Qardaşlığın gücü...
04.04.2024 [09:50]
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı genişləndirilir
Dünyada Azərbaycan və Türkiyə qədər hər cəhətdən bir-birinə yaxın olan digər iki dövlət tapmaq çətindir. Ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinə əsaslanan əlaqələr zamanın sınağından uğurla çıxıb və indiyədək heç bir kənar qüvvə bu əlaqələrə hansısa bir formada zərər vura bilməyib. İki qardaş ölkə arasında siyasi dialoqun yüksək səviyyəsinə, liderlərin səmimi münasibətlərinə uyğun qurulan qarşılıqlı əlaqələr çoxvektorludur. Münasibətlərin mühüm istiqamətlərindən birini isə müdafiə sənayesi sahəsində əməkdaşlıq təşkil edir. Elə bu günlərdə Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezident Administrasiyasının Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgünün rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Nümayəndə heyətinə “ASELSAN” şirkətinin baş direktoru Ahmet Akyolun, “ASFAT” şirkətinin baş direktoru Behçet Karataşın, “HAVELSAN” şirkətinin baş direktoru Mehmet Akif Nacarın, “Maşınqayırma və Kimya Sənayesi” şirkətinin baş direktoru İlhami Keleşın, “REPKON Grup” şirkətinin prezidenti İbrahim Külekçinin, “ROKETSAN” şirkətinin baş direktoru Murat İkincinin, “Müdafiə Texnologiyaları və Mühəndislik” şirkətinin baş direktoru Özgür Güleryüzun, “Türkiyənin Aviasiya və Kosmos Sənayesi - TUSAŞ” şirkətinin baş direktoru Temel Kotilin daxil olması hər iki tərəfin hərbi sahədə əməkdaşlığa böyük önəm verdiyini təsdiqləyir.
Türkiyənin güclü hərbi sənayesi
Türkiyə son 20 il ərzində öz inkişafında keyfiyyətcə yeni bir mərhələ keçib. Qardaş ölkənin müdafiə sənayesi hazırda bütün dünya tərəfindən qəbul edilir. İnkişaf etmiş, müasir müdafiə sənayesinin qurulması Türkiyənin böyük uğurudur. Yüksək rəqabət imkanlarına malik olan bu müdafiə sənayesi uzun illər bundan sonra da Türkiyənin və onun müttəfiqlərinin təhlükəsizliyini təmin edəcək. Qəbulda söhbət zamanı Prezident İlham Əliyev Türkiyə hərbi sənaye kompleksinin məhsullarının keyfiyyət və səmərəliliyə görə artıq dünya səviyyəsində məşhurlaşdığını məmnunluqla qeyd edib.
Prezident İlham Əliyevin bugünkü Türkiyənin hərbi sənayesi barədə belə yüksək fikirlər ifadə etməsi təsadüfi deyil. Son illərdə qardaş ölkə hərbi texnika istehsalında, sözün yaxşı mənasında dünyanı təəccübləndirməyi bacarıb. Türkiyənin Pilotsuz Uçuş Aparatları (PUA) istehsalında qazandığı uğurlar hər kəsə bəllidir. Dünya miqyasında bu PUA-ların müştəriləri getdikcə artır. Hər bir ölkə öz ordusunu bu müasir silahla təchiz etməyə maraq göstərir. Qardaş ölkə artıq reaktiv pilotsuz qırıcısı “Bayraktar Kızılelma”nın sınaq uçuşlarını uğurla həyata keçirib. “Bayraktar Kızılelma”nın texniki parametrləri kifayət qədər genişdir. Bu reaktiv qırıcı hava-yer əməliyyatları ilə yanaşı, süni intellekt qabiliyyəti ilə həm də hava-hava tipli döyüş aparmaq imkanına malikdir.. Ötən ilin aprelində dünyanın ilk hərbi PUA gəmisi, eyni zamanda da Türkiyənin ən böyük hərbi gəmisi olan “TCG Anadolu” ölkə donanmasının xidmətinə verilib. Dünyada bu miqyasda gəmiləri olan cəmi 12 ölkə var.
Türkiyə sualtı qayıq layihəsini də uğurla reallaşdırır. Hələ 2015-ci ildə Yeni Tip Sualtı Qayıq Layihəsi çərçivəsində yerlilik göstəricisi yüksək olan “Type-214TN (Reis)” sinfinə məxsus sualtı qayıqların istehsalına başlayan Türkiyə 2017-ci ilin iyun ayında MİLDEN (Milli Sualtı Qayıq) layihəsinə start verib. 2023-cü ildə MİLDEN-in sınaq blokunun inşasına start verilməsi, 2025-ci ilə qədər layihələndirmə işlərinin başa çatdırılması və Gölcük Gəmiqayırma Zavodunda ilk gəminin istehsalına başlanması planlaşdırılır. İlk gəminin 2031-ci ilə qədər tamamlanacağı gözlənilir. MİLDEN haqqında çox məhdud məlumatlar mətbuatla paylaşılıb. MİLDEN-in havadan asılı olmayan hərəkət sisteminə sahib olacağı açıqlanıb.
