İstehsal və ixracın artırılması naminə
20.12.2024 [09:33]
2025-ci ildən aqrar sahəyə verilən subsidiyaların əhatəsi genişləndiriləcək
Prezident İlham Əliyevin imzaladığı müvafiq fərmana əsasən, “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” sənədə dəyişikliklər edilib. Fərmana əsasən, aqrar sahədə subsidiyalaşmanın yeni sahələri müəyyən edilib, əlavə subsidiya məbləğləri təyin olunub. Növbəti ildən dincə qoyulmuş torpaq sahələrinə görə də, subsidiya veriləcək. Belə ki, fermerlər əkin subsidiyası üçün müraciət etdiyi torpaqlarda kənd təsərrüfatı bitkilərinin Aqrar Subsidiya Şurasının müəyyən etdiyi dövr ərzində ardıcıl olaraq becərilməsindən sonra həmin torpaqların münbitliyinin bərpası və alaq otlarının azaldılması məqsədilə 1 il müddətinə dincə qoyulan sahənin hər hektarına görə subsidiya alacaq. Bundan başqa, 10 hektar və daha çox torpaq sahəsində şuranın təsdiq etdiyi siyahıya daxil edilmiş sığortalanmalı olan bitkinin becərilməsinə görə əkin subsidiyasının sığorta müqaviləsi bağlandıqdan sonra verilməsi tələbi 2030-cu il yanvarın 1-nə qədər qüvvədə olacaq.
Giləmeyvə bağlarına yeni subsidiyalar
Heyvandarlığın inkişaf etdirilməsi məqsədilə də subsidiyalaşmada yeni əmsallar tətbiq ediləcək. Yeni ildə bağçılıq sahələrinin subsidiyalaşdırılmasına da xüsusi diqqət yönəldiləcək. Giləmeyvəçiliyin inkişaf etdirilməsi dövlət tərəfindən dəstəklənməklə, giləmeyvə istehsalı subsidiyalaşdırılacaq. Növbəti ildə ilk dəfə olaraq intensiv qaragilə bağlarının salınmasına görə dövlət tərəfindən subsidiyalar ayrılacaq. Aqrar Subsidiya Şurasının qərarına əsasən, Şirvan-Salyan, Dağlıq Şirvan, Abşeron-Xızı və Lənkəran-Astara iqtisadi rayonlarında salınmış intensiv qaragilə bağının hər hektarına görə fermerlərə 15000 manat birdəfəlik əkin subsidiyası ödəniləcək. Bu subsidiya mexanizmi hər hektarda ən azı 3400 tingin əkildiyi, damcı suvarma sistemi ilə təmin olunmuş bağlara şamil olunur.
Bundan başqa, respublikanın istənilən bölgəsində salınmış intensiv moruq bağları üzrə hər hektara görə fermerlərə 3200 manat birdəfəlik əkin subsidiyası veriləcək. Subsidiya hər hektarda ən azı 4700 tingin əkildiyi, damcı sulama sistemi ilə təchiz olunmuş intensiv moruq bağlarına şamil ediləcək. Qeyd olunan şərtlərə uyğun gəlməyən intensiv moruq bağlarına görə isə suvarma sistemindən asılı olaraq iki fərqli subsidiyanın verilməsi nəzərdə tutulub. Birdəfəlik əkin subsidiyası üçün müəyyən olunmuş şərtlərə uyğun gəlməyən, lakin müasir suvarma sistemi ilə təchiz olunmuş intensiv moruq bağları üzrə hər hektara görə fermerlərə 310 manat, müasir suvarma sistemi ilə təchiz olunmamış intensiv moruq bağları üzrə isə fermerlərə 250 manat subsidiya veriləcək. İntensiv giləmeyvə bağlarının salınmasını dəstəkləməkdə məqsəd ixrac potensialı yüksək məhsul istehsalına nail olmaq, fermerlərin gəlirlərini artırmaq, su və torpaq resurslarından daha səmərəli istifadəyə nail olmaqdır.
Armud və kivi bağları salanlar üçün müjdə
Həmçinin, daxili bazarda tələbatın ödənilməsi, xarici bazarlara ixrac imkanlarının artırılması məqsədilə digər sahələrin də subsidiya ilə təmin edilməsi nəzərdə tutulub. Yeni maliyyə dəstəyi alətləri çərçivəsində armud bağlarının hər hektarına görə, fermerlərə 8000 manat əkin subsidiyası veriləcək. Armud bağlarına birdəfəlik əkin subsidiyasının Quba-Xaçmaz, Şəki-Zaqatala, Dağlıq Şirvan və Qarabağ iqtisadi rayonlarında dəniz səviyyəsindən 250 metrdən hündür ərazilərdə, ən azı 3 hektar sahədə salınacaq bağlara verilməsi nəzərdə tutulur. Bu kateqoriyadan olan armud bağları müasir suvarma sistemləri ilə təchiz olunmalı, hər hektarda ən azı 2450 sertifikatlı ting əkilməlidir. Qeyd olunan tarixlərdə salınan, lakin yuxarıdakı tələblərdən ən azı birinə cavab verməyən armud bağlarına görə isə hər hektara 800 manat əkin subsidiyası verilməsi nəzərdə tutulur.
