Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Hadisə / FHN: Bayram günləri 28 nəfər xilas edilib

FHN: Bayram günləri 28 nəfər xilas edilib

10.06.2025 [10:40]

Fövqəladə Hallar Nazirliyi (FHN) Qurban bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışıb.

Bu barədə AZƏRTAC-a FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında FHN-in aidiyyəti qurumları tərəfindən bayramla əlaqədar qeyri-iş günləri ərzində ümumilikdə 230 yanğına çıxış, 20 köməksiz vəziyyətdə qalma, 2 avtonəqliyyat qəzası və 2 intihara cəhd faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən bayram günləri ərzində 8-i azyaşlı olmaqla 28 nəfər xilas edilib, 2 nəfər təxliyə olunub, 4 nəfər xəsarət alıb, 4 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

Paylaş:
Baxılıb: 99 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31