Türkiyə ən yeni nəsil texniki göstəricilərə malik qırıcılar, helikopterlər və avtomobillər də istehsal edir. Türkiyə milli döyüş təyyarəsi “KAAN”ı istehsal etməklə dünyada 5-ci nəsil qırıcı istehsal edən 5 ölkədən biri sayılır. “Hürjet” isə Türk Silahlı Qüvvələri üçün mövcud “F-16”ları da əvəz edəcək - “KAAN” yerli sursatla təchiz ediləcək.
Bir müddət öncə isə Türkiyənin milli döyüş təyyarəsi olan “KAAN” ilk uçuşunu həyata keçirdi. “KAAN”ın Ankara səmasında reallaşan uçuşu uğurla başa çatdı. Türkiyə bu təyyarəni ABŞ-ın F-35 qırıcılarına alternativ olaraq istehsal edir. Bütün bunlar Türkiyənin hərbi sənayesinin parlaq nailiyyətləridir. Bu faktor beynəlxalq miqyasda qardaş ölkənin önəmini daha da artırır.
Heç bir halda təcavüzkarlıq mahiyyəti daşımayan hərbi əməkdaşlıq
Azərbaycanla Türkiyənin hərbi sahədə əməkdaşlığının zəruriliyi müxtəlif səviyyələrdə dəfələrlə müzakirə olunub. Bunu ilk növbədə qlobal miqyasda meydana çıxan çağırışlar diktə edir. Müasir dünyada ölkələr normal qaydada inkişafı təmin etməkdən ötrü təbii müttəfiqlərə malik olmalıdırlar. Azərbaycan və Türkiyə belə təbii müttəfiqlərdirlər. Onları ortaq tarix və köklü milli maraqlar birləşdirir. Qəbulda söhbət zamanı Azərbaycan-Türkiyə dostluq, qardaşlıq və müttəfiqlik əlaqələrinin bütün istiqamətlərdə, o cümlədən hərbi və müdafiə sənayesi sahəsində uğurla inkişaf etdiyi qeyd olunub, Haluk Görgünün rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin əməkdaşlığımızın daha da genişlənməsi işinə töhfə verəcəyi vurğulanıb.
Azərbaycanla Türkiyə arasında hərbi sahədə əməkdaşlığın tarixi qürur doğuran faktlarla zəngindir. Zamanında Nuru paşanın komandan təyin olunduğu Qafqaz İslam Ordusu tərəfindən Bakının daşnak-bolşevik işğalından azad edilməsi ölkəmizdə hər zaman minnətdarlıqla xatırlanır.
Tarixdən gələn bu ənənə 2002-ci ildə Bakıda imzalanan “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təmənnasız hərbi yardım haqqında Müqavilə” ilə daha da möhkəmləndirilib. Əvvəlki illərdə qazanılan təcrübəyə istinad edilməklə imzalanan bu sənəd iki dost ölkə arasında hərbi əməkdaşlığı daha da möhkəmləndirmək və Azərbaycanın Silahlı Qüvvələrinin yenidən qurulması işinə yardım etmək məqsədi daşıyırdı.
Həmin dövrdə belə bir müqavilənin imzalanması Azərbaycan üçün bir növ zərurət idi. Müstəqilliyinin yaşı az olan respublikamız müharibəyə cəlb olunmuşdu və torpaq itkilərinə məruz qalmışdı. Belə çətin dönəmdə Azərbaycanın Silahlı Qüvvələrinin möhkəmləndirilməsinə, döyüş qabiliyyətinin yüksəldilməsinə və texniki təchizatının gücləndirilməsinə böyük ehtiyac var idi. Bu ehtiyacı qarşılamağa yenə də qardaş Türkiyə gəldi. Bəhs olunan müqavilənin birinci bəndində Türkiyə Respublikası Hökuməti Azərbaycan Respublikası Hökumətinə 3.786.140.000.000 (üç trilyon yeddi yüz səksən altı milyard yüz qırx milyon) Türkiyə lirəsinə bərabər ABŞ dolları məbləğində təmənnasız yardım edəcəyi nəzərdə tutulurdu. İndiyədək icrası yüksək səviyyədə təmin olunan sənədə əsasən qardaş dövlət tərəfindən Silahlı Qüvvələrimizin avadanlıq və xidmət təchizatına əhəmiyyətli dərəcədə kömək göstərilib.
İki qardaş ölkə arasında hərbi əməkdaşlığın genişləndirilməsi heç bir halda təcavüzkarlıq mahiyyəti daşımır. Azərbaycan və Türkiyə öz qonşularına, ümumiyyətlə heç bir ölkəyə qarşı ərazi iddiaları sərgiləmir və ilhaq planları qurmur.
