan seçki platformasında 2024-2031-ci illərdə ölkənin milli təhlükəsizliyinin qorunmasının davamlılığını təmin etmək üçün konkret müddəalar öz əksini tapıb. Bu sırada

-Azərbaycanın bütün sahələrdə təhlükəsizliyinin, suverenliyinin, ərazi bütövlüyünün və konstitusiya quruluşunun hər cür təsirlərdən qorunması;

-Milli təhlükəsizlik potensialının artırılması, dövlətin müdafiə qabiliyyətinin daha da gücləndirilməsi;

-Ölkədə ictimai-siyasi sabitliyin, qanunun aliliyinin, vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin hər cür təsirlərdən qorunması;

-Təhlükəsiz informasiya məkanının inkişaf etdirilməsi, ölkənin  kibertəhlükəsizlik potensialının gücləndirilməsi;

-Regionda sülhün və təhlükəsizliyin təmin olunması ilə bağlı tədbirlərin davam etdirilməsi və bu istiqamətdə səylərin dəstəklənməsi kimi müddəaları xüsusi olaraq qeyd edə bilərik.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 217 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

181-ci üzv

02 Mart 11:10

Xəbər lenti

MEDİA

Sosial

Analitik

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Analitik

Gərginlik artır

01 Mart 11:10

Xəbər lenti

Xəbər lenti

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31