Bir nömrəli vəzifə!
25.09.2024 [11:08]
Ölkəmizin hərbi gücünün artırılması xüsusi diqqət mərkəzindədir
XXI əsrin ikinci onilliyi kataklizmlərin artması ilə müşayiət olunur. Qloballaşmanın təsirləri ilə yanaşı dünyada nizamın pozulması, beynəlxalq hüquq normalarının əksər hallarda işləməməsi diqqəti cəlb edir. Paralel olaraq böyük dövlətlər digər xalqlara qarşı öz maraqlarını diqtə etməyə çalışır. Bu da bəzi milli dövlətlər üçün çətinliklər yaradır.
Bu fakt dünyanın ən böyük beynəlxalq təşkilatı olan BMT-nin nümunəsində də görünür - BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan beş dövlət qərarların qəbulunda heç də beynəlxalq hüquqa deyil, öz maraqlarına istinad edirlər. Bu da ayrı-ayrı problemlərə yanaşmada ikili standartların tətbiq olunması ilə nəticələnir. Beynəlxalq nizamı pozan böyük dövlətlər müəyyən ölkələrə qarşı əsassız qərarlar qəbul edərək orada müxtəlif bəhanələrlə dövlət çevrilişləri edir, həmin ölkələri xaos yuvasına çevirərək günahsız dinc insanları fəlakətlərə sürükləyirlər.
Kağız üzərindəki qətnamələr...
Bu gün dünyada gedən proseslər göstərir ki, beynəlxalq hüquq anlayışı tamamilə sıradan çıxır. İkinci Dünya müharibəsindən sonra formalaşmış təhlükəsizlik arxitekturası da artıq iflasa uğrayıb. Hazırda beynəlxalq münasibətlər sistemində “kim güclüdür, o da haqlıdır prinsipi” işləyir. Dünyada mövcud olan ikili standartların, beynəlxalq hüquq normalarının işləməməsinin acı təcrübəsini Azərbaycan da yaşayıb. 1990-cı illərin əvvəlində Ermənistan xarici havadarlarının dəstəyi ilə torpaqlarımızın 20 faizini işğal edərkən dünya birliyi buna susdu. 1993-cü ildə BMT Təhlükəsizlik Şurası Ermənistan hərbi birləşmələrinin Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılması haqqında 4 qətnamə qəbul etsə də, həmin qətnamələr 27 il kağız üzərində qaldı. Azərbaycan beynəlxalq birlikdən bu qətnamələrin icra edilməsi üçün Ermənistana qarşı addımlar atılmasını tələb etsə də, heç bir tədbir görülmədi. Halbuki, BMT Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə saat ərzində icra olunub. Çünki həmin məsələlər böyük dövlətlərin maraqlarına uyğun idi. Azərbaycan isə 27 il gözlədikdən sonra bu qətnamələri öz gücünə icra etməyə məcbur oldu. Belə ki, 2020-ci ilin 44 günlük Vətən müharibəsi və bir günlük antiterror tədbirləri ilə Azərbaycan ərazi bütövlüyünü və suverenliyini təmin edərək beynəlxalq hüququ bərpa etdi. Hansı ki, hər zaman beynəlxalq hüquqdan danışan bəzi böyük dövlətlər Azərbaycanın haqq işinə mane olmağa çalışsalar da, buna nail ola bilmədilər.
“Azərbaycana qarşı bu çirkin oyun hələ bitməyib”
Azərbaycan artıq regionda yeni reallıqlar yaradıb. Eyni zamanda, dövlətimiz davamlı olaraq təhlükəsizlik tədbirləri görür, öz hərbi və iqtisadi gücünü artırır. Bütün bunlar müstəqil dövlətimizi xarici təhdidlərdən qorumaq üçün vacib amildir. Nəzərə alaq ki, Ermənistanda revanşist qüvvələr baş qaldırır, həm marginal siyasi ünsürlər, həm də Ermənistan hakimiyyəti revanşizm xülyaları ilə yaşayır. Sentyabrın 23-də Prezident İlham Əliyevin VII çağırış Milli Məclisin ilk iclasında çıxışında qeyd etdiyi kimi, Ermənistanın arxasında dayanan ölkələr, onların fəaliyyəti, qəbul etdikləri qərarlar, qətnamələr, açıqlamalar - bütün bunlar onu göstərir ki, Azərbaycana qarşı bu çirkin oyun hələ bitməyib. Bizim Qələbəmizi həzm edə bilməyən xarici dairələr bizə qarşı yeni planlar hazırlayır. Dövlət başçısı vurğulayıb ki, qarşımızda dayanan birinci nömrəli vəzifə hərbi gücümüzün artırılmasıdır. Həm dünyada gedən proseslər, yeni münaqişə, müharibə ocaqlarının yaradılması və ətrafımızda gərginliyin artması, eyni zamanda, Ermənistanda revanşizm meyilləri bizi bu sahəyə daim diqqət göstərməyə vadar edir. Hərbi gücümüz olmasa, biz heç bir müstəvidə - nə iqtisadi, nə siyasi müstəvidə uğur qazana bilmərik.
