Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Hərbi / Azərbaycan Ordusunda psixoloqlarla təlim keçirilir

Azərbaycan Ordusunda psixoloqlarla təlim keçirilir

10.04.2025 [19:29]

Azərbaycan Ordusunda xidmət edən psixoloqların bilik və bacarıqlarını, peşəkarlıq səviyyələrini artırmaq, müxtəlif xidmət şəraitlərində daha effektiv fəaliyyət göstərmələrini təmin etmək məqsədilə Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunda psixoloji təlim keçirilir.

Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, qardaş Türkiyə Respublikasından dəvət edilmiş psixoloq tərəfindən "Psixologiyanın əsasları", "Obsessiv-kompulsiv pozuntu", "EMDR terapiya", "Mənlik duyğusu" mövzularında iştirakçılara ətraflı məlumat verilir.

Təlimdə psixoloji travmalar, onların yaddaşda hansı formalarda qalması, biopolyar pozuntular, uşaqlıq qorxularının aradan qaldırılması metodları, döyüş və ekstremal şəraitdə travma yaşayan hərbi qulluqçuların psixoloji vəziyyətlərinin neyropsixoloji aspektləri və onlara effektiv dəstək yolları, dərin psixoloji problemlərin aradan qaldırılması üsulları və bu üsulların tətbiq mexanizmləri barədə geniş izahlar verilir.

Təlim zamanı dinləyicilərin aktiv iştirakı ilə təcrübi çalışmalar yerinə yetirilərək əldə olunan biliklər möhkəmləndirilir.

Qeyd edək ki, Azərbaycan Ordusunda xidmət edən psixoloqların təkmilləşdirilməsi məqsədilə keçirilən təlim aprelin 11-dək davam edəcək.

Paylaş:
Baxılıb: 270 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

18 Oktyabr 08:40

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31