Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Prezident İlham Əliyev Bakıda Müdafiə Nazirliyinin yeni yaşayış kompleksinin açılış mərasimində iştirak edib

Prezident İlham Əliyev Bakıda Müdafiə Nazirliyinin yeni yaşayış kompleksinin açılış mərasimində iştirak edib

23.06.2012 [11:15]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Bakının Yasamal rayonu ərazisində Müdafiə Nazirliyinin yeni yaşayış kompleksinin açılış mərasimində iştirak edib.
Müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevə raport verib.
Dövlətimizin başçısı yeni yaşayış kompleksinin rəmzi açılışını bildirən lenti kəsib.
Prezident İlham Əliyev yaşayış kompleksində yaradılan şəraitlə yaxından tanış olub.
Müdafiə naziri, general-polkovnik Səfər Əbiyev dövlətimizin başçısına məlumat verərək bildirib ki, 9 mərtəbəli iki binadan ibarət yeni yaşayış kompleksində hərbçilər üçün lazım olan bütün şərait yaradılıb. ümumi yaşayış sahəsi 30 min kvadratmetrə yaxın olan birinci binadakı mənzillərin 184-ü üç, 20-si bir otaqlıdır. İkinci binanın mənzillərinin ümumi yaşayış sahəsi isə təqribən 18 min kvadratmetrdir. Bu binadakı mənzillərin 105-i üç, 3-ü isə iki otaqdan ibarətdir. Mənzillərin davamlı olaraq isti su ilə təmin olunması üçün müasir istilik sistemi yaradılıb. Yaşayış kompleksini elektrik enerjisi və su ilə təchiz etmək üçün iki yarımstansiya və digər lazımi avadanlıq quraşdırılıb. Kompleksin ərazisində abadlıq işləri aparılıb, yaşıllıq zolaqları salınıb.
Mənzillərdə yaradılan şəraitlə yaxından tanış olan Prezident İlham Əliyev yeni binaların sakinlərini təbrik edib.
Paylaş:
Baxılıb: 1135 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

104 illik tarix!

29 Avqust 11:19

Ədəbiyyat

Analitik

Nüvə kabusu...

29 Avqust 09:45  

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

29 Avqust 08:31  

Gündəm

İqtisadiyyat

Gündəm

Ədəbiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31