AMADA: Bu il idmançılardan 1300 antidopinq testi götürülüb
31.12.2024 [23:49]
Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) 2024-cü ili uğurla tamamlayır.
AMADA-dan AZƏRTAC-a verilən məlumata görə, cari ildə agentlik beynəlxalq standartlara uyğun, qabaqcıl təcrübələri və müasir innovativ üsulları tətbiq edərək, ölkədə dopinq nəzarətinin həyata keçirilməsində mühüm irəliləyişlərə imza atıb. Olimpiya ilinə iki beynəlxalq elmi-praktik konfransla start verən AMADA hesabat dövrünə strateji hədəflərə yönəlmiş digər beynəlxalq konfransla yekun vurub.
Dopinqin idman aləmində yaratdığı təhlükələrin qarşısını almaq, idmançıların sağlamlığını qorumaq və onların hüquqlarını təmin etmək AMADA-nın əsas prioritet istiqamətlərini təşkil edir. AMADA tətbiq etdiyi siyasət və tədbirlərlə yalnız idmançıların fiziki və psixoloji sağlamlığını gücləndirməklə kifayətlənmir, həm də ölkəmizin təmiz idman imicini beynəlxalq arenada daha da möhkəmləndirir.
2024-cü ildə idmançılardan 1300 antidopinq testi götürülüb. Test Bölüşdürmə Planı 30 idman növünü və 56 yarımnövü əhatə edir. 52 milli yarışda testetmə keçirilib, 6 beynəlxalq yarışda nümunə toplamaq AMADA-ya həvalə olunub. Testlərin 90,6 faizi Bakıda, 7,5 faizi bölgələrdə, 1,8 faizi isə dünyanın digər şəhərlərində götürülüb.
Cari ildə AMADA-nın Nəticələrin emalı və təhqiqat şöbəsi 8 idmançı barəsində müxtəlif antidopinq qayda pozuntularına dair icraat başladıb. Bunlardan 4-ü idmançı tərəfindən qadağan edilmiş maddə və ya üsuldan istifadə və ya istifadə cəhdi, 2-si idmançının nümunəsində qadağan olunmuş maddə və ya onun metabolitləri və ya markerlərinin mövcudluğu, 1-i idmançı tərəfindən nümunə toplanmasından yayınma, imtina və ya nümunəni təqdim etməmə, 1-i isə dopinq nəzarətinin hər hansı bir hissəsinin saxtalaşdırılması və ya saxtalaşdırma cəhdi ilə əlaqədardır.
Hesabat dövründə 9 antidopinq qayda pozuntusu üzrə sanksiya qərarı qəbul olunub. Bunlardan 7-si idmançının nümunəsində qadağan edilmiş maddə və ya onun metabolitləri və ya markerlərinin mövcudluğu, idmançı tərəfindən qadağan edilmiş maddə və ya qadağan edilmiş üsuldan istifadə və ya istifadəyə cəhd antidopinq qayda pozuntusu, 1-i idmançı tərəfindən nümunə toplanmasından yayınma, imtina və ya nümunəni təqdim etməmək, 1-i isə idmançı tərəfindən məkan məlumatı pozuntusu olub. Belə ki, idmanın boks növündə 2, taekvondo, ağırlıqqaldırma, pauerliftinq, cüdo, güləş, atletika və kikboksinqdə isə 1 qayda pozuntusuna rast gəlinib.
Ümumilikdə il ərzində 3074 şəxsi əhatə edən 59 maarifləndirmə seminarı, 9 vebinar, 7 kütləvi təbliğat tədbiri və 4 tədbir keçirilib.
Cari ildə Agentliyin təşkilatçılığı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı” çərçivəsində və “Strateji tərəfdaşlıq: Qlobal antidopinq təşəbbüslərinin inkişafı üçün əməkdaşlıq” mövzusunda dəyirmi masalar keçirilib, psixoaktiv maddələrin istifadəsinin təsiri və yayılması ilə bağlı sorğu təşkil edilib, Avropanın Profilaktika üzrə Tədris Proqramının təlimat kitabçası Azərbaycan dilinə tərcümə olunub.
AMADA-nın təşəbbüsü ilə aprelin 15-21-də ölkəmizdə “Ədalətli idman həftəsi” elan edilib. Belə ki, “Ədalətli idman həftəsi”ndə məlumatlandırıcı post və hekayələr paylaşılıb, idman ictimaiyyətinin tanınmış simalarının bu günlə bağlı fikirlərini əks etdirən videoçarxlar, eyni zamanda, Ədalətli İdman Günü ilə bağlı sorğulardan ibarət müsabiqələr təşkil olunub.
Cari ildə AMADA Türkiyə, Almaniya milli antidopinq təşkilatları, Azərbaycan Boks Federasiyası, Azərbaycan Güləş Federasiyası, Azərbaycan İdman Akademiyası ilə əməkdaşlıq haqqında müqavilə və memorandumlar imzalayıb.
Xəbər lenti
Hamısına baxDünya
10 May 22:12
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50

