/ / Azad Rəhimov: İslamiada Azərbaycanın mötəbər tədbirləri yüksək səviyyədə keçirməyə qadir olduğunu göstərdi
Azad Rəhimov: İslamiada Azərbaycanın mötəbər tədbirləri yüksək səviyyədə keçirməyə qadir olduğunu göstərdi
24.05.2017 [10:02]
“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında iştirak edən bütün idmançılar, missiya rəhbərləri İslamiadanın təşkilindən məmnunluqlarını bildiriblər. Qürur hissi ilə deyə bilərik ki, IV İslam Həmrəyliyi Oyunları Rio Olimpiadasından da yüksək səviyyədə keçirildi. Azərbaycan IV İslam Həmrəyliyi Oyunları ilə belə mötəbər yarışlara yüksək səviyyədə ev sahibliyi etməyə qadir olduğunu dünyaya göstərə bildi.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın gənclər və idman naziri, “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov mayın 23-də Oyunların yekunları ilə bağlı təşkil olunan mətbuat konfransında deyib.
Prezident İlham Əliyevin idmançılarla görüşdə Rio Oyunlarında yüksək nailiyyətlərimizin IV İslam Həmrəyliyi Oyunlarında öz təsdiqini tapması ilə bağlı fikrini xatırladan Azad Rəhimov Azərbaycanın 75 qızıl medalla İslamiadanı birinci yerdə başa çatdırdığını diqqətə çatdırıb. Bildirib ki, komandamız 162 medal ilə yüksək nailiyyət göstərdi. İdmançılarımız gərgin idman mübarizəsi nəticəsində qələbə qazandılar. İstər təşkilatçılıq, istərsə də yarışlar baxımından Oyunlar yüksək səviyyədə keçirildi. Açılış və bağlanış mərasimlərində, yarışlar zamanı hər hansı problem müşahidə edilmədi. Yarışların işıqlandırılması, yayım məsələləri operativ qaydada təmin olundu.
Bakı Media Mərkəzinin yüksək səviyyəli yayım həyata keçirdiyini söyləyən nazir videoçarxda gözəl anların öz əksini tapdığını vurğulayıb: “Oyunlarda 3 minə yaxın idmançı iştirak edib. Həmçinin minə yaxın texniki heyət çalışıb. Açılış və bağlanış mərasimlərində tərtibat yüksək səviyyəli idi. Bakı sakinləri yarışları bayram ab-havasında izlədilər. Atletlər kəndində qalan idmançılar onlar üçün yaradılan şəraitdən tam razı qaldılar”.
Oyunların keçirilməsində iştirak edən 8 mindən artıq könüllüyə göstərdikləri dəstəyə görə minnətdarlığını bildirən A.Rəhimov onlardan 4600-nün açılış və bağlanış mərasimlərinə cəlb edildiyini deyib: “Əməliyyat Komitəsində 1500-ə yaxın mütəxəssis işə cəlb edilmişdi. Biz birlikdə mehriban əməkdaşlıq şəraitində çalışdıq. Bizimlə səmərəli əməkdaşlığa görə İslam Həmrəyliyi İdman Federasiyasına minnətdarlığımızı bildiririk. Növbəti Oyunlar Türkiyədə keçiriləcək. Qardaş Türkiyəyə növbəti Oyunların təşkilində uğurlar arzulayırıq”.
İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) Koordinasiya Komissiyasının üzvü Əşrəf Seyyid Dahruq ev sahibi Azərbaycanın Oyunların təşkilinə, eləcə də möhtəşəm açılış və bağlanış mərasimlərinə mükəmməl hazırlaşdığını qeyd edib. O, “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri, Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə görülən yüksək səviyyəli işlərin əhəmiyyətini xüsusi vurğulayıb.
İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin əksəriyyətinin Oyunlarda iştirak etdiyini söyləyən Koordinasiya Komissiyasının üzvü idmançıların yarışlara böyük həvəslə qatıldıqlarını diqqətə çatdırıb: “Oyunlar yüksək səviyyədə keçirildi. Ümid edirik ki, bu səviyyə gələcəkdə də qorunacaq. Bütün müsəlman ölkələrinin dünyaya göndərdiyi mesaj aydın idi. Azərbaycan böyük tədbirlərə ev sahibliyi etməyə hazırdır. Ümid edirik ki, Azərbaycan müsəlman ölkələri və xalqları arasında həmrəyliyin gücləndirilməsinə töhfə verməkdə davam edəcək”.
Azərbaycan Milli Olimpiya Komitəsinin və İHİF-in vitse-prezidenti Çingiz Hüseynzadə milli komandamızın bu mötəbər yarışlardakı nailiyyətlərindən danışaraq ölkəmizin Oyunlarda güclü heyətlə təmsil olunduğunu bildirib: “Azarkeşlər mükəmməl arenalarda maraqlı idman mübarizəsinin şahidi oldular. Komandamız böyük uğur qazandı. Bu Oyunların ən əhəmiyyətli cəhəti idmanın bütün növlərində medal qazanmağımızdır”.
Sonra jurnalistlərin sualları cavablandırılıb.
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 17:25
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35

