Dünya Bankının Azərbaycanda “yaşıl maliyyə” hədəfləri
29.10.2024 [08:57]
Mərkəzi Bank (MB) Dünya Bankı (DB) ilə noyabrın 11-22-də Bakıda keçiriləcək COP29 çərçivəsində görüləcək işləri müzakirə edib. DB-nin Əməliyyatlar üzrə icraçı direktoru xanım Anna Byerde COP29 çərçivəsində görülən işləri dəyərləndirərək bu istiqamətdə bankın potensial dəstək imkanlarından bəhs edib. Qeyd edək ki, ötən həftə, oktyabrın 25-də ABŞ-ın paytaxtı Vaşinqton şəhərində keçirilən Beynəlxalq Valyuta Fondu və Dünya Bankı Qrupunun İllik Toplantısı çərçivəsində də Azərbaycana iqlim maliyyəsi ilə bağlı dəstək məsələlərinə toxunulub. Azərbaycanın COP29 nümayəndə heyəti ilə DB-nin mütəxəssisləri arasında keçirilən görüşdə gələcək əməkdaşlıq planları çərçivəsində iqlim dəyişiklikləri ilə mübarizə tədbirlərini nəzərdə tutan layihələrin maliyyələşdirilməsi əsas detallardan biri olub.
“Yaşıl istiqrazlar”ın tətbiqində razılaşma...
Azərbaycan hökuməti iqlim dəyişikliyinə qarşı mübarizə və dayanıqlı inkişaf hədəfləri çərçivəsində Paris Sazişi və BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri (SDG) kimi beynəlxalq sazişlərə uyğun olaraq beynəlxalq maliyyə institutları, o cümlədən Dünya Bankı ilə bu istiqamətdə fayda verən təsirli addımlar atır. Bu hədəflər, əsasən, istixana qazı emissiyalarının azaldılması, enerji sektorunun dekarbonizasiyası, təmiz texnologiyaların təşviqi və yenilənə bilən enerji mənbələrinin istifadəsi kimi sahələri əhatə edir.
Azərbaycan Mərkəzi Bank tərəfindən kapital bazarının inkişafına dair strateji planda müəyyən edilmiş hədəflərin icrasında da tərəfdaşlardan biri kimi DB öndə dayanır. Bankın ekspertləri ölkəmizdə “yaşıl maliyyə” alətlərinin tətbiqi üçün zəruri köməkliyi göstərməyə hazır olduğunu bəyan edib. Bu istiqamətdə cari il ərzində əməkdaşlıq çərçivəsində “yaşıl istiqrazlar” üzrə qabaqcıl ölkələrin təcrübələrinin, o cümlədən dayanıqlı “yaşıl maliyyələşmə” sahəsində müasir yanaşmaların respublikamızın maliyyə sektoruna gətirilməsi üçün müvafiq razılaşma əldə olunub.
Dünya Bankı ilə Azərbaycan arasında əməkdaşlığın yeni mərhələsini nəzərdə tutan Ölkə Tərəfdaşlıq Çərçivəsi (ÖTÇ) sənədinin də əsas prioritetlərdən biri məhz iqlim dəyişikliklərinə qarşı mübarizə, “yaşıl iqtisadiyyat” və “yaşıl maliyyə” sahəsində yeni layihələrin icrasıdır. Bankın Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti Antonella Bassani qeyd edib ki, ölkəmizdə enerji keçidinin bərpa olunan enerji və enerji səmərəliliyi komponentlərinə Dünya Bankının dəstəyinin artırılması, COP29 tədbiri ilində Azərbaycanın yaşıl sektorlarına sərmayə qoyuluşları nəzərdən keçiriləcək və bankın donorluğu təmin olunacaq.
DB Azərbaycanda 760 MVt gücündə günəş enerjisi layihələrinin enerji sisteminə qoşulması, günəş panelləri infrastrukturunun genişləndirilməsi, “yaşıl hidrogen” istehsalı və digər bərpa olunan sahələrə investisiyaların qoyuluşunda açıq olduğunu bəyan edib. Azərbaycanda “yaşıl enerji” istehsalının inkişafı perspektivləri ilə bağlı beynəlxalq koalisiyanın təşəbbüslərini yüksək dəyərləndirən DB xarici təşkilatlarla birgə bu proqrama qoşulmaq niyyətini də istisna etmir. Belə ki, 2024-cü il martın 1-də Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasında qəbul edilən qərarları dəstəkləyən əsas institutlardan biri Dünya Bankı olub. Azərbaycan və Avropa İttifaqı daxil olmaqla 23 ölkə, 6 beynəlxalq təşkilat və 44 şirkətin təmsil olunduğu tədbirdə “yaşıl enerji” sahəsində əməkdaşlığa dair imzalanmış sənədlər Cənub Qaz Dəhlizi ilə “yaşıl enerji”nin ixracı üçün infrastrukturların yaradılmasını nəzərdə tutur ki, DB-nin bu prosedə donor olması istisna edilmir.