Ümumiyyətlə, Azərbaycanın Silahlı Qüvvələri nəinki regionumuzda, o cümlədən dünyada ən güclü ordulardan biri sayılır. Torpaqlarımızın erməni işğalından azad edilməsinin ən mühüm səbəblərindən biri də ölkəmizdə uğurla inkişaf etdirilən ordu quruculuğu siyasətidir, bu sahədə davamlı islahatların aparılmasıdır və görülən işlərin effektivliyidir. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir, səmərəli nəticələr əldə olunur. Milli təhlükəsizlik strategiyasının ayrılmaz tərkib hissəsini təşkil edən hərbi təhlükəsizliyin möhkəmləndirilməsi milli ordunun maddi-texniki və mənəvi-psixoloji hazırlıq səviyyəsinin yüksəldilməsindən xeyli dərəcədə asılıdır. Son illər ərzində bu sahədə həyata keçirilən davamlı islahatlar və məqsədyönlü tədbirlər nəticəsində Azərbaycanda çox sürətlə və yüksək səviyyədə aparılan ordu quruculuğu işi artıq öz bəhrəsini verib. Bunun qanunauyğun nəticəsi kimi, Azərbaycan regionda ən güclü orduya malik olan dövlətə çevrilib.
Yeni hərbi hissələr və gücləndirilən hərbi sənaye kompleksi
Qeyd edək ki, Vətən müharibəsindən sonra Azərbaycan Ordusu yeni inkişaf mərhələsinə qədəm qoyub. Ölkəmizin qüdrəti, iqtisadi imkanlarımız dünyanın ən güclü orduları siyahısında yer alan Azərbaycan Silahlı Qüvvələrinin yeni dövrün çağırışları əsasında komplektləşdirilməsinə imkan verir. Azərbaycan Silahlı Qüvvələri quruda, suda və havada döyüş tapşırığını yerinə yetirmək, ölkəni istənilən hücumdan müdafiə etmək qüdrətinə malikdir. Beynəlxalq hərbi tədqiqat mərkəzlərinin rəyinə görə, Azərbaycan Ordusu Cənubi Qafqzın ən hazırlıqlı və müasir silahlı qüvvələri hesab olunur.
Onu da qeyd edək ki, postmüharibə dövründə də ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi və milli təhlükəsizliyinin təmin edilməsi dövlət büdcəsinin əsas prioritet xərci olaraq qalmaqdadır. Uğurlu iqtisadi siyasətimiz bizə imkan verir ki, ordu quruculuğuna, yeni silahların, yeni texnikaların alınmasına, yeni döyüş birləşmələrinin yaradılmasına lazımi dərəcədə dövlət vəsaiti ayrılsın. Ermənistanla sülh sazişinin imzalanmadığını nəzərə alsaq, müdafiə xərclərinin artırılmasının xüsusi diqqət mərkəzində saxlanılması təbiidir.
44 günlük Vətən müharibəsi zamanı qazanılmış təcrübə çevik və sürətli manevrə malik, yüksək dağlıq və çətin şəraitdə döyüş tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetirə biləcək yeni birləşmələrin yaradılması zərurətini ortaya qoydu. Məhz bu zərurət Quru Qoşunlarının Əməliyyat (Komando) hərbi hissələrinin yaradılmasını aktuallaşdırdı. Buna görə də Ali Baş Komandanın tapşırığı ilə ordumuzda yeni təyinatlı Komando hərbi hissələri yaradılıb. Komando hərbi hissələri yüksək fiziki və döyüş hazırlığına malik peşəkar hərbi qulluqçularla komplektləşdirilir. Ordumuzda Komando hərbi birlikləri Türkiyə Silahlı Qüvvələrinin təcrübəsi əsasında yaradılıb.
Bundan əlavə, ölkəmizdə hərbi sənaye kompleksinin gücləndirilməsi istiqamətində də vacib addımlar atılır. Bu amil dövlətimizin gücünü və inkişafını göstərir, xarici mənbələrdən asılılığı da azaldır. Müdafiə sənayesində tətbiq olunan texnoloji yeniliklər ümumi intellektual potensialı gücləndirir, həm də minlərlə yeni iş yerinin yaradılmasını şərtləndirir. Bütün bunlarla yanaşı hərbi məhsullarımızı ixrac etmək və ixrac coğrafiyasını genişləndirmək imkanları yaranmaqdadır.
Sərhədlərimiz daha da möhkəmləndirilir
Digər tərəfdən, Ermənistanın Fransa və digər ölkələr tərəfindən kütləvi surətdə silahlandırılması ordumuzun döyüş imkanlarının artırılması istiqamətində tədbirlərin daha da gücləndirilməsini zəruri edir. Ermənistanla şərti sərhədində yeni hərbi hissələr yaradılır, həmin hərbi hissələrin maddi-texniki təchizatı yüksək səviyyədə təmin olunur, eləcə də mühəndis işləri aparılır. Prezident İlham Əliyev sözügedən çıxışında “Ermənistan və onun arxasında duran istənilən ölkə bilməlidir ki, Azərbaycanla şantaj və ultimatum dili ilə danışmaq mümkün olmayacaq. İstənilən cavabı verməyə hazırıq, buna qadirik və hər zaman buna hazır olmalıyıq. Əgər Azərbaycana real təhdid olarsa, o təhdidi istənilən ərazidə məhv etmək böyük çətinlik yaratmayacaq”-deyə, bəyan edib.
Hazırkı geosiyasi vəziyyət digər qonşu ölkələrlə də sərhədlərimizin möhkəmləndirilməsini şərtləndirir. Prezident İlham Əliyevin Milli Məclisdəki çıxışında bildirib ki, bugünkü geosiyasi vəziyyətdə daxili təhlükəsizliyi təmin etmək üçün bizim quru sərhədlərimizin bağlı saxlanması yeganə düzgün addımdır. “Son illər ərzində quru sərhədlərimizin bağlı olması bizi çox böyük fəlakətlərdən xilas edib”, -deyə dövlət başçısı vurğulayıb.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına bax
Siyasət
19 Oktyabr 14:32

