Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / İcmal büdcənin gəlir və xərcləri də artırılır

İcmal büdcənin gəlir və xərcləri də artırılır

25.06.2024 [10:20]

Dövlət Neft Fondunun gəlirləri 2 milyard manatdan çox artırılaraq 14 milyard manatı ötəcək

Məlum olduğu kimi Milli Məclis “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi ikinci oxunuşda qəbul edib. İyunun 25-də sözügedən qanun layihəsinin üçüncü  oxunuşda təsdiqlənməsi nəzərdə tutulur. Bununla yanaşı, icmal büdcənin tərkibinə daxil olan büdcədənkənar fondların da büdcəsinə dəyişikliklər ediləcək. Belə ki, yenidən baxılma ilə 2024-cü il icmal büdcənin gəlirləri 43 milyard 480 milyon manat proqnozlaşdırılır ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 4 milyard 482,5 milyon manat və ya 11,5 faiz çoxdur. İcmal büdcənin xərcləri isə 45 milyard 591,8 milyon manat proqnozlaşdırılır ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 3 milyard 215,6 milyon manat və ya 7,6 faiz çoxdur.

İcmal büdcənin tərkibinə daxil olan əsas maliyyə mənbələrindən biri olan Dövlət Neft Fondunun büdcəsinin gəlirləri cari ilin təsdiq olunmuş göstərici ilə müqayisədə 2 milyard 36 milyon manat və yaxud 16,9 faiz artırılaraq 14 milyard 109,2 milyon manat, xərcləri isə 4,7 milyon manat artırılaraq 12 milyard 904,9 milyon manat nəzərdə tutulur. Fondun gəlirlərinin əsas mənbəyini neft-qaz sazişləri üzrə Azərbaycanın payına düşən karbohidrogen ehtiyatlarının satışından əldə edilən xalis gəlirlər təşkil edəcək. Belə ki, həmin gəlirlər üzrə proqnoz 2 milyard 51,4 milyon manat və yaxud 25,2 faiz artırılaraq 8 milyard 146,2 milyon manatdan 10 milyard 197,6 milyon manata çatdırılacaq. Fondun digər gəlir mənbəyi olan neft-qaz sazişlərinin icrası ilə bağlı sərmayəçilərin ödədiyi bonuslar üzrə proqnoz isə 8,6 milyon manat və yaxud 1,1 faiz artırılaraq 775,9 milyon manat təşkil edəcək. DNF-nin gəlir mənbələrinə, həmçinin, karbohidrogen ehtiyatlarının işlənilməsi ilə əlaqədar müqavilə sahəsindən istifadə üçün sərmayəçilərin akrhesabı ödənişləri, valyuta aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən gəlirlər də daxildir ki, 2024-cü il ərzində həmin vəsaitlərin də həcmində artımlar gözlənilir. Fondun xarici ölkələrin nüfuzlu maliyyə institutlarında yerləşdirilmiş aktivləri yeni investisiya siyasətinə əsasən idarə olunur və təhlükəsiz saxlanılması, səmərəli idarəetmə yolu ilə investisiya gəliri əldə etməklə davamlı artırılması məqsədlərini daşıyır. Cari il üzrə fondun investisiya portfelinin 55,5 faizi istiqrazlara və digər pul bazarı alətlərinə, 25,7 faizi səhmlərə, 5,8 faizi daşınmaz əmlaka, 13,2 faizi isə qızıla yerləşdirilib.  

Neft Fondunun 2024-cü ildə xərclərinin əsas istiqamətlərində ilk yerdə dövlət büdcəsinə transfert dayanır ki, bu vəsaitin həcmi 12 milyard 781 milyon manat proqnozlaşdırılır. Digər xərc maddəsi olan “2019-2023-cü illər üçün ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə əlavə 4,7 milyon manat yönəldilməklə cəmi 38,2 milyon manat xərclənəcək. “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”nın maliyyələşdirilməsinə isə 47,4 milyon manat sərf edilməsi nəzərdə tutulub. 

Qeyd edək ki, 2024-cü ilin 1 aprel tarixinə olan göstəriciyə əsasən, DNF-nin aktivlərinin cəmi məbləği 57,4 milyard dollar təşkil edir ki, bu da Azərbaycanın iqtisadi təhlükəsizliyinin təmin olunması üçün güclü təhlükəsizlik yastığı deməkdir. 

2024-cü ilin büdcə layihəsinə dəyişikliklər çərçivəsində icmal büdcəyə daxil olan digər fondun - Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin gəlirləri və xərcləri də artırılacaq. Bu fondun gəlir və xərcləri bərabər həcmdə - 30 milyon manat (0,4 faiz) artırılmaqla 6 milyard 949,9 milyon manat təşkil edəcək. İcbari Tibbi Sığorta Fondunun gəlir və xərcləri də bərabər olaraq 38,9 milyon manat (1,4 faiz) artırılmaqla 2 milyard 850,3 milyon manata çatdırılacaq. İşsizlikdən Sığorta Fondunun gəlirləri və xərcləri isə dəyişməyəcək, gəlirlər əvvəlki layihədə təsdiq olunmuş məbləğdə, yəni 238 milyon manat həcmində qalacaq. Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlir və xərcləri bərabər səviyyədə, yəni 22,9 milyon manat (4,4 faiz) artırılmaqla 539,3 milyon manat təşkil edəcək. Eyni zamanda ölkə daxilində istehsal edilən və qiymətləri tənzimlənən yanacağın daşıyıcılar tərəfindən Naxçıvan Muxtar Respublikasına çatdırılması  məqsədilə çəkilən əlavə xərclərin qarşılanması üçün nəzərdə tutulmuş 6,8 milyon manat vəsait Muxtar Respublikanın büdcəsindən çıxarılaraq dövlət büdcəsinin mərkəzləşdirilmiş xərcləri vasitəsilə təmin olunacaq. Bu səbəbdən dövlət büdcəsindən Muxtar Respublikanın büdcəsinə verilən dotasiyanın məbləği 6,8 milyon manat azaldılacaq.

ELBRUS CƏFƏRLİ

Paylaş:
Baxılıb: 208 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Mədəniyyət

Ədəbiyyat

Sosial

Gündəm

Gündəm

Avropa

Xəbər lenti

Xəbər lenti

Qızıl bahalaşıb

18 İyul 11:44

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31