DB-nin 8 külək və günəş elektrik stansiyasının inşasında maliyyə dəstəyi...
Ümumilikdə, Dünya Bankı Azərbaycanla birgə nəzərdə tutulan layihələr çərçivəsində “yaşıl hidrogen” təşəbbüslərinə xüsusi diqqət yetirir, eləcə də bərpa olunan enerji qurğularının qurulmasında yaxından iştirakını planlaşdırır. 2027-ci ilədək ölkəmizdə 8 külək və günəş elektrik stansiyasının qurulması və enerji sisteminə inteqrasiyası məqsədilə maliyyə dəstəyini göstərəcək. Həmçinin, işğaldan azad olunmuş ərazilərdə bərpa olunan enerji mənbələrinə sərmayələrin yönəldilməsi, “ağıllı şəhər və ağıllı kənd” konsepsiyalarının tətbiqində “yaşıl texnologiyalar”ın və “yaşıl enerji zonası” layihələrinin icrasında da yaxından iştirakını etmək marağını ifadə edib.
DB, həmçinin, bərpa olunan enerjinin ixracında və regional “yaşıl enerji” dəhlizinin yaradılmasımnda da maliyyə təminatçısı olmaq niyyətini bəyan edib. “Xəzər-Qara dəniz-Avropa” yaşıl enerji dəhlizinin, növbəti illərdə dənizdə külək enerjisi potensialının artırılması üzrə əməkdaşlığın isə Azərbaycanın “yaşıl enerji”nin təchizatçısı olmaq niyyətini bəyan edib. Bankın TransXəzər “yaşıl enerji” dəhlizinin maliyyə təchizatçısı kimi donorluq imkanları da istisna deyil.
Dünya Bankı Qrupunun əsas maliyyə strukturlarından biri olan Beynəlxalq Maliyyə Korporasiyası (BMK) ötən dövr ərzində kiçik və orta sahibarlıqla məşğul olan müştəriləri əhatə edən ekoloji kredit xətləri açıb ki, bu da “yaşıl kreditləşmə” sahəsində uğurlu başlanğıc kimi yadda qalıb. Bu istiqamətdə əməkdaşlığın daha da genişləndirilməsi və maliyyələşmə imkanlarının artırılması nəzərdə tutulur.
Həmçinin, BMK ilə ölkəmiz arasında imzalanmış Azərbaycanda bərpa olunan enerji sahəsinin inkişafına dair anlaşma memorandumuna əsasən, dənizdə külək enerjisi resursundan istifadə üzrə əməkdaşlığa başlanılıb.
İqlim maliyyəsinin yeni mənbəyi - Yeni Kollektiv Kəmiyyət Hədəfi...
COP29-un nümayəndə heyəti və baş danışıqçısı Yalçın Rəfiyevin ABŞ-da Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun illik iclasları çərçivəsində Çoxtərəfli İnkişaf Banklarının nümayəndələri ilə əlaqələndirmə görüşündə də ekoloji layihələrin icrasında dəstək mexanizmləri müzakirə olunub. Vaşinqton görüşlərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCC) icraçı katibi Saymon Stil və BVF-nin sərəncamçı direktoru Kristalina Georgiyeva, beynəlxalq maliyyə institutları və özəl maliyyə təşkilatlarının rəhbər şəxsləri ilə aparılan müzakirələrdə Azərbaycanın iqlim maliyyəsi hədəflərinə çatmaqda təşəbbüskarlığı da yüksək dəyərləndirilib. Maliyyə naziri Samir Şərifov iqlim dəyişikliyi ilə mübarizədə inkişaf etməkdə olan ölkələrin tələblərinə cavab verəcək ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) cari ilin sonuna kimi qəbul edilməsinin vacibliyini vurğulayıb. NCQG sənədinin qəbul edilməsi bir çox ölkələrlə yanaşı, Azərbaycanın çoxtərəfli inkişaf banklarının resurs bazalarından istifadə etməsinə imkan yaradcaq. Nəticədə bu, iqlim hədəflərinə çatmaqda dayanıqlı maliyyə mexanizmlərinin formalaşmasında mühüm rol oynayacaq.
