Kredit risklərinin idarə edilməsi...
01.06.2024 [10:30]
Yeni qaydalar kredit inzibatçılığı və borca nəzarətin artmasını şərtləndirir
Mərkəzi Bankın sədrinin qərarına əsasən, “Banklarda kredit risklərinin idarə edilməsi Qaydası”nda dəyişikliklər edilib. Dəyişikliklərin 3 ay sonra ( sentyabr) qüvvəyə minməsi nəzərdə tutulur. Yeni qaydalar “Banklar haqqında” Qanunun müvafiq maddəsinə uyğun olaraq yeniləşdirilib və kredit risklərinin idarə edilməsinə dair minimum tələbləri müəyyən edir. Qeyd edək ki, banklarda kredit risklərinin idarə edilməsi korporativ idarəetmə standartlarına əsasən tənzimlənir.
Kredit risklərinin idarə edilməsi sistemi MB-nın müvafiq siyasət tədbirləri çərçivəsində risklərinin qiymətləndirilməsi, monitorinqi, stress-testin aparılması, hesabatlıq və digər mexanzimlərə əsaslanır.
Qaydalara əsasən, banklarda kredit risklərinin idarə edilməsi “Banklarda korporativ idarəetmə Standartları” ilə tənzimlənir və əsas strateji yanaşma banklarda etibarlı, şəffaf idarəetmə və hesabatlıq sisteminin təşkili, daxili nəzarətin və risklərin idarə olunmasının effektivliyinin təmin edilməsidir. Bu son dövrlərdə bank sektorunda aparılan islahatların mühüm tərkib hissəsi kimi nəzərdə tutulur. Eyni zamanda, yeni qaydalar əsas etibarilə kredit risklərinin idarə edilməsi siyasətinin əsaslarını müəyyən edir. Bu da bank strategiyasında nəzərdə tutulan əsas tələblərdən biridir. Belə ki, risklərin idarə edilməsi siyasətinə müvafiq olaraq banklar risk inzibatçısı mü?yyən edərək risklərlə bağlı vəziyyəti daim nəzarətdə saxlayır.
Kredit riski nədir?
Kredit riski bankdan və ya maliyyə-kredit təşkilatından borc alan şəxsin öz öhdəliklərini icra edə bilməməsi nəticəsində itkinin yaranmasıdır. Kredit risklərinin idarə edilməsi siyasəti bankın kredit tələblərinin yaranması, investisiya əməliyyatlarının aparılması, yeni bank məhsulları ilə bağlı qərarların qəbul edilməsi, makroiqtisadi mühitin kreditlərin verilməsi ilə bağlı qərarlara təsiri istiqamətini müəyyən edir.
Bu cür risklərin artması sözsüz ki, banklara geri ödənilməyən kreditlərin həcmini də böyüdür və nəticədə ölkədə problemli kreditlərin məbləği də yüksəlir. Hazırda ölkə üzrə ödəmə vaxtı keçmiş kreditlərin məbləği təxminən 500 milyon manat təşkil edir. Son illərdə Mərkəzi Bank tərəfindən həyata keçirilən tədbirlər sayəsində vaxtı keçmiş kreditlərin həcmində əhəmiyyətli azalmalar baş verir və həmin vəsaitlərin məbləği ümumi kredit portfelinin 2 faizini təşkil edir. Yəni bu narahatlıq doğuracaq rəqəm sayıla bilməz. Ancaq həmin kreditlərin geri ödənilməməsi aktivləri o qədər də böyük olmayan bəzi bankların işini çətinləşdirir. Xüsusilə də istehlak kreditlərində bu hal daha çox müşayiət edilir.
Kredit risklərinin idarə edilməsi siyasəti bankın kredit tələblərinin yaranması, investisiya əməliyyatlarının aparılması, yeni bank məhsulları ilə bağlı qərarların qəbul edilməsi, makroiqtisadi mühitin kreditlərin verilməsi ilə bağlı qərarlara təsiri istiqamətini müəyyən edir. Kredit riskləri dedikdə təminata dair minimum tələblər, təminatsız, habelə xarici valyutada kreditlərin portfeldə maksimum həcmi və onların verilməsi ilə bağlı tələblər, kredit məhsulu üzrə kredit məbləğinin yuxarı həddi, ələlxüsus da kənd təsərrüfatı kreditləri üzrə şərtlər müəyyən edilərkən kənd təsərrüfatı subyektinin fəaliyyət tsikli və mövsümi xüsusiyyətləri, kredit portfelində qeyri-işlək kreditlərin yuxarı həddi, bankın investisiya əməliyyatları ilə bağlı tələbləri, daxili risk reytinqi sistemi və hər bir risk dərəcəsi üzrə meyarlar və digər amillər nəzərə alınır. Həmçinin, borcalan barədə zəruri məlumatlar və s. informasiyalar da riks portfelində diqqətdə saxlanılır.
Yeni qaydalar həm də kredit inzibatçılığı ilə bağlı meyarları da müəyyən edir. İnzibatçılıq planına əsasən, hər bir kredit tələbi üzrə borcalanın kredit risklərinin təhlili nəticələri, kreditin verilməsi ilə bağlı qərar sənədləşdirilir və kredit dosyesində saxlanılmalıdır. Kreditlər üzrə müraciətlərin reyestri aparılır və kreditin verilməsindən imtina edildikdə, bank kredit üçün müraciət edən şəxsə onun sorğusu əsasında imtinanın səbəblərini göstərməklə aydın şəkildə yazılı cavab verməlidir. Kredit müqaviləsi, o cümlədən istehlak krediti müqaviləsi üzrə münasibətlər isə Mülki Məcəllə ilə tənzimlənir.
Qaydalarda digər bir mühüm məqam stress -testin aparılmasıdır. Belə ki, bank bir və ya bir neçə şokun kredit portfelinə potensial təsirini qiymətləndirmək üçün stress-test aparır. Bankın risklərin idarə edilməsi sisteminin ayrılmaz tərkib hissəsi kimi nəzərdə tutulan stress-test 6 ayda bir dəfədən az olmayaraq aparılır və nəticələri Müşahidə Şurasına təqdim edilir. Bu cür testlər isə kredit risklərinin idarə edilməsi ilə bağlı siyasətin və daxili qaydaların təkmilləşdirilməsi, əlavə kapital tələbinin öncədən müəyyən edilməsi, effektiv fövqəladə hallar planın hazırlanması məqsədilə aparılır. Stress-testlərin həyata keçirilməsinin ən mühüm əhəmiyyəti bankın likvidlik çatışmazlığını, fors-major hallarının baş verməsi və müştərinin ödəmə qabiliyyətini itirməsi və s. halların müəyyən edilməsidir.
Banklar stress-testin nəticələri barədə məlumatı davamlı olaraq Mərkəzi Banka təqdim etməyə borcludur.
ELBRUS
Xəbər lenti
Hamısına baxSosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35