YAP xəbərləri
19 Oktyabr 13:29

Dünya
19 Oktyabr 13:25

Dünya
19 Oktyabr 12:30

Dünya
19 Oktyabr 11:41

Siyasət
19 Oktyabr 11:35

Dünya
19 Oktyabr 10:51

Dünya
19 Oktyabr 10:29

Dünya
19 Oktyabr 10:16

İdman
19 Oktyabr 09:50

Sosial
19 Oktyabr 09:21

İdman
19 Oktyabr 08:55

Siyasət
19 Oktyabr 08:17

Analitik
18 Oktyabr 22:22

Siyasət
18 Oktyabr 21:35

Dünya
18 Oktyabr 20:41

Siyasət
18 Oktyabr 20:36

Sosial
18 Oktyabr 19:26

Gündəm
18 Oktyabr 18:45

YAP xəbərləri
18 Oktyabr 18:32

Elanlar
18 Oktyabr 17:58

Sosial
18 Oktyabr 17:57

YAP xəbərləri
18 Oktyabr 17:40

Siyasət
18 Oktyabr 17:03

YAP xəbərləri
18 Oktyabr 16:38
YAP xəbərləri
18 Oktyabr 15:35

YAP xəbərləri
18 Oktyabr 14:28

YAP xəbərləri
18 Oktyabr 13:54

Xəbər lenti
18 Oktyabr 13:54

YAP xəbərləri
18 Oktyabr 13:30

Gündəm
18 Oktyabr 12:39

Siyasət
18 Oktyabr 12:18

Gündəm
18 Oktyabr 11:54

Sosial
18 Oktyabr 11:47

Gündəm
18 Oktyabr 11:36

Siyasət
18 Oktyabr 11:35

Gündəm
18 Oktyabr 11:20

MEDİA
18 Oktyabr 10:45

YAP xəbərləri
18 Oktyabr 10:32

Sosial
18 Oktyabr 10:16

İqtisadiyyat
18 Oktyabr 09:51

İqtisadiyyat
18 Oktyabr 09:27

Sosial
18 Oktyabr 08:54
Ədəbiyyat
18 Oktyabr 08:40

Gündəm
18 Oktyabr 01:42

Gündəm
18 Oktyabr 01:30

Gündəm
18 Oktyabr 01:07

Dünya
17 Oktyabr 23:39

Gündəm
17 Oktyabr 23:34

Gündəm
17 Oktyabr 23:22

YAP xəbərləri
17 Oktyabr 23:15

Sosial
17 Oktyabr 22:51

YAP xəbərləri
17 Oktyabr 22:50

YAP xəbərləri
17 Oktyabr 22:32

Dünya
17 Oktyabr 22:13

Dünya
17 Oktyabr 21:45

YAP xəbərləri
17 Oktyabr 21:20

Dünya
17 Oktyabr 21:08

Dünya
17 Oktyabr 20:50

YAP xəbərləri
17 Oktyabr 20:31

Sosial
17 Oktyabr 20:12

Dünya
17 Oktyabr 19:51

Gündəm
17 Oktyabr 19:49

Dünya
17 Oktyabr 19:38

YAP xəbərləri
17 Oktyabr 19:10

Dünya
17 Oktyabr 18:34

YAP xəbərləri
17 Oktyabr 18:09

Xəbər lenti
17 Oktyabr 18:04

YAP xəbərləri
17 Oktyabr 17:50

Dünya
17 Oktyabr 17:30