Digər subsidiyalaşma intensiv üsulla kivi bağlarının salınmasının stimullaşdırılmasıdır. Lənkəran, Astara, Masallı rayonlarında, eyni zamanda Lerik rayonunun dəniz səviyyəsindən 300 metr yüksəklikdən aşağıda yerləşən ərazilərdə intensiv kivi bağları salan fermerlərə hər hektara görə 9600 manat əkin subsidiyası veriləcək. Bu subsidiya damcı suvarma sistemi ilə təchiz edilmiş və hər hektarda ən azı 650 tingin əkildiyi kivi bağlarına şamil olunacaq.
Ümumilikdə, Azərbaycanda aqrar sahədə subsidiya mexanizmi daha da təkmilləşdirilərək əhatə dairəsi genişləndiriləcək, eyni zamanda, əlçatanlıq təmin olunacaq.
ELBRUS
Xəbər lenti
Hamısına baxDünya
20 Yanvar 23:47
İdman
20 Yanvar 23:31
Xəbər lenti
20 Yanvar 23:15
Siyasət
20 Yanvar 22:54
Dünya
20 Yanvar 22:35
Gündəm
20 Yanvar 22:34
Dünya
20 Yanvar 22:32
Dünya
20 Yanvar 22:19
İdman
20 Yanvar 21:57
Xəbər lenti
20 Yanvar 21:36
Elm
20 Yanvar 21:14
Gündəm
20 Yanvar 21:01
Dünya
20 Yanvar 20:52
İdman
20 Yanvar 20:36
Xəbər lenti
20 Yanvar 20:14
İdman
20 Yanvar 19:51
Xəbər lenti
20 Yanvar 19:34
Xəbər lenti
20 Yanvar 19:15
Xəbər lenti
20 Yanvar 19:06
Xəbər lenti
20 Yanvar 18:47
Sosial
20 Yanvar 18:17
Xəbər lenti
20 Yanvar 18:16
YAP xəbərləri
20 Yanvar 18:15
YAP xəbərləri
20 Yanvar 18:12
YAP xəbərləri
20 Yanvar 18:11
YAP xəbərləri
20 Yanvar 18:10
YAP xəbərləri
20 Yanvar 18:08
Xəbər lenti
20 Yanvar 18:01
Dünya
20 Yanvar 17:55
Sosial
20 Yanvar 17:49
Xəbər lenti
20 Yanvar 17:24
Dünya
20 Yanvar 17:13
Sosial
20 Yanvar 16:46
Sosial
20 Yanvar 16:25
İqtisadiyyat
20 Yanvar 15:54
Xəbər lenti
20 Yanvar 15:21
İqtisadiyyat
20 Yanvar 14:53
Siyasət
20 Yanvar 14:31
Xəbər lenti
20 Yanvar 14:07
Siyasət
20 Yanvar 14:01
Xəbər lenti
20 Yanvar 13:51
İqtisadiyyat
20 Yanvar 13:50
Sosial
20 Yanvar 13:42
YAP xəbərləri
20 Yanvar 13:01
Siyasət
20 Yanvar 12:45
Gündəm
20 Yanvar 12:08
Sosial
20 Yanvar 12:05
Siyasət
20 Yanvar 11:49
Hadisə
20 Yanvar 10:53
Dünya
20 Yanvar 10:49
Dünya
20 Yanvar 10:38
Xəbər lenti
20 Yanvar 10:33
Dünya
20 Yanvar 10:31
Siyasət
20 Yanvar 10:22
Xəbər lenti
20 Yanvar 10:17
İqtisadiyyat
20 Yanvar 10:16
Elm
20 Yanvar 10:08
Gündəm
20 Yanvar 09:57
Dünya
20 Yanvar 09:51
Dünya
20 Yanvar 09:34
Sosial
20 Yanvar 09:13
Xəbər lenti
20 Yanvar 08:51
Gündəm
20 Yanvar 08:33
Dünya
19 Yanvar 23:41
Siyasət
19 Yanvar 22:26
İdman
19 Yanvar 21:34
Gündəm
19 Yanvar 21:13
Sosial
19 Yanvar 20:17
Siyasət
19 Yanvar 19:24
İdman
19 Yanvar 18:23