Ümumilikdə, Azərbaycan DB ilə yanaşı, Körfəz Əməkdaşlıq Şurası və Mərkəzi Asiya ölkələrinin maliyyə strukturları ilə də “yaşıl layihə”in icrasında fəal əməkdaşlıq imkanlarını qiymətləndirir. Tərəflər regionlar arasında investisiyaların və işçi qüvvəsinin sərbəst hərəkətinin qarşılıqlı təşviqinin, balanslı və yumşaq enerji keçidinin təmin olunması istiqamətində əməkdaşlığın gücləndirilməsinin və innovativ maliyyə alətlərinin tətbiq edilməsinin vacibliyinə toxunublar.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxElm
05 Noyabr 23:29
Xəbər lenti
05 Noyabr 22:57
Din
05 Noyabr 22:41
Dünya
05 Noyabr 22:20
Siyasət
05 Noyabr 21:59
Xəbər lenti
05 Noyabr 21:39
İdman
05 Noyabr 21:18
İqtisadiyyat
05 Noyabr 20:57
Sosial
05 Noyabr 20:37
Sosial
05 Noyabr 20:16
Elm
05 Noyabr 19:33
İdman
05 Noyabr 19:12
Xəbər lenti
05 Noyabr 18:52
Sosial
05 Noyabr 18:31
Dünya
05 Noyabr 18:10
YAP xəbərləri
05 Noyabr 17:28
YAP xəbərləri
05 Noyabr 17:26
YAP xəbərləri
05 Noyabr 17:25
YAP xəbərləri
05 Noyabr 17:24
YAP xəbərləri
05 Noyabr 17:23
YAP xəbərləri
05 Noyabr 17:22
Elm
05 Noyabr 17:02
Xəbər lenti
05 Noyabr 16:59
Siyasət
05 Noyabr 16:56
YAP xəbərləri
05 Noyabr 16:29
YAP xəbərləri
05 Noyabr 16:25
İdman
05 Noyabr 16:22
Siyasət
05 Noyabr 16:22
Gündəm
05 Noyabr 16:09
YAP xəbərləri
05 Noyabr 15:59
YAP xəbərləri
05 Noyabr 15:50
YAP xəbərləri
05 Noyabr 15:26
YAP xəbərləri
05 Noyabr 15:25
Elm
05 Noyabr 15:13
Elm
05 Noyabr 14:31
Dünya
05 Noyabr 14:30
Siyasət
05 Noyabr 14:29
İdman
05 Noyabr 14:29
Dünya
05 Noyabr 14:18
Mədəniyyət
05 Noyabr 14:10
Siyasət
05 Noyabr 14:08
Dünya
05 Noyabr 13:06
İqtisadiyyat
05 Noyabr 13:05
İqtisadiyyat
05 Noyabr 13:02
Dünya
05 Noyabr 12:53
Sosial
05 Noyabr 12:45
Gündəm
05 Noyabr 12:26
Hərbi
05 Noyabr 12:02
Dünya
05 Noyabr 12:00
İdman
05 Noyabr 11:59
İqtisadiyyat
05 Noyabr 11:55
Sosial
05 Noyabr 11:54
Siyasət
05 Noyabr 11:51
Siyasət
05 Noyabr 11:34
Sosial
05 Noyabr 11:03
İqtisadiyyat
05 Noyabr 10:54
Gündəm
05 Noyabr 10:28
Sosial
05 Noyabr 10:27
Dünya
05 Noyabr 10:25
Din
05 Noyabr 09:59
Hadisə
05 Noyabr 09:39
Dünya
05 Noyabr 09:38
Siyasət
05 Noyabr 09:23
Sosial
05 Noyabr 09:19
COP29
05 Noyabr 09:16
Analitik
05 Noyabr 09:12
İqtisadiyyat
05 Noyabr 09:09
Dünya
05 Noyabr 09:05
Dünya
05 Noyabr 09:03
Dünya
05 Noyabr 08:59