Şuşa Bəyannaməsi ilə möhkəmlənən müttəfiqlik
Hərbi əməkdaşlıq sahəsində uzun illər ərzində qazanılan təcrübə, eləcə də yuxarıda bəhs etdiyimiz müqavilə iki qardaş ölkəni 2021-ci il iyunun 15-də Şuşa Bəyannaməsinin imzalanmasına apardı, desək, əsl həqiqəti ifadə etmiş olarıq. Qars Müqaviləsindən yüz il sonra iki dost və qardaş ölkə arasında imzalanan müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsi müstəsna siyasi və tarixi əhəmiyyət daşıyır. Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış Şuşa Bəyannaməsi ilə Azərbaycan-Türkiyə münasibətləri ən yüksək zirvəyə yüksəlib.
Sənəddə iki ölkənin bundan sonrakı müttəfiqliyinin və işbirliyinin mühüm istiqamətləri öz əksini tapıb. Şuşa Bəyannaməsində beynəlxalq müstəvidə birgə əməkdaşlıq, fəaliyyətin uzlaşdırılması, siyasi, hərbi iqtisadi-ticarət əlaqələri, həmçinin mədəniyyət, təhsil, idman, gənclər siyasəti kimi sahələr əhatə olunub. Meydana çıxan yeni çağırışlar fonunda hər iki ölkənin ümumi maraqlarının qorunmasında imkanların birləşdirilməsi, eləcə də müştərək maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərinin qarşılıqlı şəkildə əlaqələndirilməsi Azərbaycanın və Türkiyənin regional və beynəlxalq müstəvidə rolunun, çəkisinin artmasına müsbət təsir göstərir. Şuşa Bəyannaməsi müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutan, milli maraq və mənafelərini müdafiə və təmin etməyə yönəlmiş müstəqil xarici siyasət həyata keçirən hər iki ölkə tərəfindən müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyənləşdirmək baxımından da mühüm əhəmiyyət kəsb edir.
Bəhs olunan sənəddə Vətən müharibəsində Azərbaycanın şanlı qələbəsi sayəsində regionda yaranan yeni reallıqlar nəzərə alınıb. Bəyannamədə müharibədən sonrakı mərhələdə Qafqaz regionunda sabitliyin, təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi-nəqliyyat əlaqələrinin bərpası, eləcə də region dövlətləri arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi istiqamətində birgə səylərin artırılmasının zəruriliyi vurğulanıb.
Azərbaycan Ordusunun Türkiyə modelinə uyğunlaşdırılması
Azərbaycanla Türkiyənin hərbi sahədə əməkdaşlığının məzmunu kifayət qədər genişdir. İlk növbədə onu qeyd edək ki, NATO-nun aparıcı ölkələrindən olan Türkiyə Azərbaycan Silahlı Qüvvələrinin modernləşdirilməsinə öz dəstəyini göstərir. Hazırda Türkiyə modelinə istinad edilməklə Azərbaycan Ordusunun yeni strukturunun formalaşdırılması, o cümlədən də komando birliklərinin yaradılması prosesi uğurla davam etdirilir. Birgə təlimlərin keçirilməsi artıq ənənə halını alıb. Təkcə ötən il qardaş ölkələrin hərbçiləri müxtəlif təyinatlı 14 birgə təlimə qatılıblar.
Azərbaycan Ordusunun silahlanmasında Türkiyədə istehsal olunan PUA-lar xüsusi yer tutur. Bu istiqamətdə əməkdaşlıq cari ildə də davam etdirlir. Fevralın 9-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və oğlu Heydər Əliyev Hərbi Hava Qüvvələrinin hərbi obyektlərində olub və silahlanmaya yeni qəbul edilən “Akıncı” hücum PUA-larının uçuşunu izləyiblər. Qəbulda dövlətimizin başçısı, eyni zamanda, Azərbaycanda müdafiə sənayesinin inkişafı ilə bağlı ciddi addımların atıldığını vurğulayıb və bu baxımdan Türkiyənin aparıcı şirkətlərindən ibarət nümayəndə heyətinin ölkəmizə səfərinin əməkdaşlığımızın perspektivlərinin müzakirəsi üçün yaxşı imkanlar yaratdığını deyib.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına bax
Siyasət
22 Oktyabr 11:23

Siyasət
22 Oktyabr 10:55

İqtisadiyyat
22 Oktyabr 10:32

İqtisadiyyat
22 Oktyabr 10:17

MEDİA
22 Oktyabr 09:58

Analitik
22 Oktyabr 09:34

Analitik
22 Oktyabr 09:15

Sosial
22 Oktyabr 08:57

Mədəniyyət
22 Oktyabr 08:21

YAP xəbərləri
22 Oktyabr 08:16
YAP xəbərləri
22 Oktyabr 00:12

YAP xəbərləri
21 Oktyabr 23:10

YAP xəbərləri
21 Oktyabr 22:41

Maraqlı
21 Oktyabr 21:30

Xəbər lenti
21 Oktyabr 21:28

YAP xəbərləri
21 Oktyabr 21:12

YAP xəbərləri
21 Oktyabr 20:57

Dünya
21 Oktyabr 20:18
YAP xəbərləri
21 Oktyabr 20:01

Gündəm
21 Oktyabr 19:53

YAP xəbərləri
21 Oktyabr 19:46

Dünya
21 Oktyabr 19:15

Dünya
21 Oktyabr 18:19

YAP xəbərləri
21 Oktyabr 18:09

Analitik
21 Oktyabr 17:56

YAP xəbərləri
21 Oktyabr 17:43

Yeni texnologiyalar
21 Oktyabr 17:25
YAP xəbərləri
21 Oktyabr 17:21

YAP xəbərləri
21 Oktyabr 16:55

Gündəm
21 Oktyabr 16:51

Mədəniyyət
21 Oktyabr 16:40

Dünya
21 Oktyabr 16:34
YAP xəbərləri
21 Oktyabr 16:22

YAP xəbərləri
21 Oktyabr 16:09

YAP xəbərləri
21 Oktyabr 16:07

YAP xəbərləri
21 Oktyabr 16:05

Dünya
21 Oktyabr 15:21

YAP xəbərləri
21 Oktyabr 15:20

YAP xəbərləri
21 Oktyabr 15:14

Gündəm
21 Oktyabr 15:14

YAP xəbərləri
21 Oktyabr 15:10

YAP xəbərləri
21 Oktyabr 14:42

YAP xəbərləri
21 Oktyabr 14:30

Dünya
21 Oktyabr 14:30

Gündəm
21 Oktyabr 14:28

Siyasət
21 Oktyabr 14:18

YAP xəbərləri
21 Oktyabr 14:12

YAP xəbərləri
21 Oktyabr 14:08

Sosial
21 Oktyabr 14:06

YAP xəbərləri
21 Oktyabr 13:51

Gündəm
21 Oktyabr 13:49

Gündəm
21 Oktyabr 13:47

Dünya
21 Oktyabr 13:26

Dünya
21 Oktyabr 12:55

YAP xəbərləri
21 Oktyabr 12:50

YAP xəbərləri
21 Oktyabr 12:36

YAP xəbərləri
21 Oktyabr 12:32

Dünya
21 Oktyabr 12:18

Gündəm
21 Oktyabr 12:15

YAP xəbərləri
21 Oktyabr 12:05

YAP xəbərləri
21 Oktyabr 11:58

YAP xəbərləri
21 Oktyabr 11:50

Gündəm
21 Oktyabr 11:46

Gündəm
21 Oktyabr 11:46

Gündəm
21 Oktyabr 11:28

Hadisə
21 Oktyabr 11:19

Siyasət
21 Oktyabr 10:53

İqtisadiyyat
21 Oktyabr 10:39

İqtisadiyyat
21 Oktyabr 10:33

İqtisadiyyat
21 Oktyabr 10:31
